This book was developed in the framework of the ENPI/FLEG
“Improving Law Enforcement and Forest Governance in the
European Neighborhood East Countries and Russia” Program
with the financial support of the European Commission
As a present to the regular readers of publications developed by Society of Legal and
Sociological Studies “ZIYA” this book represents a significant interest to learn more about the
ecological law and foresters’ activities.
The aim of the Society in working out of this book which was part of its activities within
the ENPI/FLEG Program was combating and preventing the illegal logging in the country.
The author of the book is chair of the Society of Legal and Sociological Studies “ZIYA”
and
PhD in Law, Yegana Balakishyeva.
__________________________________________________________________
Kitab ENPİ/FLEG - “Avropa İttifaqının Qonşuluq Siyasəti
Şərq Ölkələri və Rusiyanın Meşə Sektorunda Hüquq Tətbiqi və
Idarəetmə Sisteminin Təkmilləşdirilməsi” proqramı cərcivəsində
Avropa Komissiyasının ayırdığı vəsait hesabına dərc olunub
Tərtib etdi:
Balakişiyeva Yeganə Nəsir qızı
“Ziya” hüquq və sosioloji araşdırmalar cəmiyyətinin oxucularına növbəti töhfəsi olan
bu kitabın ekologiya hüququnun tədrisi və öyrənilməsi baxımından, həmçinin meşəçilərin
fəaliyyətində əhəmiyyəti böyükdür.
“Ziya” hüquq və sosioloji araşdırmalar cəmiyyəti ENPİ-FLEG Proqramı çərçivəsində
layihəni həyata keçirərkən və bu kitabı hazırlayarkən qanunsuz meşəqırmaların aradan
qaldırılması və qarşısının alınması məqsədi güdürdi.
Kitabın müəllifi “Ziya” hüquq və sosioloji araşdırmalar cəmiyyətinin sədri hüquq elmləri
namizədi Balakişiyeva Yeganə Nəsir qızıdır.
O, 1989-ci ildən 1999-ci ilə qədər Azərsu ASC-nin baş hüquqşunası vəzifəsində çalışmışdır.
1996-ci ildən Azərbaycan Universitetində əvvəl müəllim kimi, sonradan həmin universitetdə
hüquq fakultəsinin dekanı vəzifəsində çalışmışdır. 2003-ci ildən Vergilər Nazirliyinin Tədris
Mərkəzində “Hüquqi biliklərin əsasları” fənnini tədris edir. 2005-ci ilin sentyabr ayından
Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun “Cinayət hüququ və cinayət prosesi” şöbəsinin böyük elmi işçisi vəzifəsində
çalışır. O, 1 elmi monoqrafiyanın, 4 dərsliyin (birgə müəllifliklə), 2 kitabın (birgə müəllifliklə),
5 dərslik proqramının, 20-dən çox məqalənin müəllifidir. Hal- hazırda doktorluq dissertasiyası
üzərində işləyir. Çoxsaylı layihələrin (beynəlxalq və dövlət daxili) iştirakçısıdır: Xəzər
Ekoloji Proqram çərçivəsində - Azərbaycan Respublikası tərəfindən hüquqi məsələlər üzrə
ekspert; “Böyük Bakının su təchizatının rekonstruksiyası Layihəsinin”- hüquqi məsələlər
üzrə ekspertı və s.