39
Nə qədər ki, öz sözündə qəti olmayıb və ya fikrində
həmin günaha qayıtmaq ehtimalı olsa, sabitqədəmlik əldə
edilməyəcəkdir. Bu şərtləri Allaha qürbət qəsdi ilə etməlidir
ki, Peyğəmbəri-əkrəmin (ə) buyurduğu: “Günahdan tövbə
edən kəs, heç bir günahı olmayan kəs kimidir”
1
–
zümrəsinə daxil olsun.
Bütün bu dediklərimiz ümumi tövbə ilə əlaqədar idi.
Allah-taala bu camaat haqqında buyurub: “Ey iman
gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha
qayıtmamaq şərtilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz
günahlarınızın üstünü örtsün.”
2
Və həmçinin buyurmuşdur: “Allah yanında yalnız o
kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq
ucundan
pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah
belələrinin tövbəsini qəbul edər.”
3
Xas və əxəss tövbə
Xas tövbə övla işin tərk edilməsini bildirən tövbədir. Bu
tövbənin şəraiti də ümumi tövbədə yad edilən kimidir.
Allah-taala bu barədə buyurmuşdur: “Allah çətin saatda bir
qismin ürəyi (şəkk-şübhəyə düşüb peyğəmbərdən və
cihaddan) dönmək üzrə ikən Peyğəmbərə (s), onun ardınca
gedən mühacirlərə və ənsara tövbə nəsib etdi.”
4
Və amma əxəss tövbə iki şeyə nisbətdə hasil olur:
1. Salikin tutduğu yoldan qeyrisinə iltifatından və
diqqətindən tövbə etməsi. Bu barədə demişlər: “Sağ və sol –
hər iki tərəf azdırıcıdır.”
5
1
“Üsuli-Kafi”, c. 2, səh. 435, həm. “Bihar”, c. 6, səh. 21, rəvayət 16.
2
“Təhrim”, 8.
3
“Nisa”, 17.
4
“Tövbə”, 117.
5
“Nəhcül-bəlağə” (Əbduh), xütbə 16, səh. 50.
40
2. Seyri-süluk əhlinin keçməsi vacib olan mərhələdən
enməsi və o mərhələdə dayanmasından edilən tövbə.
Onların orada dayanması günah sayılır. Yə`ni kamalın bir
mərhələsini başa vurmaqla kifayətlənməməli, həmin
mərtəbədə qalmaqla razılaşmamalıdır ki, bu iş onlar üçün
günah hesab olunur. Buna görə də demişlər: “Yaxşıların
bəyənilən işləri müqərrəblər üçün günah hesab olunur”
1
Bunun üçün də seyri-süluk əhli kamalın hər mərhələsinə
yetişdikdə daha yüksək mərhələyə diqqət yetirməli, həmin
mərhələdə dayanmağı özlərinə günah bilməlidirlər. [Əgər
belə bir günahla qarşılaşmalı olsalar] tövbə, istiğfar, israrın
tərki, keçmişdə buraxdıqları səhvlərdən peşmançılıq və
Allah dərgahında ağlayıb-sızlamaqla özlərini
paklamalıdırlar.
“Kim Allaha tövbə etsə və xalis bəndə olsa, Allah da onun
üçün olar. Allah (günahından) tövbə edənləri, təmiz və pak
olanları sevər!”
2
İkinci fəsil
Zöhd
Allah-taala zöhd barəsində buyurur: (Kafirlərin) bə`zi
zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti
olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma!
(Gözünü dikmə) Rəbbinin ruzisi (bərəkəti) həm daha
xeyirli, həm də daha baqidir. (Sürəklidir, əbədidir.) “Zöhd”
rəğbətsizlik mə`nasındadır. Zahid o kəsdir ki, dünyaya aid
olan işlərə – yeməli, içməli, geyməli, mülk, şəhvət, ləzzət,
1
“Bihar”, c. 11, səh. 206, bab 6, rəvayət 4.
2
Birinci cümlə rəvayətdən, ikinci cümlə isə Bəqərə surəsinin 222-ci
ayəsindən götürülmüşdür.
41
mal-dövlət, vəzifə, dövlət başçılarına yaxınlaşmaq və bir
sözlə ölüm vasitəsilə insanın əlindən çıxacaq heç bir şeyə –
rəğbəti olmasın. Əlbəttə bu rəğbətsizlik imkansızlıq və
yoxsulluq, və ya cahillik və nadanlıq, ya qərəz və ya bu işin
müqabilində hansısa əvəz qəsdi ilə olmamalıdır. Hər kəs bu
deyilənlərə dünyəvi olduqları üçün e`tinasız olsa zahid
adlanır. Amma “Həqiqi zahid” o kəsdir ki, yuxarıda
deyilənlərdən əlavə, hətta onun cəhənnəm əzabından nicat
tapmaq və cənnət savabına çatmağa da tamahı olmasın.
Onun zahidliyi ancaq vücudunda həmişəlik yer alacaq
fayda və bərəkət xatirinə olmalı, dünyəvi və axirəvi
tamahlara, ümidlərə və ya qərəzlərə aludə olmamalıdır.
Mələkənin, yə`ni hansısa sifətin insanın vücudunda adətə
çevrilməsi və yer tutmasının əldə edilməsi belədir ki, insan
özünü nəfsani istəklərdən saxlamalıdır və nəfsini çətin
işlərlə məşəqqətə salmalıdır ki, qərəzi tərk etmək iradəsi
onda möhkəmlənsin.
Zahidlərdən biri haqqında hekayət
Deyirlər ki, bir nəfər zahid otuz il imiş ki, kəllə-paça və
faludə satırmış, amma heç vaxt özü ondan bir tikə də olsun
belə yemirmiş. Bunun səbəbini soruşduqda deyir: “Bir gün
ürəyimdən kəllə-paça yemək həvəsi keçdi. Nəfsimə
qulaqburması olsun deyə kəllə-paça satmağı özümə peşə
seçdim ki, hər zaman ixtiyarımda olmasına baxmayaraq
ondan dilimə vurmayım və beləliklə də heç bir ləzzətə meyl
göstərməyim.”
Dünyada cəhənnəm atəşindən nicat tapmaq və ya behişt
savabına çatmaq xatirinə zahidlik edən kəs, o kəsə oxşayır
ki, alçaqlığın həddindən, həddən artıq ac olmasına
baxmayaraq qonaq gedəcək deyə heç bir şey yemir ki,
qonaqlığa gedəndə daha çox yeyə bilsin! Və ya o kəsə
42
oxşayır ki, daha artıq fayda götürmək üçün alış-verişə
məşğul olub ticarət edir. Halbuki həqiqət yolunda (seyri-
sülukda) insan [onu məqsəddən yayındıracaq] məşğələləri
kənara qoymaqla zahidlik etməlidir ki, başı başqa şeyə
qarışmasın və hədəfdən yayınmasın.
Üçüncü fəsil
Fəqr
Allah-taala fəqr barədə buyurur: “Acizlərə, xəstələrə və
sərf etməyə bir şey tapa bilməyənlərə heç bir günah
yoxdur”
1
“Fəqir” o kəsə deyirlər ki, ya heç malı, pulu yoxdur ya da
olsa da, onun xərclərini ödəyəcək həddə deyil. Amma
burada fəqir dedikdə biz o kəsi nəzərdə tuturuq ki, mal-
dövlətə, dünyəvi işlərə rəğbəti olmasın və əgər əlinə mal-
dövlət də keçmiş olsa, onu toplamağa səy etməsin. [Əlbəttə
dediyimiz bu fəqirlik] nə nadanlıq üzündən, nə maneə və
qəflət üzündən və ya nə şəhvətə, şöhrətə, məşhurlaşmağa
görə, özünə yaxşı ad qazanmaq tamahı ilə və ya cəhənnəm
əzabının qorxusu, ya axirət savabının şövqü ilə
olmamalıdır. [Bu yerdə] fəqirlik dünyaya e`tinasızlıq
deməkdir; belə ki, fəqirlik həqiqət yolunun yolçuları üçün
lazımlı şərtlərdən olub Allahın haqqına riayət etməyə və
gözləməyə məşğul olmaqdır ki, Allahdan qeyri heç bir şey
onlar üçün hicaba çevrilməsin. Bu “fəqr”, həqiqətdə
“zöhd”ün bir şö`bəsidir.
Peyğəmbəri-əkrəm (s) buyurur: “Sizə cənnət əhlinin
hökmdarlarından xəbər verimmi? Dedilər: “Bəli.”
Buyurdu:”Saçları qarışmış, üzlərinə qubar oturmuş,
1
“Tövbə”, 91.