Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət
Türk Dünyası 34. Sayı
78
damarlarından axan qan heç vaxt durmaq bilmədi. Ağıl yolunu seçib hiss
yolunda duyduğunu tapan, axtardığında böyük ziddiyyətlər yaşayan insan,
gücündən xəbərsiz pəhləvana o qədər bənzəyir ki, başqa müqayisə tapmaqda
çətinlik çəkirəm. Əlifba, materializm, maddəçilik, insan mərkəzli fəlsəfə,
praqmatizm, alturist arayış, tənqid konsepsiyası, siyasi seçim, demokratiya
düşüncələri, əqlyucilikdən başqa bir şey deyildi. Batının sənət küləkləri onu
bugün bir okeana çıxarmışdı. Bir Şərqlinin arayış və axtarışları Qərb dünyası
üçün maraqsız deyildi.
Ancaq Mirzə Fətəlinin hiss dünyasının ona bəxş etdiyi altı dram əsəri
əvəzolunmaz mənəvi sərvət kimi Şərq dünyası üçün misilsiz fenomen idi.
Bir şey axtarıb haqqında düşünmədiyi daha qiymətli, əvəzsiz bir şey tapan
Mirzə Fətəlinin başına xoşbəxtlik quşu qonmuşdu. Bədbəxtlik içində yaşayan
xoşbəxt adam xalqının da, insanlığın da nadir tarixi şəxsiyyətlərindən biri idi.
Bunu sadəcə xəbərsizlik nağahanlıq kimi anlamaq doğru sayılmaz. Burada
hissi olanla əqli olanın sərhəddini tapmaq çətindir.
Mirzə Fətəlinin maarifçi varlığını, demokrat kimliyi, materialist düşüncəsi,
dialektik arayışları, ateist qənaətləri tamamlasa da, onun komediyaları Şərq
üçün də, Qərb üçün də ədəbi möcüzə idi. Bu ədəbi möcüzəyə yüklənən hər cür
ağıl yükü, arayış və analiz diqqətəlayiq satılmalıdır.
Biz – XXI əsrin adamları Mirzə Fətəlini oxuyarkən heyrətlənirik və ona
olan böyük ehtiyacımızı gizlədə bilmirik. Onun yanlış qənaətləri də, əsassız,
göydəndüşmə hökmləri də, ədalətsiz qənaətləri də bizim üçün qiymətli və
əzizdir. Xalqının, insanlığın tarixində əsaslı rol oynayan dahilərin uğurları da,
uğursuzluqları da, tapdıqları da, tapa bilmədikləri də bizim üçün əvəzsiz qiymət
daşıyır. Hər şeyi ilə bizə yol göstərən Mirzə Fətəli Axundzadə tariximizin,
mədəniyyətimizin, siyasi-fəlsəfi düşüncəmizin elə önəmli şəxsiyyətidir ki, o
heç vaxt unudulmayacaq, fikir öndəri, yaradıcılıq nümunəsi olaraq qalacaq.
Mən buna şübhə etməyənlərdənəm. Bu gerçəyi ən gözəl bilən onu dahi
davamçıları Mirzə Cəlil, Sabir, Üzeyir bəy və M.Ə.Rəsulzadə olmuşdur.
Müəllimlərindən görünən tələbələr, tələbələrindən görünən müəllim qədər
qüdrətli, təkrarsız və əvəzedilməzdir.
Xalqın bölünmüşlük faciəsini uşaqlıqdan başlayaraq ailəsində yaşamaq,
müstəmləkəçi xalqın rəsmi məqamında işləmək məcburiyyəti (“enoletlər
altında böyük ürək daşımaq” – S.Vurğun gözəl deyib), rus imperiya
dəftərxanasında onun rəzilliyinin içini-içalatını görmək, doqquz övlad dağı
çəkmək, cəhalətin hər növünə hədəf olmaq, sağdan, soldan, yuxarıdan,
aşağıdan vurularaq təklənmək və daha nələr, nələr Mirzə Fətəlinin qismət
payı idi. Bütün bu dəhşətləri Mirzə Fətəli seçməmişdi. Onlar Mirzə Fətəlini
seçmişdilər. Onu hədəf seçənlərdən biri, bəlkə də birincisi elə Mirzə Fətəlinin
Kamil Vəli NERİMANOĞLU
79
Türk Dünyası 34. Sayı
özü idi. Ən böyük rəqiblərini içində yaşadan dahilər kimi Mirzə Fətəli də öz-
özünün rəqibi idi...
Xürafat cəngəlliyindən addım-addım keçdikcə Mirzə Fətəlinin aldığı
yaralar, axıtdığı qan da artırdı. Qazandığı hər uğur ona qanı-canı bahasına,
ailəsinin iztirabı sayəsində başa gəlirdi. Mirzə Cəlilin üzərində durduğu “qan
qoxusu” yalnız Mirzə Fətəlinin qaldırdığı məsələlərdən deyil, həm də onun
özündən gəlirdi. Yəni “qan qoxusu” Mirzənin özünün seçdiyi alın yazısı
qoxusuydu.
...Elm kəlməsi Quranda ən çox təkrar olunan anlayışdır. Əlbəttə ki,
Qurandakı elm qavramı çağdaş insanın indiki yəhudi elm sisteminin dilində,
məntiqində deyil.
Müasir elmdə islam elminin hökmlərini, qənaətlərini təsdiq və isbat edən
yüzlərlə kitab yazılıb. Bu kitabların çoxu Avropada, müsəlman olmayan
alimlər tərəfindən yazılıb və ya ekrana gətirilib.
Makro və mikro aləmi əhatə edən araşdırmalar dərinləşdikcə Quran və
elm mövzusu daha çox reallıq qazanır. Bunun örnəkləri o qədər çoxdur ki,
onları bir-bir göstərməyə ehtiyac yoxdur. Kitablar, sənədli filmlər kifayət
qədərdir, internet bilgiləri də yetərincədir.
İlahi olanla real olanın, dünyəvi olanın qarşılığı, keçidləri və əlaqəliliyə
o qədər təbiidir ki, qəlbini, ruhunu şeytan oğurlayan Allahsız bunu heç bir
zaman anlaya bilməz.
Dünya alimləri (fiziklər, riyaziyyatçılar, tibb) sübut ediblər ki, inanaraq
dua edən adam üç-beş yaşlı uşağa çevrilir, ətraf mühitdən ayrılır və fövqəltəbii
aləmə qovuşur.
Kvant mexanikası isbat edir ki, yaşadığımız dünyada bir neçə reallıq
eyni zamanda mövcudluq var. Ayrı-ayrılıqda mövcud olan eynizamanda
müstəviləri ötüb keçmək üçün öz müstəvini itirməlisən və ya öz müstəvini
tərk etməlisən. Dua bu prosesi gerçəkləşdirən əsas amillərdən biridir. Dua
edən adam öz “orbitindən” çıxır və başqa bir orbitə düşür. Beyində proseslər
mərkəzə yönəlir və bədənin mövcudluq parametri unudulur. İslamdakı Merac
qavramı, ekstaz-cəzb kimi qavramlar ayrı bir şərh istəyir.
Bu uzun və anlamlı ömürdə Mirzə əzablar da çəkdi, hədə-qorxular
gördü, təzyiq, aşağılama, iztirab yaşadı, fəqət peşman olmadı, səhv etdiyini
düşünmədi belə. Tamam başqa fikirdə olsan da, bəzi fikirlərinə görə nifrət
etsən belə Mirzə Fətəlinin əzmi və iradəsinə sayqı duymamaq mümkün deyil.
Mən şəxsən Mirzə Fətəlinin dinə, özəlliklə islam dininə, Hz. Məhəmmədə
münasibətini əsla qəbul etməyənlərdənəm. Fərqli yollar, fərqli əqidələr
dünyanın qeyri-adiliyini, insan fenomeninin zənginliyini və ziddiyyətlərini
əsla inkar etmir. Altı dram əsəri ilə Allaha bu qədər yaxın olan insanın,