AZƏRBAYCAN M IL L I ELM LƏ R A K ADEM İYASI N .\XÇIV.4N BÖLMƏSLNİN XƏBƏRLƏRİ
ictimai və humanitar elmlər seriyası, 2017, Xs 3
И ЗВ ЕС ТИ Я НАХЧЫ ВА11СКОГО О Т Д Е Л Е Ш Ш R M IH O H vV T bH O fi A R V ^ E M ID I НЛУТС А ^ Е Р Б М Щ Ж .Ш А
Серия общественных и гуманитарных наук, 2017, Xs 3
PR O C EED IN G S O F A ZERB A IJA N NATIONAL A CADEM Y O F SCIENCES N A K H CH IV A N BRANCH O FFIC E
The series o f social sciences and humanities. 2017, ЛЬ 3
t a r ix
İSMAYIL HACIYEV
AMEA Naxçıvan Bölməsi
E-mail: ismayil_haciyev@yahoo.com
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN
DAXİLİ VƏ XARİCİ SİYASƏTİNDƏ NAXÇIVAN
Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində Naxçıvan məsələsinə xüsusi əhəmiyyət
verməsi faktlarla göstərilmiş, Cümhuriyyət hökuməti və parlamentinin fəaliyyətində Naxçıvanla bağlı bir
sıra məsələlərə diqqət yetirilməsi, bölgənin ermənilər tərəfindən tutulmasına imkan verilməməsi üçün ona
siyasi, hərbi, maddi və mənəvi kömək göstərilməsi əsaslandırılmışdır.
Burada həmçinin Müsəlman Milli Komitəsinin Naxçıvanı qorumaq uğrunda fəaliyyəti, erməni daş
naklarına qarşı mübarizəsi. Osmanlı dövləti ilə yaratdığı əlaqələr, bölgədə yaradılan Araz-Türk Respub
likası, Rusiyanın, İngiltərənin və ABŞ-ın Naxçıvanla bağlı siyasətləri araşdırılmışdır. Tədqiqat nəticəsin
də belə bir yekun nəticə çıxarılmışdır ki, yerli əhalinin Lstifadə etdiyi müxtəlif vasitələr, xüsusilə naxçı
vanlıların inadlı mübarizələri Naxçıvanı Azərbaycanın tərkibində qoruyub .saxlamışdır.
Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, naxçıvanlılar, türklər, Rusiya, İngiltərə, ABŞ, Araz-
Türk Respublikası, ermənilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 may 2017-ci il ta
rixdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncam imza
lamışdır. Eləmin Sərəncamda deyilir: “ 1918-ci il may ayının 28-də Azərbaycanın müs
təqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq
Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində
çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı
təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana
dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.
Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək dö
yüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun
dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi,
Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə
mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhə
miyyətli işlər görüldü” [11, 2017, 17 may].
1918-ci ilin mayında müsəlman şərqində ilk dəfə yaradılmış yeni suveren dövlət -
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) çətin və mürəkkəb şəraitdə 23 ay yaşayıb fəaliy
yət göstərdi. Bu Cümhuriyyət Rusiya ilə yanaşı dünyanın böyük dövlətlərinin - ABŞ,
İngiltərə və Fransanın siyasi, iqtisadi siyasətlərinin məngənəsində mübarizə aparmalı ol
du, öz suverenliyini qoruyub saxlamaq üçün bütün vasitələrə əl atdı, bu yolda çox mü
rəkkəb problemlərlə üzləşdi. Bu dövlətlərin təzyiqi altında 1918-ci il mayın 29-da Azər
baycan Milli Şurası Azərbaycan-Ermənistan arasındakı sərhəd problemini müzakirə
edərkən öz suverenliyini qoruyub saxlamaq naminə İrəvanın ermənilərə verilməsi qəra
rını çıxarmağa məcbur oldu və bu qərarı ürək ağrısı ilə “tarixi zərurət”, “labüd bəla” he
sab etdi [1,
V.
51].
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu ölkələr Azərbaycana qarşı bir sıra
ərazi iddiaları irəli sürürdü. Bu zaman Azərbaycanın ərazisi 113.9 min kv. km idi. Onun
97.3 min kv. km-i mübahisəsiz, 16.6 min kv km-i mübahisəli zonaları əhatə edirdi [10,
s. 461].
Azərbaycan Xalq Cümhuriyyəti ölkənin ərazi bütövlüyünü və suverenliyini qoru
yub saxlamaq üçün çox çətin şəraitdə mübarizə aparır, bütün imkanlardan istifadə edir,
taleyüklü məsələlərin həllinə çalışırdı.
Azərbaycan tarixşünaslığmda Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici
siyasəti, Antanta ölkələri ilə əlaqələri, qonşu ölkələrlə münasibətləri, daxili regionlarla
əlaqələrin inkişaf etdirilməsi kimi məsələlər bir sıra tarixçilər tərəfindən öyrənilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti ilə Naxçıvanın əlaqələrindən tədqiqat əsərlərində
bəhs edilsə də problemin bütün tərəfləri öyrənilməmişdir. Hətta bu problemlə bağlı
müxtəlif fikirlər mövcuddur. Azərbaycan sovet tarixşünaslığmda belə bir fikri əsaslan
dırmağa çalışmışlar ki, guya Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ayrı-ayrı bölgə
lərin ərazi toxunulmazlığını və onların əhalisinin təhlükəsizliyini nəinki təmin edə bil
məmiş, hətta buna cəhdlər belə göstərməmişdir. Lakin arxiv sənədləri, obyektiv araş
dırmalar bu mövqeyin həqiqətə uyğun olmadığını göstərir. Azərbaycan Xalq Cümhuriy
yətinin “rəhbərliyi və yerli hakimiyyət orqanları imkanları daxilində bu problemlərə
diqqət yetirmiş, torpaqlarımızın bütövlüyü və suverenlik məsələlərində daxili-xarici
düşmən qüvvələrə qarşı barışmaz mövqe tutmuşlar” [17, s. 142]. Azərbaycan Xalq Cüm
huriyyətinin hökuməti və parlamenti öz fəaliyyətində, daxili və xarici siyasətində Nax
çıvanla bağlı bir sıra məsələlərə diqqət yetirmiş, bölgənin ermənilər tərəfindən tutulma
sına imkan verməmiş və ona siyasi, hərbi, maddi və mənəvi köməkliyini göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə əlaqədar Naxçıvan ətrafında
yeni konkret tarixi şəraitdə sosial və ictimai-siyasi qüvvələrin yeni nisbəti yaranmışdı.
Cümhuriyyətin fəaliyyət göstərdiyi dövrdə baş vermiş sosial və siyasi proseslər bir-biri
ilə çox sıx əlaqəli inkişaf edirdi. Bu proseslər daxili və xarici amillərin mürəkkəb qarşı
lıqlı təsirini əks etdirən bir mənzərə yaratmışdı.
RSFSR çar Rusiyasından miras qalmış millətçilik ideologiyasını hər vəchlə mü
dafiə və inkişaf etdirərək çox mürəkkəb şəraitdə müsəlman aləmini parçalamaq, bu re
gionda ona arxa ola biləcək xristian dövləti - Ermənistan Respublikası yaratmaq məq
sədi ilə cəhdlərini daha da genişləndirirdi. Rusiya Türkmənçay müqaviləsi əsasında
Azərbaycandan qoparıb imperiyaya birləşdirilmiş ölkəmizin tarixi torpaqlarının - İrəvan
quberniyasının, həmin əraziyə tabe edilmiş Naxçıvan diyarının, Şərur-Dərələyəz və Or
dubad qəzalarının süni surətdə yaradılmış Ermənistana birləşdirilməsini elan etmişdi.
Həmin illərdə Naxçıvan məsələsi həm daxildə, həm də beynəlxalq aləmdə müxtə
lif mənafelərin toqquşduğu, ziddiyyətlərin kəsişdiyi düyün nöqtələrindən birinə çevril
mişdi. Bu dövr Naxçıvanda hakimiyyətin tez-tez dəyişilməsi illəri olmuşdur. Bu müd
dətdə Ermənistan Respublikası, Xüsusi Zaqafqaziya Komitəsi, müsavatçılardan və daş
naklardan ibarət yaradılmış Milli Komitələr, ABŞ, İngiltərə, Türkiyə arasında Naxçıva
na yiyələnmək uğrunda ardı-arası kəsilməyən mübarizə getmişdir.
Ermənistan Respublikasının Naxçıvana hücumları, hakimiyyət çəkişmələri bu öl
kəni daha çıxılmaz vəziyyətə salmışdı. Əhalinin xeyli hissəsi qaçqına çevrilmişdi, aclıq
hökm sürürdü.
Naxçıvan diyarına 1828-30-cu illərdə köçürülmüş və orada məskunlaşmış erməni
əhalisi diyarda vəziyyətin daha da mürəkkəbləşməsinə çalışırdı. Naxçıvandakı erməni
lərə. xarici silahlı (jüvvələrə arxalanan Ermənistan Respublikası Naxçıvan divarına yi-
vələnınək iıçün öz ləaliyyətlərini daha da genişləndirirdi. ABŞ, İngiltərə. Fransa, Rusiya
döviətləi'i Ermənistan Respublikasına hərtərətli yardım göstərirdilər, Naxçıvan erməni
ləri divarın təkləndiyindən və daxiidəki ziddiyvətiər, habelə hakimiyyətsizlik məngənə
sində boğulduğundan istifadə edərək Na.xçıvanın ən yaxın vaxtlarda Ermənistana birləş
diriləcəyi barədə şayiələr vayır,. bu yerlərin Ermənistanın bir hissəsi olduğunu iddia
edirdilər. Erməni qüvvələri vəziyvətin mürəkkəbliyindən, qanşıqhqdan i.stifadə edərək
“Böyük Ermənistan" varatmaq üçün ərazi iddiaları irəli sürürdü Ermənilər torpaq id
diaları ilə bağlı layihə hazırlamış və bunu Ənv'ər paşaya təqdim etmişdilər. Bu lavihəyə
görə Naxçıvan və Ordubadla birlikdə Sürməli, .A.xalkələk. Eçmiədzin. İrəvan (qəzası).
Borçalı. Qazax, Şərur-Dərələyəz, Otnabağ və Zəngəzur qəzaları Ermənistana verilməli
idi [16, s. i 16]. Ermənilər bu tələblərini onunla əsaslandırırdılar ki, guya bu qəzaların
əhalisinin 70 faizi ermənilərdir [4. \ 4]. Əslində isə Şərur-Dərələyəz qəzasında əhalinin
72.3
faizini. Naxçıvan qəzasında 62.ə faizini, İrəvan qəzasında 60,2 faizini. Sürməlidə
70 faizini. Qarayazıda 89 faizini azərbaycanhiar təşkil edirdi [ 16, s. 366].
.Azərbaycan Xalq Cümhııriyvəti yarandığı gündən Naxçıv^an divarının əhalisi bu
respublika ilə birləşməyə hazır olduğunu bildirsə də mövcud siyasi və beynəlxalq və
ziyyət Naxçıvan əhalisinin arzusunu həyata keçirməyə imkan vermirdi.
İ918-Cİ
ilin yayında Naxçıvan ikilərətli təhlükə ilə rastlaşdı. Bir tərəfdən Naxçı
vana köçürülən \ə burada vaşayan erməni əhalisi bu divarın Ermənistana birləşdiriləcə
yi barədə yayılan şayiələrdən ruhlanaraq Naxçıvana Ermənistanın bir hissəsi kimi baxır
və divarın müxtəlif yerlərində hər cur fitnəkarlıq törədirdilər. Digər tənəldən isə daşnak
ların ingilislərdən geniş vardım alaraq Culfanı öz əlinə keçirmiş qaniçən .Nndranik
Ozanvan Naxçıvanın şəhər və kəndlərini talan edir, dinc əhalini kütləvi surətdə qırırdı:
Yavcı, Dizə. Diiylün, Süst. Çeşməbasar. Tumbul və b. kəndlər tamamilə dağıdılmışdı
Lakin bu azğınlıqlara baxmavaraq nıüttəfiq dövlətlər - İngiltərə və Fransa daşnakların
hərbi ənıəiİN yatlarına vardım göstərdiklərini biidirməkdə daxam edirdilər.
Belə ağır vəzıyxətdə Naxçıvan Milli Komitəsi haqlı olaraq türklərlə əlaqəni daha
da genişləndirməyi lazım bildi. Həmin vaxtda türklər Şərur-Dərələvəz və İrəvan-Culfa
dəmir yolunu oz əllərinə keçirərək Naxçıxana doğru irəliiəvirdüər. Kazım Qarabəkir
paşanın komandanlığı altında olan tıırk dix iziyası Şərur qəzasına daxıl olduqdan sonra
hücumu müvəqqəti dayandırmış və beləliklə Andranikin Naxçıvanı ələ keçirməsi üçün
əixerişli imkan xaranmışdı. Belə bır şəraitdə Naxçıxan Milli Komitəsi daşnakların sayca
üstün qüvvələri ilə döyüşə girmədən geri çəkilməyi məqsədəuyğun sayırdı. Bununla
belə bütün xalq öz torpaqlarının nıüdalləsı üçün avağa qalxmışdı. Nehrəm kəndində
qonşu kəndlərin nümayəndələrinin iəa! iştirakı ilə xaiq qoşun dəstələn yaradıldı Xaltj
qoşunu 1918-ci i! iyunun axııiarında Nehrəm kəndi yaxınlığında .Andranikin quldur
dəstəsi ilə qarşılaşaraq onu əzdi, .Andranik rüsxayçılıqla (larabağ dağlarına qaçmağa
məcbur oldu. Bu hadisələrdən sonra, veni daşnak talanlarına vol xermənıək məqsədilə
türk qoşunları Naxçıvana, Ordubada və Culfava daxil oldular. Türklərin daşnaklara qar
şı dövüşdə kifayət qədər qətiyyətli olmaması Naxçıvan Milli Komitəsi ilə onların ara
sında soyuqluq yaratmışdı. Türklər Naxçıxana daxıl olan vaxt ilk sıvasi tədbir kiırıı
Naxçıvan Milli Komitəsini və milli hissələri buraxmışdılar Xəlil bəy isə Naxçıvanın
generai-qubernatoru təyin olunmuşdu ( !4, s. 36]. r.akin vəziyyət uzun sürmədi. Tezliklə
Naxçıvan Milli Komitəsinin və onun silahlı dəstələrinin fəaliyyəti bərpa edildi. 1918-ci
ilin ikinci yarısında müharibə cəbhələrində Türkiyənin vəziyyəti çətinləşdikcə o, Nax-
7
çi\anci;ı daha giıclü ' ə sabi! verh hakimivvətin varadılnıa'.ma mey! göstərirdi. Elə yeri i
hakimiyvət ki. daşnakların hucıimuna davam gətirsin və diyan heç vaxt onların tapdağı
ahına qovmasın l'ürkivə Mudros müqaviləsinin şənlərinə uyğun olaraq qoşunlarını
Naxçıvandan çıxarmağa məcbur oidiı.
IdIS-cı ilin novabnnda verli əhali .Araz-lürk Respublikasının müvəqqəti müstə-
qiilivini elan etdi. Bu respublika bir təı əfdən erməni iddialarını dəf etməyə, digər tərəf
dən isə respubiikanm bütıin əhalisinin həm din, həm də diİ cəhətdən can atdığı .Azər
baycanla birləşməni lıa/ıriamağa cəhd edirdi [ !5. s. 47J.
Araz-Türk Re.spubükasınm əhalisi I ımlvon nəfər, ərazisi 8,7 min kv. km oimaqla
122, s ,r.r| tərkibinə Naxçıvan və .Şərur-Dərələyəz qəzaları, Sərdarabad, Uluxanlı, Vedi-
basar. Kəmərli, Mehri və s. bölgələr daxil idi f I. v. 9). Respublikanın paytaxtı Naxçıvan
şəhəri, hökumətin sədri isə Əmir bəy Nərimanbəvov olmuşdur [9, v, 7]. Araz-Türk Res
publikasının silahlı qüvvələrinin koməvi ilə verli əhalinin fəal müqaviməti nəticəsində
Ermənistanın daşnak hökumətinin Naxçıvanı ilhaq etmək siyasətinin qarşısı alındı.
Araz-Türk Respublikasının yaradılması ilə türklərin Naxçıvan diyarı ilə əlaqələri
tamam kəsilmirdi. Türk ordusunun polkovniki Xəlil bəy .Araz-Türk Respublikasında
səlahiyyətli nümayəndəliyin başçısı təyin olunmuşdu [22, s. 91], Bundan başqa, türklə
rin Naxçıvanda 5 zabit və 300 əsgəri qalırdı. .Araz-Türk Respublikası qısa müddət fəaliy
yət göstərməsinə (1918 nov abr-!9 ! 9 mart) baxmayaraq “bölgənin azərbaycanlı əhalisi
nin qüvvələrirnn düşmənlərə (.jarşı mübarizə üçün birləşdirilməsinə və bölgənin erməni
lərə keçməsinə imkan v'ennəməkiə onun toxunulmaziığim \ə bununla da AXC-in ərazi
butöviuvünu ləmin etdi" | 18. s 76].
Naxçıvan əhalisi bölgənin .Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması
üçün inadla mübarizə aparırdı. Onlar !919-cu i! yanvarın 4-də Azərbaycan Xalq Cüm
huriyyəti Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə ünvanlanmış müraciətdə Naxçı
van. Şərur \ə Ordubad qəzalarında ermənilərin törətdikləri vəhşiliklər haqqında geniş
məlumat verirdi Müraciətdə deyilirdi; "1917-ci ilin dekabr ayından başlayaraq 1918-ci
iiin iyun ayına qədər erməni hərbi hissələri tərəfindən İrəvan qubemivasmda 200-dən
artıq müsəlman kəndi vandırılmış, əhalinin bövük əksərivyəti öldürülmüş, bir hissəsi isə
dağlara qaçaraq aclıqdan və soyuqdan məhv olmuşdur. Müsəlmanların kütləvi şəkildə
vaş.adıq!an İi'əvan quberniyasımn Sürməli. Eçmiədzin, Şərur qəzaları erməni qoşunları
tərəfindən tutulmağa başladığı vaxt dinc müsəlman əhalisinin bir hissəsi öldürülür, bir
hissəsi də öz yaşayış yerlərini tərk edərək dağlara çəkilib iran sərhədlərinə keçməyə
məcbur olmuşdular ki, burada onları hər dəqiqə ölüm gözləyirdi. Məcburi təmizlənmiş
yerlərə. 'Türkiyə Ermənistanından" qaçmış erməniləri yerləşdirirlər" (5, v. 9j,
İ9İ8-Cİ il novabrın 4-də İrəvan müsəlmanları, dekabrın 22-də Ordubad şəhərinin
və ətraf ərazinin müsəlmanları, yanvarın 4-də Ordubad qəzasının sakinləri, yanvarın 2-
də İrəvan quberniyasının ictimai xadimləri yaranmış ağır vəziyyətlə bağlı Azərbaycan
hökumətinə müraciət etmiş və tədbirlər görülməsini xahiş elmişlər j ! I, 1919. .5-3i yan
var; 4 noyabr].
1918-ci il dekabrın 22-də Ordubad şəhərinin və ətraf ərazinin müsəlınanlanmn
Milli Komitəsinin sədri Mir Hidayət Seyidzadə Azərbaycan Xalq Cümhuriyyətinin hö
kumətinə xəbər verirdi ki, “bəzi kəndlərdə bütün Zəngəzur qəzasının Ermənistana bir
ləşməsi barədə F:nnəni.stan hökumətinin elanları asılmışdır. Onlarm məqsədi bundan
ibarətdir Əgər bunu etməyə gücləri çatmasa. Zəngəzur, Şərur-Naxçıvan və Ordubad
cjəzalanmn bütün müsəlman əhalisini qılıncdan keçirsinlər, bu qəzaları müsəlmanlardan
təmizləsinlər ki. xalqların gələcək sülh konfransında özlərinin bu yerlərə sahiblik hü
quqlarını .sübut etsinlər və həmin əraziləri Ermənistan elan etsinlər, çünki bütün .xalqlar
8
müsəinıanlann vaşamadığı qəzaları ennəııilərinki hesab edəcəklər... Nə va.xla qədər bi
zim hökumət öz müsəlman qardaşlarınm qıniaraq məhv edilməsinə yabançı kimi sovuq-
-qanlıqia tamaşa edəcəkdir. Əgər ermənilər bu əraziləri müsəlmanlardan təmizləsələr,
sonra gec olacaq Onda bizim toıpaqlarda ermənilər məskunlaşacaq və burada bizim
xalqımızın izi də qalmayacaq /' fil, 1919. 14 yanvar].
1919-cu i! yanvarın 7-də Azərbaycan hökuməti Erməni.stan hökumətinə nota gön
dərməyə məcbur oldu. Notada Azərbaycan xalqına qarşı zorakılığa son cjoyulması tələb
olunurdu [II, 1919, 7 yanvar].
Yanvarın 8-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti vəziyyəti müzakirə et
di, qəbul olunmuş qətnamədə hökumətə ciddi tədbirlər görməyi tapşırdr
Yanvann 2.5-də Parlament "‘İrəvan quberniyasmdakı hadisələrə dair" məsələni ye
nidən müzakirə etdi. MƏ.Rəsulzadə bəyanatla çıxış edərək bildirdi ki, Naxçıvan qəza
sında ermənilər günahsız müsəlmanların qanını tökür. O, hökuməti bir daha kəskin təd
birlər görməyə çağırdı [11. 1919, .31 yanvar],
Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin Naxçıvandakı vəhşilik
lərinə son qoymaq üçün Müttəfiqlərin Qafqazdakı .Ali Komissarına müraciət etdi.
•Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə Naxçıvan bölgəsinin əlaqələrinin ya
radılmasında və əhalinin problemlərinin həllində İrəvan quberniyasından olan ictimai
xadimlərin, onların yaratdıqlan müxtəlif təşkilatların mühüm rolu olmuşdur. 19i9-cu
ilin yanvarın 2-də !rə\an quberniyası ictimai xadimlərinin müşavirəsi keçirilmiş, burada
.Araz-fılrk Respublikasmm yaranması, bölgədəki vəziyyət haqqında məlumat verilmiş
və çıxış yollan göstərilmişdir. Yanvarın 5-də Bakıda İrəvan quberniyasında yaşayan
azərbavcanlı nümayəndələrin fövqəladə iclası keçirilmiş və quberniya müsəlmaniarımn
həmyerlilər cəmiyyəti yaradılmışdı [7,
2]. Bir gün sonra həmyerlilər cəmiyvətinin
idarə heyəti seçilmişdi: T.Makinski. H.Qasımov, R.İsmayılov. M.Ə.Sidqi, A.Makinski.
Məmyerülər cəmiyvəri öz nümayəndəsi kimi Mirabbas Mirbağırovu İrəvan quber
niyasına göndərdi. Burada əsas məqsəd yerlərdə '\əziyyətiə tanış olmaq və müəyyən
tövsiyələr hazırlamaq idi. İrəvan qubernivasından olan qaçqınlar üçün vəsait avnldı.
.Azərbaycan hökumətinin Naxçıvan üçün ayırdığı 900 min manatı P.Bayrambəyxvv və
Y Qazıyevə vermişdi [18, s. 92]. AXC hökumətinin razılığı ilə M.Mirbağırov Gəncəyə
gəlmiş, burada ona 12 nəfər .Azərbaycan zabiti qoşulmuş və onlar Ordubadda əhali ilə
görüşdükdən sonra 1919-cu il fevralın 19-da Naxçıvana çatmışlar [7. v 2],
.M.Mirbağırov və onunla gələn heyət yerli hökumətin rəhbərləri, ingilis general-
qubernatoru və xalqın nümayəndələri ilə görüşləri oldu. Fevralın 23-də keçirilən yığın
caqda xalq yekdilliklə .Azərbaycana birləşmək arzusunda olduqlarını bildirdilər Nüma
yəndələr Azərbaycanın təmsilçiləri kimi mövcud yeri: hökuməri tamdıqlarmı bildirdilər,
M.Mirbağırov könüllü surətdə .Azərbaycana birləşmək barədə rəsmi akt tərtib elməy i
məsləhət gördü. Siyasi, iqtisadi, hərbi, mülki və mədənivyət məsəiəkərinə dair maddə
lərdən ibarət olan akt hökumətin. Milli Şuranın və əhalinin nümayəndələri tərəlindən
imzalandı [18. s. 94]. Mirabbas Mirbağırov (Mirbağırzadə) 1919-cu ildə Naxçıvanın
.Azərbaycana birləşməsi haqqında akt qəbul etdirmiş ‘"Mirbağırzadə missiyasf’nm baş
çısı kimi xatırlanır [26]. M.Mirbağırov Naxçıvanda olduğu müddətdə bölgədəki və ətraf
yerlərdəki siy asi-hərbi vəziyyətlə tanış oldu, əhalinin və ictimai qüvvələrin mövqelərini
öyrəndi. Bütün bunlardan sonra .Azərbaycan hökumətinə aşağıdakı təkliflərini verdi: ' i.
Bu mahalı idarə etmək üçün müttəfiqlərin, İran və Ermənistanın təsirinə qarşı mübarizə
aparmağa qabil olan, özgə təsiri altına düşməyən və müəyyən məqsədyönlü siyasəti
inadla və ardıcıllıqla həyata keçirən, habelə iradəli, cəsur, qətiyyətli, rüşvətə meyl etmə
yən azərbaycanlı general-qubernator təvin olunmalıdır. 2, Bölgəvə Hərbi nazirlivin yu
xarıda sadalanan keyfiyyətlərə malik olan nümayəndəsi də göndərilməlidir. 3. Mülki və
məhkəmə idarələrinin rəhbərliyinə baş məmurlar mütləq azərbaycanlılar təyin edilməli
dirlər. 4. Yerli hərbi işi təşkil etmək üçün göndərilən zabitlər kifayət etmədiyindən əlavə
zabitlər dəstəsini bölgəyə yollamaq lazımdır. 5. Azərbaycanın uzaq ucqarları, məhsuldar
torpağı, çoxlu məhsulu, duzu və digər faydalı mineralları olan və müttəfiqlərin, fars-er
məni diplomatiyasının məkrli siyasəti ilə üzləşən Naxçıvan və Şərur Azərbaycan Res
publikası tərəfindən səxavətlə təchiz olunmalıdırlar” [18, s. 95].
M.Mirbağırovun Naxçıvana səfəri, Azərbaycan Xalq Cümhuriyyəti ilə Naxçıvanın
əlaqələrinin artırılması sahəsindəki təkliflərinin çox böyük əhəmiyyəti oldu. Azərbaycan
hökuməti Naxçıvanın problemləri ilə sistematik məşğul olmağa başladı. Azərbaycan
hökuməti Naxçıvana kömək göstərilməsində bir sıra addımlar atdı. Regional əlaqələri
yaxşılaşdırmaq üçün Ağdam-Karyagin-Naxçıvan poçt-teleqraf xəttinin qaydaya salın
ması və mühafizə edilməsinə diqqət artırıldı [13, s. 61]. Ticarət və sənaye naziri M.Əsə
dullayev AXC Nazirlər Şurasına məktubla müraciət edərək Naxçıvan bölgəsinin neft
məhsulları ilə təmin edilməsini əsaslandırdı. Azərbaycan hökuməti M.Mirbağırovun və
Naxçıvanın Müvəqqəti hökumətinin işlər müdiri B.Naxçıvanskinin təklifləri əsasında
1919-cu il fevralın 28-də Naxçıvan general-qubernatorluğu yaratdı [8, v. 2]. Bəhram
xan Naxçıvanski general-qubernator. Kərim xan İrəvanski və Hacı Mehdi Bağırov onun
köməkçiləri təyin olundular. General-qubernatorluğun nəzdində Şura yaradıldı. Yerli
hakimiyyətin təşkili və qoşun hissələrinin saxlanması üçün 500 min manat pul ayrıldı
[18, s. 96]. Bir qədər sonra - 1919-cu il 30 mart tarixli sərəncamla bölgədə idarəçiliyin
təşkilinə daha 1 milyon manat ayrıldı [8, v. 3].
1919-cu il martın 8-də Araz-Türk Respublikasının xüsusi missiyası Bakıya gəldi.
Bu missiyaya Bəhram xan Naxçıvanski rəhbərlik edirdi. O, yolüstü Tiflisdə və Gəncədə
danışıqlar aparmışdı. Bəhram xan özü ilə yerli Cənub-Qərbi Azərbaycan adı altında
Naxçıvanı Azərbaycan Xalq Cümhuriyyətinə birləşdirmək təklifini də gətirmişdi. Bəh
ram xan Bakıdan eyni zamanda maliyyə yardımı, zabit və başqa köməklər də xahiş etdi
[21, s. 161]. Məhz Bəhram xan Naxçıvanskinin Bakıya səfərindən və AXC rəhbərləri ilə
danışıqlarından sonra iki respublika arasında qarşılıqlı əlaqələrin fəallaşması nəzərə
çarpır. Nümayəndə heyətinin qaldırdığı məsələlər Azərbaycan Parlamentinin 1919-cu il
10 mart tarixli iclasında müzakirə olundu.
1919-cu ilin əvvəlində ingilislər Naxçıvanı tutaraq Araz-Türk Respublikasını,
Naxçıvan Milli Komitəsini ləğv etdilər. İngilislər Naxçıvanı Ermənistanın tərkibinə da
xil etmək üçün hər cür üsul və vasitələrə əl atır, fəal danışıqlar aparırdılar. Hələ 1919-cu
11 yanvarın əvvəllərində Böyük Britaniya ordusunun mayoru Hibbon Naxçıvana gəl
mişdi. Onun gəlişinin əsl məqsədi diyarın iqtisadi və siyasi vəziyyəti ilə tanış olmaq,
Araz-Türk Respublikası silahlı qüvvələrinin vəziyyətini, bu dövlətin siyasətinə türklərin
təsir dərəcəsini öyrənmək olmuşdur [17, s. 56].
1919-cu ilin fevralında digər bir ingilis komissarı kapitan Lautenin başçılıq etdiyi
nümayəndə heyəti də Naxçıvana gəlmişdi [19, v. 24]. O, Britaniya qoşun hissəsinin Də-
vəlidə, Naxçıvanda, Culfada və Şahtaxtıda yerləşdirilməsi, bu yerlərdə bütün məsələlə
rin ingilis hakimiyyət orqanları tərəfindən həll ediləcəyi barədə danışıqlar aparmışdı.
Naxçıvan rəhbərləri yerli muxtariyyəti saxlamaq şərtilə ingilislərin təkliflərini qəbul
etmiş və hətta bir neçə ingilispərəst yerli hakimi öz hökumətlərinin tərkibinə daxil et
mişdilər [19,
V.
26]. Əlbəttə, Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq mövqeləri
nin kifayət qədər aydınlaşmadığı bir şəraitdə məqbul sayılan bu güzəştlər ingilislərə
münasibətdə məqsədəuyğun addımlar idi. Bu güzəştlər başqa çıxış yolunun olmamasın
dan və növbəti daşnak təhlükəsinin yaxınlaşmasından irəli gəlirdi.
10
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Naxçıvan bölgəsinə dair suveren hü
quqlarının bərqərar edilməsinə yönəldilən tədbirlərin həyata keçirilməsi ingilislər tərə
findən müdafiə olunmur və müxtəlif maneələrlə qarşılaşırdı [18, s. 129]. Ümumiyyətlə,
Bö
3
oik Britaniya komandanlığının Naxçıvana münasibətdə ikiüzlü, riyakar siyasəti hə
mişə müşahidə olunmuşdur. Məsələn, M.Mirbağırovun başçılığı ilə Naxçıvana gələn
nümayəndə heyətinə ingilis valisi “Bakının buraya hərbi işin təşkili üçün zabitlər gön
dərməyə haqqının olmadığını” bildirib, onlara eşitdirdi ki, “bu ərazi hələlik Azərbayca
nın tərkib hissəsi deyil və məlum deyil ki, kimə çatacaq; indi burada ingilis general-
qubernatorluğudur... Mən sizə qonaq kimi baxıram, necə ki, qonaq kimi gəlmisiniz, elə
də qonaq kimi gedə bilərsiniz” [6, v. 3].
Başqa bir fakt; 1919-cu il martın 10-da Ermənistanla Naxçıvan şəhərindəki daşnak
hərbi hissələrindən Ermənistanın daxili işlər nazirinin adma göndərilən məlumatda de
yilirdi ki, ingilis komandanlığı daşnakların Şərur qəzasının bir sıra kəndlərini tutmasına
etiraz etmir. Elə bu siyasətin nəticəsi olaraq 1919-cu il iyulunda daşnak hərbi dəstələri
ingilislərin köməyi ilə Şərur mahalını tutsalar da yerli hərbi qüvvələr daşnakların hərbi
hissələrini buradan qovdu [22, s. 91-92].
Yenə başqa bir misal: 1919-cu il mayın 4-5-də ingilis generalı Devi Naxçıvana gə
lərək bildirmişdir ki, Naxçıvan və Şərur qəzası Ermənistan Respublikası ərazisində yer
ləşdiyinə görə Ermənistan hökumətinə tabe olmalıdır [20, v. 17]. Lakin həmin təklif
müsəlmanların yığıncağında müzakirə olunarkən bildirildi ki, ermənilərin tutmuş olduq
ları ərazilər tarixən Azərbaycan torpaqları olduğundan və müsəlmanlar yaşadıqlarına
görə Devinin təklifi məqbul sayıla bilməz. Naxçıvan və Şərur qəzalarının müsəlmanları
özlərinin və yaşadıqları ərazinin Azərbaycan Respublikasına tabe olduğunu təsdiq edir
və erməni silahlı hissələrini deyilən qəzaların ərazisinə buraxmamağı qərara alırlar [12,
1919, 16 may]. Lakin ingilis komandanlığı xalqın bu haqlı tələbinə də məhəl qoymadı.
Daşnaklar ingilis zabitlərinin bilavasitə köməyi və iştirakı ilə 1919-cu ilin iyununda
Naxçıvanın bir hissəsini tutsalar da, Naxçıvan Milli Komitəsinin hərbi hissələri daşnak
ların nizami qoşununu əzərək Naxçıvan ərazisindən kənara atdı [2, v. 3-4]. Yerlərdə
hakimiyyət Milli Şuranın əlində idi. İyulun əvvəllərində ingilis qüvvələri Naxçıvanı tərk
etdilər [24, s. 165]. Milli Şura əlverişli vəziyyətdən istifadə edib, erməni nizami hissələ
rini əzdi. Naxçıvan və Şərur qəzalarının, demək olar ki, bütün ərazilərini tutaraq, burada
öz şəriksiz nüfuzunu bərpa etdi [17, s. 51-53].
İngilislərin Naxçıvan bölgəsində olduqları müddətdə Azərbaycan Xalq Cümhuriy
yətinin rəhbərliyi bu əraziyə dair öz suveren hüquqlarını müdafiə etmək, oranın təhlü
kəsizliyinin təminatına yardım göstərmək və azərbaycanlı əhalisinə qarşı ermənilərin tö
rətdikləri vəhşiliklərin qarşısını almaq, ən başlıcası isə, mahalı Quzey Azərbaycanın di
gər torpaqları ilə birləşdirmək sahəsində müəyyən tədbirləri həyata keçirmək istəyirdi.
Bir sıra hallarda ingilislər bunlara mane olurdular. İrəvan quberniyası müsəlman əhali
sinə 1 mln. manat vəsait çatdırılması üçün F.Xoyski 1919-cu il aprelin 3-də məktubla
Tomsona müraciət etdi. Həm də hökumət komissiyasının Naxçıvan, Şərur və s. rayon
lara getməsinə şərait yaradılmasını da xahiş etdi. Lakin hər iki xahişə mənfi cavab verildi.
İngilislər bir tərəfdən Naxçıvanın Azərbaycanın bir hissəsi olduğunu tanıyır, ma
liyyə və silah vəd edir, digər tərəfdən isə Naxçıvanın daşnak Ermənistanın hakimiyyəti
nə verilməsi təklifini irəli sürürdülər [30, s. 59].
Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi Naxçıvanla bağlı hərbi səciyyəli müəy
yən işləri görə bilməsə də bəzi diplomatik-siyasi yollardan istifadə edirdi. Bu sahədə
Azərbaycan hökumətinin İrəvan və Tiflisdəki diplomatik nümayəndələri səmərəli və iş
güzar fəaliyyət göstərir, Azərbaycan rəhbərliyini və Xarici İşlər Nazirliyini obyektiv
11
məlumatlarla təmin edir, bir sıra hallarda təkliflərini də çatdırırdılar. M.Təkinski Nax
çıvanla bağlı AXC hökuməti sədrinə yazırdı ki, əgər Ermənistan Qarabağın Azərbayca
na keçməsinə razılaşarsa, ingilislər Şərur-Naxçıvan rayonunu ona verəcəklər [3, v. 18].
Onun fikrincə, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Şərur və Naxçıvanı
ermənilərə vermək olmazdı. Naxçıvan bölgəsində ermənilərin özbaşınalıqlarının qarşı
sının alınmasında da M.Təkinskinin böyük əməyi ölmüşdür [27]. O, bu məsələlərlə
əlaqədar məlumat hazırlayaraq Xarici İşlər Nazirliyinə göndərirdi.
Bununla əlaqədar F.Xöyski Azərbaycan hökumətinin məlum mövqeyini Tömsöna
bildirmişdi. Yəni, Naxçıvan rayönunun idarəsi müvəqqəti ölaraq Ermənistana verilərsə,
önlar bu aktla heç vəchlə razılaşmayacaqlarmı çatdırmışdı.
Naxçıvan bölgəsinin müsəlmanları özlərini Azərbaycanın ayrılmaz hissəsi sayır və
hökumətdən silah-sursat alacaqlarına ümid edirdilər. Bu dövrdə Şərur-Naxçıvan hissə
sində süvari dəstə və top, pulemyötlarla birlikdə 6 minədək qöşun hissələri ölmüşdür
[18, s. 143]. Bunlar öz döyüş keyfiyyətlərinə görə ermənilərinkindən heç də geri qal
mırdı. Naxçıvanlılar Baş nazirdən buraya zabit kadrları göndərməyi və 100 min manat
pul buraxılmasını xahiş edirdilər [3, v. 30]. Azərbaycan hökuməti Naxçıvan, Şərur, Or
dubad rayonları üçün Naxçıvan Milli Şurasına 400 min manat göndərmişdi və daha 300
min manat göndərilməsi nəzərdə tutulmuşdu.
Azərbaycan Xalq Cümhuriyyətinin Baş nazirləri ölmuş F.Xöyski və N.Yusifbəyli
imkanları daxilində Naxçıvana köməklik edir, önun Azərbaycan ərazisi kimi qörunub
saxlanılması üçün siyasi, diplömatik, maddi və mənəvi vasitələrdən istifadə edir və qəh
rəman naxçıvanlıların fəaliyyətlərini də yüksək qiymətləndirirdilər. F.Xöyski parlamen
tin iclasında Naxçıvan bölgəsinin qəhrəman əhalisinin Vətənə qövuşmaq üçün öz hə
yatları və ailələri ilə risk edərək mübarizəyə qalxıb azadlığa çıxdıqlarını söyləmişdi.
N . Yusifbəyli 1919-cu il avqustun 18-də parlamentdəki çıxışında bu bölgə ilə bağlı qeyd
etmişdir ki, Naxçıvan öz qüvvələri ilə istilaçıları devirərək Azərbaycanla birləşməyə ha
zır olduğunu bildirmişdi [12, 1919, 10 sentyabr]. 1919-cu il dekabrın 22-də N.Yusif
bəyli parlamentdəki çıxışında yenidən bu məsələyə qayıdaraq demişdir: “İgid naxçıvan
lılar, şərurlular və vedibasarhlar bu məsələni özləri həll ediblər; önlar həyatlarını, ailə
lərinin şərəfini və var dövlətlərini riskə qöyaraq doğma torpağa-vətənə qovuşmaq üçün
ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar. Güman edirəm
ki, haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sön-
ra önlarm qanuni hüquqlarını danmayacaqlar...” [5, v. 4-5].
Göründüyü kimi, Naxçıvan əhalisi ciddi-cəhdlə Azərbaycan Xalq Cümhuriyyəti
ilə sıx əlaqələr yaratmağa çalışmış, önunla birləşmək üçün müxtəlif yöl və vasitələr ara
mışdı. Bütün bunlar isə AXC tərəfindən razılıqla qəbul ölunmuş, müəyyən tədbirlər gö
rülmüşdü.
Qeyd etməliyik ki, Azərbaycan Xalq Cümhuriyyəti Naxçıvanla əlaqələrin çətinli
yini nəzərə alaraq Azərbaycan Respublikasının nümayəndəsi Qarabağ general-quberna-
törunun Naxçıvan bölgəsinin idarəsi üzrə köməkçisi fəaliyyət göstərmişdir. Bir qədər
sönra isə Qarabağ general-qubernatörluğu nəzdində Naxçıvan bölgəsinə dair xüsusi tap
şırıqlar üzrə müvəkkillik vəzifəsi yaradıldı. Səməd bəy Cəmillinski Naxçıvanın general-
qubernatoru təyin edildi. S.Cəmillinskinin qərargahı əvvəlcə Ordubadda yerləşmiş, son
ra isə Naxçıvana köçmüşdü. Naxçıvan və Ordubadda yerli hakimiyyətin və silahlı qüv
vələrin təşkili üçün 1919-cu ilin avqustunda S.Cəmillinskinin sərəncamına 1 mln manat
vəsait ayrıldı.
1919-cu ilin ikinci yarısında Zaqafqaziya məsələləri üzrə Paris sülh könfransı
adından çıxış edən ABŞ-m rolu kəskin surətdə artdı. Hələ 1919-cu ilin əvvəllərindən
12
Azərbaycanla ciddi maraqianan ABŞ nümayəndələri tez-tez Bakıda gorunməyo başla
mışdılar Şübhəsiz onların Azərbaycana dair planlarında mühüm strateji mövqedə yer
ləşən Naxçıvan diyarı da öz əksini tapmişdı. Lakin ilk vaxtlar arnenkaldann sıv asəti də
ermənipərəstlivı ilə ingilislərdən az fərqlənirdi. I9iö-cu ilin vayında Naxçıvana gəlmiş
ABŞ polkovniki Rey evni vaxtda həm müsavatçılarla, həm daşnaklarla, liəm də türk
zabiti Xəlil bəylə danışıqlar aparmışdı [20. v. 71 j. O, Naxçnmn Milli Komitəsinin baş
çısı Cətərqulu xanla apardığı danışıqlarda Naxçıvanda ABŞ-m general-qubernatoriuğu-
nu yaratmaq ideyasını irəli sürmüşdü [25. s. 29-.30İ.
İ 9 İ 0 - C U il
avqustun axırlarında Amerika polkovniki Paris sulh konfransı və .An
tantanın ittifaq şurası adından AXC hökumətinə bildirmişdi ki. Naxçıvan və Şərur-
Dərəiəvəz qəzaları xüsusi zona təşkil edir və həmin yerlərdə bütün idarəçilik işlərinə ca
vab verə biləcək Amerika general-qubernatorlugu təşkil olunacaqdır [17, s. 65]
İ 9 1 9 - C U
il sentyabrın !-də Haskelin Paris sülh konfransı adından Azərbaycan və
Ermənistan hökumətlərinə göndərdiyi “Naxçıvan və Şərur-Dərələyəz qəzaları haqqında
əsasnamə'Alə həmin fikirlər bir daha nəzərə çatdırılırdı [2İ, v. 135|, Əsasnaməyə görə,
Naxçıvan və Şərur-Dərələyəz qəzalarını əhatə edən rayonlar bitərəf zona elan edilir və
burada bütün idarəçilik işləri 'Amerika general-qubernatoıiuğuna tapşırılırdı 1L3, s 300-
301]. Bütün hərbi qüvvələr, poçt, teleqraf onun tabeliyinə verilir, yerli vəzifəli şəxsləri
ueneral-qubernator ləvin edirdi l.akin .ABŞ-ın həmm movqevı 'AXC hökuməti və Nax
çıvan Milli Komitəsi tərəfindən qəbul edilmədi. Çünki 20 bənddən ibarət Haske! layi
həsinin məzmunundan görünürdü ki. belə bii layihə amerikanlar tərəfindən hazırlana
bilməzdi. Ekı. müttəfiqlənn .Ali Komissarı Vüyam Haskelin adı ilə elan edilmiş erməm
layihəsi idi. Bu layihə Azərbaycan hökuməti tərəfindən qəbul edilmədiyi üçün sentyab
rın 27-üə V.Haskel birincidən o qədər də fərqlənməyən 12 bənddən ibarət ikinci layihə
ni .Azərbaycan hökumətinə göndərdi. .Azərbavcan xarici işlər naziri sentyabr avının 29-
da Haskeiə vazrrdı ki. onun hökuməti şərtlərin bir qisminə etiraz edir. Bununla belə
hökumət Naxçıvan və Şərur-Dərələyəz qəzalarında xüsusi genetal-qubevnatorluğun ya
radılmasının əlevhinə deyildir Azərbaycan hökuməti i2 bənddən ibarət layihə hazırladı
və sentvabr avından polkovnik Haskeiə göndərdi. Lavihədə göstərilirdi, ■‘Naxçıvan və
Şərui'-Dərəiə\mz qəzalarında muvəqtjəti olaraq, xüsusi general-qııbernatorluq yaradılır,
general -qu bernatoru .Amerika vətəndaşları içərisindən polkovnik Haskel təyin edir; bu
qəzalar ümumi, birbaşa, bərabər və gizli səsvermə yolu ilə seçilən ver!i Şuralar tərəfin
dən idarə edilir, vilayətlərdə bütün hakimivvət-inzıbati, məhkəmə, dəmir və şose yollan,
poçt-teleqraf xalq maarifi və sair Şuranın müstəsna səlafıiş-yətinə daxil edilir və bu işi
general-qubernator tənzim edir; Şura tərəfindən təyin edilən icra hakimiyyəti çoxluq
təşkil edən millətin nümayəndəsindən olmalıdır; bütün general-qubernatorkıqda mət
buat. vicdan, söz azadlığı, şəxsiyyətin və əmlakın toxunulmazlığı elan edilməlidir; ge
neral -q u bern a to r!uğun büdcəsinə Azərbavcan parlamentində baxılmalı, çatışmayan
nıəbləü .Azərbavcan xəzinəsindən əlavə edilnıəlıdir; .Azərbavcan pulu rəsmi pul ’'.ahidi
kimi qəbul edilməlidir; seçkilər keçirilənə qədər general-qubernator Azərbaycandan iki
rnəsiəhətçi dəvət edib onların köməyi ilə qavda-qanun varatmahdır; nevtral zonadan
Bakı-Culfa dəmir yolunun keçdiyi xüsusi zolaq ayrılıb, Azərbavcan hökumətinə veril
məlidir; general-qubernatorluuıiii əhalisi tərksilah edilməməl idir: general-qu bernatorlu-
ğun bütün ərazisində amnistiva keçirilməlidir" [ i 2, i 919. 23 okıvabrj.
AvHaske! Azərbaycan Tərəfindən təqdim edilən lavıhəni qəbul etmədi. Sentvabr
avının ortalarında Haskel Naxçıvan, Şərur və Ordubad nümayəndələri Əli Səbri Qası
movu və K.M.Əsgərovu ((əbııl edərək bildirdi kı. Birləşmiş Şlaiiarm ordu mühəndisi
polkovnik Ldnıund DelH .Naxçıvana qubernator təvin edilmişdir və bır aydan sonra öz
i 3
vəzifəsinə başlayacaqdır. Nümayəndələr adından Əli Səbri Qasımov Naxçıvan əhalisi
nin 10 bənddən ibarət olan tələblərini V.Haskelə təqdim etdi. Burada Naxçıvan əhalisi
nin bu rayona erməni qoşunu yeridilməsinə razı olmayacağı, bu qəzaların əhalisinin
Ermənistan hökumətinə tabe olmayacağı və lazım gələrsə, azərbaycanlı əhalinin öz is
tiqlaliyyətini silahlı yolla qoruyacağı göstərilirdi [12, 1919, 23 oktyabr].
1919-cu il oktyabrın 23-də Müttəfiqlərin Ali Komissarlığından Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinə ünvanlanmış aşağıdakı məlumat alınmışdı: “Naxçıvan və Şə
rur rayonlarında əmin-amanlıq yaratmaq məqsədilə Azərbaycan və Ermənistan höku
mətləri razılığa gəldilər ki, bu iki rayon bundan sonra da ittifaq səviyyəsində idarə edi
lən zonada Amerika qubernatorluğunun inzibati hakimiyyəti altında qalacaqdır” [11,
1919, 23 oktyabr].
1919-cu il oktyabrın 22-də Bakıda AXC-in rəsmi orqanı olan “Azərbaycan” qəze
tində Naxçıvanda ABŞ polkovniki Edmund Delli başda olmaqla Amerika general-qu-
bernatorluğunun təşkil olunması haqqında əsasnamə dərc edildi [12, 1919, 22 oktyabr].
Bu isə çıxılmaz vəziyyətdə qalmış AXC rəhbərliyinin həmin məsələyə qeyri-rəsmi qay
dada razılığı kimi qəbul edilə bilərdi. Bununla belə, Azərbaycan hökuməti ilə Naxçıvan
Milli Komitəsi arasında qardaşlıq münasibətləri əvvəlki kimi saxlanılırdı. Əldə olunmuş
razılığa əsasən, AXC hökuməti altı min nəfərlik qoşun hissələrini silahlandırmağı Nax
çıvan Milli Komitəsinə vəd vermişdi [11, 1919, 22 oktyabr].
Oktyabr ayının 24-də Ceymis S.Rey Naxçıvana gəldi və müsəlman Milli Şurası
qarşısında neytral zona yaratmaq barədə V.Haskelin bəyanatını elan etdi. Bəyanatda de
yilirdi ki, Şərur və Naxçıvan dairəsində, Amerika qubernatorunun rəhbərliyi altında
müttəfiq idarəçilik zonasının yaradıldığını... polkovnik Edmund L.Dellinin bu zonaya
qubernator təyin edildiyini bildirirəm [16, s. 374-375]. Ceymis Rey sərəncamla bəyanat
da qeyd olunanları rəsmiləşdirdi. Lakin Naxçıvan Milli Şurasının və bütün Naxçıvan
əhalisinin təkidi ilə polkovnik Delli Naxçıvanda general-qubernator kimi deyil, Ameri
ka Ali Komissarın nümayəndəsi kimi qaldı. Milli Şuradan C.Reyə məlumat verdilər ki,
“xalq azərbaycanlı general-qubernatordan başqa heç kimi tanımaq istəmir”. C.Rey başa
düşürdü ki, neytral zona üçün nəzərdə tutulan ərazini Azərbaycandan ayırmaq qeyri-
mümkündür.
Noyabr ayında C.Rey və E.Delli cəhd göstərsələr də general-qubernatorluq yarada
bilmədilər, onların missiyası süquta uğradı və Naxçıvanda möhkəmlənmək cəhdi baş
tutmadı.
Bunu görən ermənilər 1919-cu ilin sonlarında Naxçıvana yenidən hücum etdilər.
Ermənistanın nizami qoşun hissələri ilə Naxçıvan Milli Komitəsinin hərbi dəstələri ara
sında qanlı toqquşmalar başlandı. Bu qanlı döyüşlər amerikalıların ümidlərini döğrult-
madı. Döyüş qabiliyyətini itirmiş Ermənistan ordusu heç bir əhəmiyyətli müvəffəqiyyət
qazanmadı. Amerikalıların gözlədiklərinin əksinə olaraq hərbi toqquşmalar, azərbay
canlı əhaliyə qarşı törədilən qanlı cinayətlər Naxçıvan Milli Komitəsinin, müsavatçı
Kəlbalı xanın hərbi, inzibati və siyasi hakimiyyətini daha da möhkəmləndirdi. O, həm
çinin, xəzinəyə, dəmir yoluna, poçt-teleqrafa və vergilərin qoyulmasına nəzarəti ələ
keçirdi.
Belə uğurlu vəziyyətə baxmayaraq amerikalılardan yardım alan daşnak Ermənis
tanı 1920-ci ilin yanvarında Naxçıvanı işğal etmək üçün yeni cəhd göstərdikdə, diyarın
müdafiəçilərinin vəziyyəti xeyli mürəkkəbləşdi. Azərbaycan Xalq Cümhuriyyətinin özün
də siyasi böhranın dərinləşməsi Naxçıvana hərbi yardım göstərilməsini çətinləşdirdi.
Düşmənin üstün qüvvələri qarşısında tək və zəif qalmış Naxçıvan rəhbərliyi kömək
üçün türklərə müraciət etməli oldu. Belə cəhd öz növbəsində Naxçıvanda Azərbaycanın
14
ino'.qeiərini xevli zəiflətdi, 'Təsadüfi devi! ki. Iv20-ci ilin fe\ralında Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinin nümayəndələri Naxçıvanı tərk etməvə məcbur oldular. Nax
çıvanda hərbi-siyasi \əziyyət xeyli mürəkkəbləşdi, Naxçıvan əhalisinin misilsiz qəhrə
manlığı sayəsində Şərur. Ordubad, Na-xçıvan toıpaqlan i920-ci ilin ortalarına doğru
tamamilə erməni daşnaklarından təmizləndi,
Kəlbah xan və onun tərəfdarlarının səyləri nəticəsində Naxçıvandakı genera!-qu-
bernatorlucj !920-ci ilin martında faktiki olaraq ləğ\ edilmiş və Naxçıvan yemdən döv
lət müstəqilliyi qazanmışdı. Təsadüfi deyildir ki. o günlərdə Naxçıvan, Şərur, Ordubad
və Vedibasar rayonu nümayəndəiəıinin iclası 'qəti olaraq .A.XC-Ə birləşmək" cəhdini
ifadə edirdi j 15. s 116].
Naxçıvan diyarının əhalisini erməni qırğınından xilas etmək üçün türklərin kömə
yinə ehtiyac duyulurdu. Yerli əhali nümayəndələrinin türk qoşunlarını Naxçıvana dəvət
etmək barədə mətbuatda dərc olunmuş müraciətdə də həmin reallıq öz ifadəsini tap
mışdı, FJə bunun nəticəsi idi ki. 1920-ci ilin martında Əli Teymur bəy başda olmaqla
yeni türk qoşun hissəsinin Naxçıvana gəlməsi əhali tərəfindən böyük şadlıqla qarşılandı.
Hadisələrin sonrakı gedişi bir daha təsdiq etdi ki, bu tədbir Naxçıvan əhalisinin yeni
qırğınının qarşisııii almış, diyarın gələcək siyasi taleyinin həllində, onun məhz Azər-
baycan dövlətinin tərkibində muxtariyyət əldə etməsində əhəmiyyətli, bəlkə də miiəy-
yənedici rol oynamışdır.
Beləliklə, aydın olur ki. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti \ ə parlamenti
hərbi-siyasi vasitələrdən istifadə edərək ölkənin ərazi bütövlüyünü qorumağa çalışmış.
Naxçıvanın itirilməsinə və ermənilər tərəiındən işğal edilməsinə yol verməmiş \ə bu
istiqamətdə ingilislər və amerikalılarla diplomatik danışıqlar aparmış, eyni zamanda
Naxçıvana itərbı və rnaddi köməkliklər göstərmiş, lakin bütun bunlarla yanaşı, özlərinin
çətin ictimai-siyasi və hərbi vəziyyətlə qarşılaşdıqlarından bir sıra hallarda məqsədlərinə
tam nail ola bilməmişlər. Bölgə əhalisinin igidliyi \ə qəhrəmanlığı sa\ əsində Naxçıvan
ərazisi .Azərbaycanın tərkib iıissəsi kimi qorunub saxlanılmış \.ə nəhavət bevnəixalq
Moskva və Qars müqavilələrinə uv<ğun olaraq İ921-cı ilin martında və oktyabrında
.Azərbaycanın tərkibində ona muxtarivyət statusu verilmişdir.
Ə D Ə B I \ Y A T
iikasi Dövlət Arxivi (ARDA): к 970. si\, 1. iş 1.
1. iş 42,
!. iş 54
10. iş 31
10, iş 37.
10. iş 76.
10, iş 94.
!0. iş 102.
10, iş 17H
1900-1920-ci illər, Bakı; Elm. 2008, 696 s.
1. Azərbaycan Respub
2. ARDA: F 970, siy.
3. ARDA: F. 970. siy,
4. ARDA: Г, 894. siv.
5. ARDA: F 894, siy.
6. ARDA: F 894, siv.
7. ARDA: F 894, siv,
8 ARDA: F 894, siy.
9 ARDA: F. 894, siv.
10. Azərbavcan tarixi: 7 cilddə V c.
i 1. ".Azərbaycan” qəzeti
12, "А:зербапджан" qəzeti.
13. Азербайджанская Республика. Документы и материалы. 1918-192(: гг. Ьаку:
Элм,
1998, 616
с.
14 Atmır ! Е. Osmanlı vönctiminden Sovyet vönetiınine kadar Nahçıvan (1918-192 i
Doktora tezi. Erzurum, 1996. 438 s.
15
15. Hacıyev А. Qars və Araz-Türk respublikaları tarixindən. Bakı; Azərnəşr, 1994, 124 s.
16. Həsənli C. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (1918-1920). Bakı:
Garisma MMC, 2009, 576 s.
17. Малахов Г. Победа Советской власти в Нахичевани и образование Нахичеван
ской АССР. Баку, 1968, 188 с.
18. Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xa
rici dövlətlərin siyasəti (1917-1921-ci illər). Bakı Universiteti nəşriyyatı, 1996, 328 s.
19. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi (NMRDA); F. 314, siy. 5, iş 67.
20. NMRDA: F. 314, siy. 5, iş 71.
21. NMRDA: F. 314, siy. 5, iş 73.
22. Naxçıvan Muxtar Respublikası. Bakı: Elm, 2001, 220 s.
23. Naxçıvan tarixi atlası. Bakı, 2010, 55 s.
24. Nəsibzadə N. Azərbaycanın xarici siyasəti (1918-1920). Bakı: Ay-Ulduz, 1996,
304 s.
25. Quliyev C., Mədətov Q., Nadirov A. Sovet Naxçıvanı. Bakı: Azərnəşr, 1984, 136 s.
26. Tahirzadə Ə. Mirabbas Mirhüseyn oğlu Mirbağırzadə. “525-ci qəzet”, 2005, 19
fevral.
27. Paşayev A. Məhəmməd xan Təkinski kimdir? “Xalq qəzeti”, 2010, 18 iyul.
Исмаил Гаджиев
НАХЧЫВАН ВО ВНУТРЕННЕЙ И ВНЕШНЕЙ ПОЛИТИКЕ
АЗЕРБАЙДЖАНСКОЙ НАРОДНОЙ РЕСПУБЛИКИ
В статье на основе фактов показаны: особое значение, придававшееся нах-
чыванскому вопросу в период деятельности Азербайджанской Народной Респуб
лики, некоторые вопросы в деятельности республиканского парламента и власти,
связанные с Нахчываном, политическая, военная материальная и моральная по
мощь, оказанная области для предотвращения оккупации со стороны армян.
Здесь также исследована деятельность Мусульманского Национального Ко
митета в целях защиты Нахчывана, борьба против армянских дашнаков, связи с
Османским государством, созданная в области Аразско-Тюркская Республика,
политика США и Англии в отношении Нахчывана.
В результате исследования автор пришел к заключению, что разные сред
ства, использованные населением, особенно упорная борьба нахчыванцев, способ
ствовали сохранению Нахчывана в составе Азербайджана,
Ключевые сюва: Азербайджанская Народная Республика, нахчыванцы, тюрки, Россия,
Англия, США, Аразско-Тюркская Республика, армяне.
İsmayil Hajiyev
NAKHCHIVAN IN THE INTERNAL AND FOREIGN POLICY OF THE
PEOPLE’S REPUBLIC OF AZERBAIJAN
The special significance attached to the Nakhchivan issue during the activity of
the Azerbaijan People’s Republic, some issues in the activity of the republican par
liament and authorities related to Nakhchivan, political, military material and moral
16
assistance, rendered to the area for prevention of occupation by Armenians are shown in
the paper on the factual basis.
It also examined the activities of the Muslim National Committee in order to
protect Nakhchivan, the struggle against the Armenian Dashnaks, relations with the
Ottoman state, established in the Araz-Turkic Republic, the policy of the USA and
England towards Nakhchivan.
As a result of this research, the author came to the conclusion that different means
used by the population, especially the persistent struggle of the Nakhchivanians, con
tributed to the preservation of Nakhchivan within Azerbaijan.
Key words: People’s Republic o f Azerbaijan, Nakhchivanians, Titrkis, Rii,
.iraz-Turk Republic, armenians.
ij* ib » y e a n SosoubliWasi Prezidentir.in(
i^lar \d a rs si
' PREZiDENT KlT»\CXANASl
17
Dostları ilə paylaş: |