АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 72, №2, səh. 95-99 (2017)
95
Qanadabənzər-Əng Yarığının Arxa Divarının Ortası İlə Əsas-Damaq Dəliyi
Arasındakı Məsafənin Yaş Və Cinsi Dəyişkənliklərinin Xüsusiyyətləri
V.B. Şadlinski, K.C. Quliyeva*
Azərbaycan Tibb Universiteti, A.A. Bakıxanov küçəsi, 23, Bakı AZ1022, Azərbaycan;
*E-mail: najafova1984@mail.ru
Təqdim olunan məqalədə postnatal ontogenezin müxtəlif mərhələlərində kranioskopik, kraniometrik
və variasion-statistik müayinə üsullarından istifadə etməklə insan kəllələrində qanadabənzər-əng yarı-
ğı (QƏY) ilə əsas-damaq dəliyi (ƏDD) arasındakı məsafənin fərdi, yaş və cinsi dəyişkənliklərinin xüsu-
siyyətləri öyrənilmişdir. Tədqiqatın nəticələrinə görə QƏY-in arxa divarının ortası ilə ƏDD arasındakı
məsafənin orta qiyməti kişilərdə I yetkinlik dövründə sağtərəfli üstünlük təşkil edir. Kişilərdə qonşu
yaş qruplarının eyniadlı tərəflərinin müqayisəsi II yetkinlik dövrünün parametrlərinin orta qiyməti-
nin I yetkinlik və ahıl dövrünün parametrlərinin orta qiymətinə nisbətən soltərəfli, qadınlarda isə iki-
tərəfli üstün olduğunu göstərmişdir. Həmin məsafənin cinsi dəyişkənliklərinin müqayisəli təhlili kişi-
lərdə I yetkinlik dövründə, qadınlarda isə II yetkinlik dövründə sağtərəfli üstün olduğunu aşkar
etməyə imkan verdi.
Açar sözlər: Qanadabənzər-əng yarığı, cins, yaş, kraniometriya, dimorfizm
GİRİŞ
QƏY və ona qonşu olan anatomik struktur-
ların, xüsusilə çətin əldə olunan əsas-damaq dəliyi
və qanadabənzər kanalın ön dəliyinin variantları hə-
min törəmələrdən keçən damar-sinir dəstələri üzə-
rində aparılan endoskopik müdaxilələr zamanı kli-
nisistlər qarşısında bir sıra çətinliklər törədir (Гафа-
рова, 2002; Полкокова, 2009; Полев и др.,
2012). Belə ki, ƏDD-nin anatomo-topoqrafik vari-
antları haqqında elmi məlumatların azlığı arxa bu-
run qanaxmaları zamanı eyni adlı arteriyanın koa-
qulyasiyası və xroniki rinitlər zamanı qanadabənzər
kanalın ön dəliyi səviyyəsində transnazal endosko-
pik yolla eyni adlı sinirin neyrotomiyası yeni ana-
tomik məlumatlar tələb edir (Greenstone et al.,
1988; Robinson et al., 2012). Qeyd etmək lazımdır
ki, əng arteriyasının, əng sinirinin, qanadabənzər
kanal sinirinin, əsas-damaq arteriyasının zədələn-
mələri və qanadabənzər-damaq düyününün xoşxas-
səli şişləri zamanı rinoendoskopiyanın yüksək sə-
viyyədə həyata keçirilməsi üçün ontogenezin müx-
təlif mərhələlərində QƏY və ona yaxın strukturla-
rın, o cümlədən əsas-damaq dəliyinin və onunla
QƏY-in arxa divarı arasındakı məsafənin anato-
mo-topoqrafik variantlarının öyrənilməsi həm elmi,
həm də praktik cəhətdən əhəmiyyət kəsb edir (Seno
et al., 2009; Tang et al., 2009; Jang et al., 2010;
George et al., 2012; Kodama еt al., 2012).
Əng arteriyasına edilən cərrahi müdaxilələr za-
manı müəyyən edilmişdir ki, adı çəkilən damarın
zədələnmələri ən çox QƏY-dan və ƏDD-dən keçən
yerdə baş verir (Apinhasmit et al., 2004). Digər
müəlliflərin qənaətinə görə (Hosseini and Borghei,
2005) rinoserebral infeksiyalar ƏDD vasitəsilə qa-
nadabənzər-damaq çuxuruna, daha sonra QƏY va-
sitəsilə gicgahaltı çuxura və üzün yumşaq toxum-
alarına keçə bilər.
Lakin yuxarıda qeyd olunanlara baxmayaraq
qanadabənzər-damaq çuxurunda yerləşən damar-
sinir dəstələrinə edilən mövcud cərrahi müdaxilələr
xəstəliklərin ağırlaşmasının və fəsadlarının qarşısını
ala bilmir. Onu da qeyd etmək lazımdır ki, bu günə
kimi anatomik, neyrocərrahi və otolarinqoloji dərs-
lik, monoqrafiya və elmi məqalələrdə postnatal on-
togenezin müxtəlif mərhələlərində QƏY və ona ya-
xın sümük strukturların fərdi, yaş və cinsi dəyiş-
kənliklərinin xüsusiyətləri haqqında geniş praktik
əhəmiyyəti ola biləcək məlumat demək olar ki,
yoxdur. Ona görə də QƏY və ona yaxın olan sü-
mük strukturların topoqrafo-anatomik dəyişkənlik-
lərinin öyrənilməsi bu gün də aktual olaraq qalmaq-
dadır.
İşin məqsədi postnatal ontogenezin müxtəlif
mərhələlərində insan kəlləsində qanadabənzər-əng
yarığı ilə əsas-damaq dəliyi arasındakı məsafənin
fərdi, yaş və cinsi dəyişkənliklərinin xüsusiyətlərini
öyrənməkdən ibarət olmuşdur.
MATERİAL VƏ METODLAR
Tədqiqat obyekti kimi ATU-nun insan anato-
miyası kafedrasının fundamental muzeyində saxla-
nılan pasportlaşdırılmış insan kəllələrindən istifadə
olunmuşdur. İşin gedişi zamanı müxtəlif yaş qrup-
larını əhatə edən masserasiya olunmuş 167 insan
kəlləsi tədqiq edilmişdir. Bu zaman keçmiş SSRİ
Şadlinski və Quliyeva
96
Pedaqoji EA-nın 1965-ci ildə yaş morfologiyası, fi-
ziologiyası və biokimyasının problemlərinə həsr
olunmuş VII Ümumittifaq konfransında qəbul olun-
muş yaş dövrlərindən istifadə olunmuşdur.
Qarşıya qoyulan məqsədə çatmaq üçün krani-
oskopik, kraniometrik və variasion-statistik müayi-
nə üsullarından istifadə edilmişdir. Ölçüləri aparar-
kən kraniologiyada geniş tətbiq olunan üsullara
(Алексеев и Дебец, 1964; Martin, 1928) istinad
olunmaq şərtilə, bir ucu düz və digər ucu əyri olan
pərgardan və 0,01 mm bölgüləri olan ştangenpər-
gardan istifadə edilmişdir.
Qanadabənzər-əng yarığının arxa divarı ilə əsas-
damaq dəliyi arasındakı məsafəni ölçmək üçün (yan
görünüş) norma lateralis-dən istifadə edilmişdir.
Alınmış nəticələrin təhlili «Statistical» (Stat-
soft, 1999) və Microsoft Excel Windows-7 tətbiqi
proqramlar paketindən istifadə etməklə PC/AT
«Pentum-IV»-də variasion statistika üsulu ilə işlən-
mişdir. Nümunələrin orta göstəriciləri (M), standart
xətaları (m), sıraların minimal (min) və maksimal
(max) göstəriciləri və variasiya əmsalı (CV) hesab-
lanmışdır (Реброва, 2002; Боровиков 2015).
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Yuxarıda qeyd etdiyimiz kimi ƏDD nəinki nə-
zəri, həm də klinik əhəmiyyət kəsb edən sümük
strukturlardan olub qanadabənzər-damaq çuxuru ilə
burun boşluğu arasında yerləşir. Kranioskopik təd-
qiqatların nəticələri göstərdi ki, əsas-damaq dəliyi
78,4% (262 kəllə) halda damaq sümüyünün perpen-
dikulyar səfhəsinin içəri səthindəki xəlbir darağının
arxa-yuxarı tərəfində yerləşir və dəlik qanadabən-
zər-damaq çuxurunu yuxarı burun keçəcəyi ilə bir-
ləşdirir. Lakin morfoloji tədqiqatların nəticələri
21,6% halda (72 kəllə) ƏDD-nin xəlbir darağının
arxa tərəfində, yəni yuxarı və aşağı burun keçəcək-
lərinin sərhəddində də yerləşdiyini aşkar etməyə
imkan verdi. Tədqiq etdiyimiz kəllələrin 28-də
(8,4%) yuxarı burun keçəcəyinə proyeksiya olunan
ƏDD-dən başqa orta burun keçəcəyinə proyeksiya
olunan əlavə əsas-damaq dəliyi (foramen spheno-
palatinum accesorium) də aşkar olundu. Tədqiqat
zamanı ƏDD-yə xəlbir darağının ön-yuxarı və ön-
aşağı tərəflərində heç bir kəllədə rast gəlinmədi.
Beləliklə, əldə etdiyimiz kranioskopik müayi-
nələrin nəticələri ƏDD-nin topoqrafik cəhətdən də-
yişkən olduğu fikrini irəli sürməyə imkan verdi. Bu
isə həmin dəlikdən burun boşluğuna keçən əsasda-
maq arteriyasının və yuxarı-arxa burun sinirlərinin
topoqrafiyasında və şaxələrin sayında dəyişkənlik-
lərin olması fikrini təsdiqləyir. Təqdim etdiyimiz fi-
kirlərin öz təsdiqini tapmasında damaq sümüyünün
perpendikulyar səfhəsinin içəri tərəfində yerləşən
xəlbir darağının çox böyük əhəmiyyəti vardır. Belə
ki, müayinə olunan kəllələrin hamısında xəlbir da-
rağını müşahidə etmək mümkündür. Ona görə də
həmin daraqdan ƏDD və oradan keçən damar-sinir
dəstəsinin topoqrafiyası, eləcə də rastgəlmə tezliyi-
nin aşkar olunmasında stabil anatomik oriyentir ki-
mi istifadə olunmasına əsas verir. Bu isə əng arteri-
yası və onun şaxələrinın qanaxmaları, qanadabən-
zər kanal siniri və qanadabənzər-damaq düyününün
patologiyaları zamanı transnazal videoendoskopik
cərrahiyyənin imkanlarının artırılmasına xidmət
edəcək.
Kişilərdə (yeniyetmə, gənclik dövrü və yaşlı-
lar) QƏY-in arxa divarının ortası ilə ƏDD arasın-
dakı məsafənin orta qiymətinin qarşı tərəflər ara-
sındakı müqayisəli təhlili I yetkinlik dövrünün gös-
təricilərinin sağtərəfli üstünlüyə malik olmasını aş-
kar etməyə imkan verdi (p<0,05). Belə ki, adı çəki-
lən məsafə sağ tərəfdə 5,0-17,5 mm, sol tərəfdə isə
6,0-11,5 mm arasında tərəddüd edərək orta hesabla
11,3±0,8 mm və 8,8±0,4 mm təşkil edir. Görün-
düyü kimi QƏY-in arxa divarının ortası ilə ƏDD
arasındakı məsafənin orta qiyməti sağ tərəfdə sol
tərəfə nisbətən 1,3 dəfə və ya 2,5mm artıqdır. II
yetkinlik dövrü, ahıl və qocalıq dövrünün qarşı tə-
rəflərinin eyniadlı göstəriciləri arasında statistik cə-
hətdən əhəmiyyətli fərq aşkar olunmadı (p>0,05).
Onu da qeyd etmək lazımdır ki, kişilərdə QƏY-in
arxa divarının ortası ilə ƏDD arasındakı məsafənin
orta qiyməti I yetkinlik dövrünün sağ tərəfində ən
böyük (11,3±0,8 mm), qocalıq dövrünün sağ tərə-
fində ən kiçik (8,0±0,4 mm) qiymətə malikdir.
Apardığımız tədqiqatlarla müəyyən olunmuş-
dur ki, QƏY-in arxa divarının ortası ilə ƏDD
arasındakı məsafənin variyasiya əmsalı (CV) kişi-
lərdə I və II yetkinlik dövrlərində sağtərəfli, yeni-
yetmə, gənclik və qocalıq dövrlərində isə soltərəfli
üstünlük təşkil edir. Əldə olunan nəticələrə görə bu
göstərici I yetkinlik dövründə sağ tərəfdə sol tərəfə
nisbətən 1,7 dəfə (33,5% və 19,2%), II yetkinlik
dövründə 1,2 dəfə (26,0% və 21,2%) artmışdır. Hə-
min göstəricinin variasiya əmsalı yeniyetmə döv-
ründə sol tərəfdə sağ tərəfə nisbətən 1,1 dəfə
(27,6% və 31,1%), gənclik dövründə 1,4 dəfə
(23,9% və 32,6%), qocalıq dövründə 1,3 dəfə
(22,9% və 17,1%) artmışdır.
Kişilərdə QƏY-in arxa divarının ortası ilə
ƏDD arasındakı məsafənin orta qiymətinin qonşu
yaş qruplarının eyniadlı tərəfləri arasındakı müqayi-
səli təhlili adı çəkilən göstəricinin II yetkinlik döv-
rünün sol tərəfində I yetkinlik və ahıl dövrünün
eyniadlı tərəflərinə nisbətən əhəmiyyətli dərəcədə
artdığını aşkar etməyə imkan verdi (p<0,01). Tədqi-
qatın nəticələrinə görə QƏY-in arxa divarının ortası
ilə ƏDD arasındakı məsafə II yetkinlik dövrünün
sol tərəfində 7,0-14,5 mm arasında dəyişərək orta
hesabla 10,6±0,4 mm, I yetkinlik dövründə isə 6,0-
11,5 mm arasında dəyişərək 8,8±0,4mm təşkil edir.
Qanadabənzər-Əng Yarığının Arxa Divarının Ortası İlə
97
Ahıl yaş dövrü ilə II yetkinlik dövrünün eyniadlı tə-
rəflərinin orta qiymətlərinin müqayisəsi II yetkinlik
dövrünün adı çəkilən göstəricilərinin sol-tərəfli üs-
tünlük təşkil etdiyini göstərdi (p<0,01). Belə ki, ahıl
yaş dövrünün sol tərəfində QƏY-in arxa divarının
ortası ilə ƏDD arasındakı məsafə 6,0-11,7 mm in-
tervalında tərəddüd edərək orta he-sabla 8,8±0,4
mm-ə bərabər olur. Göründüyü kimi II yetkinlik
dövrünün parametrlərinin orta qiyməti həm I yet-
kinlik, həm də ahıl yaş dövrünün parametrlərinin
orta qiyməti ilə müqayisədə soltərəfli (hər iki yaş
dövrü üçün uyğun olaraq 1,2 dəfə və ya 1,8 mm)
üstünlük təşkil edir.
Qadınlarda (yeniyetmə, gənclik dövrü və yaş-
lılar) QƏY-in arxa divarının ortası ilə ƏDD arasın-
dakı məsafənin orta qiymətlərinin ayrı-ayrı yaş
qruplarının qarşı tərəfləri arasındakı müqayisəli
təhlili statistik cəhətdən əhəmiyyətli fərqin olmadı-
ğını göstərdi (p>0,05). Belə ki, I yetkinlik dövrün-
də adı çəkilən məsafənin orta qiyməti uyğun olaraq
sağ tərəfdə 9,1±0,3 mm, sol tərəfdə 8,3±0,4 mm, II
yetkinlik dövründə 11,9±0,5 mm və 10,7±0,5 mm,
ahıl yaş dövründə 8,8±0,5 mm və 9,0±0,5 mm,
qocalıq dövründə isə 9,1±0,4 mm və 8,5±0,4 mm
təşkil edir.
Yeniyetmə, gənclik dövrü və yaşlı qadınlarda
QƏY-in arxa divarının ortası ilə ƏDD arasındakı
məsafənin variyasiya dəyişkənliklərinin öyrənilmə-
sinin müqayisəli təhlili variasiya əmsalının yeni-
yetmə və I yetkinlik dövrlərində soltərəfli üstünlük
təşkil etdiyini, gənclik, II yetkinlik, ahıl və qocalıq
dövrlərində isə həmin göstəricinin hər iki tərəfdə
demək olar ki, bir-birinə bərabər olduğunu (uyğun
olaraq 30,2 və 30,5%; 22,3% və 23,0%; 20,4% və
20,4%; 17,7% və 18,6%) aşkar etməyə imkan verdi.
Tədqiqatın nəticələrinə görə bu göstərici yeniyet-
mələrdə sol tərəfdə sağ tərəfə nisbətən 1,1 dəfə
(25,2% və 28,0%), I yetkinlik dövründə 1,5 dəfə
(14,3% və 20,7%) artmışdır.
Qadınlarda QƏY-in arxa divarının ortası ilə
ƏDD arasındakı məsafənin orta qiymətinin qonşu
yaş qruplarının eyniadlı tərəfləri arasındakı müqayi-
səli təhlili II yetkinlik dövrünün göstəricilərinin I yet-
kinlik və ahıl dövrünə nisbətən ikitərəfli üstünlük
təşkil etdiyini aşkar etməyə imkan verdi (p<0,001,
p<0,01). Belə ki, II yetkinlik dövründə QƏY-in ar-
xa divarının ortası ilə ƏDD arasındakı məsafənin
göstəriciləri sağ tərəfdə 8,0-10,5 mm, sol tərəfdə isə
7,0-14,5 mm arasında dəyişərək orta hesabla
11,9±0,5 mm və 10,7±0,5 mm təşkil edir. Həmin
göstəricilərin qiyməti I yetkinlik dövrünün sağ tərə-
fində 7,0-11,0 mm, sol tərəfində isə 5,0-10,7 mm
arasında dəyişərək orta hesabla 9,1±0,3 mm və
8,3±0,4 mm-ə bərabər olur. Təqdim olunan nəticə-
lərdən də göründüyü kimi QƏY-in arxa divarının
ortası ilə ƏDD arasındakı məsafənin orta qiyməti
sağ tərəfdə sol tərəfə nisbətən 1,3 dəfə və ya 2,8
mm, sol tərəfdə isə 1,3 dəfə və ya 2,4 mm artıqdır.
Bu halda ahıl dövrü üçün adı çəkilən məsafənin
göstəriciləri sağ tərəfdə 6,3-11,5 mm, sol tərəfdə isə
6,5-12,0 mm hüdudunda dəyişərək orta hesabla
8,8±0,5 mm və 9,0±0,5 mm təşkil edir. II yetkinlik
dövrünün göstəricilərinin ahıl dövrünün eyniadlı tə-
rəflərinin göstəriciləri ilə müqayisəsi təqdim olunan
məsafənin orta qiymətinin II yetkinlik dövründə
sağda 1,4 dəfə və ya 3,1 mm, solda isə 1,2 dəfə və
ya 2,4 mm artıq olduğunu göstərdi (p<0,01,
p<0,05). Qocalıq dövrü ilə ahıl yaş dövrünün eyni-
adlı tərəfləri üçün nəzərəçarpacaq fərq aşkar olun-
madı (p>0,05).
QƏY-in arxa divarının ortası ilə ƏDD arasın-
dakı məsafənin orta qiymətinin cinsi dəyişkənlikləri-
nin xüsusiyyətlərinin müqayisəli təhlili kişilərdə I
yetkinlik dövrünün göstəricilərinin (11,3±0,8 mm)
qadınlara nisbətən (9,1±0,3 mm) 1,2 dəfə və ya 2,2
mm sağtərəfli üstün olduğunu göstərdi. Həmin mə-
safənin orta qiymətinin müqayisəsi eyni zamanda II
yetkinlik
dövrünün göstəricilərinin qadınlarda
(11,9±0,5 mm) kişilərə nisbətən (10,1±0,5 mm) 1,2
dəfə və ya 1,8 mm sağtərəfli üstün olduğunu aşkar
etməyə imkan verdi (p<0,05). Ahıl dövrü ilə II yet-
kinlik dövrü, eləcə də qocalıq və ahıl yaş dövrləri
arasında aparılan müqayisəli təhlil tədqiq olunan
məsafənin orta qiymətini ifadə edən göstəricilər
arasında heç bir fərq aşkar etməmişdir (p>0,05).
Beləliklə, ədəbiyyat mənbələrinin təhlili
(Apinhasmit et al., 2004; Hosseini and Borghei,
2005; Полкокова, 2009; Полев и др., 2012) və
bizim nəticələrə əsaslanaraq hesab edirik ki, QƏY-
in arxa divarının ortası ilə ƏDD arasındakı məsa-
fənin orta qiyməti kişilərdə I yetkinlik dövrünün
sağ tərəfində üstünlük təşkil etsə də, qadınlarda
əhəmiyyətli fərq yoxdur. Kişilərdə qonşu yaş qrup-
larının eyniadlı tərəfləri arasında aparılan müqayisə
II yetkinlik dövrünün parametrlərinin orta qiyməti-
nin I yetkinlik və ahıl dövrünün parametrlərinin or-
ta qiymətinə nisbətən soltərəfli, qadınlarda isə iki-
tərəfli üstün olduğunu göstərdi. Həmin məsafənin
orta qiymətinin cinsi dəyişkənliklərinin müqayisəli
təhlili isə kişilərdə I yetkinlik dövründə, qadınlarda
isə II yetkinlik dövründə sağtərəfli üstün olduğunu
aşkar etməyə imkan verdi. Bu isə onu göstərir ki,
tədqiq olunan məsafənin orta qiyməti fərdi, yaş və
cinsi dəyişkənliklərə malikdir. Bu fərq həm birtə-
rəfli, həm də ikitərəfli ola bilər.
Şadlinski və Quliyeva
98
ƏDƏBİYYAT
Алексеев В.П., Дебец Г.Ф. (1964) Краниомет-
рия: Методика антропологических исследова-
ний. М.: Наука, 128 с.
Боровиков В.П. (2015) Популярное введение в
современный анализ данных в системе
STATISTICA. M.: Телеком, 288с.
Гафарова Р.А. (2002) Морфологические и топо-
графо-анатомические особенности крылонеб-
ного узла в различные возрастные периоды.
Автореф. дисс. … канд. мед.наук, Баку: 22 с.
Полев Г.А., Дайхес Н.А., Виноградов В.В., Ла-
базанова М.А. (2012) Хирургические аспекты
эндоскопической анатомии клиновиднонебной
артерии. Российская оториноларингология, 4:
96-100.
Реброва О.Ю. (2002) Статистический анализ ме-
дицинских данных. Применение пакета прик-
ладных программ. М.: Медиа Сфера, 312 с.
Apinhasmit W., Methatrathip D., Ploytubtim S.
et al. (2004) Anatomical study of the maxillary
artery at the pterigomaxillary fissure in a Thai po-
pulation: its relationship to maxillary osteotomy.
J. Med. Assoc. thai., 87(10): 1212-1227.
George A., Smatanova K., Joshi H. et al. (2012)
Sphenopalatine, anterior ethmoid and internal ma-
xillary artery intervention in the management of
refractory epistaxis: their efficacy in 25 patients.
Clin. Otolaryngol., 37(4): 321-325.
Greenstone M., Stanley P., Mackay I. (1988) The
effect of vidian neurectomy on nasal mucociliary
clearance. J. Laryngol. Otol., 102(10): 894-895.
Hosseini, S., Borghei P. (2005) Rinocerebral mu-
cormycosis: pathways of spread. Eur. Arch. Oto-
rhinolaryngol., 69-71.
Martin R. (1928) Kraniometrische Technik: A
Kraniologie. Lehrbuch der Anthropologie in sys-
tematischer Darstellung, 2: 579-991.
Robinson S., Wormald P. (2006) Endoscopic vidi-
an neurectomy. Am. J. Rhinol., 20(2): 197-202.
Tan G., Ma Y., Li H. (2012) Long-term results of
bilateral endoscopic vidian neurectomy in the ma-
nagement of moderate to severe persistent allergic
rhinitis. Arch Otolaryngol Head Neck Surg., 138
(5): 492-497.
Tang I., Shashinder S., Gopala Krishnan G. et
al. (2009) Juvenile nasopharyngeal angiofibroma
in a tertiary centre: ten-year experience Singapo-
re. Med. J., 50(3): 261-264.
Возрастные И Половые Особенности Изменчивости Расстояния Между Серединой Стенки
Крыловидно-Верхнечелюстной Щели И Крыловидно-Небным Отверстием
В.Б. Шадлински, К.Дж. Гулиева
Азербайджанский медицинский университет
Целью работы было изучение индивидуальных, возрастных и половых особенностей изменчивости
расстояния между крыловидно-верхнечелюстной щелью и клиновидно-небным отверстием на раз-
личных этапах постнатального онтогенеза человеческих черепов. В ходе работы были использованы
краниоскопические, краниометрические и вариационно-статистические методы исследования. По
данным результатов исследования среднее значение расстояния между серединой задней стенки
крыловидно-верхнечелюстной щели и клиновидно-небным отверстием у мужчин в I зрелом возрасте
представлено правосторонним превосходством. У мужчин сравнение соседних возрастных групп
указывает на левостороннее превосходство среднего значения параметров II зрелого возраста по
отношению к параметрам I зрелого возраста и пожилого возраста; а у женщин наблюдается двусто-
роннее превосходство. Анализ половых особенностей изменчивости показал, что у мужчин в I, а у
женщин во II зрелом возрасте наблюдается правостороннее превосходство.
Ключевые слова: Крыловидно-верхнечелюстная щель, пол, возраст, краниометрия, диморфизм
Qanadabənzər-Əng Yarığının Arxa Divarının Ortası İlə
99
The Age And Gender Peculıarıtıes Of The Dıstance Between The Mıddle Part
Of Back Wall Of Pterygomaxıllary Fıssure And Sphenopalatıne Foramen
V.B. Shadlinski, K.J. Guliyeva
Azerbaijan Medical University
The aim of the current work was to study individual, age and gender peculiarities of the distance between the
middle part of back wall of pterygomaxillary fissure and sphenopalatine foramen in different stages of
human postnatal ontogenesis. Cranioscopic, craniometric and variation-statistical methods were used. The
results showed that the mean value of the distance between the middle part of back wall of pterygomaxillary
fissure and sphenopalatine foramen in males dominated on the right side in the I adulthood period. The
comparison of the same parts in similar age groups of males revealed that the parameters of the II adulthood
period dominated on the left side compared to the I adulthood and elderly periods of age, but in females that
dominated on both sides. The comparative analysis of gender peculiarities of that distance demonstrated its
dominance on right side in the I and II adulthood periods in males and females, respectively.
Keywords: Pterygomaxillary fissure, gender, age, craniometry, dimorphism
Dostları ilə paylaş: |