Qədim dövr və orta əsrlər
Тarix və onun problemləri, № 1 2014
18
ZABIL BAYRAMLI
Tarix üzrə elmlər doktoru
E-mail: zabil_bayramli@mail.ru
BƏYMİRZƏ ŞƏBİYEV
Tarix üzrə fəlsəfə doktoru, dosent
XVII YÜZILLIYIN 20-40-CI ILLƏRINDƏ SƏFƏVI-OSMANLI MÜNASIBƏTLƏRI
(İRƏVAN VƏ BAĞDAD UĞRUNDA MÜBARIZƏ)
Açar sözlər: İrəvan, Bağdad, Səfəvi, Şah, Sultan
Ключевые слова: Ереван, Багдад, Сефевиды, Шах, Султан
Key words: Irevan, Bagdad, Safavi, Shah, Sultan
Azərbaycan Səfəvi dövlətinin tarixinin bir çox problemləri indiyə qədər ətraflı öyrənil-
məmiş, bəzi problemlərisə ayrıca tədqiqat obyekti kimi araşdırılmamış, bir sıra məsələlər isə
diqqətdən kənarda qalmışdır. Vətən tarixşünaslığında Səfəvi dövlətinin ən çox araşdırılan
problemlərindən biri Səfəvi-Osmanlı münasibətləri olsa da, bu iki dövlət arasında XVI-XVII
əsrlərdə mövcud olmuş qarşılıqlı əlaqələrin hərtərəfli öyrənildiyini və bu sahədə obyektiv
tarixi gerçəkliklərin elmi cəhətdən müəyyənləşdirilib tamüzə çıxarıldığını demək doğru olmaz.
Bu problemin dövrün beynəlxalq münasibətlər konteksində mərhələlər üzrə hərtərəfli araşdırı-
lıb öyrənilməsi, baş vermiş savaşların səbəb və nəticələrinin üzə çıxarılması fonunda obyektiv
tarixi gerçəkliklərin aydınlaşdırılması vətən tarixşünaslığının mühüm məqsədlərindən biridir.
Məlum olduğu kimi, uzun müddət davam etmiş Səfəvi-Osmanlı qarşıdurmasının kəskin-
ləşməsində məlum hərbi-strateji, ideoloji, iqtisadi səbəblərlə yanaşı, digər amillərin də müəy-
yən rolu olmuşdur. Bu amillər içərisində iki dövlətin təmas nöqtəsində kürd tayfaları və gürcü
hakimləri tərəfindən tez-tez təşkil edilən qiyamlar, o cümlədən separatizm hallarını xüsusi ola-
raq qeyd etmək lazımdır. Bununla yanaşı, Səfəvi-Osmanlı qarşıdurmasında İran körfəzi istiqa-
mətindən yaxınlaşmaqda olan Oərbin müstəmləkəçilik siyasəti təhlükəsi və Bolqa-Xəzər tran-
zit ticarət marşrutunun əhəmiyyətinin artmasının rolunu da yetərincə qiymətləndirmək lazım-
dır.
Məlum olduğu kimi, 1603-1612-ci illərdə yenidən başlanmış Səfəvi-Osmanlı müharibəsi
yekunda Səfəvi dövlətinin qələbəsi ilə başa çatdı. İki dövlət arasında bağlanmış Sərab sülh sa-
zişinə əsasən, 1590-cı il İstanbul barışığına görə itirilmiş Səfəvi əraziləri geri qaytarıldı. Buna
baxmayaraq Sərab sülhü belə Səfəvi və Osmanlı dövlətləri arasındakı sərhəd sinirlərini qəti
olaraq müəyyənləşdirə bilmədi. Belə ki, Kürdüstan və Bağdadın qərb sərhəddindəki rayonların
demarkasiyası öz həllini tapmamış qalmışdı. Mənbələrin məlumatlarına əsasən, Amasiya sül-
hünə görə Səfəvilərə məxsus olan Gürcüstanın Mesxeti əyaləti və Ahısxa qalası osmanlıların
hakimiyyəti altında qaldı. Eyni zamanda əvvəllər Osmanlı idarəçiliyi altında olan Ərəbistan və
Bağdadın bəzi rayon və qalaları isə Səfəvi dövlətinin əlində qaldı (7, 610).
XVI əsrin sonu - XVII əsrin əvvəllərində həyata keçirdiyi uğurlu daxili və xarici siyasət
xətti nəticəsində Azərbaycan Səfəvi dövlətinin beynəlxalq münasibətlər sisteminin fəal dövlət-
ləri arasında nüfuzunu gücləndirən I Şah Abbas (1587-1629) 1613-cü ildə Gürcüstana qoşun
yeritdi. Gürcüstanda Səfəvilər əleyhinə iğtişaşların başlanması şah sarayını Osmanlı dövləti ilə
sərhəd xəttində yerləşən bu bölgədə stabilliyi bərpa etməyə vadar edirdi. I Şah Abbasın göstə-
rişi ilə Azərbaycan bəylərbəyi Pirbudaq xan Türkman, Qarabağ əmirlərindən Dəli Məhəməd
Qədim dövr və orta əsrlər
Тarix və onun problemləri, № 1 2014
19
Şəmsəddinli, Şirvan bəylərbəyi Yusif xanın alayları da Gürcüstana daxil olub burada sakitlik
yaratmalı idilər (1, 405). Mənbələrin məlumatına əsasən, qızılbaş ordusu qısa müddət ərzində
Kaxetiyada iğtişaşlara son qoyub, bölgədə böyük dağıntılar və kütləvi qırğınlar həyata keçirə-
rək sabitliyi bərpa etməyə müvəffəq oldu.
I Şah Abbasın Qüzey Qafqazdakı bu uğurlarını Osmanlı Sultanı I Əhməd (1603-1617)
narazılıqla qarşıladı və 1612-ci ildə iki dövlət arasında bağlanmış Sərab müqaviləsini pozub
Qafqazı yenidən tutmağı qərara aldı. Bu ərəfədə sərhəd bölgələrində yaşayan kürd tayfaları da
Səfəvilər əleyhinə üsyan qaldırdılar. Səfəvi və Osmanlı dövlətlərinin sərhəd məntəqələrində
yaşayan kürd və gürcü əyanlarının üsyan qaldırmasında görünür osmanlıların da müəyyən ma-
raqları var idi. Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, strateji mövqelərindən istifadə
etməyə çalışan kürd və gürcü əyanları Səfəvi və Osmanlı arasında manevr etməklə tərəflərdən
daha çox güzəştlər qoparmağa can atırdılar.
Qafqazı tutmaq məqsədlə yüz minlik Osmanlı ordusu 1616-cı ldə Ərzurumdan Təbrizə
doğru hərəkət etsə də, az sonra istiqaməti dəyişərək quzeyə doğru hərəkət edərək Çuxur-
Səədin mərkəzi İrəvanı mühasirəyə aldılar (2, 80).
Səfəvi şahının göstərişi ilə İrəvana qorçular və tüfəngçilərdən ibarət könüllü dəstələr
göndərildi. Şah 1616-1617-ci ilin qışında İrəvan mühasirəsini dayandırıb Ərzuruma dönən
Osmanlı ordusunun qabağını kəsmək üçün bura əlavə qoşunda yeritdi. Qızılbaşlar osmanlılara
ərzaq, sursat gətirilməsinin qarşısını alıb onları mühasirədə saxlamaqla məğlub etmək istə-
yirdi. Burada baş vermiş döyüşlərdə qırx minə yaxın döyüşçü itirən Xəlil paşanın başçılıq et-
diyi Osmanlı ordusu geri çəkilməyə məcbur oldu. Şah Abbas osmanlıların gələcək yürüşlərini
pozmaq üçün yenidən əvvəllər sınaqdan keçirilmiş ənənəvi tədbirlərinə əl atdı. Səfəvi ordusu
Qarçıqay xanın başçılığı altında Ərzurum və Vana keçib bu bölgələri boşaltdı (1, 405).
Bu vaxt, yəni 1617-ci ildə Osmanlı dövlətində hakimiyyətə gələn Sultan Mustafa həbsdə
saxlanılan Səfəvi elçisi Qasım bəyi azad edərək Azərbaycana göndərdi. Sultan Mustafanın
Qasım bəyə verdiyi tapşırığa görə savaş dayandırılmalı və iki ölkə arasında 1612-ci il müqavi-
ləsinə əməl edilməli idi. Ancaq Sultan Mustafa hakimiyyətdən kənar edildi və yeni Osmanlı
padşahı II Osman (1617-1622) Səfəvi dövləti ilə sülh danışıqlarını davam etdirmədi (2, 81).
Onun göstərişi ilə baş vəzir Xəlil paşanın ordusu 1618-ci ildə yenidən Təbrizə doğru yola
düşdü. Xəlil paşanın hücum xəbərini eşidən I Şah Abbas Qarçıqay xana Təbriz əhalisini qısa
vaxtda köçürüb şəhərin boşaldılması tapşırığını verdi. Özü isə Ərdəbili boşaltdı. Osmanlı
ordusu boşaldılmış Təbriz şəhərinə döyüşsüz daxil oldu (1, 405).
Xəlil paşa I Şah Abbasın əsas qüvvəsi ilə həlledici savaşa girmək istəyirdi. Ancaq savaş
qaydalarını gözəl bilən I Şah Abbas Osmanlı ordusunu boşaldılmış bölgələrdəki çətin yollarla
arxasınca aparıb yorurdu. Xəlil paşanın yollarda yorğun düşmüş 50 minlik qüvvəsi Əpəşda-
banla Saqam çay arasındakı Sınıq körpü yaxınlığında I Şah Abbasın qoşunu ilə qarşılaşdılar.
Savaşda Həsən paşa öldürüldü, Krımxanı Canıbəy Gəray qaçmağa nail olsa da onun vəziri
Mirzəbəy, Van bəylərbəyi Məhəmməd paşa əsir alındı. Osmanlı ordusu 15 min nəfərə yaxın
itki verdi (1, 405).
Bu uğursuz savaşdan sonra Xəlil paşanın I Şah Abbasa barış təklifi ilə onların arasında
Mərənddə 1618-ci ildə 1612-ci il Sərab müqaviləsinin şərtləri əsasında müqavilə bağlandı.
Müqaviləni Osmanlı hökuməti 1619-cu ildə təsdiq etdi (2, 82).
Barışıqdan xeyli sonra Osmanlı ölkəsində daxili çəkişmələr başlandı. Bundan istifadə
edən I Şah Abbas 1622-1623-cü illərdə Ərəb İraqına qoşun yeridərək Bağdad, Kərbala, Nəcəf
şəhərlərini tutdu. Həmin dövrdə Çuxur-Sədbəylər bəyi Əmirgünə xan Qacar isə Osmanlı tabe-
liyində olan Ağiskanı ələ keçirdi. Səfəvilərin bu uğurları ilə barışmayan Sultan Diyarbəkr