1
Giriş
Ay ulduzlar və planetlər kimi səma cismidir. Ay
Yerin dostudur və alimlər onu Yerin peyki
adlandırırlar. Yer fırlandıqda, Ay da onunla birlikdə
ətrafında hərəkət edir. Yerdən əsasən Ayı gecə
görmək olur, amma bəzən gündüzlər də görünür.
2
Ay Yerdən müxtəlif ölçü və formada görünür.
Maraqlıdır ki, nə üçün belədir? Və ya nə üçün gecə
işıq saçır, hərçənd deyilir ki, Ay ən qaranlıq və
soyuq səma cismidir?
Ay haqqında
Ay doğurdan da işıqlandıra bilmir. O, soyuq və
qaranlıqdır. Gecə işıqlandırılan isə günəşdən əks
3
olunan işıqdır. Amma bu işıq o qədər azdır ki, hər
gecə onu yaxşı işıqlandıra bilməz.
Bildiyimiz kimi, Ay Yerin ətrafında elə hərlənir
ki, biz yalnız onun bir tərəfini görə bilirik. İkinci
tərəfi qaranlıqdır və Yerdən görünmür. Amma
alimlər süni peyk icad etdikdən sonra uçuş zamanı
Ayın ikinci tərəfinin şəklini çəkə bildilər və biz
artıq bilirik ki, Ayın qaranlıq tərəfi necədir.
4
Necə düşünürsünüz, nə üçün Ayın forması hər
gecə dəyişir? Nə üçün o gah dairəvi, gah oraq
formalı, gah da yarımdairəvi olur? Sən demə, günəş
təkcə Yeri deyil, Ayı da işıqlandırır və hansı tərəfə
günəş işığı düşərsə, biz də həmin tərəfi görürük.
5
Ay
Yer sakinləri Ayla çox maraqlanırlar, xüsusilə
də - alimlər. Aya səyahət də edə bilmişlər ki, onu
yaxından müşahidə edə bilsinlər. Alimlər kəşf
etdilər ki, burada nə su və nə də ki, həyat üçün hava
(atmosfer) var. Burada həyat yoxdur, onun yalnız
sıldırımlı səthi var.
6
Aya uçan ilk süni gəmi Amerikadan “Apolo 11”
idi. O, 1969-cu ildə Aya endi, bu gəmi ekipajının
rəhbəri isə Nil Armstronq oldu. “Apolo” qrup
üzvləri Ayı yaxşı nəzərdən keçirdilər və araşdırmaq
üçün müxtəlif materialları Yerə gətirdilər.
Ay necə yaranmışdır?
Alimlər çox maraqlanırdılar ki, Ay necə
yaranmışdır və uzun müddət ona cavab tapa
bilmirdilər. Dəqiq cavab heç bu gün də bilinmir,
amma Ayın yaranması haqqında bir daha çox
yayılmış fikir mövcuddur:
Çox əvvəllər Yer yarandıqda onunla planetə
oxşar cismi olan nəhəng bir asteroid toqquşmuşdur.
Bu toqquşma o qədər güclü idi ki, Yer həqiqətən də
parçalanmış və kosmosa səpələnmişdi. Kosmosda
çox qeyri-adi cazibə qüvvəsi mövcuddur. Onu
7
qravitasiya qüvvəsi adlandırırlar və bu hissələr
onun vasitəsilə yenə də bir yerə toplaşmışdır.
Amma hissələrin hamısı bir yumru planetdə birləşə
bilməmişdir. Onlardan biri Yerdən kənarda qalmış
və məhz o, Aydır, hansı ki, bundan sonra Yerlə
“dostlaşmış” və onun yanından uzaqlaşmır. Bu
səbəbdən onu Yerin peyki adlandırırlar.
Dostları ilə paylaş: |