23
(Kerenskilərə cavab)
Bu yazı Kerenskinin «Dni» qəzetinin
60-cı sayında çap etdirdiyi «Rus ulusu
üzərində diktatura» yazısına cavab kimi
«Odlu Yurd» curnalının 11-ci sayında
yayımlanmışdır.
Birinci Dünya savaşı ayrı-ayrı siyasi quruluşların gücünü,
bərkliyini yoxlayan böyük sınaq oldu. Bu tarixi sınaqdan
uğurla ancaq quruluşunda ulus başlanğıcı olan, ya da yö-
nətimində ona geniş yer verilən dövlətlər çıxdı.
Dünya uluslarının bu savaşında Rusiya, Avstriya-Maca-
rıstan, Osmanlı imperiyalarının yenilib dağılması tarixi uy-
ğunluq idi. Yenənlərin birliyinin başında duran İngiltərənin
dövlət sistemində belə, ulus baxımından, savaşa kimi olanlarla
tutuşduranda böyük dəyişikliklər oldu.
İndi ulusları onların istəklərinə tərs olaraq, öz ağalığı
altında saxlamağa çalışan imperialist dövlətlərin istəklərinin
baş tutmayacağı aydındır.
Buna baxmayaraq – buna heç nə edə bilmirsən – bu günə
kimi yaşayan bir sıra utopistlərin tarixin təkərinə kötük soxmaq
istəyilə belə bir imperiya düşüncəsindən əl çəkmədiyi görünür.
Ola bilər sözün kimdən getdiyini duyursunuz. Rus siyasi
sığınmaçılarının yaşamı ilə az-çox ilgilənənlərlə, başçılarını
tanıyanlara onların yerini tapmaq çətin deyildir.
Rusiyanın siyasi sığınmaçılarının başçılarını dinləsək, dün-
ya tarixinin gedişinin Rusiya ilə bağlı olmadığını düşünmə-
liyik. Rusiya gəlişimində dünya tarixinə bağlı deyildir, onun öz
gəlişmə yolları vardır. Dünya sosialist, elliklə demokratik axını
proqramının özülündə dursa da, özlərini sosialist adlandıran
24
partiyaların elçiləri belə, ulusların çağdaş uluslararası
özünübəlirləmə prinsipinin Rusiyaya da uyğulanmasının
gərəkliyinə kəsinliklə qarşı çıxırlar.
Bu baxımdan keçmiş Rusiyanın Keçid Ağalığının başçısı
Kerenskinin dəstəsi hamıdan aşırı çıxış edir. Özü də bu aşı-
rılığın bütün acısı SSRİ-dəki türk respublikalarına, daha çox da
Azərbaycan Ulusal Axınına yönəlmişdir.
Biz keçən yazıda Kerenskinin əməkdaşlarından Xondkar-
yan ağanın araqarışdırıcı yazısını araşdırmışdıq, indi də
Kerenskinin yazısını araşdırmalı olduq.
Kerenski yazısını QPU [Baş Siyasi İdarə-KQB] agentləri-
nin Qazanda tatar komunistləri içində ortaya çıxardığı «ulu-
salçılıq uklonu»ndan başlayıb, «Sultan Qaliyevçi»liyə keçir,
«pantürkizm»lə qurtarır. Görünür bu «qorxuncluq» qarşısında
ruhu pozulduğundan, o, cəhənnəm ağrı-acısına uğramıştək
anlamsızca sayıqlayır: demə, «sultanqaliyevçilər» rus toprağını
«keçmiş Rusiyanın necə deyərlər, əzilən ulusları arasında»
bölmək istəyirlər.
Necə deyərlər əzilən uluslar!...Rus monraxiyasında ulus-
ların əzilməsi gerçəyini də qımışaraq («necə deyərlər, əzi-
lənlər…») yazıb, qorxu içində «Rusiyanın bölünməsi»ndən
hayqıran, özünü demokrat, radikal, sosialist adlandıran
Kerenskinin düşkünlüyünün dərinliyini görün. Özü də necə
bölünmə: «Qafqaz gürcülərə, dağlılara, azərbaycanlılara,
Kiçik Rusiya ukraynalılara, Sibir yakutlara, buryatlara,
eləcə də baĢqa yadellilərə, Volqadan o yana Orenburqdan,
Sibirdən
baĢlayıb
Türküstandakı
Pamirə
kimi
pantürkçülərə, baĢqa sözlə Qazan tatarları ilə kamalçıların
birliyinə verilir».
25
Yaxın keçmişdə çox böyük dövlətin başında durmuş, yenə
də bunu arzulayan adamın soyadını coğrafi, siyasi anlamsız
«Pamir – Qazan tatarları ilə kamalçılar birliyi» kimi
açıqlamanın altında görəndə kerenskilərin düşdüyü siyasi
cəhənnəm qorxusunun gücünü, dəyərini anlayırsan.
Ancaq Kerenskinin dalğınlığı təkcə bununla bitmir. Onun
düşüncəsincə, bütün gərəkənlərlə rus ulusunun ulus
düşüncəsini, duyğusunu öldürən bolşevizm, tərsinə, rus olma-
yan ulusları bu duyğuya şirnikləndirir, indi güclənən «separatçı
axın» da bu siyasətin doğal sononcudur…
Kerenskilər yaşamdan, yaşanan çağın istəklərindən necə
də uzaqlaşıblar! Elə bil heç nə olmayıb – nə dünya savaşı, nə
görüntü imperiyaların dağılması, nə də rus çarizminin
çökməsi!...
Çarizm dönəmindəki rus geriçiləri hansısa bir ulusal
axında dış etkənlər, ulusun hansısa çaxnaşmasında «Avropa in-
triqası» gördüyü kimi, Kerenskitək ağalar da eləcə ulusal axın-
ları «separatizm» adlandıraraq, onlara dışın tapşırığı ilə işləyən
güclərtək baxırlar.
Kerenskiyə görə «Rusiyadakı bütün separatçılar bu, ya
da baĢqa dıĢ ağalıqla bağlıdırlar».
Bu düşüncə əli altındakı uluslar arasında sayğınlığının
azalmasına dözməyən bütün imperialistlərin baxışı deyilmi?
Kerenskinin dilindəki «panturanizm» terminilə Suvorinin
«Novoye vremya»sındakı [Yeni çağ] adıyaman Menşikovun
çox işlətdiyi «panislamizm»in nə ayrılığı vardır?
O, Momzenin [Nobel ödüllü alman yazıçısı, tarixçisi,
filosofu] sözlərini dəyişərək deyir: «Rus ulusunun nə başqa
uyqarlıq üçün peyin, nə də özgə dövlətin tikilməsi üçün
26
material olmaq istəməyəcəyinə güvənməliyik!». Bunun
olmaması üçün də o, göründüyü kimi, rus ulusunu «SSRĠ-nin
bütün uluslarının alıĢdığı o ulusalçılıq duyğusu ilə yanmağa
çağırır».
Biz Kerenski kimi ağalara biryolluq bildirməliyik: nə
«seperatizm», nə də «Rusiyanın bölünməsi» sözü yoxdur. Bizə
görə bu sözlər heç yerində də işlədilmir: birincisi, çağdaş uyqar
insanlığın, demokratiyanın ən uca çağırışı – ulusların
özünübəlirləməsinə uyğun olaraq ölkəsinin yadellilərin tut-
masından
qurtarılmasına,
bağımsızlığının
tanınmasına
yönəlmiş ulusal axınını «seperatizm» adlandırmaq düzgün
deyildir. Axı, Belçika ulusunun Almaniyanın tutmasından qur-
tulmaq savaşını seperatizm adlandırmaq kimsənin ağlına
gəlmirdi!
Buna uyğun olaraq, bizcə, Azərbaycan, Gürcüstan, ya da
Ukraynanın rus tutmasından qurtulmasına yönəlmiş axınlarını
da seperatizm adlandırmaq olmaz! Axı, Kerenski kimi ağalar
çexoslovakların, xorvatların, eləcə də başqa ulusların Avstriya-
Macarıstan İmperiyasına qarşı yönəlmiş axınlarına dağıdıcı
seperatizm kimi baxmayıblar. Onda nə üçün Quzey Qafqaz,
Türküstan, Qazan, Krım, eləcə də başqa ulusların axınlarını
dağıdıcı seperatçı olay sayırlar?!...
Bu uluslar yurdlarının bağımsızlığı üçün seperatçı yox,
gerçək savaş edirlər, Rusiyanı bölmək düşüncələri də yoxdur,
tərsinə, biz Rusiyanın çiçəklənməsini, ulusal sınırlarında topraq
bütünlüyünü qorumasını ürəkdən istəyirik.
Ancaq Kerenski kimi ağalar da bu gerçəyi anlamalıdırlar:
Qafqazın azərbaycanlılara, gürcülərə, dağlılara keçməsi
Rusiyanın bölünməsi anlamına gəlmir. Eləcə də nə Ukrayna, nə
Dostları ilə paylaş: |