10
Q LO BA LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
sahəsi dünya bazarının telləri ilə, dünyanın güclü
dövlətlərinin siyasi təzyiq və təsiri ilə çulğaşmış, elmi
kəşf və innovasiyaların nəticələrinin elliklə tətbiqi,
səmərəli rabitə və nəqliyyat sistemlərinin köməyi ilə
milyonlarla insanın qarşılıqlı hərəkət və əlaqələri
görünməmiş səviyyəyə çatmışdır.
XX əsrin sonlarında bəşər həyatı və dünya iqtisadiy
yatının vahid informasiya məkanında bütövləşməsi
qloballaşma prosesinə tamamilə yeni, fərqli cizgilər
gətirdi. Bunlar ən müxtəlif sahələrdə öz təsirini göstərdi.
Qloballaşma fenomeninin elmi təhlili son 10-15 ilə
aiddir. R.Robertsona görə 1994-cü ildə ABŞ-ın konqres
kitabxanasında “qloballaşma” sözü ilə adlanan cəmi 34
kitab var idi. Prosesin mahiyyətini müəyyənləşdirməyə
gəldikdə isə, həmin R.Robertsonun fikrincə “qloballaş
ma” - həm dünyanın vəhdət və bütövlükdə anlaşılmasını,
həm dünyanın sıxlaşmasmı, həm konkret qlobal qarşılıqlı
asılılığı, həm də XX əsrdə qlobal tamın dərk olunmasına
aid edilə bilər”.
Digər mövqeyə görə “qloballaşma” - sosial təcrü
bələrin mütərəqqi genişlənməsi, onların daha nəhəng
zaman-məkan kəsiyinə qədər yayılmasıdır ki, burada “üz-
üzə və qarşılıqlı əlaqə” forması get-gedə öz əhəmiyyətini
itirir. Yaxud başqa bir tərifə əsasən “qloballaşma”-sosial
və mədəni qurumuna qoyulan coğrafi məhdudiyyətlərin
getdikcə zəifləməsi, insanların bunu getdikcə daha çox
sezməsidir. Hər halda görürük ki, dünya elmi bəşəriyyətin
inkişafında individuallıq və sosialhğm - qloballıqla
tamamlanması, zənginləşməsi, davam etməsi fikrində
yekdildir.
Hansı prosesləri qlobal, qloballaşan proseslər adlan
dırmaq olar?
Qloballaşma siyasi müstəvidə gedən proseslərin
fundamental xüsusiyyətlərini elə dəyişməkdədir ki, milli
yaxud regional miqyaslar bu gün heç bir vəchlə kafi sayıla
bilməz. Son zamanlar isə “ümumdünya hakimiyyətinə”
Fəsil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində 11
bənzər bir qurumun cizgiləri görünməkdədir: bəzi bey
nəlxalq təşkilatlar mühüm siyasi inteqrasiya funksiyalarını
həyata keçirməkdədirlər. (Məs. Avropa Parlamenti, Bey
nəlxalq
Tribunal, İnterpol və s.)
Digər istiqamətlər hərbi-siyasi blokların güc mər
kəzləri kimi intensivlənməsini (NATO), böyük döv
lətlərin koalisiyaları yaratmasını (“7-lər”), beynəlxalq tə
sisatlar (BMT, YUNESKO), kontinental birliklər (Avropa
Birliyi) və s. fövqəlmilli təsir və fəaliyyət nümayiş
etdirilməsini də qeyd etmək olar.
Qloballaşma meyli mədəniyyət sferasından da yan
keçməmişdir. İlk baxışda nəzərə çarpmasa da KİV-nin
insanları daha da yaxınlaşdırması, dünyanın ən müxtəlif
guşələrində, həmçinin ən ekzotik məkanlarda yaşayan
xalqların mədəni təcrübə, adət və ənənələrini də hər kəsə
məlum və təqdim edərək inteqrativ prosesləri sürətlən
dirilməsi reallıqdır.
* Dünyanın bütün xalqlarının maraq və mənafelərinə
toxunan qlobal problemlərin birgə həllinə cəhd etmək
həm də ümumplanetar təfəkkür və şüurun, beynəlxalq
mədəniyyətin formalaşmasını şərtləndirir. Buraya ilk növ
bədə tədqiqatçılar beynəlxalq elmi ictimaiyyəti - huma
nitar və s. sahələr də daxil olmaqla alternativ, pasifist,
mədəni, ekoloji və s. hərəkatları, yəni özünü qlobal miq
yasda dərk və təsəvvür edə bilən təsisatları aid edirlər
. '
Qloballaşma elə proseslər irəli sürür ki, milli dövlət
lər və onların suverenliyi transmilli aktların və əməliy
yatların şəbəkəsinə - “toruna” çulğaşır, qərar qəbul etmək
prosesində onları nəzərə almalı olur. ’’Lokal-qlobal”
müstəvi hədsiz tellərlə bağlanır.
Formalaşan yeni münasibətlər qloballaşmanın miqyas
və sərhədləri haqqında məsələni qoymağı qeyri-mümkün
edir. “Qloballaşmanı” qəbul etməli, yoxsa etməməli? sualı
müzakirə olunmur. Alimlərimizin fikrincə qloballaşmanın
meylini, inkişaf məntiqini duyaraq düşünülmüş şəkildə
ona qoşulmaq yeganə düzgün alternativdir. “Planetimiz