Azərbaycan Milli Elmlər Akademiyası
M.Füzuli adına Əlyazmalar İnstitutu
HAFİZ RÜSTƏM
şərqşünas-əlyazmaşünas
əkrəm Bağırov
Bakı – “Kövsər” – 2013
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov dövrünün istedadlı
və tanınmış şairi Rəhməti Təbrizinin (XVI-XVII əsrlər) ilk əsaslı
tədqiqatçısı olmaqla yanaşı, həm də Şərq ədəbi təzkirələri üzrə nüfuzlu
mütəxəssis, mənbəşünas və tərcüməçi kimi tanınır.
Oxuculara təqdim olunan bu kitab onun anadan olmasının 60 illiyi
və elmi-ədəbi-bədii fəaliyyətinin 35 illiyinə həsr olunub.
Elmi redaktoru: Möhsün NAĞISOYLU
Filologiya üzrə elmlər doktoru, professor
azərbaycan milli Elmlər akademiyası m.Füzuli adına
əlyazmalar İnstitutu Elmi şurasının
23 yanvar 2013-cü il tarixli,
1№-li iclasının qərarı ilə nəşr edilir.
HAFİZ RÜSTƏM
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov.
Bakı, “Kövsər” nəşriyyatı, 2013, 101 səh.
© HAFİZ RÜSTƏM, 2013.
© ƏKRƏM BAğIROV, 2013.
ISBN: 978-9952-81-42-7-3
3
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
Bağırov Əkrəm Daxil oğlu 1952-ci ilin 7 sentyabrında
Bakı şəhərində anadan olub. 1958-ci ildə 99 saylı orta mək-
təbə qəbul olunmuş və 1969-cu ildə həmin məktəbi əla qiy-
mətlərlə bitirmişdir.
1970-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Uni-
versitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fa-
kültəsinə daxil olub. 1976-cı ildə həmin universiteti fərqlənmə
diplomu ilə bitirib. 1976-cı ilin iyul ayından məcburi hərbi
xidmətə çağırılıb və 1977-ci ilin fevral ayında Əfqanısta-
na ezam olunub. 1979-cu ildə oradan qayıdıb. 1979-cu ilin
avqust ayında Azərbaycan Elmlər Akademiyası Əlyazmalar
Fondunda (1986-cı ildən Əlyazmalar İnstitutu) baş laborant
vəzifəsində işə başlayıb. 1980-1984-cü illərdə Azərbaycan
Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspirantura-
sında (qiyabi) oxuyub. Aspiranturanı bitirərək 1985-ci ilin
4
Hafiz Rüstəm
oktyabr ayında “Rəhməti Təbrizi və onun Divanının filolo-
ji tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə
edib filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
Ümumiyyətlə, iki dəfə Əfqanıstanda (1973-1974, 1977-
1979) və iki dəfə İran İslam Respublikasında (1995-1996,
1998-2002)rus-fars dilləri üzrə tərcüməçi işləyib.
Şərqşünas, Orta əsr Şərq əlyazmaları üzrə mütəxəssisdir,
tərcüməçidir.
Hal-hazırda AMEA-nın M.Füzuli adına Əlyazmalar İns-
titutunun “Tərcümə və informasiya” şöbəsinin aparıcı elmi
işçisi, türk və farsdilli orta əsr Azərbaycan poeziyası, o cüm-
lədən Şərq ədəbi təzkirələrinin tədqiqatçısıdır. Bir çox yazı
abidələri onun iştirakı və müəllifliyi ilə tərcümə və tərtib
olunmuş, nəşrə hazırlanmış, işıq üzü görmüşdür. Ziyaəddin
Nəxşəbinin məşhur Şərq ədəbi nəsr abidəsi “Tutinamə”, Mir
Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab”, Məhəmmədağa Mü-
ctəhidzadənin “Riyazül-aşiqin”, Mirzə Yusif Qarabağinin
“Məcmueyi-Vaqif və müasirini-digər”, Sadiq bəy Əfşarın
“Məcməül-xəvas”, müəllifi hələ də məlum olmayan”Anonim
Osmanlı təzkirəsi” adlanan təzkirələri, M.S.Ordubadinin So-
vet dövründə nəşrinə icazə verilməyən, XX əsrin əvvəllərin-
də baş vermiş erməni-müsəlman müharibələrinə həsr olun-
muş “Qanlı illər” əsəri, məşhur Azərbaycan messenatı Hacı
Zeynalabdin Tağıyevin həyatı və bioqrafiyası haqqında olan
qiymətli materialları əhatə edən eyni adlı dəyərli kitabı bu
qəbildəndir.
Bütün bunlardan əlavə rus dilində nəşr etdirdiyi bir mo-
noqrafiya və 70-dən çox elmi-kütləvi məqalənın müəllifidir.
5
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
ŞAİR TƏBİƏTlİ ƏlyAZMAŞÜnAS AlİM
İstedadlı tərcüməçi, tanınmış şərqşünas-əlyazmaşünas
alim Əkrəm Bağırovla tanışlığımız 1973-cü ildə qürbət eldə
– Əfqanıstanda baş tutmuşdur. Həmin vaxt, daha doğrusu,
1972-1975-ci illərdə Əfqanıstanda (ikinci dəfə) tərcüməçi
işləmişəm. Yaşca məndən bir neçə bahar kiçik olan və hələ
indiki Bakı Dövlət Universitetinin IV kursunda oxuyan Əkrəm
isə həmin vaxt Əfqanıstanın şimalında yerləşən Məzari-Şərif
şəhərindəki Neft Departamentinə tərcüməçi sifətilə işləməyə
ezam olunmuşdu. Əkrəm Bağırovla bərabər onun tələbə yol-
daşları Rasim Əliyev və Zəbulla Məmmədov da Əfqanıstana
işləməyə göndərilmişdilər. Əkrəmi diribaşlığına, çevikliyinə,
həm də rus dilini daha yaxşı bilməsinə görə Departamentin
Baş idarəsi yerləşən Məzari-Şərif şəhərində saxlamışdılar,
Rasimlə Zəbulla isə mənim də çalışdığım sözügedən Depar-
tamentin bazasının və işçi qruplarının yerləşdiyi Şibirqan
şəhərinə gəlmişdilər. Əkrəm elə o vaxtdan, birinci növbədə
olduqca çevikliyi və zirəkliyi, bir qədər də çılğınlığı və emosi-
onallığı ilə yadımda qalıb...
Sonralar tale elə gətirdi ki, Əkrəmlə eyni elmi müəssisədə
- Azərbaycan Elmlər Akademiyasının Respublika Əlyazmalar
Fondunda (indiki Məhəmməd Füzuli adına Əlyazmalar İnsti-
tutunda) çiyin-çiyinə işlədik. Dövranın gərdişilə müxtəlif il-
lərdə mənim Əfqanıstanda (1982-1986), Əkrəmin isə İran İs-
lam Respublikasında (1995-1996 və 1998-2002) işləməyimiz
bizi müəyyən müddətə ayrı salsa da, eyni sahə üzrə mütəxəs-
sis, həmkar olmağımız əlaqələrimizi, dostluğumuzu davamlı
etdi. Təbii ki, bu münasibətlər indi də davam edir...
Filologiya üzrə fəlsəfə doktoru, xalqımızın mənəvi sərvət
Dostları ilə paylaş: |