T Ü R K O L O G İ Y A
№ 4
2015
NƏRGİZ HACIYEVA
NAĞIL DİALOQUNDA AKTUAL ÜZVLƏNMƏ
X ü l a s ə. Nağıl dili daha çox dialoq nitqi əsasında qurulur. Burada sual cümlələri müxtəlif
intonasiya əsasında formalaşır ki, bu da modal münasibətlərlə müşaiyət olunur və fərqli cümlə
tipləri meydana çıxır. Nağıl dilindəki sual cümlələri informatik, qrammatik və intonasiya əlaqəsi
zəminində zəngin strukturlarda təzahür edir. Nağıl dilindəki dialoq cümlələri müxtəlif tiplər
əsasında təhlil olunur: 1. Ümuminformativ sıfır mətn; 2. Ümuminformativ tip prepozitiv mətn; 3.
Xüsusi informativ subyekt tipi; 4. Xüsusi informativ predikat tipi; 5. Xüsusi informativ obyekt
tipi; 6. Xüsusi informativ yer tipi; 7. Xüsusi informativ zaman tipi; 8. Xüsusi informativ tərzi-
hərəkət tipi; 9. Ümumverifikativ tip sıfır mətn; 10. Ümumverifikativ prepozitiv mətn və s. Bu tip
sual cümlələrinin hər biri həm məqsəd, həm intonasiyasına görə fərqlənir.
Açar sözlər: aktual üzvlənmə, fonetik üslubiyyat, sual cümlələri, dialoq nitqi, xüsusi
informativ, xüsusi verifikativ
Azərbaycan nağılları müxtəlif dil səviy-
yələrində tədqiq olunsa da, onların dialoq nit-
qindəki sual cümlələri fonetik-üslubi mövqe-
dən aktual üzvlənmə baxımından tədqiqdən
kənarda qalmışdır.
Ümumi nəzəri dilçilik planında dialoq uni-
versal dil hadisəsi kimi qiymətləndirilir. Dialoqu
birtərəfli, yəni yalnız struktur-semantik cəhətdən
tədqiq etmək kifayət deyil. Dialoqda intonasiya
məsələlərini, intonasiyanın fonoüslubi mənsublu-
ğunu öyrənən Q.İ.Bubnova yazır: «Dilə kommu-
nikativ yanaşmada onun kompleks təsviri xüsusi
əhəmiyyət daşıyır, bu onunla xarakterizə olunur
ki, dilin kommunikativ funksiyasını təmin edən
bütün vasitələrə – morfolojidən prosodikə qədər
bərabərhüquqlu vasitələr kimi baxılır» [1].
Ümumxalq danışıq dilinin əsas formala-
rından olan dialoq nitqi funksional-üslubi müx-
təlifliklərdən biri kimi dilin kommunikativ
funksiyasında özünü xüsusilə parlaq şəkildə
göstərir. Dialoqun sintaktik vahidlərinin çoxu
özlüyündə xüsusi struktura malikdir ki, yalnız
danışıq dili üçün müəyyən situasiyalarda tipik-
dir. Bu strukturun formalaşmasında aktual
üzvlənmə xüsusi əhəmiyyət daşıyır.
Rus dili materialları üzrə dialoqda aktual
üzvlənməni tədqiq edən N.İ.Teplitskaya bunun
ümumdil faktı olduğunu əsaslandırır [2]. Aktu-
al üzvlənmənin universal dil hadisələrinə
(cümləyə, mətnə) aidliyi eyni dərəcədə bütün
dillərə xasdır və bu cəhət mətnin strukturunu
öyrənməyə imkan verir. Aktual üzvlənmə üçün
hər bir ifadəyə xasdır və bütün zamanlarda,
bütün dillərdə mövcuddur. Odur ki, bir neçə
dilin struktur-funksional paradiqmasında, xüsu-
silə müxtəlifsistemli dillərdə müqayisəli tədqiqi
NAĞIL DİALOQUNDA AKTUAL ÜZVLƏNMƏ
15
maraqlı olar. Bu, bir tərəfdən ümumi qanuna-
uyğunluqları, digər tərəfdən, bu və ya digər di-
lin nitq deyilişində sintaktik mexanizmini üzə
çıxardar [3. S.168]. Azərbaycan dilində aktual
üzvlənmənin söz sırası, prosodiya və qramma-
tik vasitələrlə aktuallaşması göstərilir [4]. Mət-
nin kompozisiya bütövlüyündə, şifahi nağıl
mətnində, dialoqda intonasiyanın rolu qeyd
olunaraq göstərilir ki, mətnin kompozisiya qu-
ruluşuna həm fonetika, həm də sintaksis eyni
dərəcədə tabedirlər [5].
İntonasiya və söz sırası aktual üzvlənmə-
nin formal ifadə vasitəsi olub, qarşılıqlı su-
rətdə biri digərini şərtləndirir. Aktual üzvlən-
mə prosesində cümlə iki mərkəzə – tema (mə-
lum) və rema (naməlum) mərkəzlərinə bölü-
nür. Məlum hissə, tema cümlənin əvvəlində iş-
lənir. Rema isə dinləyici üçün yenidir və onun
qavranılması dinləyici tərəfindən müəyyən
diqqət tələb edir, buna görə də o, sıra etibarilə
cümlənin sonunda işlənir. Aktual üzvlənmə isə
məntiqi vurğu ilə sıx bağlıdır. Məntiqi vurğu
hansı cümlə üzvünə aid olursa, onu rema sə-
viyyəsinə qaldırır, rema-naməlum hissə xüsusi
vurğu ilə tələffüz edilir. Sintaqmatik planda,
yəni müəyyən kontekst daxilində məzmundan
asılı olaraq məntiqi vurğunun yeri dəyişir. De-
məli, əlaqəli cümlələrdəki məntiqi vurğulu
sözlər biri digəri ilə müəyyən innovativ əla-
qəyə girir; bu da kontekstin ümümi ritminin
formalaşmasında əsas rol oynayır. Məntiqi
vurğu digər intonasiya vasitələri olan ton,
tembr, intensivlik, pauza kimi vasitələrlə sıx
əlaqəyə girir və cümlə daxilində bunlar bir-
birini tamamlayır. Aktual üzvlənmədə bu vasi-
tələr bir-biri ilə daha qabarıq münasibətdə ifa-
də olunur. Aktual üzvlənmə cümlənin danışıq
prosesi ilə bağlıdır və bu prosesin intonativ
xüsusiyyətləri daha zəngindir.
İngilis və Azərbaycan dillərinin müqa-
yisəsindən Əfqan Abdullayev bu nəticəyə gəlir
ki, hər iki dilin mətnləri söz sırasının dəyiş-
dirilməsi yolu ilə (inversiya), intonasiya ilə,
formal-qrammatik vasitələrdən istifadə etmək-
lə (morfoloji və sintaktik vasitələr), həmçinin
prosodik elementlərdən (pauza, temp, ritm, vur-
ğu və s.) istifadə etməklə formalaşır. Bu forma-
laşma vasitələri bilavasitə aktual üzvlənmə ilə
bağlı olub mətndüzəltmədə relevant rolunu oy-
nayır. Həmin vasitələrlə düzələn mətnlərdə se-
mantik bağlılıq gözlənilir, cümlələrin zəncirvarı
əlaqəsi qırılmır, onları hissələrə ayırmaq müm-
kün olmur, sonuncu cümlə məna cəhətdən əv-
vəlki cümlələrlə əlaqələnir [5. S.139].
Prosodik aktuallaşmada mətndəki cüm-
lələr zəif pozisiyada çıxış edir. Azərbaycan di-
lində yeni məlumatın intonasiya bölgüsü onu
bildirən sözün, məntiqi vurğusu olması ilə mü-
əyyənləşdirilir. Buna görə də məntiqi vurğu
Azərbaycan dilində remanın əsas göstərici-
lərindən biridir. Mübtəda rema olduqda, cüm-
lədə tutduğu mövqeyindən asılı olmayaraq, ak-
sent nüvəsi remanın üzərinə düşür. Bu zaman
mübtəda-remanın intonasiya xüsusiyyəti fraza
vurğusu və alçalan terminal tonla səciyyələnir,
yəni intonasiyanın rema üzərində yüksəlməsi
sintaqmanın rematik quruluşu daxilində for-
malaşır, rema vurğusu ilə seçilən vahid digər
vahidləri öz ətrafında birləşdirir. Tələffüz və
ya oxunuş zamanı remanın ayırd olunmasında
fasilənin də xüsusi rolu vardır. Fasilə remadan
əvvəl nisbətən qüvvətli, sonra isə zəif olur. O,
cümlənin kommunikativ aspektini mahiyyət
etibarı ilə dəyişdiyindən digər prosodik vasitə-
lərlə sıx surətdə bağlanır. Prosodik aktuallaş-
manın, pauzanın mətndüzəltmədə müəyyən ro-
la malik olub-olmaması dilçilik ədəbiyyatında
mübahisəlidir. Lakin əksər dilçilər prosodik
aktuallaşmanın mətnin nizama salınmasındakı
roluna birinci dərəcəli əhəmiyyət verirlər.
Qeyd edək ki, cümlənin temasında da re-
mada olduğu kimi modallıq var, lakin bu, sual for-
masında olsa da, təsdiq modallığıdır. Belə ki, sual
verən verdiyi sualın cavabını bilir və onun verdiyi
sualın cavabı remada təkrar olunur. V.V.Qureviç
bunu presuppozisiya adlandırır [6. S.69]. Dialoq
nitqində sualdakı cümlələrin cavabda təkrar oluna-
raq işlənməsi dilin öz kommunikativ təbiətindən
NƏRGİZ HACIYEVA
16
irəli gəlir. Bu barədə Q.V.Vekşin yazır: «Təkrarı
nitqyaratmanın mərkəzi vasitəsi hesab etmək
olar... təkrarlığın digər halları isə dil materiyası-
nın mövcudluğunun əsas formalarının manifes-
tasiyasıdır. Bu aspektdən baxanda təkrarlıq dilin
kommunikativ-dialoji təbiəti ilə əlaqədardır» [7.
S.13].
Rus sehrli nağılları əsasında sual-cavab
dialoq vahidlərini kommunikativ-sintaktik as-
pektdə ilk dəfə tədqiq edərək X.Q.Kosoqorova
sual-cavab dialoq vahidlərini aktual üzvlənmə
baxımından öyrənir və əsas kommunikativ sin-
taktik dialoji vahidlərin tiplərini təsnif edir [8].
Dialoq nağıl mətninin mühüm və ayrılmaz
bir hissəsidir. O, quruluş cəhətdən nağılın ümumi
strukturuna daxildir və müəyyən tələblərə cavab
verir: məqsədin vahidliyi (funksional-praqmatik
bağlılıq), nitq predmetinin vahidliyi (semantik,
məntiqi bağlılıq), kompozisiyon bitkinlik. Dialoji
vahidin əsas tipi ikiüzvlü dialoji vahiddir ki, əvvəl
replika stimul, sonrakı reaksiya olur. Belə müna-
sibət növləri məhz sual-cavab dialoji vahidlərində
özünü göstərir. Sual-cavab dialoji vahidlərinin
əsasında birinci sual replikası durur, bir qayda
olaraq, o, tam tərkibli cümləni ifadə edir və cavab
replikası üçün müəyyən stimul verir. Dialoq kom-
munikativ cərgənin mürəkkəb hadisəsidir və
kommunikantların qarşılıqlı əlaqəsini yalnız
tema-rematik münasibətlərin üzə çıxarılmasında
müəyyən etmək olar ki, bunlar dialoji vahidlərin
daxili replikaları arasında olur. Sual-cavab dialo-
qunun əsasında dayanan intellektual proseslər in-
san təfəkkürü sferasında olduqca geniş yer tutur.
Ə.Abdullayev sual-cavab dialoqunun məzmunu-
nu üç səviyyədə nəzərdən keçirir: 1. Ən yüksək
səviyyədə sual-cavab dialoqları insanlar arasında
sosial qarşılıqlı təsirin bir növünü təmsil edir;
2. Bundan sonrakı səviyyədə sual-cavab dialoqu-
nun yaradılması mətnin təbii dildə işlənməsini nə-
zərdə tutur. Burada, biz, hər şeydən əvvəl, təbii
dildə, yazılı və şifahi şəkildə frazaları başa düş-
mək və yaratmaq qabiliyyətini başa düşürük;
3. Nəhayət, üçüncü, ən aşağı səviyyədə biz yad-
daşın təşkili və onda saxlanılan informasiyanın
axtarılması nöqteyi-nəzərindən sual və cavablara
yanaşa bilərik. Sual və cavablar hər üç səviyyədə
nəzərdən keçirilsə, onların semantik xüsusiyyət-
ləri haqqında çox şey demək olar [5. S.185].
Azərbaycan dilində kontekstual müstəqil
və kontekstual asılı cümlələri bir-birindən fərq-
ləndirmək üçün dilçilikdə dörd sual tipinə mü-
raciət olunur. Bunlar 1. Tam diktal; 2. Qismən
diktal; 3. Tam modal; 4. Qismən modal suallar-
dan ibarətdir. Diktal suallar cümlənin məz-
mununa aid məlumat almaq məqsədi güdür,
modal suallar isə cümlə məzmununun həqiqətə
uyğun olub-olmaması müəyyənləşdirməyə xid-
mət edir [4. S.15]. Bu sualların formalaşmasın-
da intonasiya əhəmiyyətli rol oynayır.
Q.İ.Bubnova fransız dilinin materialları
əsasında dialoqun kommunikativ funksiyasını
araşdıraraq yazır: «Dialoqun intonasiyasına
funksional kommunikativ yanaşma və ifadənin
kompleks təhlili bir sıra konkret nəticələrə gə-
tirib çıxardır: fransız danışıq dilinin intonasiya
parametrləri dəqiqləşdirilir, intonasiyanın dife-
rensiasiya və inteqrasiya funksiyalarının qar-
şılıqlı mürəkkəb mexanizmi açılır, sual və cavab
ifadələrinin kommunikativ növləri üzə çıxır,
kommunikativ mənalı akustik diferentlər müəy-
yən olunur, ifadənin informativ statusu və fono-
üslubi mənsubluğu qeyd olunur, dialoqun struk-
turunun intonasiya parametrləri müəyyən olunur
və dialoji vahidlərin intonasiya inteqrasiyasının
spesifikliyi müəyyən olunur» [1. S.24].
X.Q.Kosoqorova sual-cavab dialoq va-
hidlərinin kommunikativ sintaktik tiplərini ay-
ırmasının əsasında bu əlamətləri əsas götürür:
1. Təşəbbüsedici replikanın funksional-semantik
tipi; 2. Dialoji vahidin ümumi kommunikativ mə-
nası; 3. İfadə-replikaların konkret kommunikativ
mənası (aktual üzvlənmə); 4. Sintaktik kompo-
nentlərin kommunikativ funksiyaları; 5. İfadə
replikalarının tema tərkibi və rema tərkibi; 6. İfa-
də replikalarının tema-rematik strukturunun for-
mal göstəriciləri [8]. Müəllif P.Adamets kimi [9],
dialoq vahidlərində aktual informasiyanın xa-
rakterini, daha doğrusu, aktual və əşyavi in-
NAĞIL DİALOQUNDA AKTUAL ÜZVLƏNMƏ
17
formasiyanın münasibət xüsusiyyətlərini nəzə-
rə alaraq sual-cavab dialoji vahidlərinin dörd
əsas tipini müəyyənləşdirir: 1. Ümuminforma-
tiv tiplər. Onlarda obyektiv gerçəkliyin bu və
ya digər faktı onun hər hansı aspekti nəzərə
çatdırılmadan bütöv kimi verilir; 2. Xüsusi in-
formasiya tipləri. Onlarda aktual informasiya
verilən informasiyanın xüsusi aspektini ifadə
edir; 3. Ümumverifikativ tiplər. Onlarda aktual
informasiya yeni məlumat ifadə etmir, həmsöh-
bətin fikrinə reaksiya verir, bu fikrə verifikasiya
və ya korreksiya edir; 4. Xüsusi verifikativ tip-
lər. Onlarda danışan əşyavi informasiyanın hər
hansı aspektini reallaşdırır.
Y.R.Dobruşina verifikasiya anlayışını belə
izah edir ki, verifikasiya-danışanın deyilən ifa-
dəyə verdiyi müsbət və mənfi qiymətdir. Danışan
ona məlum olmayan detallar barədə suallar verə-
rək onun tərəfindən edilən hərəkətin uyğun olub-
olmadığını aydınlaşdırmaq istəyir [10. S.1].
Bununla əlaqədar O.S.Yeqorovanın işləyib
hazırladığı [3] kommunikativ funksional tipologi-
yanı əsas tutaraq X.Q.Kosoqorova ümuminforma-
tiv və ümumverifikativ sual-cavab dialoq vahidlə-
rini (sıfır mətn və prepozitiv mətnlə) və xüsusi in-
formativ və xüsusi verifikativ dialoji vahidlərinin
dörd əsas tipini ayırır (subyektli, predikatlı, ob-
yektli, sirkonstant). Müəllif materialı təhlil
edərək bu nəticəyə gəlir ki, bütün sual-cavab
dialoq vahidlərinin ümumi və xüsusi informativ
tipləri əvəzlikli sualla formalaşır, bütün ümumi
və xüsusi verifikativ tip sual-cavab dialoq vahid-
ləri isə qeyri-əvəzlikli sualla formalaşır [8].
Rus və fransız dillərində cümlənin
struktur-funksional tipologiyasını müəyyənləş-
dirərək və bu dillər arasında fərqli və oxşar cə-
hətləri qeyd edərək O.S.Yeqorova yazır: «Fak-
tiki materialın analizi bu nəticəyə gəlməyə im-
kan verir ki, həm rus, həm də fransız dillərində
ümuminformativ və xüsusi informativ cümlə
tipləri eyni olmaya bilər və hər birinin daxilin-
də bir neçə tip reallaşa bilər ki, onlar tərkib kom-
ponentlərinin kommunikativ-sintaktik funksiyala-
rına görə, xətti quruluşuna görə, aktual üzvlən-
mənin komponentlərinin ardıcıllığına görə, kon-
kret kommunikativ məsələyə görə fərqlənirlər»
[3. S.169]. Sual-cavab dialoqu zəngin olan Azər-
baycan nağıllarında bu xüsusiyyəti görmək müm-
kündür. Buradakı Azərbaycan nağılları üzrə sual-
cavab dialoq vahidlərini həmin yanaşmalara görə
təsnif edərək və onların özünə məxsus cəhətlərini
göstərərək xüsusi, habelə ümumi informativ və
verifikativ cümlələrdə intonasiyanın işlənməsini
nəzərdən keçirək.
Ümuminformativ tip sıfır mətnlər elə su-
al-cavab dialoji vahidini ifadə edir ki, onda cavab
replika yeni, aktual informasiyaya malikdir, bütün
sintaktik komponentlər isə kompleks remaya bir-
ləşirlər. Bir qayda olaraq ona dialoji vahidlərdə
sadə replika-reaksiya şəklində rast gəlinir. Bu tip
sual-cavab dialoq vahidləri həddən artıq geniş
ümumi diktal suallara malikdir. Nağıl diskursun-
da bu tipin replika-stimulu daha çox nə qəribə-
dir?, nə gözəldir?, nə kədərlənirsən?, nə lazım-
dır? və s. suallarla ifadə olunur ki, bunlar da ən-
ənəvi olaraq nə olub?, nə baş verir? suallarına
uyğundur. Belə suallara cavab verən cümlələri
F.Əlizadə tam diktal suala cavab verən cümlələr
adlandırır [7. S.15], məs.: Quş hazır olub dedi:
– Nə olub, Nərbala? Nərbala cavab verdi ki:
– Bu saat atı, bir də paltarımı mənə çatdır («Ağ
atlı oğlan»); O saat Zümrüd hazır olub dedi:
– Mənə görə nə qulluq? Məlikməmməd dedi:
– Bu saat mənə bir dəst qırmızı paltar, qılınc, qalxan,
bir də qırmızı at gətirərsən («Məlikməmməd»).
Misallardan göründüyü kimi, bu tip cümlə-
lərin teması sual əvəzlikləri ilə ifadə olunaraq
ümumi informasiya ifadə edir, rema rolu oynayan
cavabda sadalama intonasiyası ilə ardıcıl üzv-
lər və ya cümlələr gəlir. Burada məntiqi vurğu
həmcins üzvlü sözlərin üzərinə düşür və cüm-
lənin prosodik aktuallaşması onların hesabına,
sadalama intonasiyasına görə baş verir.
Ümuminformativ tip prepozitiv mətn ti-
pində ümuminformativ tip sıfır mətndə olduğu
kimi, tam diktal sual var: nə olub?, nə baş verir?
2 «Türkologiya», № 4
NƏRGİZ HACIYEVA
18
və s. – Baş verən hadisə barədə tam məlumat al-
maq istəyir. Belə ki, əvvəlki tip replika-reaksiya-
dan fərqli, bu dialoji vahidin replika-reaksiyası
kommunikativ cəhətdən üzvlənən ifadə bildirir
(direma), əsas etibarilə iki cümlədən ibarət olur.
Birinci replika-stimulda mövcud olan əvəzlikli
sual təkrar olunur ki, bu, ikinci cümlə üçün pre-
pozitiv mətn rolunu oynayır, özünə sual-cavab
dialoq vahidinin bütün informasiyasını toplayır.
Sual-cavab dialoji vahidinin bu tipi replika-sti-
mulda tam diktal sualların ən müxtəlif variantla-
rını saxlayır ki, Azərbaycan nağılları üçün tipik-
dir: nə qəmlisən?, nə dərd çəkirsən?, məs.: Baş
vəzir ədəblə baş əyəndən sonra xidmət məqamın-
da əl əl üstündə dayanıb dedi: – Qibleyi-aləm, ni-
yə qəm dəryasına qərq olmusan? Allaha çox şü-
kür, dövlət, cah-cəlal səndə. Sən də fikir edirsən?
Padşah... dedi: – Vəzir, nə olsun ki, cah-cəlal,
şan-şövkət məndədi. Saqqalıma dən düşüb, bir
övladım yoxdu ki, mən öləndən sonra yerimdə əy-
ləşsin, taxti-tacimə sahib olsun («Şəms-Qəmər»).
Misallardan göründüyü kimi, cümlələrin
teması sual intonasiyası ilə verilir, cavab re-
mada sual intonasiyasının təkrar olunduğu gö-
rünür, daha sonra fikri aydınlaşdıran cümlə
işlənir. Lakin cavabda təkrar xarakteri daşıyan
sual cümləsi intonasiya cəhətdən əvvəlkindən
fərqlənir, cavabdakı prepozitiv sual cümləsi
əslində yeni informasiyaya malik deyil. Rito-
rik sual səciyyəsi daşıyaraq, daha çox təs-
diqedici xarakterə malikdir. İkinci nümunə fik-
rimizi təsdiqləyir. Burada prepozitiv cümlədə
təkrarlıq olsa da, sual xarakterinə malik deyil.
Xüsusi informativ subyekt tipi. Bu tip
sual-cavab dialoq vahidində təşəbbüsçü rep-
lika nitq subyekti haqqında xüsusi kim? sualı
ilə başlayır ki, soruşan üçün cavabın namə-
lumluğunu ifadə edir. Dialoq vahidinin əsas
kontekstinə yeni informasiyanın yeridilməsi
həmişə replika-reaksiyada həyata keçir ki, bu-
rada rema funksiyasını mübtəda oynayır. Məhz
mübtəda həmin əşyavi informasiya aspektinin
mühüm tərəfini ayırır ki, onun haqqında məlu-
mat sualın əsas məqsədi olur, məs.: Padşah Əh-
məddən soruşdu: – Oğul, bu cah-cəlalı kim
düzəldib, bu imarəti kim tikdirib? Əhməd dedi:
– Padşah sağ olsun, bu dəm-dəsgahın hamısını
sənin qızın düzəldib, evi də o tikdirib, məni də ağ
günə o çıxardıb («Ağıllı qızın nağılı»); Ondan
soruşdu: – Ay bağban, o almanı mənim yanı-
ma gətirəndə qabağına kim çıxdı? Bağban
dedi: – Ay padşah, o almanı sənə gətirəndə vəzir
çıxdı qabağıma, dedi: – Almanı birdən-birə pad-
şaha vermək olmaz, birdən zəhərli olar, padşaha
ziyan vurar. Padşah da sənin nəslini kəsər («Son
peşmançılıq fayda verməz»).
Bu misallarda replika-reaksiyanın repli-
ka-stimuldan asılılığı birinci replikanın bir his-
səsinin təkrarı hesabına olur. Birinci misalda
sual əvəzliyi iki dəfə təkrar olunur və cavab
replikada o sual əvəzliyi təkrarlanaraq sadala-
ma intonasiyası ilə işlənir. İkinci misalda isə
cavab replikada intonasiya məlumatverici xa-
rakterə malikdir. Təkrarın bu növü, ümumin-
formativ tipdə işlənən təkrarlardan fərqli heç
bir ekspressiv funksiyaya malik deyil, lakin
yeni informasiyanın daxil olunması üçün va-
cib, konstruktiv əsasdır, o, müəyyən funksio-
nal yükə malikdir, belə ki, adekvat informasi-
yasının axtarışı üçün mühüm şərtləri verir.
Xüsusi informativ subyekt tipində ikinci
növ cümlələr də işlənir. Burada dialoq vahidi-
nin reaksiya verən replikası da elə sintaktik
model əsasında qurulur ki, təşəbbüsçü repli-
kalar üçün xarakterikdir, cavab replikada isə in-
formasiya elliptik, lakin soruşan üçün kifayət
qədər kommunikativ olan ifadə ilə deyilir. Bu
zaman cavab cümlədə xəbər subyekt səciyyəsi
daşıyır. Sual cümlə məhz ona istiqamətlənən
kimsən? sualı ilə ifadə olunur, məs.: Siman
qızdan xəbər aldı ki: – Kimsən? Pəridux xa-
nım dedi: – Xan-Xani Çinin qızı Pəridux xanı-
mam; Kiçik qardaş yay-oxu çəkib dedi: – Get-
mə, vurdum! De görüm, kimsən? Nardanxatun
dedi: – Mən yeddi qardaş bacısı Nardanxatu-
nam. Paxıl qonşu mənim qardaşlarımı itkin
salıb. Onda mən uşaq idim. Böyüdüm, yeddi
NAĞIL DİALOQUNDA AKTUAL ÜZVLƏNMƏ
19
qardaşım olduğunu bilib axtarışa çıxdım
(«Yeddi qardaş, bir bacı»).
Əgər birinci misalda cavab replikası yalnız
bir ifadə ilə məlum olursa, ikinci misalda cavab
replikadan sonra aydınlaşdırıcı, məlumatverici
intonasiya ilə digər informasiyalar verilir.
Bəzən replika cavabda şəxs adı əvəzinə
şəxs əvəzlikləri işlənir ki, Azərbaycan nağılları
üçün bu hal daha tipikdir, məs.: Əhməd Çimnaz-
dan soruşdu: – Bu sarayı kim tikib? Çimnaz de-
di: – Mən; Çimnaz qapıya çıxıb soruşdu: – Kim-
sən? Həsən dedi: – Mənəm, Əhmədin yanından
gəlirəm («Tənbəl Əhmədin nağılı»).
Xüsusi informativ predikat tipi. Dialoq
vahidinin bu tipində təşəbbüsçü replika sub-
yekt tərəfindən edilən hərəkət barədə suala
malikdir. Cavab zamanı bütün əsas informa-
siya xəbərdə cəmlənir ki, o da bu və ya digər
hərəkətin dinamikasını əks etdirir. Replika-re-
aksiyanın cavab verdiyi hissəli diktal sual xə-
bərə aid olur. Xəbər özündə lazım olan maksi-
mal informasiyanı saxlayır, məs.: Qurd yenə
onun sözünə inanıb dedi: – Bəs bu nədi ki,
hörürsən? Tülkü dedi: – Səbət toxuyuram
(«Tülkünün kələyi»); Əhməd evə gələn kimi
padşahın qızı dedi: – Əhməd, nə iş gördün, nə
qazandın? Əhməd dedi: – Bir manat qazan-
mışdım, onu da verib bu pişiyi aldım («Sehrli
üzük»). Əgər birinci misalda cavab replikada
bir predikativ rema varsa (Səbət toxuyuram),
ikinci misalda rema iki rematik komponentə
bölünür. Bunlardan ikincisi birincini izah edən
tamamlayıcı komponent kimi çıxış edir ki, bu
da nağıl dialoqu üçün tipikdir. Birinci misalda
sual intonasiyasına cavab olaraq adi informasi-
ya intonasiyası işlənirsə, ikinci misalda temada
sual intonasiyasının təkrarına remada izahedici
intonasiya uyğun gəlir. Tədqiqat zamanı həm
də mürəkkəb predikat sual-cavab vahidləri üzə
çıxır ki, onlarda replika-stimul iki suala malik
olur, replika-reaksiya isə ona uyğun iki cavaba
malikdir, məs.: Oğlanlar dedilər: – Kişi, səni
buradan buraxdı yoxdur, ya səni öldürəcəyik,
ya da de görək nə iş görə bilərsən? Vəkil de-
yir: – Yun əyirib ip düzəltməkdən başqa əlim-
dən heç nə gəlmir; Vəzir ağzın açıb danışmamış
oğlanlar dedilər: – Kişi, bilirik niyə gəlibsən.
De görək, nə bacarırsan? Vəzir dedi: – Boyaq-
çılıq bacarıram («Usta Abdulla»). Göstərilən
cümlələrdə funksional perspektiv nöqteyi-nəzər-
dən xəbər tərkibinin birinci hissəsi (mən baca-
rıram, bilirəm) tema kimi çıxış edir, ikinci hissə
(yun əyirib ip düzəldirəm, boyaqçılıq bacarıram)
rema olur. Bu cümlələrin teması sual intona-
siyası ilə başlayır, birinci cümlənin remasında
isə təəssüf, ikinci, üçüncü və dördüncü cümlə-
lərdə şadlıq intonasiyası üstünlük təşkil edir.
Xüsusi informativ obyekt tipi. Bu tipdə
replika-stimul tamamlığa aid olan diktal suala
malikdir; replika-reaksiyada əsas informasiyanın
daşıyıcısı obyekt tamamlığıdır ki, o, rema kimi
çıxış edir, məs.: Vəzir başladı hiylə qurmağa,
dedi: – Oğul, nə var, nə istəyirsən? Teymur
dedi: – Heç zad; Padşah üzünü uşağa tərəf
çevirib dedi: – Daha nə istəyirsən? Teymur
dedi: – Bir də yaz ki, bu şəhərdə nə qədər culfa
varsa, yenə hərəsi mənə yüz manat versin («Xə-
sis Culfa və Teymur»). Birinci cümlədə sual
intonasiyasında hiylə ifadəsi ilə işlənən temanın
cavabı remada qətiyyət ifadə edən intonasiya ilə
– Heç zad – bildirilir. İkinci cümlənin sual into-
nasiyasında təkid ifadə olunursa, reması əmr in-
tonasiyası ilə işlənir.
Xüsusi informativ yer tipi. Sual-cavab
vahidlərinin bu tipi hissəli diktal sualla hərəkə-
tin baş verdiyi yer barədə, qəhrəman və ya
əşyanın olduğu yer barədə məlumat almaq
üçün hara? sualı ilə başlayır. Beləliklə, bu su-
ala cavab verən replika-reaksiyada rema kimi,
daha doğrusu, əsas, aktual informasiyanın da-
şıyıcısı kimi yer zərfi çıxış edir, məs.: O Mə-
hərdən Misir dilində soruşdu: – Sən hara-
lısan? Məhər dedi: – Misirli. («Məhərin nağı-
lı»); Məhəmməd ondan soruşdu: – Ata, bura
haradı ki, məni gətirdin? Dərviş dedi: – Burda
2 *
NƏRGİZ HACIYEVA
20
yaşayacağıq. Mənim evim burdadır («Şir-
zad»). Bu cümlələrin birincisində rema məlu-
matverici intonasiyaya malikdirsə, ikinci cüm-
lənin reması qətiyyət ifadə edən intonasiya ilə
işlənir. Tədqiqat prosesində müəyyən olun-
muşdur ki, sadə replika-reaksiya tiplərindən,
ellipsislə ifadə olunan və monoremadan əlavə,
Azərbaycan sehirli nağıllarında daha çox sir-
konstant tipli mürəkkəb replika-reaksiyalara
rast gəlinir ki, o, bütöv sintaktik konstruksiya
ilə təqdim olunur və qarşılıqlı əlaqədə olan
rematik ifadəni özündə birləşdirir, məs.: Tap-
dıq dedi: – Mənim bacım haradadır? Tufan
dev dedi: – Sənin bacın Gülüstani Baği-İrəm-
də – Gün xanımın əsarətindədir («Tapdıq»).
Bu cümlənin reması aydınlaşdırma intonasi-
yası ilə işlənir. Gördüyümüz kimi, replika-
cavabda informasiya öz funksional inkişafını
sənin bacın temasından başlayır və nağıl dis-
kursu üçün tipik olan ikitərkibli remaya keçir:
birinci rema – Gülüstani Baği-İrəmdə, ikinci,
dəqiqləşdirici rema – Gün xanımın əsarətində.
Xüsusi informativ zaman tipi. Sual-cavab
dialoq vahidinin bu tipi hissəli diktal sualla
başlayır, hadisənin baş verdiyi zamanın vaxtını
öyrənmək məqsədilə verilir. Qeyd etmək lazımdır
ki, Azərbaycan sehirli nağıllarının mətni üçün nə
zaman?, nə qədər? və s. sualları daha uyğundur,
məs.: Arvad deyir: – A kişi, bəs nə vaxt gələcək-
sən? Tacir deyir: – Bax, odu, evimizin dalındakı
göy təpə göyərəndə gələcəm («Ağılsız arvad»).
Bu cümlənin remasında işlənən intonasiya daha
çox kinayə ifadə edir.
Bir qayda olaraq belə dialoji vahidlərdə sa-
də replika-cavablar çoxdur. Kommunikativ
üzvlənmə xarakterinə görə onlar monorema-
dırlar, lakin tematik bərkimələrə də malik ola
bilər. Məsələn, sual-cavab dialoq vahidində
qrammatik məna fokusunda tematik ifadə ar-
tıq, bu qədər birləşməsi ilə birlikdə ifadənin
remasını müəyyən edir (sabah günortaya
kimi). Məhəmməd dedi: – Məni öz şəhərimizə
neçə günə apararsınız? Böyük qız dedi: – Mən
bir həftəyə apararam. Məhəmməd dedi: – Bu
olmadı. Ortancıl qız dedi: – Mən üç günə apa-
raram. Məhəmməd dedi: – Bu da olmadı. Ki-
çik qız dedi: – Mən sabah günortaya kimi sizi
şəhərinizə apararam («Keçəl Məhəmməd»).
Bu cümlələrdə işlənən intonasiya əvvəl qətiy-
yətsizlik, sonra isə əminlik ifadə edir.
Xüsusi informativ tərzi-hərəkət tipi.
Bu xüsusi informativ tipin reaksiya verən rep-
likası hissəli diktal suala necə?, hansı vəziyyət-
də? cavab verir, sirkonstant remanın konturu-
nu müəyyən edir, bu rema həm sadə, həm mü-
rəkkəb olur: Vəzir dedi: – Mən padşaha necə
cəza verim? Teymur dedi: – Bilmirəm. Bu
cümlənin sadə remasında işlənən intonasiya
qətiyyətsizlik ifadə edir. Mürəkkəb rema quru-
luşlu cümlələrin intonasiyası isə əmr intonasi-
yası ilə ifadə olunur, məs.: Nardanxatun dedi:
– Mən necə od aparım? Qız dedi: – Odlara
dəymək olmaz, div bilər. Orada qayçı var, gö-
tür, oddan bir balaca kəs, əski arasına qoy,
apar. Nümunələrdən göründüyü kimi, bu sir-
konstant tip özünün struktur-formal və tema-
rematik quruluşu ilə fərqlənir. Adresat qoyulan
suala dəqiq cavab vermir, lakin həmsöhbətini
özünün axtarışına sövq edir, öz kommunikativ
intensiyasını rematik imperativ formada ifadə
edir. Götür! Kəs! Apar! Dialoji vahidlərdə su-
al-cavab cümlələrinin ümumverifikativ tipləri
modallıqla sıx əlaqədardır. Verilən sual və
cavablarda verifikasiya modallıqla ifadə olu-
nur. «Modallığı məzmun və ifadə (forma) pla-
nının vəhdəti kimi götürsək, onda ona həm se-
mantik, həm də qrammatik-prosodik kateqori-
ya kimi baxıla bilər. Modal mənaların ifadə-
sində prosodik vasitələr digər dil səviyyəsinə
məxsus vahidlərlə qarşılıqlı əlaqəyə girir və
onlarla həm eyni, həm də müxtəlif məna əla-
qələri yarada bilirlər... Bəzən isə prosodik va-
sitələr fikrin modal mənasının formalaşmasın-
da aparıcı rol oynayır... İngilis və Azərbaycan
dillərində modallığın implisit ifadə olunması
zamanı prosodik əlamətlər fonoloji funksiyanı
NAĞIL DİALOQUNDA AKTUAL ÜZVLƏNMƏ
21
tamamlayaraq modal mənaların yeganə fərq-
ləndirmə vasitəsi ola bilərlər» [11. S.86]. İnto-
nasiyanın dialoq vahidlərinin sual-cavab cümlə-
lərində modal mənalar ifadə etməsi xüsusilə ve-
rifikativ cümlələrdə daha aydın görünür. İlk
dəfə verifikativ ifadələri aktual informasiyaya
görə ayrı bir sinif kimi tədqiq edən P.Adamets
qeyd edir ki, «verifikativ cümlələrin aktual in-
formasiyası yeni məlumat ifadə etmir, həmsöh-
bətin fikrinə reaksiya verir, bu fikri verifikasiya
və ya korreksiya edir və ya başqa sözlə, onlarda
nəzərdə tutulan faktın real olub-olmadığını mü-
əyyənləşdirir» [9. S.27]. E.R.Dobruşina verifi-
kativ ifadələrin hər hansı mülahizə və ya iddia-
ya reaksiya olduğunu qeyd edərək göstərir ki,
dialoqda onların funksionallaşması, dialoji va-
hidin ikinci, replika-reaksiyası şəklində funksi-
onallaşması daha çox və təbii görünür [10. S.3].
Azərbaycan nağıllarında verifikativ cümlələrdə
intonasiya modallıqla müşayiət olunur.
Ümumverifikativ tip sıfır tema ilə rep-
lika-stimul hər hansı fakt və ya hadisəni bü-
tövlükdə müəyyənləşdirmək məqsədi daşıyır,
belə ki, cavab replika özlüyündə kommunikativ
cəhətdən üzvlənməyən ifadə təşkil edir ki, bü-
tün sintaktik komponentlər burada kompleks
remada birləşir. Sual-cavab dialoq vahidlərinin
bu tipi belə modal suallara cavab verir: nə isə
baş verməyib ki?, nə isə olmayıb ki?, bir şey baş
verməyəcək ki? Bununla birlikdə müəyyən olun-
muşdur ki, nağıl diskursunda ümumverifikativ-
lərdə sual replikaları ümuminformativlərdə olan
replikalara bərabərdir, nağıl mətninə xas olan
spesifik leksik sözlərlə və müxtəlifliyi ilə fərq-
lənir, məs.: – Görəsən, dünyada məndən də
dərdli adam varmı? – Şah sağ olsun, dünyada
dərdsiz, fikirsiz adam tapılmaz («Usta Abdul-
la»); Tülkü xəbər aldı: – Qardaş, niyə qəmlisən?
Murtuz dedi: – Heç, elə-belə («Murtuzun nağı-
lı»). Tədqiqat göstərir ki, ümumverifikativ tip
nol tema ilə cavab replika müxtəlif cür replika-
stimula reaksiya verə bilər. Bəzən replika-reaksi-
ya dəqiq, adekvat cavab ifadə edir, məs.: – Şah
dedi: – Vəzir, onlar dünyaya gələndə onları ta-
nımaq mümkündürmü? Vəzir dedi: – Bəli, qible-
yi-aləm, mümkündü («Babayiəmir»). Digər hal-
larda sualdan alınacaq informasiyanın dəqiqliyi
soruşulan informasiyanın implisit təsdiqi ilə
olur: Məlik Məhəmməd dedi: – Ana, icazə olar-
mı bir az yanında oturum? Arvad dedi: – Niyə
icazə olmasın? («Yaxşılıq»). Bu cümlələrdə re-
manın intonasiyasında ifadə olunan sual əslində
təsdiq mənası verir. Belə cümlələr Azərbaycan
nağıllarında çoxluq təşkil edir. Elə hallar var ki,
eyni dialoq vahidində üç sual olur (üç replika-
stimul), burada birinci (ümumi diktal) sual ikinci
və üçüncü (ümumi modal) sual üçün ötürücü
məqam olur ki, hər hansı fakt və hadisəni dəqiq-
ləşdirsin. Nəticədə üç sual replikanın birgə
funksionallaşması nəticəsində ümumverifika-
tiv kontekst yaranır, məs.: Qoca Həmzəni bikef
görüb dedi: – Oğul, niyə bikefsən? Nə olub?
Olmaya səni çətin bir işə göndərirlər? Həm-
zə... dedi: – Bəli, qoca baba, məni padşah dər-
ya madyanının südünə göndərir. Bilmirəm necə
tapıb gətirəcəyəm («Yoxsul kişi ilə padşah»). Bu
cümlədə ifadə olunan intonasiya tərəddüd mə-
nası verərək modallığı artıtır. F.Əlizadə bu tip
cümlələri tam modal suallı cümlələr adlandırır.
Tam modal sual bütöv cümləyə aid olaraq, tər-
kibinə cümlədəki informasiyanın hamısını daxil
edir, cavab zamanı sualla verilən hissə ya təsdiq,
ya da inkar olunur [4. S.15].
Ümumverifikativ prepozitiv sual-cavab
dialoq vahidinin tipində ümumverifikativ sıfır
temada olduğu kimi, bütün mövcud informasi-
yanın bütövlükdə dəqiqləşdirilməsi müəyyən-
ləşir. Belə ki, cavab replikanın struktur qurulu-
şunda müxtəlifliklər nəzərə çarpır. Əgər ümum-
verifikativ sıfır tema tipində cavab replika sadə-
dirsə, ümumverifikativ prepozitiv mətn tipində
o, mürəkkəb, iki qarşılıqlı əlaqədə olan ifadəyə
malikdir. Birinci replika sual-replikanın təkra-
rını ifadə edir və əsas, aktual informasiyanın
ötürülməsi üçün ötürücü mövqe olur ki (prepo-
zitiv tema), bu da ikinci ifadədə möhkəmlənir.
NƏRGİZ HACIYEVA
22
Beləliklə, ümumverifikativ tip prepozitiv tema
mürəkkəb replika-reaksiya hesabına yaranır və
ümuminformativ prepozitiv tiplə eyni kommu-
nikativ sintaktik sxemə malik olur, məs.: Kiçik
qız dedi: – Ay oğlan, sən qorxmadınmı bu div-
lər məkanına gəldin? Məgər bilmirsən ki, div-
lər səni tikə-tikə eləyib yeyərlər? Dəmirçi Sə-
məd dedi: – Ay qızlar, mən divlərdən qorxsay-
dım, altı gün altı gecə yol gəlməzdim. Yollarda
ayılardan, canavarlardan yaxa qurtara bil-
məzdim... Gəlmişəm sizi divlərin əlindən xilas
eləyim («Bacılar»); Dərviş padşahı qəmgin
görüb dedi: – Qibleyi-aləm, niyə qəmginsən?
Sən qəmgin olanda bəs rəiyyət neyləsin? Padşah
başını yuxarı qaldırıb dedi: – Dərviş, qəmgin ol-
mayım, neyləyim? Saqqalıma dən düşüb. Bir öv-
ladım yoxdu ki, mən öləndən sonra taxt-tacıma
sahib olsun («Naxırçı oğlu Eyvazın nağılı»).
Təhlil olunan material həm də elə
ümumverifikativ dialoq vahidlərini üzə çıxarır
ki, onlarda replika-reaksiya birinci hissə ilə
təkrar yox, onunla mətn cəhətdən əlaqədar
olan ifadə ilə deyilir, məs.: – Pişik miyoldaya-
miyoldaya onun yanına gəlib dedi: – Keyfin
necədi? İnsanın əlinin zərbini gördünmü? As-
lan dedi: – Qardaş, gör sən nə qədər güclüsən
ki, bu zərbə dözübsən. Sənin yerinə mən olsay-
dım, indi siçana dönmüşdüm («Qoca aslan»);
Şah dedi: – Vəzir, uşaqların sənə oxşayıblar-
mı? Olarmı onlara arxayın olmaq? Vəzir dedi:
– Şahım... məndə gördüyün tərbiyəni onlarda
da görəcəksən («Sonrakı peşmançılıq fayda
verməz»). Bu cümlələrin birincisində cavab-
remada intonasiya heyrət ifadə edirsə, ikincidə
intonasiya əminlik çaları yaradır və modallığı
artırır. Replika-stimulun gör sən nə qədər güc-
lüsən hissəsi ‘bəli, gördüm’ mənasına və on-
lara mən tərbiyə vermişəm hissəsi bəli, arxa-
yın olmaq olar sualına cavab verir. O, verifi-
kativ ifadə yaradır ki, prepozitiv tema funksi-
yasını icra edir. Cavab-replikanın ikinci hissəsi
(monorema) prepozitiv temanın məzmununu
dəqiqləşdirir və bütün sual-cavab dialoq vahi-
dinin kommunikativ nüvəsini özündə birləşdirir.
Xüsusi verifikativ subyekt tipi. Bu dia-
loji tipin məqsədi komponent barədə məluma-
tın verifikasıyasında toplanır ki, o, təşəbbüsçü
replikada mübtəda formasında çıxış edir. Rep-
lika-reaksiya hissəli modal suala cavab verir
ki, o, bilavasitə mübtədaya aiddir. Cavab reak-
siyanı formalaşdıran həmsöhbətin kommuni-
kativ məqsədi xüsusi informativ subyekt ti-
pində daralır. Buna görə o, öz ifadəsini bir
qayda olaraq, elliptik konstruksiyalarda tapır,
məs.: Siz mənim uşaqlarım deyilsiz? Bizik, ata!;
Keçəl... soruşdu: – O şahdı, nədi, sənsən? Və-
zir... dedi: – Bəli, mənəm («Keçəlin məhkəmə-
si»). Qeyd etmək lazımdır ki, bu tip elliptik
konstruksiyalar Azərbaycan nağılları üçün ti-
pik deyil. Dialoqun bu tipində rema kimi qayı-
dış əvəzlikləri olur, ritmik komponenti vurğu-
layır və məhsuldar şəkildə tema-rema qurul-
masında sual-cavab dialoq vahidində iştirak
edir, məs.: Qız dedi: – Sözüm yoxdur, amma
əvvəlcə de görüm sən kimsən? Padşah açıb
əhvalatı söylədi ki, səni istəyən mən özüməm
(«İsgəndər şahın nağılı»). Azərbaycan nağıl-
larında subyekt tipli xüsusi verifikativ ifadələ-
rə az rast gəlinir, lakin danışıq dilində belə ifa-
dələr çox işlədilir. Bu tip sual növlərini F.Əli-
zadə qismən modal suallar adlandırır [4. S.15].
Xüsusi verifikativ subyekt tipində ifadənin
reması əminlik, qətilik intonasiyası ifadə edir
və məna yükü subyektin üzərinə düşür.
Xüsusi verifikativ predikat tipi. Bu xüsu-
si verifikativ tipin aktual informasiyasının mahiy-
yəti, konkret kommunikativ məqsədi həmsöhbət
tərəfindən edilən hərəkətin verifikasiyasında ifadə
olunur. Belə ki, burada rema kimi feil yox, onun
leksik-qrammatik mənası yox, müsbət və mənfi
modallıq çıxış edir, məs.: Murtuzu çağırtdırıb
dedi: – Tülkünü satırsan? Murtuz dedi: – Satıram
(«Murtuzun nağılı»); Seyfəlmülk ondan soruşdu:
– Şahbal adlı şah, Gülüstani Baği-İrəm adlı yer
eşitmisinizmi? Dedilər: – Eşitməmişik («Seyfəl-
mülk»); Bu ağacın altında yatanı tanıyırsan-
mı? – Yox, tanımıram («Mərdlə Namərd»). Bu
NAĞIL DİALOQUNDA AKTUAL ÜZVLƏNMƏ
23
cümlələrin intonasiyası cavab replikada təsdiq və
ya inkar intonasiyası ilə qətilik ifadə edir. Azər-
baycan nağıllarına xas olan elə cavab replikalara
rast gəlinir ki, müsbət və mənfi modallıq birlikdə
işlədilir, məs.: Vəzir tez durub onun qabağına gəl-
di, dedi: – Uşaq gətirmisən? Kamran dedi: – Hə
də, yox da («Babayiəmir»). Belə cümlələrin rema-
sı tərəddüd, ehtimal intonasiyası ilə işlənir. Xü-
susi verifikativ predikat tipində elə ifadələr işlənir
ki, cümlənin remasında temada olan sual təkrar-
lanır. Hətta inkar şəklində olan rema təkrarlanır,
lakin gizli təsdiq ifadə edir, daha doğrusu, ritorik
sual kimi çıxış edir, məs.: Qazının arvadı so-
ruşdu: – Bu tülkünü satmazsan? Murtuz dedi:
– Niyə satmaram? («Murtuzun nağılı»).
Xüsusi verifikativ obyekt tipi. Sual-cavab
dialoq vahidinin aktuallaşmasının bu tipində aktu-
al informasiyanın məqsədi tamamlıq formasında
ifadə olunan hərəkət obyekti barədə məlumatın
dəqiqləşməsidir. Beləliklə, xüsusi verifikativ ob-
yekt tipi xüsusi modal suala cavab verir ki, o, ta-
mamlığa aiddir və öz tərkibində ya nə?, nəyi? Su-
al əvəzliyini, ya da konkret, kommunikativ situa-
siyada məlum predmeti ifadə edir, məs.: Daşın
üstündə oturan keçəl dedi: – Bacı, bu tacir Valeh
sənə brilyant veribmi? Çadralı keçəl dedi: – Xeyr,
o mənə heç bir şey verməyib («Keçəlin məhkə-
məsi»); Dəniz oğlanı dedi: – Şamdan qardaş, oğ-
lan padşahın qızına çatar, ya qulluqçuya? – Əl-
bəttə, padşah qızına çatar («Balıqlar padşahı»).
Bu cümlələrdə məna yükü tamamlığın
üzərinə düşür və o, modal intonasiya, təsdiq və
inkar intonasiyası ilə aktuallaşır.
Xüsusi verifikativ yer tipi. Sual-cavab
vahidinin bu tipi xüsusi modal suala cavab ve-
rir, hər hansı qəhrəmanın, əşyanın olduğu yeri
təsdiq və ya inkar edir, məs.: Qız dedi: – İndi
neyniyək, elə burda qalaq? Keçəl dedi: – Yox,
burda niyə, gedək evə («Şah Abbas və üç ba-
cı»); Keçəl dedi: – Ay nənə, de görüm, məni ha-
ra göndərir? Qarı dedi: – Belə tilsimli dağlara,
göy muncuğa... qandın? («Göy muncuq»). Qey-
ri-əvəzlikli sualın konkret praqmatik situasiya ilə
əlaqə xüsusiyyəti təşəbbüsçü replikanın bir sıra
əlavə funksiyalarını üzə çıxarmağa imkan verir.
Əgər birinci misalda interroqativ replika qeyd
olunan rema ilə təəccüb intonasiyası ifadə edirsə,
ikinci misalda hara sualına tilsimli dağlara, göy
muncığa verifikativ reması əlavə kinayə intonasi-
yasının mənasını ifadə edir. Cavab zamanı birinci
cümlədə verifikativ rema semantik inkarlığın – yo-
xun funksiyasını üzərinə götürür və eyni zamanda
informasiyanı gedək evə ilə konkretləşdirir. Bə-
zən cümlələrin remasında modallıq gizli ifadə
olunur, cümlənin məzmunundan inkarlıq görünür.
Xüsusi verifikativ zaman tipi. Zaman
tipli replika-stimulda hissəli modal sual ona
yönəlir ki, bu və ya digər hadisə nə zaman baş
verəcək, məs.: Xan dedi: – Doğrudanmı sən bu
gecə belə şaxtalı gündə mənim atlarıma
gözətçilik edib sağ-salamat qalıbsan? Oğlan
dedi: – Əlbəttə, bütün gecəni burda qalmışam.
Əgər mən gözətçilik etməsəydim sənin atları-
nın birisi də qalmazdı. Onların hamısını oğur-
layardılar («Xəsis xanla ağıllı oğlan»).
Bu dialoji vahiddə aktual üzvlənmə nöq-
teyi-nəzərindən
mürəkkəb replika-reaksiya
özünəməxsus kommunikativ sintaktik qurulu-
şu ilə fərqlənir: o, iki qarşılıqlı əlaqədə olan və
qarşılıqlı əhatə olunan ifadəni təşkil edir, bi-
rinci eksplikativ rema (bütün gecəni burda
qalmışam), ikinci və üçüncü xüsusi verifikativ
rema (əgər mən gözətçilik etməsəydim, onların
hamısını oğurlayardılar) olur.
Xüsusi verifikativ tərzi-hərəkət tipi. Bu
tip hər hansı hərəkətin əlamət xüsusiyyətini də-
qiqləşdirmək məqsədilə verilən hissəli modal
suala cavab verir. Bu tip konstruksiyalar nağıl
dilində geniş yayılmışdır, məs.: Fətəli şah soruş-
du: – Bəs mən nə cür eləyim? Biri dedi: – Nə cür
eləyəcəksən? Get başını daşa vur. Səni dəli he-
sab eləyib kilsəyə aparacaqlar. 40 gün səni kil-
sədə saxlayacaqlar. O zaman mətləbini Allah ve-
rər («Fətəli şahın nağılı»).
NƏRGİZ HACIYEVA
24
Göründüyü kimi, xüsusi verifikativ sirkons-
tant tərzi-hərəkət tipli cümlələrin reması Azər-
baycan nağıllarında qısa konstruksiyalarla deyil,
izahedici, aydınlaşdırıcı konstruksiyalarla işlənir
və hissəli modallıq yaradır. Sual-cavab dialoq va-
hidlərinin kommunikativ sintaktik tiplərinin qu-
rulması üçün söz sırası, məntiqi vurğu, modal
mənalı ədatlar və sözlər böyük rol oynayır.
Məqalənin elmi yeniliyi və tətbiqi əhə-
miyyəti. Məqalədə nağıl dilindəki dialoqun sual-
cavab aspekti məntiqi vurğu, intonasiya fərqliliyi
planında ilk dəfə tədqiq olunur. Xüsusilə into-
nasiya çalarlarının modal münasibətin formalaş-
masındakı rolu cümlə tipləri əsasında izah olu-
nur. Məqalənin nəticələrindən fonetik üslubiyyat
məsələlərinə dair elmi tədqiqatlarda, fonetik ha-
disələrin tədrisində istifadə oluna bilər.
Ə D Ə B İ Y Y A T
1. Bubnova Q.I. Кommunikativnaja funkcija
intonacii v dialoge: (ёksperimentalno-fonetičeskoe
issledovanie na materiale francuzskogo jazyka):
Аvtoref. dis. ... каnd. filol. nauk. М., 1980.
2. Teplickaja N.I. K voprosu оb акtualnom
členenii dialogičeskogo tеkst // Nauč. tr. MGPI.
М., 1974. Vyp. 82.
3. Egorova О.S. Strukturno-funkcionalnaja
tipologija predloženija v russkom i francuzskom
jazykah // Jaroslav. ped. vestn. 2012. № 1.
4. Əlizadə F. Cümlənin aktual üzvlənməsi.
Bakı, 1998.
5. Abdullayev Ə. Aktual üzvlənmə, mətn
və diskurs. Bakı, 2011.
6. Gurevič V.V. Акtualnoe členenie
predloženija v ego raznyh projavlenijah // Vopr.
jazykoznanija. 2004. № 3.
7. Vekšin G.V. Fonostilistika teksta: zvu-
kovoj povtor v perspektive smysloobrazovanija:
Аvtoref. dis. ... kand. filol. nauk. М., 2006.
philologos@yandex. ru
8. Коsogorova H.G. Коmmunikativnaja
sintaksičeskaja organizacija voprosno-otvetnyh
dialogičeskih edinic: (na materiale russkoj
volšebnoj skazki): Аvtoref. dis. ... kand. filol.
nauk. Jaroslavl, 2006.
9. Adamec P. Porjadok slov v sovremen-
nom russkom jazyke // Rozpravy Ceskosl. Aкad.
ved. Praga, 1966. Vol. 15.
10. Dobrušina Е.R. Verifikacija v sovre-
mennoj russkoj dialogičeskoj reči: Аvtoref. dis.
... kand. filol. nauk. М., 1993.
11. Cahangirov F. İngilis və Azərbaycan
dillərində modallığın struktur-semantik təhlili.
Bakı: Elm, 2005.
12. Kolšanskij G.V. K voprosu o soderža-
nii jazykovoj kategorii modalnosti // Vopr. jazy-
koznanija. 1961. № 1.
13. Petrov N.I. О soderžanii i oběme jazy-
kovoj моdalnosti. Novosibirsk, 1982.
NARGIZ HAJIYEVA
THE ACTUAL SEGMENTATION IN TALE DIALOGUE
S u m m a r y
The language of tales is mainly set up on the basis of the dialogical speech. Here the
question-answer sentences are formed on the basis of various intonation and this is observed with
the modal attiudes and dfferent types of sentences appear. The question-answer sentences in the
tale language emerge in numerous structures in connection with the informative, grammatical and
NAĞIL DİALOQUNDA AKTUAL ÜZVLƏNMƏ
25
intonation relations. The dialogical sentences in tales are analysed on the basis of the different
types : 1. Common informative type with the zero text; 2. Common informative type with the
prepositive text; 3. Personal informative subjective type; 4. Personal informative objective type;
5. Personal informative predicate type; 6. Personal informative plase type; 7. Personal informative
temporal type; 8. Personal text; 10. Common verification prepositive text etc. Each of these types
of interrogative sentences differs both for its purpose and intonation.
Key words: actual segmentation, phonetic stylistics, question-answer, dialogical speech,
special informative, special verificative
НАРГИЗ ГАДЖИЕВА
АКТУАЛЬНОЕ ЧЛЕНЕНИЕ В ДИАЛОГЕ СКАЗКИ
Р е з ю м е
Язык сказки строится большей частью на диалогической речи. Вопросно-ответные
предложения в нём на базе информативных, грамматических и интонационных связей высту-
пают в самых разных структурах. В статье анализируются следующие типы диалогических
предложений сказки: 1. Общеинформативный с нулевой темой; 2. Общеинформативный с
препозитивной темой; 3. Частноинформативный субъектный; 4. Частноинформативный пре-
дикатный; 5. Частноинформативный объектный; 6. Частноинформативный места; 7. Частно-
информативный времени; 8. Частноинформативный образа и способа действия; 9. Общевери-
фикативный с нулевой темой; 10. Общеверификативный с препозитивной темой и т.д. Все
эти типы вопросительных предложений отличаются друг от друга и по интонации.
Ключевые слова: актуальное членение, фонетическая стилистика, вопросно-от-
ветные предложения, диалогическая речь, частноинформатив-
ный, частноверификативный
Ünvan: AZ1143. Bakı-143, Hüseyn Cavid pr., 115. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu –
aparıcı elmi işçi, fil.ü.f.d.
e-mail: nargiz.haciyeva.1961@mail.ru
NƏRGİZ HACIYEVA
26
Çapa təqdim edən
Azad Məmmədov –
«Türkologiya» jurnalının
redaksiya heyətinin üzvü,
Afət Abbasova –
«Türkologiya» jurnalının
sahə redaktoru
Məqalənin redaksiyaya
daxil olma tarixi
10.V.2015
Təkrar işlənməyə
göndərilmə tarixi
4.IX.2015
Çapa göndərilmə tarixi
9.XI.2015
_________
Dostları ilə paylaş: |