dar idisə, XIX əsrin 90-cı illərini əhatə.edən bu hərəkatın II mər
hələsində maarifçi qüvvələrin bütöv dəstəsi meydana gəlmiş, mil
li-mədəni problemlər müzakirə olunmağa başlanmışdı. Hərəkata
rəhbərlik edən C.Məmmədquluzadənin1 Tiflisə köçməsi və
M.T.Sidqinin ölümü ilə (1903-cü il) Naxçıvanda maarifçilik hə
rəkatının birinci mərhələsi başa çatmışdır [48, 49].
Bu dövrdə Naxçıvanda M.T.Sidqi, E'.Sultanov, M.Kəngərli,
M.C. Mirzəyev, Q.Şərifov, B.Şaxtaxtınski, N.Şeyxov, H.Cavid,
C.Məmmədquluzadə, M.Ə.Süleymanov, Ə.Xəlilov, Ə.Sultanov
və başqa mütərəqqi ziyalılar böyük mədəni-maarif işi aparırdılar.
Onların bir çoxu Rusiyanın qabaqcıl ali 'məktəblərində təhsil
almış, Avropa və Rusiyanın qabaqcıl ictimai fikri, o cümlədən
qadın azadlığı barədə fikirləri ilə yaxından tanış idilən Bilavasitə
bu fikirlərin təsiri altında onlar Azərbaycan qadınlarının
hüquqsuzluğu, sosial və siyasi geriliyi əleyhinə mübarizəyə girişir,
qadının əsarət girdabından azad olmasın'a çılışırdılar. Lakin Rus
və Avropa maarifçilərindən,,eləcə də Bakıda və Tiflisdə fəaliyyət
. göstərən digər Azərbaycan maarifçilərindən fərqli olaraq
naxçıvanlı ziyalıların qadınların azadlığı və maariflənməsi
uğrunda mübarizəsi daha mürəkkəb şəraitdə aparılırdı. Çünki bir
tərəfdən onlar çarizmin Azərbaycanda .yeritdiyi milli ayrıseçkilik
siyasətinə qarşı mübarizə aparırdılarsa, digər tərəfdən xalqa
maarifin, mədəniyyətin əhəmiyyətini başa .salmalı, ona qadınların
azadlığa çıxması və təhsil almasının zəruriliyini inandırmalı, eyni
zamanda köhnəpərəstliyin, cəhalətin, fanatizmin daşıyıcıları olan
yerli qüvvələrin müqavimətini qırmalı olurdular.
Həmin dövrdə Azərbaycanda Şərq və Qərb mədəniyyəti qov
şağında formalaşmış ictimai şüurda baş vermiş mühüm dəyişik
liklərdən biri də qadın məsələsinə münasibətdə oldu. Neft hasila
tından yığılan kapitalın milli burcuaziya tərəfindən maarifə və
mədəniyyətə sərf olunması geniş yayıldı və tiunun bir nəticəsi də
maarifin və mədəniyyətin azəfbavcanlılarm etnik şüurunda
yüksək qiymətləndirilməsi idri Qüda-r üe,üs məktəblər, ■
gimna
ziyalar, qadın kursları açılır. ФишвпЦ yanaşı hüquqi şüurda inqi
labi dəyişiklik baş verir. 1‘9^7-bi ddə Rusiya Dumasının müsəl
man fraksiyasında azərbaycanlı "deputat X.Xasməmmədov
müsəlman qadınlarının təhsili məsələsinə- toXiunaraq bildirmişdir
t
ki, «müsəlman qadınları üçün diyarda bir dənə də olsun «hö
kumət məktəbi» yoxdur. Olan iki-üç məktəb də ayrı-ayrı şəxslə
rindir. Müsəlman qadınlarından müəllim hazırlamaq üçün qadın
müəllim seminariyasının yaradılması yaxşı olardı». Buna görə də
X.Xasmmədov Zaqafqaziya seminariyası tatar bölməsinin Yeli-
zavetopola göçiirülməsi və onun müstəqil seminariya şəklində
yaradılması barədə Xalq Maarif' Nazirliyi qarşısında vəsatət də
qaldırmışdı.
. .
Bu dövrdən başlayaraq Bakıda, Tiflisdə, Gəncədə və digər
şəhərlərdə'qadın xeyriyyə cəmiyyətlərinin yaranması, müsəlman
qızların dünyəvi təhsilə cəlb edilməsi, qadın mətbuatının («İşıq»
curnalı) və qadın publisistlərinin ictimai şüura daha ciddi təsir
etməsi, milli mətbuatda - «Həyat», «Füyuzat», «Yeni Füyuzat»,
I
•
•
«Dirilik», , «irşad», «Səda» «iqbal», «Açıq söz» və xüsusən
«Molla Nəsrəddin» məcmuə və qəzetlərində «Hürriyəti-nisvan»,
«Təsəttür-nisvan»,
«Nisvani-maarifh
məsələlərinin
getdikcə
özünə geniş yer alması Azərbaycanda qadın məsələsinin ictimai
Fikirdən praktik müstəviyə keçdiyini göstərirdi.
Heç şübhəsiz, qadın azadlığı və bərabərliyi barəsində
mütərəqqi' Fikirlər mətbuat vasitəsi ilə,, qabaqcıl • ziyalıların
fəaliyyəti sayəsində Azərbaycanın bölgələrində, o cümlədən
Naxçıvanda da getdikcə daha çox yayılmağa başlayırdı.
Bununla belə, imperiyanın ucqarı sayılan, maarif və
mədəniyyətin inkişafında kifayət qədər maneələrin mövcud
olduğu Naxçıvan mühitində qadın azadlığı məsələsi tamamilə
başqa səciyyə daşıyırdı. Göstərilən dövrdə Naxçıvan ziyalılarını
düşündürən əsas məsələ ictimai şüurda qadına münasibətdə
mövcud olan stereotipləri dəyişdirməkdən, qadının cəmiyyətdə
layiqli yer tutmasından ibarət idi. Bu məqsədə çatmağın,
qadınların' cəhalətdən qurtarmağın yeganə yolunu onlar
qadınların maarifləndirilməsində görürdülər.
Naxçıvan ziyalıları qadınların azadlığı və bərabərliyi uğrunda
mübarizədə öz ideya sələfləri olan mütərəqqi Azərbaycan ziyalı
llarının, o cümlədən M.F.Axundzadənin, H.Zərdabinin zəngin
ictimai-siyasi
və
ədəbi-fəlsəFı
irsinə
arxalanırdılar.
M.F.Axundzadənin qadın məsələsində tutduğu prinsipial mövqe
yini yüksək qiymətləndirən C.Məmmədquluzadə yazırdı: «Mirzə
18
I
Fololinin komediyalarında Şorq qadını ilk dəfə səhnəyə çıxıbdır,
orada danışıbdır, gülübdür, ağlayıbdır və orada birinci dəfə kişi
lər içində izhari-vicud' eyləyibdir [1, s.6.8].
, ı
XIX əsrin II yarısında Naxçıvanda fəaliyyət göstərmiş
görkəmli maarifpərvər ziyalı E.Sultanov qadın azadlığı və
bərabərliyi məsələsini ortaya qoyub, onu daim müdafiə edəri ilk
mütərəqqi şəxsiyyətlərdən biri idi. Onun «Nə düzdür diızdiır»,
«Qadın», «Sahib və əşya» kimi məqalələrindən bəlli olur ki,
Naxçıvan ziyalıları ədibin bu sahədəki təşəbbüsünü müdafiə
etmiş və yüksək qiymətləndirmişlər. 1883-cü ildə o, Tiflis klassik
gimnaziyasını bitirib Naxçıvana qayıtmış və çox çəkmədən
şəhərdə ilk mədəni-maarif tədbirlərinin təşkilatçısı olmuşdu.
Həmin dövrdə-Naxçıvanda ictimai həyata ilk qədəmlərini qoyan
C.Məmmədquluzadə , öz | xatirələrində yazırdı: «O vaxtlar
arvadların əsarətdə qalmaq söhbətləri təzə-təzə meydana atılmaq
istəyirdi və bir dəfə arvadları müdafiə edən sözləri Eynəli
yoldaşımızın vasitəsilə məşhur arvad azadlığı tərəfdarı Con
Stüart Milin kitabında gördüm» [29 səh.]. 1884-cü ildə
Azərbaycan dramaturgiyası tarixində ilk dəfə olaraq E.Sultanov
qadın azadlığı mövzusunda yazdığı «Tatarka» («Azəri qadını»)
adlı ikipərdəli komediyasını Naxçıvanda tamaşaya qoymuşdu.
Naxçıvan kimi dini mövhümatm güclü • olduğu bir bölgədə
qadınların ağıl və fərasətlərini təqdir etmək mühüm ictimai
hadisə idi. Onun publisistik fəaliyyətində də qadın azadlığı
problemi mühüm yer tuturdu. E.Sultanovun bu istiqamətdəki
fəaliyyəti 1905-1907-ci illər rus inqilabından sonra daha da
güclənmiş və o qadınların hüquqlarını daha qətiyyətlə rpüdafıə
etməyə başlamışdır. O yazırdı: «Mən hər cür təcavüzkarlığa, hər
cür təzyiqə və cinsindən asılı olmayaraq insan azadlığının
məhdudiyyətinə nifrət edirəm. Müsəlman qadınlarının hüquq
bərabərliyini
açıqcasına
təbliğ
etdiyim
üçün
məscid
minbərlərindən mənə lənət yağdırırdılar» [29, s.36].
Tədqiq edilən dövrdə Naxçıvanda qadınların hüquq və azad-
lıqldarının qorunması sahəsində mühüm xidmətlər göstərmiş si
malardan biri də görkəmli pedaqoq, Naxçıvanda ilk dəfə olaraq
«Üsuli-Cədid» hərəkatının əsasını qoymuş və milli ana dilli mək
təb sayılan Əxtər (1892-ci, Ordubad), «Məktəbi lərbiyri» (1894-ci
19
Dostları ilə paylaş: |