81
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Humanitar elml
ər seriyası
2013
UOT 902; 94 (479.24)
MENTEŞE BƏYLİYİNDƏ HƏRBİ İŞİN TƏŞKİLİ
S.
Ə.ZEYNALOVA
B
akı Dövlət Universiteti
sevinc_zeynalova@hotmail.com
Q
ərbi Anadolu bəyliklərinin dövlət quruluşunda hərbi iş önəmli yer tuturdu. Qeyd et-
m
ək lazımdır ki, bu bəylər, o cümlədən Menteşe bəyi möhtəşəm donanmaya sahib idilər.
G
əmilərə bəyin xidmətində olan kapitanlar komandanlıq edirdi. Çox hallarda rəislər İs-
la
mı qəbul etmiş xristianlardan olurdu. Menteşe bəyinin donanmasında xeyli sayda kritli və
d
əniz piyadaları da fəaliyyət göstərirdi.
Quru qoşunları piyadalardan və süvarilərdən ibarət idi. Dəniz döyüşləri zamanı dəniz
pi
yadaları qayıqlarda oturur, müsəlləmlər isə gəmiləri hücumlardan qoruyurdular.
Qalaların mühasirəsi zamanı Menteşe türkləri qalanı yarğan qazıyaraq əhatəyə alırdı-
lar, hücum zamanı isə nərdivanlardan istifadə edirdilər. Qalalara hücum zamanı çox zaman
mancanaqlardan istifad
ə olunurdu.
İstər silahlanmada, istərsə də müxtəlif hərbi əməliyyatların aparılması işində Menteşe
b
əylərinin qoşunları Osmanlı qoşununu üstələyirdi. Lakin XIV əsrin sonlarından etibarən Men-
te
şe qoşunu açıq döyüşlərdə osmanlılara uduzmağa başlayır, çünki bu zaman Osmanlı bəyləri
artıq daimi ordu – yeniçərlər korpusuna sahib idilər.
Açar sözl
ər: hərbi iş, donanma, qalaların mühasirəsi, yeniçərlər
Q
ərbi Anadolu bəyliklərinin hər birində, o cümlədən də Menteşe bəyli-
yind
ə dövlət quruculuğuna böyük diqqət yetirilirdi. Fəth olunmuş torpaqlar ulu
b
əyin ən yaxın qohumları arasında bölüşdürülürdü. Yerlərdə Ulu bəyin oğulları
ətrafında ən nüfuzlu bəylər-qazilər toplanırdı. Menteşe bəyliyində ali bəylər
(ayani devlet v
ə ya ərkani-devlet, yəni “dövlətin sütunları”) sayca az olsalar da,
çox nüfuzlu idil
ər. Dövlət idarəçiliyndə və saray işinin təşkilində bu bəylərin
rolu böyük idi.
Amma Menteşe bəyliyində, eləcə də digər türk bəyliklərində ali bəylərin
bu nüfuzunu artıran başlıca amil onların hərbidəki yüksək mövqeyi ilə əlaqədar
idi. Bu, bir t
ərəfdən, ümumiyyətlə, türklərin həyatında hərb işinin böyük rol
oynaması ilə bağlı idi, digər tərəfdən isə, Menteşe bəyliyinin coğrafi və siyasi
mövqeyinin öz
əllikləri ilə əlaqəli idi. Belə ki, sahil dövləti olması, təbiidir ki,
bu b
əylikdə donanmanın yüksək səviyyədə təşkil edilməsini tələb edirdi, çünki
Egeyd
ə onu çox təhlükəli düşmənlər – güclü donanması olan xaçlı dövlətləri və
82
italyan şəhərləri əhatə etmişdi. Digər tərəfdən, quruda da Menteşenin düşmən-
l
əri az deyildi və hər zaman hərbi hazırlıqda olmaq bu bəyliyin də həyatının adi
halına çevrilmişdi.
Menteşe bəyliyində hərbi işin təşkili haqqında danışarkən, ilk növbədə
qeyd etm
ək lazımdır ki, bu bəylik çox güclü donanmaya sahib idi. Hələ 1318-ci
ild
ə Kritin hakimi Venesiya dojuna yazırdı ki, türklərin gəmiləri – 100 və ya 50
avarlı əsl hərbi gəmilərdir (1, c.1, sayı 61). Bəzi mənbələrin məlumatlarına
gör
ə isə, Menteşenin donanması müəyyən illərdə irili-xırdalı 350 gəmiyə ça-
tırmış (2, 501-502, 523-526). Bu gəmilər aşağıdakı növlərə ayrılırdı:
-
kadırqa;
-
igribar;
-
qayıq.
G
əmilərin əksəriyyətində “yunan odu” ilə atəş açmaq üçün xüsusi qurğu-
lar (tüf
ək) olurdu (3, 71, qeyd 1). Ənvəri yazır ki, Smirnanın alınması zamanı
türkl
ər frankların gəmilərini neftlə yandırmışdılar (4, 52, 56, 117).
Yürüşə göndərilən döyüşçülər gəmilərə xüsusi çalğıların (kus, nağara,
nefir, boru, zurna, ney v
ə s.) sədaları altında minirdilər. Bəzən qazilər özləri ilə
yürüşə digər çalğı alətləri (qopuz, rübab) də götürürdülər (4, 70). İri gəmilərdə
is
ə zadəgan bəylər hətta öz atlarını da daşıyırdılar (4, 52, 64, 89).
G
əmilərə kapitanlar (rəislər) komandanlıq edirdilər. Bu kapitanlar şəxsən
Ulu b
əyin özünün xidmətində olurdular (5, c.1, sayı 679). Bir çox hallarda isə
kapi
tanlar İslamı qəbul etmiş xristianlar olurdular. Məsələn, 1402-ci ilin martın-
da Palatya v
ə Teologo limanlarında yürüş üçün hazırlanmış 20 gəmidən ibarət
donanmaya Xios adasından olan Kressi adlı xristian komandanlıq etmişdi (6,
c.4, 249; 7, 247-248). Bu zaman b
əyliyin donanmasında Venesiyanın təbəələri
olan kritlil
ər də xidmət göstərmişlər (5, c.2, sayı 966). Bu praktika digər türk
b
əyliklərində də yayılmışdı. Məlumdur ki, 1416-cı ildə Osmanlı donanması
üz
ərində qələbə çalan Venesiya admiralı Pyetro Loredano türklərin xidmətində
olan böyük sayda xristian d
ənizçini asmışdı.
D
ənizçilərə azaplar (azeblər) deyilirdi (4, 54; 6, c.4, 248). Həmçinin
d
əniz piyadaları da var idi ki, digərilərindən fərqlənmək üçün onlar xüsusi baş
geyimi (çubuq börk) geyinirdil
ər (4, 64, 75). Bəzi tarixçilər güman edir ki, öz
börkl
ərini çubuqla bəzəmək adətini bu dənizçilər bektaşi dərvişlərindən əxz
etmişlər (8, 162, qeyd 48).
Quru qoşunları piyada dəstələrindən, atlı dəstələrindən (müsəlləm, müsə-
llim) v
ə timarçı süvarilərdən (sipahi, süvar) ibarət idi (4, 75, 95, 97).
Osmanlıların yaya dəstələri timsalında təşkil olunmuş qoşun Menteşe
b
əyliyində üstünlük təşkil edirdi, lakin XV əsrə doğru osmanlılarda bu növ
qoşun hissələri artıq ortadan qalxır və onların yerinə yeniçər qoşunu yaranır ki,
bu da, müasirl
ərinin dediklərinə görə, yaya dəstələrinin nizam-intizam baxım-
dan z
əif olması ilə əlaqədar olmuşdur.
Menteşe bəyliyində yaya qoşun dəstələri aşağıdakı prinsiplər əsasında
t
əşkil olunurdu: bir neçə kəndli ailəsi öz becərdikləri torpaq paylarından əlavə,
83
yaya d
əstəsinin təşkilati vahidi olan ocaqda birləşirdi. Ocaq üzvləri dövlət
vergil
ərindən və mükəlləfiyyətlərindən azad edilirdilər, amma hərbi yürüş
zamanı hər ocaqdan bir nəfər döyüşçü verməli idilər (8, 127-128).
Müs
əlləmlər atlı dəstələrdə iştirak etdiklərindən, onların ocaqları da taxıl
vergisind
ən (tereke) azad edilirdi (9, 241, bölmə 2, 3).
D
əniz döyüşləri zamanı yaya döyüşçüləri avarları çəkir, müsəlləmlər isə
g
əmini hücumdan müdafiə edirdilər (9, 241, bölmə 4).
Menteşe bəyinin ordusunda ağır silahlı süvarilər timar sahibləri olan sipa-
hil
ər idi. Zadəgan döyüşçülər müdafiə məqsədli yaraq – bürümə geyinirdilər (4,
54, 115), başlarına üzlük adlanan dəbilqə qoyurdular (4, 129). Timarçı süvari-
l
ərin zirehləri daha sadə olub cebbe adlanırdı.
Bir qayda olaraq timarçını döyüşdə onun silahdaşıyanı (qulam) müşayiət
edirdi (10, sayı 115).
Menteşe bəyliyinin ordusu alaylardan ibarət idi ki, onlar da öz növbə-
sind
ə bölüklərə ayrılırdı (8, 129). Alaylara subaşı komandanlıq edirdi, zadəgan
b
əylərin öz xüsusi sancaqları olurdu.
Döyüşqabağı qoşun hissələri bir cərgəyə düşülürdü, oxatanlar isə düşmə-
ni uzun oxlarla at
əşə tuturdular. Jurden de Sevarak yazır ki, “türklər - əla oxa-
tan
dırlar” (11, 160).
Əksər hallarda Menteşe türkləri də əl-karr və əl-farr adlı taktikadan istifa-
d
ə edirdilər. Bu taktikanın mahiyyəti belə idi ki, döyüşçülər ya geri çəkilirdilər,
ya qaçırdılar, ya da geri dönürdülər və bununla da düşməni çaş-baş salırdılar
(bax: 12, 133).
Qalaların mühasirəsi zamanı türklər qalanı səngərlə və xəndəklə əhatələ-
yirdil
ər, hücum zamanı isə nərdivanlardan istifadə edirdilər, ya da lağım
atırdılar (4, 68, 82, 87, 115). Məsələn, yunan müəlliflərindən biri – Georgios
Paximerios yazır ki, türklər “qala divarlarının altına çoxlu sayda lağım atır,
daha sonra ora quru ağacları yığırlar... Bu ağacları yandırmaq kifayətdir ki,
bünövr
əsi lağımlarla onsuz da çökmüş olan divarlar dağılsın” (13, 436-437).
Qeyd ed
ək ki, Batı Anadolu bəyliklərində qalaların alınması təcrübəsi
çox geniş yayılmışdı və hətta bəzi tarixçilər hesab edir ki, XIV əsrin birinci
yarısında Aydınoğulları və Menteşeoğulları hərbi işdə Osmanlı bəylərini xeyli
ötüb keçirdil
ər (8, 130).
Lakin XIV
əsrin sonlarından etibarən Menteşe bəylərinin hərbi qüdrəti
z
əifləməyə başlayır: açıq döyüşlərdə Menteşe bəyləri tez-tez Osmanlı qoşunla-
rına məğlub olurdular ki, bu da osmanlıların sahib olduqları yeniçər korpusu-
nun üstünlükl
ərindən xəbər verirdi.
Yeniç
ərlərin qüdrətinə arxalanan Osmanlı bəyləri XIV əsrin sonu Avro-
pada böyük
ərazilər əldə edə bildilər və Menteşe, eləcə də Aydın və Saruxan
b
əyliklərini çox asanlıqla özlərinə tabe etdirdilər. 1453-cü ildə İstanbulun fəthi
il
ə isə Egey bölgəsində Osmanlı hakimiyyəti qəti bərqərar oldu.
84
ƏDƏBİYYAT
1.
Diplomatarium Veneto-Levantinium. Pars 1-2. Venetiis, 1899 – 1008
р.
2.
Kahane H., Kahane R., Tietze A. The Lingua Franca in the Levant. Urbana, 1998 – 237
р.
3.
Cippola C. M. Guns and Sails in the Early Phase of European Expansion. London,
Macmillan, 1995 – 179
р.
4.
Le destan d’Umur Pacha // Bibl. Byzantine. Documents 2. Paris, 1994 –
рр.56-59
5.
Thiriet F. Déliberations des Assamblées venitiennes concernant la Romanie. Paris, Difel,
1966-1971 – 760
р.
6.
Jorga N. Notes et extraits pour servir a l’Histoire des Crousades // ROL, 4–5, 1996-1997 –
рр.109-117
7.
Dennis G. T. Three Reports from Crete on the Situation in Romani. 1401-1402 // Studi
Veneziani. Firenze, 1970, vol. 12 –
рр.43-48
8.
Жуков А.К. Эгейские эмираты в 14-15 вв. М.: Наука, 1988 – 192 c.
9.
Barkan Ö. XV-
XVI asırlarda Osmanlı İmparatorluğunda zirai ekonominin hukuki ve mali
esasları. Cilt 1: Kanunlar. İstanbul, 1945 – 570 s.
10.
İnalcık H. Hicri 835 tarihli Suret-i Defter-i Sancak-i Arvanid. Ankara: YKY, 1954 – 431 с.
11.
Журден де Северак. После Марко Поло. М., Наука, 1968 – 278 с.
12.
Римская история Никифора Григора. T.1.Санкт-Петербург, (б.и.), 1862 – 401 с.
13.
Георгия Пахимера. История о Михаиле и Андронике Палеологах. T.1. Санкт-
Петербург, (б.и.), 1862 – 127 с.
ОРГАНИЗАЦИЯ ВОЕННОГО ДЕЛА В ЭМИРАТЕ МЕНТЕШЕ
С.А.ЗЕЙНАЛОВА
РЕЗЮМЕ
В эмирате Ментеше военное дело занимало важное место. Здесь имелся могучий
флот.
Кораблями командовали капитаны, которые были на службе у эмиров. Во многих
случаях начальники были среди христиан, принявших ислам. Во флоте эмирата Менте-
ше служило много критов. Также существовала морская пехота.
Сухопутные войска состояли из пешеходных и конных. Во время морских боев
морские пехотинцы сидели в лодках, конные защищали корабли от нападений.
Войска эмиратства Ментеше и вооружением, и ведением различных военных опе-
раций опережали османские войска. Но, начиная с конца XIV века, войска Ментеше в
открытых боях проигрывают османским войскам, так как в это время они уже владели
постоянной армией – корпусом янычаров.
Ключевые слова: военное дело, флот, осада замков, янычары
MILITARY ORGANIZATION IN MENTESHE EMIRATES
S.A.ZEYNALOVA
SUMMARY
Military had a special place in the state structure of the Western Anatolian emirates. It
should be noted that all the emirs, including Emir Menteshe had powerful fleets.
85
Ships were commanded by captains, who were employed by emirs. Reis were often
Christians who accepted Islam. On the Menteshe emirate's fleet served many Cretans. The
emirate had also marines.
Ground forces consisted of cavalry and riders. During naval battles marines stayed on
the boats and riders protected ships from attacks.
The army of Menteshe emirate had advantage over the Ottoman army both in terms of
armament and conduction of military operations.
From the end of the XIV century, the army of Menteshe lost the battles to the Ottoman
army, as they already possessed the permanent army – janissary corps.
Key words: military, fleet, siege castles, janissaries
Dostları ilə paylaş: |