4
tirələri uzanır, bunların arxasında bataqlıq çökəklər və dağlara qədər sahədə səthi
terraslı düzənlik yerləşir.
Naxçıvan ərazisi əsasən dağlıqdır. Araz boyu ilə yüksəkliyi 600-800 m olan
düzənliklər (Sədərək, Şərur, Naxçıvan, Culfa düzənlikləri və s.), bundan bir qədər
ş
imala dərələrlə kəsilmiş maili düzənlik və təpəli-tirəli dağətəyi uzanır. Burada
relyefdə özünü kəskin göstərən bir neçə ekstruziv gümbəzlər sıra ilə düzülmüşdür
(Nəhəcir, İlandağ və s.). Ərazinin şimal, şimal-şərq hissəsi dağlıqdır. Ən uca
dağlar Zəngəzur dağlarıdır ki, bu şimal-qərbdən cənub-şərqə uzanır və Araz
dərəsi ilə kəsilir. Onun yüksək zirvələri Qapıcıq (3,906 m), Dəmirli dağ (3,368 m),
Sarıdərə (3,754 m), Naxçıvan ərazisində olub qədim buzlaq relyefinə malikdir.
Dərələyəz dağları orta dağlıqdır, enli istiqamətdə uzanır. Ondan cənuba bir
neçə qol ayrılır. Uca zirvəsi Gəlinqayadır. (2.773 m).
Naxçıvan ərazisi dəniz səviyyəsindən çox yüksəkdə yerləşir. Onun orta
hündürlüyü 1.412 m-ə çatır.
Relyefəmələgətirən amillərin qısa səciyyəsi.
Relyefin əmələ gəlməsinə və inkişafına bir çox amillər təsir edir. Bu
amillərdən bir qismi bu prosesdə passiv, bir qrupu isə olduqca fəal iştirak edir.
Passiv amillərə ərazinin geoloji quruluşu-onu təşkil edən süxurların litoloji,
kimyəvi tərkibi, yaşı, fiziki-mexaniki xüsusiyyətləri,hətta rəngi; ərazinin torpaq və
bitki örtüyü və i.a.; relyef yaranmasında və onun dəyişməsində fəal iştirak edən
amillərə isə yeni tektonik hərəkətlər (neotektonika), yenivulkanizm, ərazinin
seysmikliyi və, nəhayət, ekzogen amillər qrupudur.
Geoloji quruluşun əsas xüsusiyyətləri
Azərbaycan ərazisi olduqca mürəkkəb geoloji quruluşa malikdir. Burada
paleozoydan tutmuş dördüncü və müasir dövrlərə qədər bütün geoloji dövrlərin
dəniz və kontinental, terrigen və orqanogen çöküntü laylarına, metamorfik və
vulkanik süxurlarına rast gəlmək mümkündür. Respublikanın ayrı-ayrı
geomorfoloji vilayətləri geoloji quruluşuna görə bir-birindən xeyli fərqlənir. Bir
5
qayda olaraq respublikanın depressiya zonaları cavan (üçüncü və xüsusilə
dördüncü dövr) və yumşaq çöküntülərdən , dağlıq əraziləri isə qədim (əsasən
mezozoy və paleogen, qismən paleozoy yaşlı) süxur komplekslərindən
qurulmuşdur.
Azərbaycanın dağlıq ərazilərində yayılmış mezozoy və kaynazoy
çöküntülərində alp qırışıqlığı nəticəsində müxtəlif morfoloji xüsusiyyətləri olan
tektonik strukturlar yaranmışdır. Tektonik hərəkətlərin gərginliyindən və
başvermə xüsusiyyətlərindən asılı olaraq müəyyən sahələrdə qırışıqlar nisbətən
normal vəziyyətdə olan antiklinal və sinklinallardan , yaxud şiddətli qırışıqlıq
sahələrində izoklinal, çox yerdə çevrilmiş, üstəgəlmələr və tektonik pozulmalarla
mürəkkəbləşmiş struktur zonalardan (Baş Qafqazın cənub yamacı) ibarətdir.
Respublikanın Baş Qafqaz ərazisinin görkəmli mezostruktur zonaları yan
silsilə
antiklinoriumu,
Tfan
(Başsuayrıcı)
antiklinoriumu,
Ş
ahdağ-Xızı
sinklinoriumu, Sudur zonası, Dübrar-Yaşma sinklinoriumu, Altıağac-Kurkəçidağ
və Aladaş –Yunusdağ antiklinoriumu və s.-dir.
Kür çökəkliyində struktur cəhətdən iki əsas sahə ayrılır: 1-Orta Kür çökəkliyi
və Şərqi Kür çökəkliyinin şimal kənarı, 2- Şərqi Kür çökəkliyi. Orta Kür çökəkliyi
və Şərqi Kür çökəkliyinin şimal kənari cavan antiklinal və sinklinal struktur
zonaların olması ilə səciyyələnir. (Ceyrançöl, Acınohur və s.). Şərqi Kür çökəkliyi
böyük tektonik əyilmə zonasıdır.
Kiçik Qafqaz meqantiklinoriumunun Azərbaycana daxil olan şərq və cənub-
şə
rq hissələrində bir neçə böyük struktur zonalar ayrılır:-Somxet-Qarabağ
antiklinoriumu,
Sevan-Əkərə
sinklinoriumu,
Zəngəzur
və
Dərələyəz
antiklinoriumu və Orta Araz çökəkliyinin Naxçıvan ərazisində yerləşən struktur
elementləri, Somxet-Qarabağ antiklinoriumunda bir sıra ikinci dərəcəli strukturlar
özünü relyefdə çox aydın göstərir ki, bunlardan ən görkəmlisi Murovdağ və
Qarabağ antiklinoriumlarıdır.
Azərbaycanın
cənub-şərqində
yerləşən
Talış
dağları
eyni
adlı
braxiantiklinoriuma uyğun gəlir. Talış braxiantiklinoriumu ikinci dərəcəli (Astara,
Burovar) antiklinoriumlardan və Yardımlı sinklinoriumundan ibarətdir.
6
Neotektonik hərəkətlər
Planetimizin müasir relyefinin yaranmasına neotektonik hərəkətlər görkəmli
yer tutur. Azərbaycan yüksək dağların, böyük çökəkliklərin olması da bilavasitə
bu hərəkətlərin başvermə xüsusiyyətindən , istiqamətindən və intensivliyindən
asılıdır.
Azərbaycan neotektonikasına dair M.H. Ağabəyovun, F.S. Əhmədbəylinin,
B. Ə. Budaqovun, B.A. Antonovun, N.V. Dumitraşkonun, D.A. Lilienberqin,
Ə
.V.Məmmədovun, M.A. Museyibovun, N.Ş. Şirinovun və başqalarının bir çox
ə
sərləri nəşr olunmuşdur.
Azərbaycan geoloqlarının və geomorfoloqlarının əksəriyyəti respublikanın və
eləcədə Qafqazın dağlıq vilayətlərində neotektonik mərhələnin başlanğıcını
neogenin sarmat (üst sarmat) əsrinə aid edirlər. Bir qrup tədqiqatçılar isə bu
mərhələni akçaqıl əsrinin əvvəlindən – böyük akçaqıl transqressiyasının
başlanğıcından götürürlər. Neotektonik mərhələnin başlanğıcını Qafqazda
miosenin axırına aid edən tədqiqatçılar ona əsaslanırlar ki, orta və qismən yuxarı
miosendə Qafqazın dağlıq ərazilərində denudasiya prosesləri güclü olur və geniş
hamar səthlər yaranır. Dağların yüksəkliyi 1.000 m-dən artıq olmur. Sarmat
ə
srinin axırlarından etibarən aşağı və orta pliosendə dağlarda tektonik qalxma
güclənir, orta və yüksək dağlar yaranır, dağarası çökəklərdə isə qalın dəniz və çox
qaba kontinental çöküntü qatları toplanır.
Neotektonik mərhələnin başlanğıcını orta pliosendən yuxarı pliosenə keçid
dövrə aid edənlər ona əsaslanırlar ki, orta pliosenin axırında tektonik hərəkətlər
zəifləyir, akçaqıl transqressiyası zamanı dəniz suları geniş əraziləri (o cümlədən
Cənub-Şərqi Qafqazda müasir mütləq yüksəkliyi 1.500-1.600 m-ə qədər olan
sahələri) örtür.
Yuxarı pliosendə depressiyalarda və dağətəyi zonalarında daha qaba
kontinental çöküntülər qatı toplanır, ciddi tektonik inversiya başlanır, Kiçik
Qafqazda vulkanizm güclənir. Bu hərəkətlər qısa bir geoloji vaxtda Qafqazın
Dostları ilə paylaş: |