edərdim - inanmaq istərdim ki,bundan sonra üçlükdə bir çox
qaranlıq məsələlərə aydınlıq gətirə bilərik.Allah müqəddəs,pak
insanlardan heç nə gizlətmir,birdən olmasa da, hər halda az-az onu
çoxlu sirlərdən agah edir.Səyyarə xanım,siz də bu qəbilədən olan
insan olduğunuzdan əminəm ki,sizin üçün Allah bütün sirlərini
açaeaqdır.Inşallah!
Maraqlı odur ki, klinik ölümü yaşayan hər kəs, o dünyadan
qayıdanların hamısı bildirir ki, ölüm, ölümdən sonrakı vəziyyət
olduqca xoşdur”.Bütün əzablar qurtarır”,”Bu tam rahatlıq,dinclik
halıdır,heç bir qorxu yoxdur”,”Geri qayıdandan sonra bir həftə
ağladım ki,gördüyüm dünyadan sonra mən yenidən bu dünyada
yaşamalı olacağam”, „Geri qayıdacağımı deyən səs eşitdim” - “heç
bir qorxu yox idi”,”Nə üçün doğmalarım bu qədər narahatdır,axı
mənim vəziyyətim çox yaxşidir”,”Gördüklərim,keçirdiyim hiss o
qədər gözəldir ki,onu sözlə ifadə edə bilmirəm”,”Bütün bu müddət
ərzində məni sevinc hissi tərk etmirdi, bu ən gözəl anlar idi”,”Mən
özümü sözün həqiqi mənasında yaxşi hiss edirdim - təhlükəsiz və
məhəbbətin əhatəsində.Burada olan məhəbbəti təsvir etmək
mümkün deyildir” - bütün bu fikirləri “o dünyadan” qayıdanlar
deyir.Hal-hazirda
ölümdən həyata qayıdış nadir hadisə
deyildir.Bununla belə bunun mümkün olduğu vaxtın uzunluğu
olduqca məhduddur.Müxtəlif mənbələrdə belə fikir də var
ki,əvvəllər öləni həyata qaytarmağın sirrini daha yaxşi bilirdilər -
belə ki,ölmüş adamları uzun müddət keçdikdən sonra belə diriltmək
mümkün olmuşdur.Yunan mifologiyasından bəllidir ki,yunanların
müalicə allahı Asklepiy,romalıların Eskulap allahı həyata
qaytarmış,diriltmək
incəsənətini
yaxşı
bilirdilər.
İncildə
peyğembərYeliseyin ölmüş uşağı diriltməyindən danışılır.Yelisey
evə daxil olur,görür ki,ölmüş uşaq onun yatağında uzanıb,o içəri
girib qapını bağlayır və Allaha dua elməyə başlayır,o uşağın üstünə
uzandı alnını uşağın alnına söykədi, gözlərini gözlərinə, ovcunu
uçağın ovcuna söykəyib onu qızdırmağa başladı. Uşağın bədəni
qızdı. Sonra qalxıb
41
otaqda var-gəl etdi, yenidən qayıdıb uşağın üstünə uzandı. Uşaq
yeddi dəfə asqırıb gözlərini açdı. Daha bir hadisə yunan tarixçisi
Filostrat tərəfindən qələmə alınır. Burada Appoliyanın şagirdi
Damidin qeydləri təhlil edilir. Romada olarkən filosof əyan ailəsinə
məxsus bir dəfn mərasimi ilə rastlaşır. Hamının kədərini görən
Appoloniy deyir: ‘Tabutu yerə endirin, mən ölən adam üçün tökülən
göz yaşlarını dayandıracağam”. Sonra rəhmətə gedənin adamın adını
soruşdu. Hamıya elə gəldi ki, o dənə mərasimdə olduğu kimi burada
da nitq söyləyəcək. Ancaq Appoloniy çıxış etmədi, o rəhmətə gedən
qıza toxunub nə isə pıçıldadı-qız ayıldı və ata evinə qayıtdı. Filostrat
şahid Damidin qeydlərindən götürdüyü bu hadisəni belə şərh edir:
“Ya 0 (Appoliy), rəhmətə gedən qızda həyat qığılcımını duydu-
deyirlər yağışın altında rəhmətə gedənin sifətindən buğ çıxır-ya da
sönmüş həyatı öz toxunuşu ilə isindirdi-hər halda bu hadisənin şahidi
olanlar üçün bu sual qaranlıq qaldı”.
Ədəbi mənbələrdə deyilir ki, talenin insan üçün ayırdığı ömrü
müxtəlif magiya üsulları ilə uzatmaq olar- doğrudur qeyd edilir ki,
bu həyat tam olmayıb, kabuslu həyat olacaqdır. Hal- hazırda
Avstraliyada yaşayan aborigenlərdə bu cür praktika var. Ancaq
avstraliyalı cadugarların həyatı uzatmaq imkanları yalnız üç günlə
məhdudlaşır. Göstərilir ki, üç gün diri qalan adam yeməkdən imtina
edir və ona yaxınlaşan soyuğu hiss edir. Qait və Daqome adalarında
yaşayan aborigenlər dirilmənin yetkin praktikasını mənimsəmişlər.
Bu dirilmə üsullarının çoxusu Qaitiyə məhz Daqomedən
gətirilmişdir. Onu “vudu” kahinləri qara zəncilərin əcdadları
gətirmişlər. Daqomedə ölən adamın dirilməsi nümunəsini amerikalı
həkim- səyyah vermişdir:”Adam yerə uzanmışdı, onda heç bir həyat
əlamətləri hiss olunmurdu. Mən gördüm ki, onun qulağının biri
yarıya qədər kəsilib, ancaq bu dəhşətli yara idi. Başqa heç bir güc
işlədilməsi əlaməti yox idi. Onun ətrafına çoxlu zənci yığılmışdı:
bəziləri tamam çılpaq idi, bəziləri isə uzun paltar geymişdi. Onların
arasında bir neçə kahin də var idi- onların
42
qırxılmış başlarının ortasında balaca saç yığımı var idi. Bərabər
səviyyədə çıxan səs gəlirdi: mərasimə hazırlıq gedirdi. Bütün işlərə
bir qoca rəhbərlik edirdi; o hamıya göstəriş verir, əllərini yellədirdi.
Onun boynundan fıl sümüyündən olan boyunbağı asılmışdı.
Görünür o, fetişin baş kahini idi və bu gün şər ruhları o qovmalı idi.”
Sonra səyahətçi yol yoldaşına müraciət edir, o, yerli sakin idi və o
həkimi gətirdiyini deyir. Həkim aborigenlərə müraciət edir ki, mən
həkiməm, istərdim ki, meyidin həqiqətən ölü olduğundan əmin
olum. Həkimə meyidə baxmağa icazə verdilər. Dirilmə mərasiminə
hazırlıq müvəqqəti dayandırıldı. Ətrafdakılar həkimin yanında
dayanıb maraqla ona baxırdılar. Həkim onun gözlərinə baxdı, heç
bir həyat əlaməti yox idi, ürəyi döyünmürdü. Meyidin yanına otuza
qədər adam toplaşmışdı, onlar asta səslə oxuyurdular- bu ulama və
hıçqırma arasında olan bir səs idi. Onlar getdikcə sürətlə və ucadan
oxumağa başladılar. Sən demə bu səsi meyid eşidirmiş. Məni
təəccübləndirən doğrudan da onlar deyən kimi olması idi. Qəflətən
meyid əlini sinəsinə gətirib çevrilmək istədi. Ətrafdakılar qışqırdı,
təbillər bərkdən vurmağa başladı, nəhayət meyid çevrildi, ayaqlarını
yığıb dizi üstə dayandı, gözlərini geniş açıb adamlara baxdı”.
Səyahətçi bu hadisəni Daqomedə aborigenlərin əksəriyyəti ilə
müzakirə etdi. Məlum oldu ki, onlar bir neçə bün əvvəl ölmüş olan
adamı da dirildə bilərlər. Deməli, onlar reanimatorlar kimi dirilmə
üçün bir neçə dəqiqə yox, bir neçə gün keçəndən sonra da tədbir görə
bilərlər. Bu hal bir-birindən uzaqda yaşayan xalqlarda olmuşdur.
Qaiti və Daqome aborigenləri üçün bu vaxt on gün idisə, Sibirdə
qışlayan xalqlar üçün isə bu yeddi gün idi. Qədim şumerlərdə bu
yeddi gün, amerikalı hindlilərdə altı gün, Yeni Qvineyada da altı gün
müddətində həyata keçirilirdi. Ölən adamın dirilməsi üçün vaxt
müxtəlif olsa da,dirilmə imkanı bu xalqlarda heç bir şübhə
doğurmurdu: onlar tez-tez praktikadan istifadə edirdilər.
43
Dostları ilə paylaş: |