504
Cəfərilik də var, yəni cərililik var. Bu Təbəri cərililiyi 5-ci bənd. Şiəlikdə
hüquq məktəbi o səviyyədə deyil. Nə cür oldu? İndi Azərbaycanda
deyək XII - XIII əsrdə şiəlik var. Şiələr hüquq məktəbinin məsələsini həll
etmək üçün kitabı yoxdur. Götürür Şafeliyin hüquq məktəbini həll eliyir.
Şafelilik də sünnü məktəbidir. Axı bu dövlət aparatında hüququnan
ölkəni idarə eliyir. Yəni şəriyyət hüququynan idarə etmək üçün,
Sünnülüyün sistemi var, şiəliyin sistemi yoxdur. Şiəlik ideologiya kimi
güclüdür. Dövlət sisteminə daxil olan hüququ akt kimi, hüquqi sistemi
zəifdir, işləmir. XVI əsrə qədər Azərbaycanda şiələr hüquq məsələsini
həll eliyəndə, sünnülüyün şafelilik qolu ilə həll elədilər. Siz təsəvvür
eliyirsiniz?!, ki, idelogiya ələvilikdir, şiəlikdir, amma hüquq məktəbi,
məhkəmə sistemi sünnülüynən gedir. Amma Hənəfilikdə elə şey yoxdur.
Türkiyə dövlətində isə ideologiya, sünnülükdür məktəb, hüquq
sünnülükdür, eyni. Məsələ bunun üstündədir və sonradan Şah Abbasın
dövründə başladılar müşteyid çıxdı. Bahəddin, Şeyx Bahəddin böyük
müşteyit. Yığdı keçmiş şiə məktəblərini, başladı hüquq qoymağa, hüquq.
Şəriət qaydaları qoymağa. Bu şəriət qaydalarında artıq yeni, demək
məktəb, şəriət isə dövləti idarə etmək qanunudur da. Bu yeni bir
sistemdir, yeni bir sistemdir. Bunnan da yürümədilər. Səfəvilər məsələni
tamam başqa cürə elədilər. Bəylərbəyliyi, nə bilim nə, heç çoxusu qulaq
asmırdılar, dedilər bu sənin qurduğun idarə eliyə bilməz. Bilirsiniz,
məsəl üçün deyək ki, yel dəyirmanı var, bu yel dəyirmanından vergi
alacaqsan. Şəriətdə yoxdur. Deyir ə getginən tutgunan boğ al da,
neyliyirsən elə. Amma sünnülük neyləyir? Şəriətin kökündə yel
dəyirmanı yoxdur, Ərəbistanda olmayıb. Baxıb görür ki, ancaq buna
oxşar, məsəl üçün deyək xurmanı döymək yeri var, ordan vergi alıllar.
Filan yerdən vergi alınır, uyğunlaşdırırlar. Bu yel dəyirmanı nə qədər
gəlir gətirir, hansına uyğundur?, olmasa tapırdılar. Xurmadan çəkilən
filan şirəynən bunun gəliri eynidir. Onda yazırdılar, yel dəyirmanından
da, xurmadan çəkilən şirədən alınan vergi qədər vergi alınmalıdır.
Hüququ var, budur məsələnin kökü, dövlət budur. İdarəçilik budur.
Yoxsa darğanı göndər, getginən nə, gör nə təhər verir versin. 5 manat, 3
manat, alsın gətirsin. Sistem odur. Biz bilmirik onu. Buna görə onu