AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y
AZƏRBAYCAN DÖVLƏT QT SAD UN VERS TET
MAG STRATURA MƏRKƏZ
Ə
lyazması hüququnda
BRAHIMOV QƏNBƏR ƏHƏD oğlu
“AZƏRBAYCAN RESPUBL KASININ GÖMRÜK-TAR F S YASƏT N N
HÜQUQ TƏM NATININ TƏKM LLƏŞD R LMƏS ST QAMƏTLƏR ”
mövzusunda
MAG STR D SSERTAS YASI
xtisasın şifri və adı: 060404 - “ qtisadiyyat”
xtisaslaşma: “ qtisadiyyatın hüquqi tənzimlənməsi”
Elmi rəhbər:
Magistr proqramının rəhbəri
fəlsəfə üzrə fəlsəfə doktoru, iqtisad üzrə fəlsəfə doktoru,
dosent B.N. MƏMMƏDOV
dosent S.Z. SAYEV
Kafedra müdiri:
iqtisad elmləri doktoru,
professor F.P. RƏHMANOV
BAKI-2015
2
MÜNDƏR CAT
G R Ş............................................................................................................................3
FƏS L I. M LL QT SAD YYATIN DÜNYA TƏSƏRRÜFATI LƏ QARŞILIQLI
Ə
LAQƏS N N FORMALAŞMASININ KONSEPTUAL ƏSASLARI......10
1.1 Beynəlxalq iqtisadi inteqrasiya prosesləri və onu şərtləndirən
amillər..........................................................................................................10
1.2 nteqrasiya birliklərinin növləri və müasir beynəlxalq iqtisadiyyatda
inteqrasiya proseslərinin reallaşması istiqamətləri.......................................19
1.3 Xarici iqtisadi fəaliyyətin gömrük-tarif tənzimlənməsi və tariflərin
müəyyən edilməsinin əsas prinsipləri............................................................33
II FƏS L. AZƏRBAYCAN RESPUBL KASINDA GÖMRÜK-TAR F
TƏNZ MLƏNMƏS N N MÜAS R VƏZ YYƏT N N TƏHL L ...............60
2.1.Gömrük tarifləri və onun gömrük nəzarətində xarakterik
tənzimləmə xüsusiyyəti............................................................................60
2.2 Gömrük rüsumları səviyyəsinin müəyyənləşdirilməsinin
iqtisadi-hüquqi mexanizmi.................................................................... 71
2.3. Respublikamızda gömrük və idxal-ixrac əməliyyatlarının
müasir vəziyyətinin kompleks təhlili.....................................................84
III FƏS L. AZƏRBAYCAN RESPUBL KASINDA XAR C QT SAD
FƏAL YYƏT N HÜQUQ TƏNZ MLƏNMƏS N N
TƏKM LLƏŞD R LMƏS ST QAMƏTLƏR .......................................91
3.1 Azərbaycan Respublikasında xarici iqtisadi fəaliyyətin
tənzimlənməsinin təşkili və formalaşmasının əsas istiqamətləri............91
3.2 Xarici iqtisadi fəaliyyətin tənzimlənməsinin normativ-hüquqi
təminatının təkmilləşdirilməsi istiqamətləri.........................................100
3.3 Azərbaycanda Respublikasında gömrük tarif siyasətinin
təkmilləşdirilməsi istiqamətləri.............................................................107
NƏT CƏ VƏ TƏKL FLƏR...............................................................................124
ST FADƏ ED LM Ş ƏDƏB YYATLAR..........................................................128
3
G R Ş
Mövzunun aktuallığı. Son dövrlərdə xüsusilə elmi-texniki tərəqqi nəticəsində
məhsuldar qüvvələrin sürətli inkişafı obyektiv olaraq XX əsrin ikinci yarısında dünya
iqtisadiyyatında yeni meyllərin yaranmasına səbəb olmuşdur. Bu meyllərin meydana
gəlməsinə ikinci dünya müharibəsindən sonra müstəmləkə sistemlərinin dağıldığı və
dünyanın bir-birinə zidd olan iki əks sistemə parçalandığı dövrdə formalaşmış
müvafiq siyasi atmosfer də imkan yaratmışdır. Belə bir şəraitdə aydın oldu ki, iqtisadi
cəhətdən digər dövlətlərdən təcrid olunmuş ölkələr – siyasi müttəfiqlər geriliyə və
sosial perspektivsizliyə düçar olurlar. Ona görə də, tədricən beynəlxalq inteqrasiya
obyektiv zərurətə çevrildi. Beynəlxalq iqtisadi inteqrasiya 80-ci illərin sonunda – 90-
cı illərin əvvəllərində öz inkişafında yeni təkan almışdır. Həmin dövrlərdə beynəlxalq
inteqrasiya proseslərinə əvvəllər dünya təsərrüfatı sistemindən nisbətən təcrid
olunmuş çoxlu sayda ölkələr, o cümlədən inkişaf etməkdə olan ölkələr qoşulmağa
başladılar.
Postsovet arealında mürəkkəb və ziddiyyətli bir proses əvvəl vahid xalq
təsərrüfatı kompleksinin hissələrini təşkil edən respublikaların bir-biri ilə qarşılıqlı
təsərrüfat fəaliyyətinin uyğun olaraq müasir suveren ölkələrarası qarşılıqlı
münasibətlərinə transformasiya prosesi başlandı. Bu qarşılıqlı münasibətlər bir
tərəfdən onların subyektlərinin 10 illərlə yaradılmış istehsal-texnoloji və kooperasiya
ə
laqələri, elmi-texniki bazarın vahidliyi və s. əsasında formalaşmış, hətta alternativsiz
qarşılıqlı tamamlama ilə səciyyələnən dərin qarşılıqlı asılılıqla xarakterizə olunur.
Digər tərəfdən keçmiş SSR respublikaları dünya təsərrüfatı sisteminə müstəqil
qoşulma cəhdələri ilə nəinki siyasi, hətta iqtisadi özünəməxsusluqla xarakterizə
olunur.
Azərbaycanın xarici iqtisadi siyasət strategiyasının prioritet istiqamətlərindən
biri onun müasir dünya təsərrüfatı proseslərinə qoşulmasıdır.
nteqrasiya
proseslərinin eninə və dərininə inkişafı əvvəl totalitar iqtisadiyyat əsasında inkişaf
edən onlarla ölkələrin bazar iqtisadiyyatı yoluna keçməsi ilə də şərtlənir. Bu, keçid
iqtisadiyyatlı ölkələrdə bir çox yeni struktur dəyişikliklərinin baş verməsi ilə
nəticələndi: şəxsi mülkiyyətin kütləvi özəlləşdirilməsi, xarici ticarətin və maliyyə
Dostları ilə paylaş: |