3
Nazir Əhmədli
Həyatda hər şey üçün özümü borclu bildiyim
atamın müqəddəs ruhuna ithaf edirəm
PROLOQ
Gözümü dünyaya açandan, ağlım az-çox kəsəndən valideyn-
lərimdən, ağsaqqallarımızdan kəndimizin keçmişi, adamları,
qədim tarixi haqqında çox eşitmişəm. Adamlarımızda bu tarixə
hə mişə böyük maraq olub və bir nəsildən digərinə ötürülərək ya-
şayıb. Amma təbii ki, zaman keçdikcə hadisələr unudulur, yaşlı
adamlar dünyasını dəyişir və sinələrində daşıdıqları çox şeyləri
özləri ilə aparırlar. İndi yaşayanlar eşitdikləri söhbətləri bəzən
təhrif edərək öz bildikləri şəkildə şərh etməyə meyillənirlər.
1988-ci ildə Dağlıq Qarabağ ətrafında baş verən hadisələr
yaşadığımız Gabud kəndinin taleyindən də izsiz ötüb keçmədi,
gabudlular da öz doğma evlərindən, od-ocaqlarından didərgin
düşüb dünyaya səpələndilər və Gabud kəndinin azərbaycanlılarla
bağlı tarixi beləcəsinə başa çatdı. Gabudun dağılmasından
artıq 28 il keçir, indi bizə ancaq bu kəndlə bağlı acılı-şirinli
xatirələrimiz, bəzi adamlardakı fotoşəkillər qalır.
1961-ci il yanvarın 27-də Gabud kəndində atam Surxay
Əhməd oğlu Şahquliyevlə anam Tamara Məhəddin qızının
ailəsində dünyaya göz açan mən, iş elə gətirdi ki, uşaqlıqda
arzu lamağı ağlıma da gətirmədiyim bir sənətlə-jurnalistlik işi
ilə məşğul oldum, indi artıq xatirələrə dönmüş bu tarixi də
qələmə alıb yaşatmağı öz borcum bildiyimə görə, 2015-ci ilin
sentyabrında nəhayət ki, bu işə başladım. Uşaq vaxtı uca dağlar,
yaşıl çəmənlər, sıldırım qayalarla əhatə olunan Gabud kəndini
4
Gabud və gabudlular
bütün dünya sanır və elə bilirdim ki, dünya gözümün gördüyü elə
bu ərazidən ibarətdir. 1961-1967-ci illərdə o vaxtkı Azərbaycan
Dövlət Universitetinin filologiya fakültəsində qiyabi təhsil
alan atam ildə iki dəfə-qışda və yayda getdiyi sessiyalardan
əlindəki taxta çamadanla geri qayıdanda uşaq fəhmimlə tədricən
anlamağa başladım ki, deyəsən, axı bütün dünya bu kənddən
ibarət deyil.
Öz doğulduğu yeri dünyanın ən gözəl, cənnət guşəsi say maq,
yəqin çox insanlara məxsus olan hissdir və mən də bu baxımdan
istisna deyiləm, amma Gabud kəndi doğrudan da təbiətin bir
dilbər guşəsi idi. Yaşamaq üçün buranı seçən əcdadlarımıza
doğrudan da rəhmət düşür. Bu şəxs isə, ümumi qəbul olunmuş
bilgilərə görə, Hürşan olub. Maraqlıdır ki, yazılı mənbələrdə adı
Ruşan kimi qeyd olunsa da, törəmələri onun adını
Hürşan kimi
xatırlayırlar.
Kitab üzərində doqquz ay işlədim, heç özüm də göz-
ləmədiyim halda, əldə etdiyim yeni tarixi sənədlər onun məz-
mununa elmi xarakter verdi. Bir çox qaranlıq məsələləri gün
üzünə çıxara bildim.
5
Nazir Əhmədli
TARİXİ MƏLUMAT
Gabud kəndi inzibati-ərazi baxımından Ermənistan Sovet
Sosialist Respublikasının Əzizbəyov rayonuna daxil idi, müxtə-
lif vaxtlarda gah Mikoyan, gah Paşalı, gah da bizim yaşadığımız
vaxtlarda olduğu kimi 26 Bakı Komissarlarından biri olan Məşədi
Əzizbəyovun adı ilə adlandırılan rayonu tarixi qaynaqlara görə,
1931-ci ildə təşkil etmişdilər. Qonşu Yeğeqnadzor rayonu ilə
birlikdə oranı
Dərələyəz mahalı sayırdılar, amma əslində tarixi
Dərələyəz təkcə bu ərazilərdən ibarət deyil, onun təxminən üçdə
bir hissəsi də
Dərələyəz dağ silsiləsinin cənub ətəklərində,
indiki
Şərur rayonunun dağlıq hissəsində yerləşir və indi
əslində əlimizdə qalan da məhz həmin üçdə bir hissədir. Tarixən,
Dərələyəz mahalı həmişə Naxçıvan xanlığı ilə bağlı olub,
müxtəlif dövrlərdə oraları işğal edən osmanlılar da ənənəni
pozmayıb, inzibati ərazi vahidi kimi
xanlıq əvəzinə “sancaq”
terminindən istifadə etsələr də, Dərələyəz mahalını-onların
terminologiyası ilə nahiyəsini,- Naxşıvan sancağının tərkibində
saxlamağı uyğun görüblər, bu isə heç də təsadüfi deyil, çünki
Dərələyəz mahalı Naxçıvanla iqtisadi və tarixi bağlarla bir tamlıq
təşkil etdiyi kimi, mənəvi-etnik və etnoqrafik bağlarla da bir
bütövdür. Vahid adət-ənənənin, psixologiyanın daşıyıcılarıyıq.
Əvvəlcə Dərələyəz mahalı haqqındakı tarixi-coğrafi bil-
gilərə müraciət edək.
Mahal şimalda Basarkeçər yaylası, şərqdə
Zəngəzur dağ
silsiləsi, cənubda
Ələyəz dağları, qərbdə isə
Səlimin aşırımı
yer ləşən hündür dağlarla əhatə olunmuşdur. Ümumi sahəsi
2304 kv.km-dir. Dərələyəz-Ələyəz dərəsi toponimi orta əsrlər də