T Ü R K O L O G İ Y A
№ 3
2015
S S R İ D Ö V L Ə T M Ü K A F A T I L A U R E A T I
İSMAYIL KAZIMOV
SSRİ DÖVLƏT MÜKAFATI LAUREATI
MİRBABAYEV MİRYUSİF MİRABBAS OĞLU
Azərbaycanda filoloji fikrin inkişaf tarixi
aydın zəkalı insanların elmi fəaliyyəti ilə də
səciyyələnir. Miryusif Mirabbas oğlu Mirbaba-
yev də belə aydınlarımızdandır. O, 1889-cu il-
də İrəvan şəhərində anadan olmuşdur. Adının
əvvəlində mir sözü də olmuş, amma sovet hö-
kumətinin təzyiqi nəticəsində seyidlik kökünü
ifadə edən həmin söz götürülmüşdür. Sovet
dönəmində bəlli səbəblərə görə bir çoxları ad,
ata adı və soyadlarında olan xan, bəy, mir, se-
yid sözlərini ixtisar edirdilər. M.Mirbabayev
də belə etmişdir. O, İrəvan şəhərində rus-Azər-
baycan məktəbinə getmiş, 1904-cü ildə gim-
naziyada təhsilini davam etdirmişdir. 1912–
1916-cı illərdə Moskva Universitetinin Hüquq
fakültəsini bitirən M.Mirbabayev İrəvana qayı-
dıb, uzun müddət təhsil sistemində çalışıb. İrə-
van Pedaqoji Texnikumunda tədris hissəsinin
müdiri vəzifəsini icra edib.
Böyük ədəbiyyatşünas Firudin bəy Kö-
çərli keçən əsrin əvvəllərində yazırdı ki, «şəh-
ri-İrəvan keçmişdə mərkəzi-üləma, füzəla və
şüəra olubdur» (İrəvan şəhəri keçmişdə alimlə-
rin, fazillərin və şairlərin mərkəzi olmuşdur).
Miryusif Mirbabayev də bu üləma-mərkəzin-
dən ucalıb, kamala çatıb. Həmin ziyalılar nəs-
linin ən məşhurlarından və görkəmlilərindən
biri, bəlkə də birincisi olub.
Çətin günlərdə o yalnız təhsil işçisi kimi
yox, millətin, torpağın təəssübkeşi, dərdlərin
carçısı kimi çıxış edib. Erməni zülmünə qarşı
sözünü deyənlərdən olub. Arxiv sənədləri bu-
nu deməyə əsas verir.
M.Mirbabayevin elmi fəaliyyəti ailəsi ilə
birgə 1933-cü ildən Bakıya gəlmələri ilə başla-
nır. Əvvəlcə EA-nın Zaqafqaziya Filialının
Azərbaycan Bölməsində, sonra isə AzFAN-nın
Tarix, Dil və Ədəbiyyat Bölməsinin Lüğət-
Terminologiya Bölməsinin müdiri vəzifəsində
çalışmışdır. 1938-ci ildən 1944-cü ilə qədər
M.M.Mirbabayev SSRİ Elmlər Akademiyası
Zaqafqaziya Filialının Azərbaycan Bölməsin-
də işə başlayır. Bölmədə Lüğətçilik İnstitutu-
nun elmi katibi, son illər isə (1944) direktor
müavini vəzifəsində çalışmış, həm də şöbəyə
başçılıq etmişdir.
Bu illərdə (1944–1945) M.Mirbabayev
Moskvada Dil və Təfəkkür İnstitutunda, Şərq-
şünaslıq İnstitutunda, MDU-nun Filologiya fa-
kültəsinin Şərqşünaslıq şöbəsində Azərbaycan
dilinin müxtəlif problemlərindən bəhs edən
məruzələri ilə çıxış edib.
1946-cı ildə Azərb. SSR Elmlər Akade-
miyasının Dil İnstitutuna (indiki Nəsimi adına
Dilçilik İnstitutuna) direktor təyin edilir. Hə-
min dövrdə alimin elmi fəaliyyəti əsasən müx-
İSMAYIL KAZIMOV
44
təlif lüğətlərin tərtibinə və redaktəsinə həsr
olunur.
M.M.Mirbabayev lüğətçilik sahəsində ta-
nınmış dilçidir. Ömrünün 18 ilini elmə həsr edib.
1933-cü ildən ömrünün sonunadək Azərb. SSR
Elmlər Akademiyasında lüğətlərin tərtibi ilə
məşğul olub. Dördcildlik «Rusca-azərbaycanca
lüğət» (1940–1946), üçcildlik «Rusca-farsca-
azərbaycanca lüğət» (1945), «Farsca-rusca-
azərbaycanca qısa lüğət» (1945) və digər tər-
cümə lüğətlərinin əsas tərtibçilərindəndir.
M.M.Mirbabayevin «Azərbaycan dilinin
izahlı lüğəti»nin ilk layihəsinin hazırlanma-
sında (1945–1950) müstəsna xidmətləri olub.
Alim müxtəlif lüğətlərin redaktəsi və tər-
tibi ilə məşğul olur, fəaliyyətinin ən çətin anla-
rını bu işə sərf edir. Azərbaycanda ilk «Azər-
baycanca-rusca frazeoloji lüğət» onun tərəfin-
dən hazırlanıb çap edilir.
1933-cü il bu elm adamının fəaliyyətinin
çiçəkləndiyi bir dövr olur.
O, SSRİ EA-nın Zaqafqaziya Filialının
Azərbaycan şöbəsində çalışır və respublikanın
ali məktəblərində dərs aparır.
1938–1941-ci illərdə M.Mirbabayev SSRİ
EA Azərbaycan Filialının Lüğətçilik İnstitutunun
elmi katibi vəzifəsini icra edir və 1942–1944-cü
illərdə Dil və Ədəbiyyat İnstitutunun Lüğətçilik
şöbəsinin müdiri olur.
1944-cü ildə o, «Azərbaycan və erməni
dillərinin qarşılıqlı əlaqəsi» mövzusunda dis-
sertasiya müdafiə edərək filologiya elmləri na-
mizədi alimlik dərəcəsini alır.
M.Mirbabayev 1946–1949-cu illərdə Azərb.
SSR EA-nın müstəqil Dil İnstitutuna rəhbərlik
edir.
Dördcildlik «Rusca-azərbaycanca» lüğətin
hazırlanmasındakı xidmətlərinə görə M.Mirba-
bayev 1948-ci ildə SSRİ Dövlət mükafatına la-
yiq görülmüşdür. Bu, Stalin mükafatı idi. Azər-
baycan dilinin lüğət tərkibinin zənginləşməsində
həmin lüğətin dəyəri inkaredilməzdir.
Hələ 1943-cü ildə akad. İ.İ.Meşşaninov
həmin lüğət haqqında yazırdı: «...dördüncü,
sonuncu cildin nəşri gözlənilir, bu rus-milli lü-
ğətlər arasında rusca-azərbaycanca ən böyük
lüğətdir. Lüğətin başa çatmasında Akademiya-
nın bütün Azərbaycan Filialı və Lüğət şöbəsi-
nin möhtəşəm xidməti olacaqdır. Bu lüğət tək-
cə Azərbaycan üçün deyil, daha geniş miqyas-
da böyük əhəmiyyət kəsb edəcəkdir».
1948-ci ildə lüğətin yaradıcıları redaktor
akad. Heydər Hüseynov, Akademiyanın Dil İns-
titutunun direktoru Miryusif Mirbabayev və həmin
institutun Lüğət və terminologiya şöbəsinin müdiri
Əliheydər Orucov SSRİ Dövlət mükafatına layiq
görüldülər. O zaman bu mükafat respublikanın
sosial həyatında mühüm bir hadisəyə çevrilir.
M.Mirbabayev ömrünün son gününəcən
dilimizə keçmiş xarici sözlərdən ibarət lüğətin
və izahlı lüğətin hazırlanması üçün səylə çalışıb.
Onun başa çatdıra bilmədiyi işləri M.Mirbaba-
yevin doktorantları, yetirmələri davam etdirib.
Həmin dövrün tələblərindən biri fars dilini
öyrənmək idi. Bu tələbi ödəmək üçün 1944-cü
ildə M.Mirbabayevin bir sıra müəlliflərlə birgə
tərtib etdiyi «Rusca-farsca-azərbaycanca lü-
ğət»in böyük faydası oldu. Həmin lüğət sütun
şəklində çap edilir. Birinci sütunda rusca baş
söz, ikinci sütunda onun farsca mənası, üçüncü
sütunda isə azərbaycanca anlamı verilir. Lüğət
9000-ə yaxın baş sözü ehtiva edir. Sovet dönə-
mində ilk dəfə belə bir lüğət nəşr edilir.
«Azərbaycan dilçiliyinin tarixi» (1996)
əsərində prof. Adil Babayev M.Mirbabayevin
yalnız bir əsərinə («Müxtəsər farsca-rusca-
azərbaycanca lüğət»inin) toxunur. Bəlkə də,
dilçiliyimizin tarixində onun yerini daha çox
dəyərləndirmək olardı.
Dördcildlik «Rusca-azərbaycanca lüğət»in
nəşri təkcə Azərbaycanda, hətta sovetlərdə iki-
dilli lüğətçiliyin inkişafı tarixində yeni və çox
böyük mərhələ təşkil edirdi. Sözügedən lüğət
100 minə qədər sözü əhatə edirdi. 1941-ci ildə
M.Mirbabayev bu lüğətin tərtib qaydaları və
prinsipləri haqqında Moskvada məruzə etmişdir.
Bu lüğət o zamanın leksikoqrafiyasında ciddi
maraq doğurdu.
MİRBABAYEV MİRYUSİF MİRABBAS OĞLU
45
Məşhur türkoloq N.Dmitriyev də sözü-
gedən lüğətə yüksək dəyər vermişdir. SSRİ
tarixində ilk hadisə idi ki, lüğət yüksək müka-
fata layiq görülür. Göstərilən istiqamətdə işdə
Azərbaycan birinci yeri tutur. Lüğət işinin ge-
niş və əsaslı qoyuluşunda xronoloji üstünlük
Azərbaycana mənsubdur. Dördcildliyin nəşri
ikidilli lüğətçiliyimizin inkişafı tarixində yeni
və yüksək bir mərhələ idi. Bu fikirlər də
İ.Meşşaninova məxsusdur [1].
Azərbaycan dilçiliyində lüğətçi kimi xü-
susi mövqeyi olan M.Mirbabayev bir sıra elmi
məqalənin də müəllifidir. Onun ilk elmi məqa-
lələrindən biri Azərbaycan və rus dillərinin
bəzi məsələlərinin müqayisəli tədqiqinə həsr
olunan şərikli yazılmış metodik məqalədir [2].
Azərbaycan və erməni dillərinin genetik
qohum olmadığını təsdiq edən məqalələrdən
biri də «Azərbaycan və erməni dillərinin qarşı-
lıqlı əlaqəsi haqqında» adlanır. Burada ərəb-
fars-Azərbaycan mənşəli sözlərin erməni mən-
bələrində olduğunu göstərir və yazır ki, Bakıda
yaşayan ermənilərin danışığında Azərbaycan
dilinə məxsus sözlərlə (məhlə, qol, qonaqlıq,
dəstə, bağ, usta, papaq, toz, boy, kor, kasıb,
həyat, sahman, adət, astar, xal, bazar, bala,
halal və s.) yanaşı, atalar sözləri və məsəllər
də işlədilmişdir. İrəvan ermənilərinin nitqində
belə söz və ifadələr getdikcə azalmışdır. Bu-
nun səbəbi məktəb şəbəkəsinin inkişaf etmə-
silə bağlı erməni ədəbi dilinin daha geniş küt-
lələrin dilinə təsir göstərməsi və dialektlərin
işlək dairəsinin daha da lokallaşmasıdır.
Tərtib etdiyi ermənicə-azərbaycanca və
azərbaycanca-ermənicə lüğətlər, erməni və
Azərbaycan dillərinin qarşılıqlı əlaqəsinə həsr
edilmiş elmi məqalələr onun bu dili dərindən
bildiyini sübut edir. O, Azərbaycan dilinin
qonşu dillərə, o cümlədən də erməni dilinə tə-
sirini Azərbaycan xalqının yayılma arealı və
tarixi ilə əlaqələndirir. Bəllidir ki, Dərbənddən
başlayaraq Təbrizə və daha uzaqlara qədər
olan ərazidə azərbaycanlılar yaşayırdılar.
M.Mirbabayev onu tanıyanların yadda-
şında həqiqi ziyalı, həlim və səliqəli insan ki-
mi iz buraxmışdır.
1999-cu ildə M.Mirbabayevin – tanınmış
filoloqun, Dövlət mükafatı laureatının anadan
olmasının 110 illiyi qeyd olundu.
Dilçilik elminin ən qədim və çətin sahəsi
lüğətçilikdir. M.Mirbabayev Azərbaycan dilçi-
liyi tarixinə məşhur lüğətçi kimi daxil olmuş-
dur. O, təkcə lüğətlərin tərtibi ilə məşğul ol-
mur, həmçinin də Lüğətlər İnstitutuna təqdim
olunan əlyazmalara öz obyektiv münasibətini
də bildirirdi: «Bu lüğətin mətni (söhbət Saleh
Axundovun “Azərtürkcə yeni dolu sözlük” (İs-
tanbul, 1942) əsərindən gedir – redaktordan)
Azərbaycan ədəbi dili normalarından çox-çox
uzaq bir dildə yazıldığından, sözlərin izahında
çoxlu miqdarda dar məhəlli sözlər, habelə
arxaizmlər, arqotizmlər, hətta müəllifin özü
tərəfindən düzəldilmiş sözlər işləndiyindən
çox vaxt onu başa düşmək çətin olur. Lakin
buna baxmayaraq, həmin lüğətin meydana
gəlməsi, dilimizin leksikasının müəyyən bir
hissəsini toplayıb sistemə salmaq, sözlərin mə-
nalarını, ibtidai şəkildə də olsa, açmağa, onları
misal və frazeologiya ilə eyniləşdirməyə bir
təşəbbüs olmaq nöqteyi-nəzərindən maraqlı bir
hadisə kimi qiymətləndirilməlidir» [3].
Təkcə lüğətşünas deyil, həm də bacarıqlı
terminoloq olan M.Mirbabayev 1951-ci ildə 62
yaşında vəfat etmişdir. Vaxtilə onunla birlikdə
işləmiş institutun elmi işçisi mərhum Əminə
Həbibzadə həmkarını belə xatırlayırdı ki, insa-
na xas olan bütün gözəl sifətlər Ağada var idi.
M.Mirbabayevə verilmişdi: sadəlik, səmimilik,
təvazökarlıq. O, əvəzsiz insan idi. O, çox mü-
layim, sakit təbiətli, xeyirxah bir şəxs idi.
Əməkdaşlar arasında böyük hörməti var idi.
Heç kəsin qəlbinə toxunmazdı. Biz hamımız
ona «Ağa» deyə müraciət edirdik.
Respublikanın müxtəlif mətbu orqanlarında
(Nedelya. 1999. 27 avqust; Elm. 1999. 1 aprel;
Mədəniyyət. 1999. 30 iyun) onun elmi fəaliyyəti
İSMAYIL KAZIMOV
46
haqqında dolğun məlumatlara rast gəlmək
olur.
Dördcildlik lüğətlə yanaşı, institutda hələ
akad. H.Hüseynovun təşəbbüsü ilə tərtibinə
başlanılmış «Əcnəbi sözlər lüğəti»nin tərtib prin-
siplərinin hazırlanmasında və müzakirəsində də
Y.Mirbabayevin mühüm xidmətləri olmuşdur.
«Əcnəbi sözlər lüğəti»nin bir hissəsi hələ
1947-də Y.Mirbabayevin rəhbərlik etdiyi «Dil
İnstitutunun əsərlərin»də müzakirə təriqilə çap
olunmuşdur.
«Mədəniyyət» qəzetində bir xatirə-məqa-
ləyə rast gəldik. Məqalənin sərlövhəsi adamı o
dəqiqə özünə çəkir: «Onu Stalin unutmamışdı,
bəs biz necə?» söhbət dilçi-alim Miryusif Mir-
babayevdən gedir. 62 yaşında dünyasını dəyi-
şən alim 38 ildən sonra yenidən xatırlandı. 100
illik yubileyində biganəlik buzu əridi, elmi-
mizin cəfakeşlərindən olan Miryusif Mirba-
bayevin adını ziyalılarımız hörmətlə çəkdilər,
onun yaratdıqlarını yüksək qiymətləndirdilər.
Onun 110 yaşını Dilçilik İnstitutunda yada
saldılar. Bu məqsədlə keçirilən sessiyada insti-
tutun əməkdaşları ürək sözlərini (1999-cu ildə)
söylədilər. Alimi tanıyan Azərbaycan dilçiləri
onun haqqında – sələfin həyat və yaradıcılığın-
dan, elmimizdəki rolundan ürək dolusu danışır-
lar. Akademiyanın müxbir üzvü Z.Budaqova de-
yirdi ki, Azərbaycan filoloji fikrinin ən görkəmli
nümayəndəsi, dilçilik elminin banilərindən biri,
ziyalı kökün layiqli övladı... «Şərqdə ilk filologi-
ya elmləri namizədi azərbaycanlı qadının», prof.
Rəhilə Məhərrəmovanın sözlərincə, M.Mirbaba-
yev hələ təzə təsis olunmuş Azərbaycan EA Dil
İnstitutunda ilk direktor olduğu üçün onu bu ins-
titutun yaradıcısı hesab etmək olar. Çox da bö-
yük olmayan bu institutun bütün qayğıları (həm
elmi istiqamət, həm də təşkilati məsələlər) onun
üzərinə düşmüşdü. O, Azərbaycan dilçiliyinin
gələcək inkişaf perspektivləri üçün öz qüvvəsini
əsirgəmirdi. Müəllimimi hörmətlə xatırlayıram.
O, alicənab, yüksək keyfiyyətləri ilə seçilən in-
san – alim idi.
«Мир литературы» («Dünya ədəbiyyatı»)
qəzetində M.Mirbabayevin anadan olmasının
125 illiyi münasibətilə məqalə dərc olunmuşdur.
Məqalə «Он был прост и доступен» («O, çox
sadə və məsuliyyətli bir insan kimi səciyyələndi-
rilir») adlanır. Məqalədə M.Mirbabayev haq-
qında akad. M.Ş.Şirəliyevin, Z.İ.Budaqovanın,
R.C.Məhərrəmovanın fikirləri də təhlil olunur.
M.Ş.Şirəliyev: «M.Mirbabayev vaxtaşırı
müxtəlif aktual mövzularda çıxış etmişdir: “Azər-
baycan dili tarixinin formalaşması prosesi”,
“Azərbaycanda yafəs və İran dillərinin öyrənil-
məsi işinin təşkili”, “Azərbaycan-İran dilləri mü-
nasibətləri”, “Alban mədəniyyəti və dili”, “Fran-
sız-Azərbaycan, alman-Azərbaycan, ingilis-Azər-
baycan” dillərində lüğətin tərtibi haqqında” və b.
mövzularda dəyərli çıxışlar etmişdir» [4].
Akad. Ağamusa Axundovun fikrincə,
Azərbaycanın leksikoqraf-alimi Miryusif Mir-
babayev çox işlər görmüş, bu gün onun yazdı-
ğı əsərlər yetirmələri tərəfindən davam və in-
kişaf etdirilir.
Ona həsr edilmiş sessiya Azərbaycan
Elmlər Akademiyası Rəyasət Heyətinin 28 ap-
rel 1999-cu il tarixli qərarına əsasən keçiril-
mişdi. Qərarda alimin yaşamış olduğu evə xa-
tirə lövhəsinin vurulması və Bakının küçələ-
rindən birinə onun adının verilməsi ilə əlaqə-
dar qaldırılmış təşəbbüs təəssüf ki, bu günədək
nəticəsiz qalıb.
Bundan əlavə, görkəmli alimin adı ASE-yə
düşməmişdi. Görəsən, respublikanın neçə nəfər
Stalin mükafatı almış belə dilçisi var imiş?
Doğrudur, Nəsimi adına Dilçilik İnstitu-
tunun Elmi Şurasının 19 yanvar 1994-cü il ta-
rixli iclasının 2 nömrəli protokoluna əsasən
Miryusif Abbas oğlu Mirbabayevin xatirəsinin
ədəbiləşməsi barədə qərara alınır ki, görkəmli
dilçi-alim, yorulmaz tədqiqatçı, Dövlət müka-
fatı laureatı Miryusif Abbas oğlu Mirbabaye-
vin xatirəsinin əbədiləşməsi ilə əlaqədar onun
yaşadığı evə xatirə lövhəsi vurulması və Bakı
küçələrinin birinə onun adının verilməsi barə-
MİRBABAYEV MİRYUSİF MİRABBAS OĞLU
47
də məsələ qaldırılması Ədəbiyyat, Dil və İncə-
sənət Bölməsindən xahiş olunsun.
Yəqin ki, əlaqədar təşkilatlar Dilçilik İnstitu-
tunun sabiq direktoru M.Mirbabayevin xatirəsini
nə vaxtsa əbədiləşdirmək qayğısına qalacaqlar.
M.Mirbabayevin haqqında İ.Meşşaninov,
M.Şirəliyev, Ə.Orucov, A.Axundov, Z.Budaqo-
va, R.Məhərrəmova, Əminə Həbibzadə, A.Ba-
bayev, Elsevər Seymur, Ə.Zeynalov, E.Kasu-
mova, R.Mustafayev, T.Tahirzadə, T.Hacıyev,
N.Cəfərov, A.Yaqubov, B.Abdullayev, İ.Məm-
mədli və başqaları yüksək fikirlər söyləmişlər.
B.Abdullayev 36 səhifədən ibarət «Gör-
kəmli lüğətçi M.M.Mirbabayev» (2000) adlı
kitabça yazmışdır: «Kitabçada M.Mirbabayevin
vətəni, dövrü, şəcərəsi haqqında qısa məlumat
verilmiş, onun həyatının İrəvan və Bakı dövrü,
həmçinin də elmi fəaliyyəti işıqlandırılmışdır»
[1]. B.Abdullayev bu kitabçasında alimə qarşı
bir sıra haqsızlıqların da edildiyini xatırladır və
yazır ki, təəccüblü orasıdır ki, bu görkəmli
lüğətçinin adına Əliheydər Orucovun «Azər-
baycan dili filoloji izahlı lüğətinin nəzəri əsas-
ları» (1965) əsərində də təsadüf etmirik. Ə.Oru-
cov öz əsərində dördcildlik «Rusca-azərbay-
canca lüğət»dən (1940–1946) və bircildlik
«Azərbaycanca-rusca lüğət»dən (1941) danışar-
kən təkcə akad. H.Hüseynovun adını çəkir. Hal-
buki M.Mirbabayev «Rusca-azərbaycanca lü-
ğət»in bütün dörd cildinin, «Azərbaycanca-rus-
ca lüğət»in, eləcə də o dövrdə çap olunmuş, la-
kin kitabda haqqında danışılmayan başqa
lüğətlərin iştirakçılarından – tərtibçilərindən
biri olmuşdur. Ədalət naminə deməliyik ki, bu-
nun üçün həmin lüğətlərin titul səhifələrinə
baxmaq kifayət edərdi. Ə.Orucov M.Mirbaba-
yevlə çalışdığı zaman Mirbabayevin 7 illik lü-
ğətçilik təcrübəsi var idi. Bir çox lüğətlərin tər-
tibində onlar birgə çalışmışlar (1940–1946).
Kitabçanın sonunda onun haqqında bir ne-
çə xatirə və ona aid sənədlər də əlavə edilmişdir.
Azərbaycan Respublikası Elmlər Akade-
miyası Rəyasət Heyətinin 28 aprel 1999-cu il
tarixli 11/5 nömrəli qərarına əsasən Nəsimi
adına Dilçilik İnstitutu M.Mirbabayevin ana-
dan olmasının 110 illiyi münasibətilə elmi ses-
siya keçirmişdir.
Çap olunmuş proqrama əsasən sessiyada
institutun direktoru A.Axundov giriş sözü ilə
çıxış etmiş, prof. İ.Məmmədli «Miryusif Mir-
babayevin Azərbaycan lüğətçiliyində yeri»,
B.Abdullayev «Miryusif Mirbabayevin həyat
yolu» mövzularında məruzələri dinlənilmişdir.
Yaxşı haldır ki, ümumtəhsil məktəblərinin
Azərbaycan dili dərsliklərində Miryusif Mirba-
bayevin kimliyi haqqında, onun fəaliyyətini əks
etdirən şəkil və yığcam yazı da verilmişdir.
Fərəhləndirici haldır ki, məktəblilər də bu gün
alimi bir görkəmli lüğətçi kimi tanıyır.
Ə D Ə B İ Y Y A T
1. Abdullayev Bəhruz. Görkəmli lüğətçi
Miryusif Mirbabayev. Bakı, 2000.
2. Jaбленко Б.Т., Мирбабаев Ju. Сравни-
телнйj обзор некоторyh особенностеj азербаj-
дžанскоgо и русскоgо jaзyков // Методиčеские
указаниja и справоčник длja уčителеj. Баку:
Азернеšр, 1938.
3. Axundov Saleh. Azərtürkcə yeni dolu
sözlük. İstanbul, 1942.
4. Širaliev M. Mirjusif Mirbabaev // Sov.
tjurkologija. 1989. № 4.
İSMAYIL KAZIMOV
48
ISMAYIL KAZIMOV
LAUREATE OF THE STATE PRIZE OF THE USSR
MIRBABAYEV MIRYUSIF MIRABBAS OGHLU
S u m m a r y
Some features of personality of outstanding lexicographer, laureate of the state prize of the
USSR M.M.Mirbabayev, his scientific activity, his specific place as a lexicographer in the history
of Azerbaijani linguistics are considered in the article. It is emerged that his most significant and
glorified work is 4 volume edition of «Russian-Azerbaijani dictionary». He is one of the main
compilers of all 4 volumes of this dictionary. In the article the activity of M.Mirbabayev is also
valued on the basis of judgment of individual scientists.
Key words: M.Mirbabayev, lexicographer, Azerbaijani linguistics, volumes, state prize
ИСМАИЛ КЯЗИМОВ
ЛАУРЕАТ ГОСУДАРСТВЕННОЙ ПРЕМИИ СССР
МИРБАБАЕВ МИРЮСИФ МИРАББАС ОГЛУ
Р е з ю м е
Статья посвящена выдающемуся лексикографу, лауреату Государственной премии
СССР М.Мирбабаеву. В ней рассматривается научная деятельность М.М.Мирбабаева и
указывается на его особое место в истории азербайджанского языкознания. Отмечается,
что самой значимой и прославившей учёного работой является четырёхтомный «Русско-
азербайджанский словарь», в котором он был одним из основных составителей. В статье
также приводится оценка деятельности М.Мирбабаева рядом известных учёных.
Ключевые слова: М.Мирбабаев, лексикограф, азербайджанское языкознание, том,
Государственная премия
Ünvan: AZ1143. Bakı-143, Hüseyn Cavid pr., 115. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu –
şöbə müdiri, fil.e.d.
e-mail: cahid@ismayiloglu.com
MİRBABAYEV MİRYUSİF MİRABBAS OĞLU
49
Çapa təqdim edən
Tofiq Hacıyev –
«Türkologiya» jurnalının
baş redaktoru,
İsmayıl Məmmədli –
«Türkologiya» jurnalının
sahə redaktoru
Məqalənin redaksiyaya
daxil olma tarixi
15.VII.2015
Təkrar işlənməyə
göndərilmə tarixi
18. IX.2015
Çapa göndərilmə tarixi
19.X.2015
________
4 «Türkologiya», № 3
Dostları ilə paylaş: |