AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTUNUN
ŞƏKİ FİLİALI
Dillər kafedrası
Elmi rəhbər:
M.Z. Kərimova
İngilis dili ixtisasının I kurs tələbəsi Mürşüdova Nuran İsmayıl qızının
“
OXU DƏRSLƏRİNİN TƏŞKİLİ PROSESI
”
mövzusunda
T Ə L Ə B Ə E L M İ T Ə D Q İ Q A T İ Ş İ
ŞƏKİ - 2011
Aktiv oxucu həyatı boyu nə isə öyrənən deməkdir. Ən yaxşı oxuculuq bacarıq
və vərdişləri mətləblər haqqında təkrar- təkrar oxumaqdır. Oxucu oxuduğu materialı
anlamalı, müxtəlif əhvalatları öz həyatı ilə bağlamağı, fikirlərə müqayisəli və tənqidi
şəkildə yanaşmalı, ideyalara aydınlıq gətirməyi bacarmalıdır. Oxunun effektli olması
üçün tələbə aşağıdakı etapları keçməlidir:
Söz ehtiyyatının təkmilləşdirilməsi
Zəngin söz ehtiyyatının inkişaf etdirilməsi dörd vacib etapla həyata keçirilir.
Oxu: Müxtəlif səpkili çox sayda kitabların oxunması
Faydalan: Sözlərin araşdırılması və söz oyunu ilə faydalanmaq
Dinlə: Digər tələbələrin bu sözlərdən necə istifadə etdiklərinı dinlə
İştirak et: Yaxşı sinif müzakirələrində müntəzəm olaraq iştirak et
Məzmundan istifadə etməklə mənanı aşkar etmək
Yeni sözlər və bu sözlər iştirak edən cümlələrdən müəyyən kontekstdə və ya
situasiyada istifadə edirsiniz. Hər hansı mətnin tərkibindəki yeni sözlərin və
frazaların cümlənin əvvəlində, ortasında və axırında işlənməsi zamanı məna
çalarlıqlarına fikir ver, müəllifin yazdığı ifadələrlə öz bildiklərini əlaqələndir,
mümkün mənanı aşkar et. Aşkar etdiyin məna özünü doğrultmursa yenidən çalış.
Sözün əsil mənasını tapmaq üçün sinonim və antoniminə baxmaq lazımdır.
Mətndə bir sözün mənasının digər sözlə əlaqəsinə diqqət yetir
Həmin sözlərin iştirak etdiyi hərəkətin təsvirinə diqqət et
Yeni sözlə əlaqəli müəyyən bir fikir, yaxud mətn tapmağa çalış
Sözlərin müəyyən hissələrindən və köklərindən istifadə etmə qaydaları
Sözün mənasını müəyyən etmək üçün aşağıdakı elementləri nəzərə almaq
vacibdir
Sözün kökü hansı mənanı verir
Sözdəyişdirici şəkilçilər sözə bağlanaraq onu necə dəyişir
Sözdüzəldici şəkilçilər əlavə edilərək yeni məna yaradır.
Referens və digər araşdırma ədəbiyyatlarında istifadə
Konteksdən istifadə zamanı və sözün hissələri analiz edilərkən sözün əsas mənası
itmir. Lüğət, sözlük, qlosari (qədim sözlər lüğəti) yaxud internet mənanı dəqiq
açmaqda kömək edən vasitələrdir. Ədəbiyyatlardan istifadə edərkən aşağıdakı
qaydalara əməl etmək əhəmiyyətlidir.
Bələdçi sözlərdən istifadə etməklə yeni sözü öz yerində işlədilir
Referenslər vasitəsi ilə yeni sözün hansı nitq hissəsi olması, müxtəlif
sinonimləri, antonimləri və dəqiq mənaları tapılır
Çoxmənalı sözlərin içərisindən mətnə uyğun olan mənadan istifadə
edilir
Oxunan mətnə uyğun məna
tətbiq edilir
Məna fərqlərinin təsviri
Sözlər arasındakı məna fərqlərini aydın görmək özü mahir oxucu olmağa tələb
edir. Məsələn, denotation-(işarələmə) sözün lüğəvi mənasını göstərir. Connotation-
(gizli məna) isə emosional və emfatik məna kəsb etməklə sözün lüğətdəki mənasını
göstərir.
Anlama strategiyaları
Anlama
Tələbələr nəyi anlamalıdırlar?
Anlama səkkiz fundamental hissədən ibarətdir ki, tədqiqat və inkişaf etdirici prosesi
inkişaf etdirir. Bunlar aşağıdakılardır
Forma- Bu nədir?, Funksiya – O necə baş verir?, Səbəb – Niyə o belədir?
Dəyişiklik – O necə dəyişir?, Əlaqə - O digər münasibtlərlə necə əlaqə yaradır?
Perspektiv – Hansı fikirdəyik?, Məsuliyyət – Biz nəyə məsuluq?
Yenidən mübadilə - Biz necə bilirik?
Anlama tənqidi oxu üçün vacib olan tapşırıqdır. Fasiləsiz öyrənən oxudan əvvəl, oxu
zamanı və oxudan sonrakı etaplarda müxtəlif öyrənmə strategiyalarından istifadə
edir.
Oxunun məqsədi
Öyrənmək, problemi həll etmək, yaxud mürəkkəb istiqamətlərdə tapşırıq təqdim
etmək üçün oxuma zamanı aşağıdakı üsullara müraciət etmək əhəmiyyətli olar
Yavaş və diqqətlə oxu, Çətin hissələri yenidən oxu, Diqqətlə qeydlər apar, yaxud
müəyyən qrafik qur
Yoxlamaq və oxu strategiyalarının dəyişdirilməsi
Oxuduğun materialı anladığını yoxlamaq üçün aşağıdakı strategiyalardan istifadə
edilir.
Yekunlaşdırmaq, Aydınlaşdırmaq, Sual vermək, Sonra nə gələcəyini əvvəldən demək
Bu 4 vacib etaplardan hər abzasdan sonar, yaxud bütün materialı oxuduqdan sonra
istifadə etmək mümkündür. Oxuduğun müddətdə mövzu ilə bağlı maraqlı suallar
ətrafında düşünmək daha effektli yoldur. Müəllimin verdiyi suallar tələbəni bir az
passiv edər. Bəzən oxunan material çətin olur və oxucu üçün anlama çətin olur. Bu
zaman aşağıdakı strategiyalardan istifadə edilir.
Anlamadığınız parçanı yenidən oxu
Digər mənbələr, müəllim, digər tələbələrlə məsləhətləş və müzakirə apar
Müzakirə etmək üçün öz mülahizələrini, yaxud suallarını yaz
Bu oxu dərsləri zamanı tələbələrin həyatı bilikləri öyrənməsi üçün istifadə
edilən ən
geniş yayılmış metoddur.
Ədəbiyyat siyahısı
Adrian Doff. Teach English. Cambridge University. 1998
Glencoe. Literature. USA California Edition. 2002.
Grant Wiggins and Jay McTighe. Understanding by design. Virginia USA.
1950
Richard İ. Arends. Learning to teach. USA. 2004
Ulduz Mürşüdova. İngilis dilinin tədrisində aktiv və interaktiv təlim
metodlarından istifadə qaydaları
Webpages. On line sites