www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
306
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
tərbiyə etməli idi və bu burjua maarifçilərinin ağıl
qanunları ilə yaşayan insan nəzəriyyəsinə uyğun idi. İkinci
tərəfdən, proletar ədəbiyyatı proletar dünyagörüşünü,
marksizmi yayan və tərbiyə edən bir vasitə sayılırdı və bu
da onu dini maarifçiliyə, din təbliğinə yaxınlaşdırırdı.
30-cu illərin əvvəllərində proletar ədəbiyyatı termini guya
daha dəqiq olan sosialist realizmi termini ilə əvəz edildi.
Bu termin sosializm quran cəmiyyətin realizmi anlamına
gəlirdi. Ad dəyişsə də, proletar ədəbiyyatı anlayışındakı
əsas prinsiplər dəyişməz olaraq qaldı. Sosialist realizmi
termini ilə bu anlayışda rəsmi ədəbiyyat elementləri də
qüvvətləndi.
Yazıçılar İttifaqı. Hakimiyyət yaranandan saraylarda
məddah şairlərin olması ənənəsi olmuşdur. Onlar kralı və
sultanı tərifləməklə əsasən onun insanlar arasında
nüfuzunun artmasına və bu yolla hakimiyyətinin
möhkəmlənməsinə xidmət etməli idilər. Rəsmi
ədəbiyyatın əsas əlaməti onda müəllif başlanğıcının,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
307
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
istedad və daxili istəklərin ikinci dərəcəli olmasıdır. Yəni
rəsmi şair özünü ifadə etmir, o sifarişi yerinə yetirir və pul
qazanır. Onun istedadının əsas əlaməti də bədiilik
yaratmaqda yox, yaltaqlıqda, hakimiyyətə yarınmaqda,
hakimiyyəti təmsil edən adamların şəxsi ambisiyalarına
maksimum xidmət göstərməkdədir. Rəsmi ədəbiyyatın
əsas siması yazıçı yox, sifarişçidir, haqq ödəyən
hakimiyyətdir. Sovet dövründə rəsmi ədəbiyyat Yazıcılar
İttifaqı vasitəsi ilə yaradılırdı. Bu ittifaq formal olaraq
seçkili ictimai birlik idi. Amma əslində Yazıcılar İttifaqı
dövlət büdcəsindən maliyyələşən hakimiyyət qurumu idi.
İttifaqın bütün işçiləri dövlət büdcəsindən əmək haqqı
alırdı. İttifaqın rəhbərliyində DTK-nın məxfi zabiti işləyir
və hamıya göz qoyurdu.
Rəhbər işçilər, xalq yazıcıları Kommunist partiyası MK-
nın üzvləri, Ali Sovetin deputatları idi, onlar dövlətin
xüsusi güzəştlər sistemindən, xüsusi mağazalardan,
istirahət evlərindən, xəstəxanalardan istifadə edirdilər.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
308
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
İttifaqın rəhbərləri, xalq yazıcıları, qəzet və jurnalların
redaktorları partiyaçı idilər və partiyanın ədəbi siyasətini,
sosialist realizmi ədəbiyyatının prinsiplərini həyata
keçirən adamlar idilər. Buna görə onlar nəşriyyatlarda
dövlət planlarına daxil olan əsərlərin, müəlliflərin
siyahısına baxıb onu təsdiq edir və çıxan kitabların
ideoloji təmizliyinə görə cavabdeh idilər. Onlar
nəşriyyatlarda çıxan kitabları üçün adi, titulsuz, vəzifəsiz
yazıçılardan 3-6 dəfə artıq haqq alırdılar. Bu qonorar
fondunun 80 faizindən çoxunu təşkil edirdi.
Rəsmi tənqid. Yazıcılar İttifaqının rəhbərləri, titullu
yazıçılar və ədəbi orqanların rəhbər işçiləri rəsmi partiyalı,
sinfi ədəbi tənqidin hegemonluğunu təmin edir və özləri
də qələmləri ilə buna xidmət edirdilər. Rəsmi tənqid
dövlətin və partiyanın ədəbi siyasətini təmsil edən qələm
adamlarının mövqeyi idi. Bu da müəllif yaradıcılığını yox,
partiyanın baxış nöqtəsini təmsil edən bir hadisə idi.
Rəsmi tənqid 1934-cü ildə SSRİ Yazıçılar İttifaqı
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
309
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
yaranandan sonra formalaşmış bir hadisə idi. Deyilənlərə
görə, sovet vaxtı tənqidlə məşğul olmuş qələm əhlinin
çoxu rəsmi tənqidin xidmətçiləri idi, onların öz tənqidi
görüşlərindən danışmaq çətindir. Rəsmi tənqidçi dövlətin
ədəbi tələblərini konkret yazıçıya və əsərə tətbiq edirdi.
Onun əsas vəzifəsi sovet həyatındakı qüsurların
ədəbiyyatda göstərilməsinin qarşısını almaq idi. Sovet
quruculuğunu və partiyanı tərənnüm. Sosialist realizminin
əsas vəzifəsi sovet dövlətinin və kommunist partiyasının
üstünlüklərini və yaxşılığını tərənnüm etmək idi. Bu təkcə
poeziyadan yox, bütün janrlardan tələb olunurdu. Həmin
tələbdən də sosialist realizmi ədəbiyyatının şüarlara və
plakatçılığa bağlılığı onun marksist maarifçilik forması
olduğunu ortaya qoyurdu. Beşillik planlar, İ.Stalinin və
V.Leninin şəxsiyyəti, kommunist partiyasının siyasətindən
gələn bütün kampaniyalar ədəbiyyat tərəfindən himayə
olunmalı böyük uğurlar, əmək adamlarına qayğı və s. kimi
təqdim edilməliydi. Hələ proletar ədəbiyyatı dövründən
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
310
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
yazıçıdan həyatı inqilabi inkişafda göstərmək tələb
olunurdu. Bunun üçün xüsusi bir tipiklik konsepsiyası
yaradılmışdı. Bir milyon fakt qeyri tipik sayıla bilərdi,
amma inqilabi inkişafı göstərən bircə fakt isə əksinə, tipik
elan olunurdu. Həyata belə yanaşmaq tələbi yazıçının
istedadına qarşı zorakılıq idi, çünki o öz bildiyi və
duyduğu şeyləri ədəbiyyata gətirə bilməzdi. Əgər belə
təşəbbüs edilsə belə, rəsmi tənqid silahlanıb həmin
yazıçını sovet gerçəkliyini təhrif etməkdə ittiham edilirdi.
Belə yazıçılar rəsmi partiya sənədlərində pislənirdi və bu
yolla onların nəşriyyatda kitab buraxdırmaq imkanları
əldən gedirdi.
Ümumən Yazıçılar İttifaqı şəraitində təsadüfi adamların,
bu qurumla bağlı olmayan və orada işləməyən adamların
ədəbiyyata gəlməsini və yaradıcılıqla məşğul olmasını
praktiki olaraq qeyri-mümkün edirdi. Bütün üzdə olan
yazıcıların müəyyən dövlət vəzifələri var idi. Bu sovet
dövründə ədəbiyyatın ideya istiqaməti baxımından
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
311
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
birmənalı və eybəcər bir vəziyyətə gəlməsinə səbəb
olmuşdur.
Müsbət qəhrəman. Sosialist realizminin əsas estetik
prinsiplərindən biri sovet həyatının yaxşılığa doğru
inkişafını göstərən, sosializmə xidməti həyat idealı sayan
insanların obrazlarını yaratmaq idi. Əslində həyatda belə
adamlar yox idi, bəlkə çox az və qüsurlu adamlar var idi.
Partiya və dövlət orqanlarında karyera edən adamların
əksəriyyəti simasız, tamahkar, yaltaq insanlar idi. Amma
partiya onları ideal insanlar kimi göstərməyi tələb edirdi.
Bu tipik müsbət qəhrəman əmək adamı idi. Ədəbiyyatda
yaradılmış bu qəhrəman şəxsi mənafe və maraq hissindən
məhrum, istehsalatda çalışan fəhlə idi. Bu fəhlənin belə
heç bir şəxsi qüsuru ola bilməzdi. Əslində müsbət
qəhrəman konsepsiyası sosialist realizmində cəmiyyəti
müsbət planda təqdim etmək üsulu idi. Buna isə sovet
ədəbiyyatının təsdiq pafosu adı verilmişdi. Lakin sosialist
realizmi ədəbiyyatının içində milli əqidəli, istedadlı,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
312
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
vicdanlı yazıcılar da olmuşdur. Məhz onlar – C.Cabbarlı,
C.Vurğun, M.İbrahimov, İ.Əfəndiyev, B.Vahabzadə kimi
yazıcılar sovet dövrü Azərbaycan ədəbiyyatında milli bir
ədəbiyyat xətti yarada və qoruya bilmişlər. Ona görə
sosialist realizmi ədəbiyyatının içində həqiqi bir milli
ədəbiyyat yarandığını da inkar etmək doğru deyildir.
Sürrealizm
(fr.surrerealisme-realizmin fövqü)
XX əsrin bədii mədəniyyətində avanqard cərəyan. Ötən
əsrin 20-ci illərində Fransada təşəkkül tapmışdır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
313
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Yazıçılardan G.Appoliner ("sürrealizm" terminini ilk dəfə
o, işlətmişdir), L.Araqon, P.Elüar, R.Desnos və başqaları
bu cərəyanın baniləri hesab olunurlar. Sürrealistlər
instinktləri, xəstə əhvali-ruhiyyəni, sayıqlama, dəhşətli
qarabasma və eybəcər röyaları bədii yaradıcılığın başlıca
mənbəyi və estetik prinsipi sayırdılar. Sürrealizmin
banilərindən birinin fikrincə "ruhi xəstələr əsil
sürrealistlərdir". Sürrealistlər dünyaya qarma-qarışıq
hadisələr meydanı kimi baxır, hadisələr arasındakı məntiqi
bağlılığı subyektiv assosiasiyalarla əvəz edirdilər. XX
əsrin 30-cu illərində ədəbiyyatda sürrealizm tənəzzülə
uğramış, L.Araqon, P.Elüar ondan uzaqlaşmışdılar. 1940-
cı ildə sürrealizmin mərkəzi ABŞ olmuş, A.Breton,
M.Düşan, S.Dali, İ.Tanki və b. sürrealistlər buraya
köçmüşdülər.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
314
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Transsendentalizm
1830-1860-cı illərdə ABŞ-da ədəbi-fəlsəfi hərəkat.
1836-cı ildə ABŞ-da Transsendental klubun əsasını
qoymuş idealist filosof və yazıçılar qrupuna Ralf Uold
Emerson (1803-1882), C.Ripli (1802-1880), T.Parker
(1810-1860), M.Fuller (1810-1850), Henri Devid Toro
(1817-1862) və başqaları daxil idi. Transsendentalistlər
sensualizmə mənfi münasibətini bildirir, Kant və Fixtenin,
Yakobinin və Şleyermaxerin fəlsəfəsi ilə öz əlaqəsini
qeyd edirdilər.
Onların dünyagörüşünə Amerikan puritanizminin etik-
sosial ideyaları, Platonun, ingilis romantik şairlərinin –
C.Kolric, U.Vordsvortun "Göl məktəbi", Karleylin və Jan
Jak Russonun baxışları dərin təsir göstərmişdir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
315
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Romantizm və xırda burjua demokratizmi mövqelərindən
kapitalizmin amansızlığını tənqid etmiş, sosial
münaqişələrin həllində mənəvi özünütəkmilləşdirməyə
diqqət yetirmiş, təbiətlə yaxınlaşmağa çağırmışlar.
Bir çox transsendentalistlər ABŞ-da köhnəliyə qarşı fəal
çıxış etmişlər. 1841-ci ildə C.Ripli yazıçı H.Qotorn və
başqaları ilə birlikdə Boston yaxınlığındakı "Bruk Farm"
(1847-ci ilə qədər mövcud olmuşdur) adlı furyerist
koloniya təşkil etmişlər. Baxışları Ralf Uold Emersonun
"Təbiət" əsərində tam şəkildə ifadə olunmuş
transsendentalistlər Amerika ədəbiyyatı və fəlsəfəsinin
inkişafında müəyyən iz qoymuşlar.
Tənqidi realizm - ədəbi cərəyan
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
316
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
XIX əsrin birinci yarısında Fransada romantizmlə eyni
vaxtda tənqidi realizm cərəyanı da inkişaf etdi. Qısa bir
vaxtda tənqidi realizmin Stendal və Balzak kimi
klassikləri meydana çıxdı, Qərbi Avropada və Rusiyada
realist cərəyanın inkişafına mühüm təsir göstərdi. O
zaman Avropada realizmə natural məktəb də deyirdilər,
əslində natura və reallıq sözləri eyni mənaya gəlirdi və
bunlar sinonim terminlər idi. Realizm sözünün mənası da
ilk növbədə yaradıcılığın real dünya həqiqətlərinə
əsaslanması və bədii uydurmaya verilən yerin azlığı
mənasını daşıyırdı. Lakin sonradan realizm termini daha
artıq işlənməyə başladı.
Tənqidi realizm ifadəsindəki tənqid sözü kapitalist
gerçəkliyinə aid idi. Balzak kimi tənqidi realistlər insanın
bədii təsvirində sentimentalizmin və romantizmin
nailiyyətlərinə prinsipial bir şey əlavə etməmişdilər.
Onların əsas yeniliyi burjua cəmiyyətini təhlil və tənqid
etmək, insanların qüsur və problemlərini, qəddarlığını açıb
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
317
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
göstərməklə bağlı idi. Məhz bu xüsusiyyətlər tənqidi
realistlərin ədəbi tərəqqiyə verdikləri əsas töhfələr idi.
Əlbəttə, böyük tənqidi realistlərin hamısı ilk növbədə,
müasir insanın obrazını yaratmaqda böyük istedad
göstərmiş sənətkarlar idilər. Sadəcə onların bu sahədəki
işində ancaq nisbi yeniliklər var idi və onlar prinsipial
xarakter daşımırdı.
Balzak ədəbi proqramını şərh edərkən özünü fransız
cəmiyyətinin katibi adlandırırdı. Burada katib sözü daha
çox araşdırıb dəftərə salmaq, cəmiyyətin bütün
təbəqələrinin və sosial qruplarının obrazlarını yaratmaq
mənasına gəlirdi. Balzakın əsas əsərləri sosial-psixoloji
oçerklər xarakteri daşıyırdı.
Əlbəttə, romantiklərdə də parlaq sosial təsvirlər tapmaq
olar. Lakin bütünlükdə cəmiyyəti təhlil etmək, onun dərin
qatlarına, siniflərinə, bütün peşə adamlarına bədii işıq
salmaq yaradıcılıq məqsədi kimi romantiklər üçün
maraqsız idi. Onlar üçün həyatın prozası, adiliyi qeyri-
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
318
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
estetik bir material sayılırdı. Lakin romantiklərin qeyri-
estetik, ədəbiyyat üçün maraqsız saydıqları həyat materialı
realizm epoxasının əsas bədii hədəfi oldu.
Marksist nəzəriyyədə realizm bir qayda olaraq tipikliklə
əlaqələndirilir. Şübhəsiz ki, tipiklik romantiklərdə də
kifayət qədər var idi və onu realist ədəbiyyatın əsas
əlaməti saymaq olmaz. O biri tərəfdən tipikliyin özü nisbi
bir anlayışdır. Bir-iki halı da, milyon variantda təkrarlanan
variantı da tipik adlandırmaq olar.
Tənqidi realizmin ümumi əlaməti onun bütün böyük
nümayəndələrinin içində yaşadıqları cəmiyyətə qarşı
mənəvi (siyasi yox) müxalifətdə olmaları idi. Bu
müxalifətçilik L.N.Tolstoy, F.M.Dostoyevski,
İ.S.Turgenev, A.P.Çexov kimi rus tənqidi realistlərində
daha güclü idi. Bu Rusiya cəmiyyətindəki faciəli
ziddiyyətlərlə bağlı idi.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
319
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Tənqidi realizm epoxası üçün ədəbiyyatın, xüsusilə nəsr
və dramaturgiyanın tamam tarixilik prinsipinə keçməsi
səciyyəvi idi. Zaman və məkan konkretliyi, birmənalı
milli zəmində durmaq realizmin ilkin əlamətlərindən biri
idi. Ona görə realizm epoxası hər xalqın ədəbiyyatında
özünə xas tarixi və milli həqiqətləri əks etdirən bir hadisə
kimi daxil olur, xalqların milli həyatının və tarixinin bədii
mənzərəsi və salnaməsi kimi meydana çıxır.
Romantizmdə bədii həqiqətin belə milli konkretliyi
prinsip səviyyəsində yox idi.
İntibah, klassisizm, romantizm epoxaları ədəbi obrazın
məzmunca tarixiləşməsi baxımından ardıcıl bir prosesin
mərhələləri idilər. Məhz realizm epoxasında ədəbi obraz
vasitəsi ilə tarixi həqiqətlərin əks etdirilməsinin
təkmilləşmə prosesi tamamlanır. Realizmin əsas janrı olan
iri nəsr – roman janrı milli bir janr olmağa və adlanmağa
başlayır. Milli tarixilik zəminində yazılan romanlarda
bədii obraz sistemi birmənalı milli və konkret tarixi
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
320
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
məzmun daşıdığından roman əsas milli janr hesab
edilməyə başladı.
Realist obraz sosial və milli əlamətləri əks etməklə yanaşı
həm də fərdi həqiqətləri əks etmədə də ədəbi tərəqqinin
yüksək səviyyəsi oldu. Realizm epoxasına qədər ədəbi
obrazın fərdiliyi və ədəbi yaradıcılıq üçün prinsipial və
köklü mənası ən qədimlərdən yazıcı tərəfindən aydın dərk
olunmayan bir prinsip idi. Yəni realizmə qədər ədəbi
obrazın fərdi yaddaşla bağlılığı və fərdi yaddaş baxışı
kimi özünü büruzə verməsi kortəbii, mexaniki şəkildə baş
verirdi. Lakin realist yaradıcılıqda ədəbi obrazın fərdiliyi
müəlliflərin şüurlu ədəbi prinsipi kimi özünü büruzə verir.
İmressionizm
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
321
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
(fr.impressionisme, impression-təəssürat) XIX əsrin 60-
70-ci illərində Fransada təşəkkül tapmış incəsənət
cərəyanı. Ədəbiyyatda impressionizm geniş mənada XIX
əsrin son rübündə yaranmış, müxtəlif əqidə və yaradıcılıq
metoduna malik yazıçıları birləşdirən üslub, məhdud
mənada isə XIX əsrin sonu XX əsrin əvvəllərində
dekadentliyə meyl göstərən cərəyandır. Dəqiq düşünülmüş
formanın olmaması, ani təəssüratların ötəri, lakin daxili
vəhdət və əlaqədə verilməsi impressionist üslubun
səciyyəvi cəhətləridir. Təhkiyənin ilk təəssürat, təsadüfi
detallar üzərində qurulmasına baxmayaraq, o, özünün
"dolayı" həqiqəti ilə bu və ya digər hekayətə qeyri-adi
parlaqlıq verir.
Cərəyanın K.Hamsun, M.Prust, O.Uayld, G.Bar kimi
görkəmli nümayəndələri var. Ədəbiyyatda imressionizm
metodu XX əsrin ortalarında aradan çıxmışdır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
322
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Dostları ilə paylaş: |