30
etdi. Təzə gələn yaxınlıqdakı dirəyə söykənib siqaret çəkirdi. Bayron baĢa düĢdü ki, o daha əvvəl
gəlib və kənara çəkilmək fikri də yoxdur. Ya da daha pis: buraya qəsdən gəlib, ortalıqdakı dirək
kimi Bayron onun vecinə də deyil. “Nədi, yoxsa iĢ gününü hələ baĢa vurmamısan?” – Bayron
soruĢdu.
O ağzındakı tüstünü bayıra üfürdü. Sonra Bayrona baxdı. Arıq sifəti vardı, rəngi lap hamar
üzlü perqamenti xatırladırdı. Dərisi deyil, sifətin özü dümdüz idi, sanki, baĢı ifrat bir
soyuqqanlılıqla düzgün ölçülüb-biçilmiĢ qəlibə salınmıĢ, sonra da qızmar sobada ütülmüĢdü.
“Əlavə iĢ vaxtına görə burda nə qədər ödəyirlər?” – o soruĢdu. Bayron yalnız onda baĢa düĢdü.
BaĢa düĢdü ki, o nə üçün bayır-bacaq paltarında iĢləyir, nə üçün dünən də, bu gün də özüylə iĢə
nahar gətirməyib, nə üçün baĢqaları kimi nahardan sonra iĢi buraxıb getməyib. Onu da, sanki, o
özü ona açıb deyibmiĢ kimi, dəqiq bildi ki, bu adamın cibində bir qəpiyi də yoxdur və çox
güman ki, iki-üç gündür yalnız siqaretlə keçinir. O, bunu fikrində götür-qoy eləməyə macal
tapmamıĢ, qeyri-ixtiyari – bu düĢüncənin özü kimi qeyri-ixtiyari bir hərəkətlə öz qazançasını ona
tərəf uzatdı. Amma bu hərəkət hələ baĢa çatmamıĢ, həmin adam öz sifətindəki ikrah dolu tənbəl
ifadəni dəyiĢmədən baĢını çevirib, gözünün önündəki siqaret dumanı arasından ona təklif edilən
qazançaya tərs-tərs baxdı. “Mən ac deyiləm. O yana rədd elə bu zibilini”.
Bazar ertəsi tezdən Bayron gümanında yanılmadığını bir daha anladı. O, iĢə təzə
kombinezonda gəlmiĢdi və kağız kisədə özüylə yemək gətirmiĢdi. Ancaq günorta hamıyla
birlikdə nasosxanada çömbəltmə oturub nahar eləmədi və yenə də sifətində həmin o ifadə vardı.
“Özü bilər, orda durmaq istəyirsə, qoy dursun, – usta dedi. – Sims onun kostyumunu iĢə
götürmədiyi kimi, heç o andır sifətini də iĢə götürməyib”.
Sims heç onun dilini də iĢə götürməyib, – Bayron fikirləĢdi. Hər halda, göründüyü qədər
Kristmas özü də belə düĢünürdü, ona görə də özünü bu cür aparırdı. Hətta yarım il keçəndən
sonra da heç kimlə bir kəlmə kəsməmiĢdi. Heç kim onun iĢ vaxtından sonra nəylə məĢğul
olduğunu bilmirdi. ĠĢ yoldaĢlarından Ģam yeməyindən sonra onunla mərkəzi meydanda təsadüfən
qarĢılaĢanlar olmuĢdu, amma Kristmas özünü elə aparmıĢdı ki, guya onları birinci dəfədir görür.
ġəhərdə o, baĢında təzə Ģlyapa, əynində ütülü Ģalvar gəzirdi və daim də damağındakı yanpörtü
siqaretin tüstüsü, sanki, sifətində dərin Ģırım açırmıĢ kimi burula-burula havaya qalxırdı. Harada
yaĢadığını, harada gecələdiyini bilən yox idi, yalnız ara-sıra bəzi adamlar onu Ģəhər kənarındakı
meĢə cığırından keçən görmüĢ, fikirləĢmiĢdilər ki, bəlkə də, o tərəflərdə yaĢayır.
Ġndi Bayronun bildikləri təkcə bunlardan ibarət deyil. Bunları o, onda, o vaxt bilirdi –
eĢitdikləri, gördükləri tədricən, yavaĢ-yavaĢ onun bilgisinə çevrilmiĢdi. Ancaq o zaman onlardan
heç biri bilmirdi ki, Kristmas harada yaĢayır, qara fəhlə iĢinin arxasında gizlənərək, əslində nəylə
məĢğul olur. Əgər sexə daha bir təzə iĢçi – Braun gəlməsəydi, bəlkə də, axıracan bunu heç kim
bilməyəcəkdi. Braun hər Ģeyi açıb danıĢanda isə azı on adam üç ildir Kristmasla Ģəhərdən iki mil
31
aralıda yerləĢən, Berden soyadlı qarımıĢ qadının tək-tənha yaĢadığı köhnə, müstəmləkə
dövründən qalma bir plantasiyaçı evinin arxasında gecə vaxtı təkbətək görüĢdüyünü və ondan
viski satın aldığını etiraf etdi. Ancaq Kristmasdan viski alanlar belə bilmirdilər ki, o – özü də iki
ildən artıqdır – miss Berdenin mülkündəki zənci komasında yaĢayır.
Beləliklə, yarım il bundan əvvəl, vaxtilə Kristmas kimi iĢ axtaran, heç kimin tanımadığı –
daha bir adam sexdə peyda oldu. O da cavan idi, ucaboyluydu, artıq iĢ paltarında –
kombinezonda gəlmiĢdi, göründüyü qədər, bu paltarı çoxdan idi ki, əynindən çıxarmırdı, onun da
sərgərdan görkəmi vardı. Ağzının qırağında ağ çapığı olan canlı, yaraĢıqlı sifətindən iradəsizlik
yağırdı və o çapıq elə iddialı görünürdü ki, sanki, gündə yüz dəfə güzgüdə ona uzun-uzadı
tamaĢa eləyirdilər; o, tez-tez baĢını geri atıb, çiyninin üstündən arxasına boylanırdı; arxadan
sürətlə gələn maĢına dönüb baxan qatır kimi, – Bayron fikirləĢdi. Ancaq bu, sadəcə, arxaya
baxmaq deyildi, əndiĢəydi; Bayrona elə gəldi ki, ondan həm də özündənrazılıq, sırtıqlıq yağır,
sanki o, arxadan onu gözləyən və yaxud gözləyə bilən heç bir təhlükədən qorxmadığını aramsız
olaraq təkrar-təkrar nümayiĢ etdirməyə, sübut etməyə çalıĢır. Və usta Muni, bu yeni iĢçini
görəndə, Bayron fikirləĢdi ki, elə ustanın da ağlından eyni Ģeylər keçir.
– Həə, – Muni dedi, – bu oğlana baxanda, demək olar ki, Sims əslində iĢə heç nə
götürməyib. Bunun heç iĢə yarayan əməlli-baĢlı Ģalvarı da yoxdur.
– Düz deyirsən, – Bayron onun fikrini təsdiqlədi. – Ona baxanda mənim ağlıma küçədə
avaralanan radiolu maĢın gəlir. O radio nə deyir, nə danıĢır, maĢın özü hara gedir – heç nə
anlaya bilmirsən, lap yaxından baxanda isə məlum olur ki, içində heç kim yoxdur.
– Elədi, – Muni dedi. – Mənim də ağlıma ayğır at gəlir. Özü də cins yox. Elə-belə, əzvay
bir ayğır. Kənardan baxanda elə bilirsən ondan yaxĢısı yoxdu, amma əlində yüyən yaxınına gələn
kimi görürsən ki, ayaq üstə ölür. Qaçmağına pis gaçmır, amma yəhərləyən kimi topal yabıya
dönür.
– Amma, deyəsən, madyanların yaman xoĢuna gəlir, – Bayron dedi.
– Əlbəttə, – Muni onu təsdiqlədi. – Amma məncə, o heç madyana da elə bir ciddi xətər
yetirə bilməz.
Təzə gələn iĢçi Kristmasla bir yerdə iĢləməyə, kəpək təmizləməyə baĢladı. Özü də zəvzəyə-
zəvzəyə – çənəsi durmadan iĢləyir, kim olduğunu, hardan gəldiyini hamıya, hər kəsə danıĢırdı,
səsinin ahəngi, danıĢıq tərzi onun bütün varlığını, məğzini açıb göstərirdi; hər sözündən, hər
hərəkətindən baĢdan-ayağa yalan, özünə aludəçilik yağırdı. Həm də o dərəcədə ki, nəinki özü
haqqında danıĢdıqlarına, heç adını belə düz dediyinə inana bilmirsən, Bayron fikirləĢdi. Adının
Con Braun olduğuna Ģübhə etməyə, əlbəttə, heç bir əsas yox idi. Ancaq sir-sifətinə baxan kimi
adam dərhal baĢa düĢürdü ki, beləsi həyatının hansısa çətin anında axmaqlığın son həddinə çata
və öz adını dəyiĢmək qərarına gələ bilər; və onu Con Brauna dəyiĢəndən sonra bundan o qədər