6
açdıqları süddən, Ģərabdan, dadlı sudan və baldan
ibarət dörd çaya da, təbii ki, heç rast gəlmədim.
Haqlı olaraq o biri dünyanın ümid və xəyallarıyla
yaĢayan bu qədər adamı inancsızlığa sürükləmək
istəmədiyimə görə bütün bunların öz xüsusi
vəziyyətimlə bağlı olduğunu dərhal bildirməliyəm:
ölümdən sonrakı həyat mövzusunda bir az da olsa,
məlumatlı hər bir mömin kəs mənim vəziyyətimə
düĢmüĢ bədbəxtin cənnət çaylarını görmək
məcburiyyətində qaldığını qəbul eləyər.
Qısası, nəqqaĢlar bölüyündə və ustadlar
arasında Zərif əfəndi kimi tanınan mən öldüm,
amma basdırılmadım. Bu səbəbdən də ruhum
bədənimi büsbütün tərk eləmədi. Cənnət-cəhənnəm
taleyimin
harasıdırsa,
ruhumun
oralara
yaxınlaĢması üçün bədənim bu pis vəziyyətdən
çıxmalıdır. BaĢqalarının baĢına da gələn bu istisna
vəziyyətim ruhuma dəhĢətli əzablar verir. Kəlləmin
param-parça olmasını, bədənimin yarısının buz
kimi suda qırıqlar və yaralar içində çürüməsini
duymuram, amma bədənimdən çıxmaq üçün
çırpınan ruhumun dərin əzabını hiss eləyirəm.
Sanki bütün aləm mənim içimdə bir yerə sığıĢıb
daralmağa baĢlayır.
Bu daralma hissini ancaq o bənzərsiz ölüm
anımda duyduğum sarsıdıcı geniĢlik hissiylə
müqayisə eləyə bilərəm. Heç gözləmədiyim daĢ
downloaded from KitabYurdu.org
7
zərbəsiylə qafa tasım böyründən qırılanda o alçağın
məni öldürmək istədiyini dərhal anladım, öldürə
biləcəyinə isə inanmadım. Ġçim ümidlə tamam
doluymuĢ, amma nəqqaĢxanayla evim arasındakı
solğun həyatımı yaĢayanda bunun heç fərqinə
varmamıĢdım. Həyatdan barmaqlarım, dırnaqlarım
və ona batırdığım diĢlərimlə bərk-bərk yapıĢdım.
BaĢımdan aldığım digər zərbələrin ağrısıyla sizə
əzab verməyim.
Öləcəyimi kədərlə dərk eləyəndə qəlbimi
ağlagəlməz geniĢlik hissi bürüdü. Keçid anını
həmin geniĢlik hissiylə yaĢadım. Bu tərəfə
keçməyim insanın röyasında özünü yatmıĢ kimi
görməsi sayaq yumĢaq və asan oldu. Lap axırda
alçaq qatilimin qarlı, palçıqlı ayaqqabılarını
gördüm. Gözlərimi yumdum, elə bil yatırdım, sonra
ləzzətli bir keçidlə bu tərəfə keçdim.
Ġndiki Ģikayətim diĢlərimin qanlı ağzıma
ləbləbi kimi tökülməsindən, üzümün tanınmayacaq
qədər əzilməsindən, ya da bir quyunun dibində
büzüĢüb
qalmadan
deyil,
hələ
diri
sayılmağımdandı. Sevənlərimin tez-tez məni yada
salıb sağ, hələ Ġstanbulun bir guĢəsində səfeh iĢlə
məĢğul olduğumu, hətta baĢqa qadının ardınca
getdiyimi güman eləmələri bədbəxt ruhuma əməlli-
baĢlı əzab verir. Qoy tezliklə cəsədimi tapsınlar,
namazımı
qılıb,
cənazəmi
qaldırıb,
məni
downloaded from KitabYurdu.org
8
basdırsınlar! Daha vacibisə budur ki, qatilim
tapılsın! Gərək biləsiniz ki, o alçaq tapılmasa,
istəyirlər məni ən möhtəĢəm məzarda basdırsınlar,
bədbəxtlik
içində
qəbrimdə
çevrilə-çevrilə
gözləyəcəyəm, hamınıza inancsızlıq aĢılayacağam.
Qatilim olacaq qəhbə oğlunu tapın, mən də sizə o
biri dünyada gördüklərimi bir-bir danıĢım! Amma
qatilimi tapandan sonra ona məngənə alətiylə
iĢgəncə verib, sümüklərindən doqquz-onunu, əl-
ayağının oynaq sümüklərini yavaĢ-yavaĢ çatıldadıb
qırmalı, sonra da o iyrənc və yağlı saçlarını
–
iĢgəncə verənlərin bundan ötrü düzəldilmiĢ
ĢiĢləriylə baĢının dərisini deĢə-deĢə
– aradabir
bağırda-bağırda yolmalısınız.
Bu qədər qəzəb duyduğum qatilim kimdi, heç
gözlənilməz Ģəkildə məni niyə öldürdü? Bunlarla
maraqlanın. Deyirsiniz ki, «aləm beĢ qəpikdən
keçməyən qatillərlə doludu, biri olmasın, o biri
olsun?» Onda sizi indidən xəbərdar eləyirəm:
ölümümün arxasında dinimizə, ənənələrimizə,
dünyagörüĢümüzə və əxlaq tərzimizə qarĢı iyrənc
təcavüz var. Açın gözlərinizi, inandığınız və
yaĢadığınız həyatın, Ġslamın düĢmənlərinin məni
niyə öldürdüyünü, bir gün sizi nəyə görə
öldürəcəyini öyrənin. Bütün sözlərini göz yaĢlarıyla
dinlədiyim böyük vaiz ərzurumlu Nüsrət Xocanın
downloaded from KitabYurdu.org
9
dedikləri bir-bir yerini tapır. Sizə deyək ki,
baĢımıza gələnlər danıĢılıb kitabda yazılsa belə, ən
usta nəqqaĢlar da onu rəsm eləyə bilməzlər. Eynilə
Qurani-Kərim
kimi
– qətiyyən
səhv
başa
düşülməsin! – bu kitabın sarsıdıcı gücünün heç cür
rəsm edilə bilməyəcəyindən irəli gəlir. Bunu dərk
eləyə bildiyinizdən Ģübhələnirəm.
Baxın, mən də qulluqda olduğum vaxtlarda
dərinliklərdəki gerçəkdən, o dünyadan gələn səsdən
qorxar, həm də fikir verməzdim, belə Ģeylərə lağ
eləyərdim. Axırım bu rəzil quyunun dibi oldu! Bu,
sizin də baĢınıza gələ bilər; gözünüzü dörd açın.
Ġndi əməlli-baĢlı çürüsəm, bəlkə məni iyrənc
qoxumdan tapacaqlarına ümid eləməkdən baĢqa
əlimdən heç Ģey gəlmir: bir də rəzil qatilim
tapılanda xeyirxah adamın ona verəcəyi iĢgəncələri
təsəvvürümdə canlandırmaqdan baĢqa.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |