3
Bu kitab "Azərbaycan tarixi. Yeddi cilddə. VII cild" (Bakı, Elm,2003) nəĢri
əsasında təkrar nəĢrə hazırlanmıĢdır
Məsul redaktor:
Tahir Qaffarov
tarix elmləri doktoru
ISBN 978-9952-448-48-1
947. 5402-dc22
Tarix - Azərbaycan
Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı. "Elm".
2008. 608 səh. + 80 səh. illüstrasiya.
"Azərbaycan tarixi"nin VII cildi Azərbaycanın 1941-ci ilin iyun ayından
2002-ci ilədək olan mürəkkəb, ziddiyyətli tarixi dövrünü əhatə edir. Kitab üç
bölmədən ibarətdir. I bölmədə Azorbaycanın İkinci dünya müharibəsi dövrü tarixi,
II bölmədə 1945-1991-ci illərdə, xüsusən 1970-ci illərdə və 1980-ci illərin birinci
yarısında iqtisadi və mədəni yüksəliş, 80-ci illərin sonlarında başlanan milli oyanış,
demokratik
hərəkat,
III
bölmədə
isə
respublikanın
suverenliyinirı
bərqərarlaşdırılması, müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi,
ölkənin iqtisadi, siyasi, mədəni inkişafı arxiv sənədləri, dövri mətbuat materialları
və mövcud elmi ədəbiyyat əsasında şərh olunur.
"Elm" nəşriyyatı, 2008
4
GĠRĠġ
Yeddicildlik "Azərbaycan tarixi"nin yeddinci cildi 1941-2002-ci illəri -
Azərbaycanın siyasi, iqtisadi və mənəvi həyatında xarakterik xüsusiyyətləri ilə
fərqlənən üç mühüm dövrü - 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi, 1946-
1991-ci illərdə quruculuq, mürəkkəb, ziddiyyətli inkişaf, 1991-2002-ci illərdə
respublikanın dövlət müstəqilliyinin bərpası və möhkəmlənməsi dövrlərini əhatə
edir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin qeyd etdiyi kimi,
"1941-1945-ci illər Azərbaycan xalqının tarixində çox görkəmli yer tutur,
xalqımızın tarixinin parlaq səhifələrindəndir... İkinci dünya müharibəsi əyani
şəkildə bir daha təsdiq etdi ki, Azərbaycan xalqı ən ağır sınaqlardan üzüağ
çıxmağa, misilsiz şücaət və rəşadət nümunələri göstərməyə qadir olan çox dözümlü
və qəhrəman xalqdır... Faşizm üzərində qələbədən sonra xalqımızın keçdiyi yol
Azərbaycanın gələcək milli azadlığına, müstəqilliyinə gedən yol olmuşdur...
Azərbaycan yüksək inkişaf yolu keçdi və böyük iqtisadi, intellektual potensial
topladı. Bunların əsasında... öz müstəqilliyini əldə etdi və dünya birliyində öz
yerini tutdu".
Xalqın böyük fədakarlıq, ümid və qürurla keçdiyi bu tarixi yolun ciddi,
qərəzsiz elmi tədqiqi mühüm nəzəri və əməli əhəmiyyət kəsb edir. Tarixi keçmişin
həqiqətləri yalnız konkret zaman və məkan daxilində, fakt və hadisələrin, onlar
arasında üzvi və sistem-funksional əlaqələrin dərin təhlili əsasında aşkar edilə
bilər.
Azərbaycan tarixinin bu mühüm problemləri bir sıra elmi-tədqiqat
əsərlərində, monoqrafiyalarda, ümumiləşdirici əsər və dərsliklərdə müxtəlif yönüm
və mövqelərdən işıqlandırılmışdır. Bu dövrə aid ilk ümumiləşdirici kitab - böyük
müəllif kollektivi tərəfindən yazılmış üçcildlik "Azərbaycan tarixi" respublikanın
görkəmli
tarixçiləri
İ.A.Hüseynov,
M.A.Dadaşzadə,
Ə.S.Sumbatzadə,
Z.İ.İbrahimov, Ə.N.Quliyev və Y.A.Tokarjevskinin redaktəsi ilə 1963-cü ildə çap
olunmuş, onun bu gün də əhəmiyyətini itirməmiş üçüncü cildinin ikinci hissəsində
Azərbaycan SSR-in 40-50-ci illər tarixi geniş, lakin o zaman açıqlanması mümkün
olmayan bir çox problemlərdən yan keçməklə işıqlandırılmışdır.
Son illərdə, fikir plüralizminə geniş meydan verildiyi şəraitdə, SSRİ-nin
Böyük Vətən müharibəsində Azərbaycanın iştirakı, bütün mürəkkəbliyi və
ziddiyyətlərinə baxmayaraq, müharibədən sonrakı quruculuq və inkişaf, habelə
respublikanın dövlət müstəqilliyinin bərpası, müstəqil respublikada baş vermiş
siyasi, iqtisadi və mənəvi proseslərlə bağlı populist, nihilist çıxışlar, qarayaxmalar
tarixçilərdən tarixi həqiqətləri elmi əsasda üzə çıxarmağı və qiymətləndirməyi
tələb edir.
5
VII cilddə 1941-2002-ci illər - Azərbaycan tarixinin kompleks
araşdırılmasına ilk cəhd göstərilmişdir. Müəlliflər hesab edir ki, bu dövrün tam
əhatəli elmi tarixinin yazılması üçün daha dərin obyektiv tədqiqat işləri
aparılmalıdır və VII cild bu işin ancaq başlanğıcıdır. "Azərbaycan tarixinin VII
cildi müxtəlif tarixi mənbələr, arxiv sənədləri, dövri mətbuat materialları, mövcud
elmi ədəbiyyat əsasında yazılmışdır. Müəlliflər keçmiş SSRİ-nin, respublikanın
mərkəzi, habelə ayrı-ayrı nazirliklərin, dövlət komitələrinin arxivlərindən, dövri
mətbuatdan, statistika külliyyatlarından, çap olunmuş dövlət və partiya
sənədlərindən, Azərbaycana 30 ildən artıq rəhbərlik etmiş Prezident Heydər
Əliyevin nitq və çıxışlarından, xüsusən onun Azərbaycan xalqına Yeni 2001-ci il,
Yeni əsr və üçüncü minillik münasibətilə "Azərbaycan XXI əsrin və üçüncü
minilliyin ayrıcında" adlı müraciətindən geniş istifadə etmiş, on prinsipial
məsələlərin şərhində onun müddəaları rəhbər tutulmuşdur. Heydər Əliyevin bu
müraciəti Azərbaycan xalqının çoxminillik tarixinə elmi və lakonik baxış olmaqla
bərabər, 1969-2001-ci illər tarixinin tədqiqi üçün çox qiymətli mənbədir.
Kitabda illüstrasiyalar Azərbaycan Respublikası Foto-Kino Arxivinin,
müxtəlif muzeylərin fondlarından, dövri nəşrlərdən və kitablardan götürülmüşdür.
Müəlliflər və redaksiya heyəti VII cildin yazılması, müzakirəsi və nəşri
zamanı köməklik göstərmiş mütəxəssislərə, təşkilat və müəssisələrə
minnətdarlığını bildirir.
***
VII cildin mətnləri aşağıdakı müəlliflər tərəfindən yazılmışdır. Giriş, II
bölmənin V fəsli, III bölmənin I, II, III və IV fəsilləri, nəticə və xülasə (rus dilində)
tarix elmləri doktoru Tahir Qaffarov, I bölmənin I fəsli Azərbaycan MEA müxbir
üzvü, tarix elmləri doktoru, professor Qaraş Mədətov, tarix elmlori doktoru,
professor Məzahir Abasov, Tahir Qaffarov, tarix elmləri namizədləri Tapdıq
Novruzov, Cəbi Bəhramov və Əzizağa Ələkbərov, II fəsli Qaraş Mədətov, Məzahir
Abasov, Tahir Qaffarov, III fəsli Əzizağa Ələkbərov, II bölmənin I fəsli akademik,
iqtisad elmləri doktoru, professor Asəf Nadirov, tarix elmləri doktoru, professor
Bayram Qurbanov, tarix elmləri doktorları Nina Qədirova, Tahir Qaffarov və
Hüseyn Əmirov, tarix elmləri namizədləri Elmira Qədirova, Tatyana Musayeva
və Cəbi Bəhramov, II fəsli Tahir Qaffarov, Nina Qədirova və Cəbi Bəhramov, III
fəsli Bayram Qurbanov, Tahir Qaffarov, Elmira Qədirova, IV fəsli Asəf Nadirov,
Nina Qədirova, Tahir Qaffarov, Hüseyn Əmirov, Elmira Qədirova və Tatyana
Musayeva, VI fəsli tarix elmləri doktoru Sayad Sayadov.
Müəlliflər tarix elmləri namizədləri Tamella Kərimova və Firuzə
Məmmədquliyevanın elm və təhsilə dair təqdim etdikləri materiallardan II
bölmənin IV fəslində, Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasına dair