Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
- Rəsmi, qanuniləşdirilmiş dinin mövcud olmaması
- Heç bir dinin məcburi müəyyən edilməməsi (vicdan azadlığı)
- Dinin dövlətdən ayrı olması
- Bütün dini etiqadların qanun qarşısında bərabərliyi.
Düz radiasiya
coğrafi
Atmosferdən birbaşa keçərək Yer səthinə çatan Günəş şüaları
E-hökumət
hüquqi
Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsi, əhali, biznes
qurumları ilə, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsi məqsədi ilə
informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi
Ehtiyac meyarı
hüquqi
Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət
sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd
(“Ünvanlı dövlət sosial yardımı haqqında” Qanundan)
Ekologiya
coğrafi
Canlı və cansız təbiətin qarşılıqlı münasibətini
öyrənən elm
Ekspansiya
siyasi
Genişləndirmə, ərazilərin işğalı
Ekstradisiya
hüquqi
Cinayətkarı
başqa dövlətə təhvil vermə
Ekstravaqant
siyasi
Yüksək zövqlə geyinən və görünən
Ekstremizm
siyasi
Siyasətdə iftrat görüşlərə və tədbirlərə olan meyl. ABŞ-SSSR
Ekvator
coğrafi
Yerin coğrafi qütblərindən eyni məsafədə çəkilən və Yer kürəsini iki bərabər hissəyə bölən xəyali
çevrə. Ən uzun paraleldir.
Ekzogen
coğrafi
Xarici
Eqoizm
ictimai
Xudbinlik, özünüsevmə
Elat
tarixi
Tayfa əyyanlarından asılı, yarımköçəri həyat sürən maldar kəndlilər
Eldar şamı
coğrafi
Endem ağac növü olub, dünyada təbii halda yalnız Azərbaycanda – Qabırrı çayının sağ sahilində,
Elləroyuğu dağında bitir. 1910-cu ilin noyabrında qrafinya K.S.Uvarovanın təklifi ilə Qafqazda ilk
qorunan ərazi olan Eldar şamı sahəsində 3,5 min hektar ərazidə botaniki yasaqlq elan edildi və
qorunmağa başlandı.
Elita
siyasi
Fransızca seçilmiş deməkdir. Yüksək təbəqə, zümrə. Hakimiyyətin daşıyıcısı anlamına gəlir.
Emiqrasiya
coğrafi
Əhalinin ölkədən köçüb getməsi. Məs.: irlandların ABŞ-a köçməsi. Hazırda ABŞ-da 40 mln-dan
artıq İrlandiya mənsəli əhali yaşayır.
Emissar
siyasi
(latınca emissarius - "nümayəndə") Başqa ölkəyə müəyyən qeyri-rəsmi tapşırıqla göndərilən dövlət,
təşkilat və ya kəşfiyyat orqanlarının nümayəndəsi (əsasən məxfi şəkildə).
Emissiya
iqtisadi
Qiymətli kağızların dövriyyəyə buraxılması
Emitent
iqtisadi
Pulları qiymətli kağızları, ödəmə-hesabat sənədlərini dövriyyəyə buraxan dövlət, təşkilat.
malgöndərənin (podratçının) tender təklifinə, satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə
təminatlarına və digər ödəniş sənədlərinə zəmanət verən maliyyə qurumu;
Empirik
Konkret
Endemik bitkilər
coğrafi
Dünyada yalnız bir yerdə bitən bitkilər. Azərbaycanda azat, qaraçöhrə, dəmirağacı endemik bitkiləri
yayılmışdır.
Endogen
coğrafi
Daxili
Enozis
siyasi
Hərbi yolla Kiprin Yunanıstana birləşdirilməsi
Epiqrafika
tarixi
Epiqraflar haqqında elm
Eskimoslar
coğrafi
Arktika bölgədəki dörd ölkəyə yayılmış olaraq, Şərq Sibir, Alyaska, Kanada və Qrenlandiyada
yaşayan qütb xalqıdır. Dinləri xristianlıq və şamanizmdir.
Esperanto
tarixi
Beynəlxalq süni dil 1887-də yar
Etatizm
siyasi
Fransızca dövlət deməkdir. dövlətin iqtisadi, sosial və mədəni sahələrdə rolunun artırılmasına deyilir.
Etika
siyasi
Əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə
edir. Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil
eidlirlər. Çünki onlar insan davranışı ilə bağlıdırlar. Nəzəri fəsəsfəyə məntiq, qavrama nəzəriyyəsi və
metafizika daxildir.
Etnogenez
tarixi
Xalqın mənşəyi
Etnoqrafiya
siyasi
Yunan sözü olub, "etnos" xalq, "qrafis" isə təsvir etmək deməkdir. Etnoqrafiya xalqı öyrənən, təsvir
edən, xalqa daha yaxın olan, onun adət-ənənələri, istək və arzularına daha çox bələd olan elmdir.
Etnoqrafiya elminin başlıca vəzifəsi xalqı öyrənmək, tarixini tədqiq etmək və daha da
zənginləşdirməkdən ibarətdir. Etnoqrafiya tarix elminin tərkib hissəsidir. Əgər arxeologiya tarix
elminin ixtiraçısı hesab olunursa, etnoqrafiya isə onun bərpaçısı funksiyasını daşıyır. Ona görə də
hər bir tədqiqatçı tarixin tədqiqi zamanı arxeoloji və etnoqrafik mənbələrə üstünlük verməlidir.
Etnos
coğrafi
(yun. xalq) Nisbətən sabit xüsusiyyətləri olan mədəniyyət və psixikaјa malik, һabelə öz vəһdətini
insanların başqa qruplarından fərqləndirən, bir dildə danışan insanların tarixən yaranmış məcmusu.
Evrika
tarixi
"Tapdım" - Arximed
Evtanaziya
Sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə
Əhalinin
əsas
sosial-demoqrafik
qrupları
hüquqi
Yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali,
pensiyaçılar, əlillər, uşaqlar və s) (“Yaşayış minimumu haqqında” Qanundan)
Əmək
haqqı
indeksı
hüquqi
Ay ərzində işçi qüvvəsi tərəfindən göstərilən xidmətin qiyməti aylıq əmək haqqının və məvacibin
indeksını təmsil edir və o, müəssisə, fəaliyyət növü, mülkiyyət növü, iqtisadi region və ölkə üzrə pul
və natura formasında məvacib və əmək haqqından əldə olunan gəlirə, miqdarı isə ay üzrə işlənilmiş