4
GİRİŞ
Mövzunun aktuallığı. “Narkomlaşma” və “alkoqolizasiya” anlayışları son illər
nəinki azalma və ya konstant qalmağa çalışır, onun dahada çoxalması və
sərhədlərinin genişlənməsi baş verir.
Daha ağır biopsixososial hadisələrdən biridə, şəxsiyyətdə gedən patoloji
dəyişiklərdir.
Şəxsiyyətin patoloji dəyişiklikləri alkoqolizm və narkomaniyada
rezistentliyi qoruyan ən güclü faktorlardan biridi. Bir ədəbiyyatda şəxsiyyət
pozuntularını içkiyə və ya narkotika meyl yaradan, ilkin dəyişiklər kimi baxılır, o
birilərdə isə içki istifadəsi nəticəsində yaranan şəxsiyyət dəyişiklikləri kimi görürlər.
Sosial, psixoloji və tibbi araşdırmalar nəticəsində cəmiyyətdəki deformasiyaların
müəyyən edilməsi XIX əsrdən başlayıb. İçkidən istifadə bugünlərdə səhiyyə
sahəsində 3 əsas problemlərdən biridir. Birləşmiş millətlərə istinadən, dünya
üzərində 246 million insan narkotik maddələrdən istifadə edir bu isə 5% insan
populasiyasından artıqdır. 62% yaxın insan marixuanadan sonra kokain və daha ağır
narkotik maddələrin istifadəsinə keçir. 9% insan həyatında bir dəfə olsa belə
heroindən istifadə etmişdir və 54 % insan psixotrop dərmanladan istifadə ediblər.
Alkoqoldan istifadə dünya üzərində 50% insandan artıq istifadə olunur.
1
Qannuşkinın (1998) fikrinə görə alkoqolik “oluruq”, ama morfinist “doğuluruq”.
Epileptoidlər, impulsivlər, siklosomiklər- bunlar hamısı konstitusional olaraq içkiyə
və narkotika meylli olurlar. Avtorun fikrinə görə, narkomaniyanı biz psixopatoloji
bir inkişaf kimi saya bilərik.
2
Opiy narkomaniyasında şəxsiyyət sonradan pozulur (konstitusional deyil, ikinci
dərəcəli), yani istifadə nəticəsində insanın normal həyat yolu pozuntulara məruz
qalaraq, psixopatoloji forma alır.
Y. P. Sivolap (2003) şəxsiyyətin dəyişməsini əsas səbəbini motivasyon və məna-
dəyər sistemlərində baş verən dəyişiklərdə görür, insanda patoloji narkotik meylin
1
2015 World Drug Report finds drug use stable, access to drug & HIV treatment still low. İnternet resurs:
https://www.unodc.org/unodc/en/frontpage/2015/June/2015-world-drug-report-finds-drug-use-stable--
access-to-drug-and-hiv-treatment-still-low.html
2
Психология здоровья: Учебник дл я вузов / Под ред. Г С. Никифорова. — СПб.. Пи тер,
2006.стр.349
5
yaranması və dominant pozisiya tutması.
3
Bununla insanda kəskin eqosentrizm,
insanlardan istifadə etmək istəyi, yalançılıq, neqativ yönəliş və s. başqa
xüsusiyyətlər yaranır.
“Addiktiv şəxsiyyət deformasiyası” və ya “şəxsiyyətin addiktiv tipə uyğun inkişaf
deformasiyası” adlanan şəxsiyyət pozuntusu məhs narkomaniya və alkoqolizm
nəticəsində yaranan patologiyadır.
Bu patologiyanın qarşısını ala bilən qrup psixoterapiyalarından biridə Anonim
Narkoman və Alkoqoliklərdir. Məhs qrup terapiyasının gücü ilə yenidən şəxsiyyət
formalaşır.
12 addım proqramı innovativ bir terapiya olaraq təməlli olaraq asılılığı aradan
qaldırmağa gücü var. Azərbaycanda yeni yeni addımlar atan bu terapiyanın inkişafı
asılılıqla mübarizədə güclü silahdır.
Psixopatiya və deqradasiyanın qarşısını alan terapiyanın köməyi ilə normal
addiksiyasız cəmiyyət formalaşdırmaq mütləq şərtlərdən biridir.
Tədqiqat mövzusunun işlənmə səviyyəsi. Şəxsiyyətin alkoqol alüdəçiliyə
yönəlişli edən faktorların təstiqiq XIII əsrdən psixiatriyada maraq doğurub. S.S.
Korsakov (1901), F.E. Rıbakov (1910), S.Q.Jislin (1928), E. Kreçmer (1940), X.
Şeldon (1940), M.E. Burno (1969) və başqaları bu sahədə maraqlı tədqiqatlar
aparıblar. Ədəbiyyatın analizi nəticəsində müəyyən etmək olarki, şəxsiyyət
pozuntularının növü genişdir və impulsivlərdən siklosimiklərə,psixoasteniklərə,
qarışıq tiplərə qədər dəyişə bilər.
Bextelin fikrinə görə, premorbid alkoqolizmdə rast gəlməyən şəxsiyyət
pozuntularını qeyd etmək daha rahatdı, nəyinki rast gələn. Alkoqol istifadəsindən
əvvəl olan şəxsiyyətin xüsusiyyətini sadalamaq çox çətindir, çünkü hər xəstədə
fərqli şəkildə simptomatika olur.
4
Narkotikin “gizli” formada satışda olmasına baxmayaraq, cəmiyyətin çox hissəsi
narkotiki rahatlıqla tapa bilir, və bunula cəmiyyətin sağlam hissəsi- sağlam
3
Pathogenesis of psychological appearances of opioid dependence: a dualistic model YU.Ð. SIVOLAP.
http//www.mediasphera.aha.ru
4
Бехтель Э.Е. Донозологические формы злоупотребления алкоголем. – М.: Медицина, 1986. с.272
6
şəxsləridə addiksiyaya uğrayırlar. Bu günə qədər, şəxsiyyətin narkotika yölənişli
edən faktorlar dəqiq tədbiq olunmayıblar ki, bu günə addiktologiya və narkologiya
sahəsində ən aktual müvzulardan biridə, şəxsiyyətin narkotik əsasında
psixopatizasiyasıdır. Burada suallar yaranırki, narkotik istifadəsi nəticəsində məhs
onlara cavab axtarılır.
Premorbid xüsusiyyətlərin kəskinləşməsi, psixopatiyayabənzər dəyişikliklər,
xarakter dəyişikliyi və nivelirə olunmaq.
Şəxsiyyət pozuntuları və psixoaktiv maddələrin istifadəsinin nə qədər bağlı
olması sualı bu gün narkotizasiyadan azad olması yolları axtaranlar üçün ən aktual
mövzulardandı.
Burada “rezidual” analayışını əlavə etsək daha düzgün olar. “Rezidual psixi
pozuntu gecikmiş debut ilə” psixoaktiv maddənin təsiri keçəndən sonra idraki
pozuntuların qalmasının mənasını verir. Verilmiş diaqnostik meyar özünə
şəxsiyyətin, davranışın, rezidual affektiv pozuntunu, demensiya, kəskin koqnitiv
pozuntuları daxil edir.
Verilmiş diaqnostik meyarın dəyəri onun müəyyən bir nozoloji müstəqillik
yaratmağa kömək edir, bura məhs psixoaktiv maddələrdən istifadə nəticəsində
yaranan şəxsiyyət pozuntuları daxildir.
Yaranmış qarşıdurma addiktologiya sahəsində problem yaradır ki, biz dəqiq deyə
bilmirik, insan istifadə nəticəsində şəxssiyyətini “pozub”, ya əvvəlcə “pozub” və
bütün bunlar insanda addiksiyanın yaranmasına gətirir.
Dəqiq bu suala cavab vermək mümkün deyil.
Tədqiqatın obyekti. Tədqiqatda ilkin mərhələdə 100 nəfər asılı pasient iştirak
etmişdir (əsas qrup kimi 50 asılı pasient, hansıkı fizioloji asılılıqdan azad olmaöa
müraciət etmişdir və daha sonra psixoterapevt müdaxiləsi olan pasient- 12 addım
proqramında iştirak etməyə can atan pasientlər, (seçim yalnız kişi pasinetlər ibarət
idi)), kontrol qrup kimi 50 nəfər ənənəvi abstinent sindromdan müalicə olunan
pasient (seçim yalnız kişi pasientlərdən ibarət idi). Tədqiqatın 2-ci mərhələsində
əsas qrupdan yalnız 45 nəfər iştirak etmişdir. Tədqiqatın ikinci mərhəlisində 12
addım proqrammında psixoterapiya keçirildiyinə görə hər pasient iştirak edə
Dostları ilə paylaş: |