11.3.2014
Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılması Azərbaycanın tarixi nailiyyətidir
http://anl.az/down/meqale/azerbaycan/azerbaycan_iyul2009/86846.htm
1/5
Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılması Azərbaycanıntarixi nailiyyətidir
Çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasından 85 il
keçir. Ölkə Prezidenti İlham Əliyev bu tarixi günlə bağlı 2009-cu il fevralın 6-da xüsusi sərəncam imzalamışdır.
Sərəncamda deyilir: "Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik
Naxçıvan diyarı çətin, mürəkkəb və eyni zamanda parlaq inkişaf yolu keçmişdir".
Naxçıvan heç vaxt özünü Azərbaycandan ayrı təsəvvür etməmiş, bütün dövrlərdə dünyanın bir çox
dövlətləri üçün də böyük coğrafi-siyasi və strateji əhəmiyyət kəsb etmişdir. Xüsusilə, keçən əsrin əvvəllərində
yaranmış şəraitdən istifadə edən erməni daşnakları Naxçıvana qarşı ərazi iddiaları irəli sürmüş, bu diyarı
Ermənistana qatmaq üçün bütün vasitələrə əl atmışdır. Bölgə əhalisinin inadlı müqavimətləri nəticəsində
Naxçıvan Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılmış və son nəticədə ona Azərbaycanın
tərkibində muxtariyyət statusu verilmişdir. Naxçıvanın muxtariyyət statusu qazanması bu bölgədə 1918-1921-ci
illərdə cərəyan edən proseslərin, onlara təsir edən daxili və xarici amillərin, bölgənin və regionun geosiyasi
vəziyyətinin və iki mühüm beynəlxalq müqavilənin sayəsində olmuşdur.
Ümummilli lider Heydər Əliyev Naxçıvan MR-ın yaradılmasını Azərbaycan xalqının olduqca mürəkkəb bir
siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət adlandırmışdır. Həqiqətən də Naxçıvan əhalisi, həmin dövrün
demokratik ruhlu ziyalıları bölgənin təhlükəsizliyinə, erməni daşnaklarının hərbi basqınlarına qarşı mərdliklə
mübarizə aparmış, öz qanları bahasına qədim diyarı hər tərəfdən qorumuşlar. Hələ 1918-ci ildə Naxçıvan Milli
Şurası Xalq Cümhuriyyəti hökumətinə yazdığı məktubda göstərirdi ki, biz ermənilərə tabe olmuruq, tezliklə
Azərbaycan qoşunları tərəfindən Zəngəzurun tutulmasını və Naxçıvanın Azərbaycana birləşməsini gözləyirik.
Qədim diyarın əhalisi o vaxt öz qəti fikrini bildirərək and içmişdi ki, "...biz Avropanın mədəni ölkələrinin
alovları içərisində yanmağa razı olarıq, amma Naxçıvanı Azərbaycandan ayırmağa qoymarıq".
Naxçıvan İnqilab Komitəsinin Azərbaycan hökumətinə 1920-ci il 10 avqust tarixli məktubunda da
bildirilirdi ki, əhalinin böyük əksəriyyətinin qərarı ilə Naxçıvan özünü Azərbaycanın ayrılmaz hissəsi hesab edir.
1921-ci ilin əvvəllində Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü ilə keçirilmiş rəy
sorğusunda bölgə əhalisinin 90 faizindən çoxu Naxçıvanın muxtariyyət statusunda Azərbaycanın tərkibində
qalmasına səs vermişdi.
Qədim diyarın muxtariyyət statusu məsələsində N.Nərimanovun prinsipial mövqeyi, onun adından
B.Şahtaxtinskinin Moskvada apardığı danışıqlar və 1921-ci il martın 1-də V.Leninə göndərdiyi məktub, nəhayət
Rusiyanın Naxçıvan məsələsinə münasibətini müsbət istiqamətdə dəyişməsinə səbəb oldu. Nəticədə Naxçıvanın
muxtar statusu RSFSR ilə Türkiyə arasında dostluq və qardaşlıq haqqında imzalanan Moskva müqaviləsində
təsbit edildi: "Razılığa gələn hər iki tərəf hazırkı müqavilənin I (B) əlavəsində göstərilən sərhədlərdə Naxçıvan
vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar, o şərtlə ki, Azərbaycan bu
himayə haqqını heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir". Bu müqavilə Naxçıvanın taleyinin həll
edilməsində tarixi rol oynadı.
1921-ci il oktyabrın 13-də RSFSR-in iştirakı ilə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR və
Türkiyə arasında imzalanmış Qars müqaviləsinə əsasən Naxçıvanın ərazisi, sərhədləri daha da dəqiqləşdirildi.
Müqavilənin 5-ci maddəsi və 3-cü əlavəsi Naxçıvanın ərazi mənsubiyyətini bir daha təsdiqlədi, onun sərhədlərini
müəyyənləşdirdi. Burada göstərilirdi ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilmiş
sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir.
Naxçıvan diyarının tarixi taleyini, yəni onun Azərbaycan SSR-in tərkibində muxtar respublika kimi qalmaq
imkanlarını bu beynəlxalq müqavilələr reallaşdırdı. Həmin müqavilələrlə Rusiya, Türkiyə və Cənubi Qafqaz
respublikaları Naxçıvana Azərbaycanın tərkibində muxtar qurum kimi tanınan beynəlxalq hüquqi təminat verdilər.
Muxtar qurumlar yaranma əsaslarına görə milli-ərazi və inzibati-ərazi əlamətlərinə ayrılır. Naxçıvan
Muxtar Respublikası dövlətin əsas ərazilərindən tam təcrid olunmuş vəziyyətdə - "anklav" ərazi kimi geosiyasi
əsasa görə yaranmışdır. Belə coğrafi-siyasi əlamət tarixi zərurət kimi Naxçıvana muxtar hüquqların verilməsini
şərtləndirmiş və qismən özünüidarə hüququnun tanınmasına yol açmışdır. Çünki Zəngəzur mahalının Ermənistan
tərəfindən işğal edilməsi ilə Naxçıvan diyarı Azərbaycanın əsas ərazilərindən aralı düşmüş, nəticədə onun
muxtariyyət məsələsi gündəliyə gəlmişdir. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, "əgər Zəngəzur
mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan
vahid əraziyə malik olan bir ölkə idi".
Bu diyara muxtariyyət statusunun verilməsi ilə Azərbaycan SSR Naxçıvan üzərində hüquqlarından irəli
gələn vəzifələri həyata keçirirdi. Lakin Naxçıvanın Azərbaycan SSR-in tərkibində muxtar respublika hüququnun
qanuni yolla təsbit edilməsi 1924-cü ilin fevralınadək ləngidildi. Həmin il fevralın 9-da isə Azərbaycan SSR MİK-
11.3.2014
Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılması Azərbaycanın tarixi nailiyyətidir
http://anl.az/down/meqale/azerbaycan/azerbaycan_iyul2009/86846.htm
2/5
in dekretinə əsasən Naxçıvan muxtar ölkəsi Azərbaycan SSR-in tərkibində Naxçıvan MSSR-ə çevrildi. Bununla
da qədim diyarın statusu qəti şəkildə müəyyənləşdirildi.
Naxçıvan 1921-ci il martın 16-dan Naxçıvan SSR, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-
cü il fevralın 9-dan Naxçıvan MSSR, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb.
Burada bir məsələ də qeyd olunmalıdır ki, Naxçıvan 1921-ci ildən Azərbaycanın muxtar qurumu kimi idarə
olunsa da, 30-cu illərin ortalarına qədər bütün rəsmi sənədlərdə Naxçıvan SSR yazılmışdır.
Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının yaradılması 1924-cü ilin aprelində Azərbaycan SSR
MİK tərəfindən təsdiq edilmiş Naxçıvan MSSR haqqında Əsasnaməsinin qəbulu ilə başlanmışdır. Bu
Əsasnaməyə görə Naxçıvan Azərbaycan SSR-in tərkib hissəsi kimi ona muxtar respublika şəklində daxil olurdu.
Naxçıvanın Azərbaycanla qarşılıqlı münasibətləri Azərbaycanın Konstitusiyası ilə müəyyənləşdirildi. Qəbul
olunmuş Əsasnamə muxtar respublikanın ictimai-siyasi, iqtisadi həyatını tənzimləyən əsas qanunverici akt
olmuşdur.
Bununla da Naxçıvan özünün qanunverici orqanları, icra hakimiyyəti olan muxtar quruma çevrilmişdi. Bu
isə 1926-cı il aprelin 18-də qəbul edilmiş Naxçıvan MSSR-in I Konstitusiyasında hüquqi cəhətdən təsbit
olunmuşdu. Naxçıvan MSSR-in sonrakı konstitusiyalarında da Naxçıvan Azərbaycan SSR-in tərkibində muxtar
respublika kimi göstərilmişdir. Naxçıvan MSSR-in Konstitusiyasında qədim diyarla Azərbaycan arasındakı
qarşılıqlı münasibətlər dəqiq müəyyənləşdirilmişdi. Həmin Konstitusiyanın 52-ci maddəsində göstərilirdi ki,
"Naxçıvan SSR Azərbaycan SSR-in tərkib hissəsidir və onun protektoratlığındadır".
Məkrli erməni daşnakları Naxçıvanın əzəli və əbədi Azərbaycan torpağı olduğuna və bununla bağlı Sovet
Ermənistanı hökumətinin özünün də 1920-ci ildə bəyanatlar verdiyinə, nəhayət, Qars müqaviləsini imzaladığına
baxmayaraq, bütün XX əsr boyu tarixi şəraitin ermənilərin xeyrinə işlədiyi vaxtlarda iddialarını ortaya qoymuş,
onu "böyük Ermənistan"a birləşdirmək üçün gizli və açıq mübarizə aparmışlar. Xüsusilə, keçən əsrin 80-ci illərinin
sonlarına yaxın ermənilərin qəsbkarlıq planlarında Dağlıq Qarabağla bərabər Naxçıvan da mühüm yer tutmuşdu.
Qədim diyarı blokadaya salan, hava nəqliyyatından başqa digər kommunikasiya xətlərini kəsən, onun
Azərbaycanla bütün əlaqələrinə mane olan Ermənistan Naxçıvana qarşı həm də hərbi basqınlara rəvac vermiş,
sərhəd kəndlərinə silahlı hücumlar etmişdir. O dövrdə Azərbaycan rəhbərliyinin Naxçıvana biganə münasibəti
burada yaşayan əhalinin vəziyyətini bir qədər də ağırlaşdırmışdı.
1990-cı ilin iyul ayının 22-də görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana qayıtması, burada yaşayıb
fəaliyyət göstərməsi, 1991-ci il sentyabrın 3-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi
bu diyarı gözləyən təhlükələrdən xilas etdi. Heydər Əliyev gəlişi ilə xalqın gələcəyə ümidini özünə qaytardı,
Naxçıvanı Azərbaycanın ərazi bütövlüyü və istiqlaliyyəti uğrunda mübarizənin mərkəzinə çevirdi. Ulu öndərin
uğurlu fəaliyyəti, nüfuzu o dövrki iqtidarı ciddi narahat edirdi. Necə olursa-olsun Heydər Əliyevi hakimiyyətdən
kənarlaşdırmağa çalışırdılar, bu niyyətləri baş tutmadığından Naxçıvanın muxtariyyət statusunu ləğv etməyə cəhd
göstərdilər. AXC-Müsavat iqtidarı və bəzi siyasi qüvvələr bunu onunla əsaslandırmağa çalışırdılar ki, Azərbaycan
unitar dövlətdir və bu səbəbdən də onun tərkibində muxtar qurum ola bilməz. Guya bu Konstitusiyaya ziddir və
Azərbaycanı federativ dövlətə çevirir. Əslində isə burada Konstitusiyaya zidd heç bir şey yox idi. Dünya
təcrübəsindən məlumdur ki, bir sıra unitar dövlətlərin (İspaniya, İtaliya, Finlandiya, Portuqaliya və b.) tərkibində
müxtəlif səviyyəli muxtar qurumlar mövcuddur.
Hamıya yaxşı məlumdur ki, Naxçıvanın ərazi baxımından Azərbaycandan ayrı düşdüyünü və ermənilərin
oranı ələ keçirə bilməməsi üçün ona muxtariyyət statusu verilmişdir. Keçən əsrin 90-cı illərində respublika
mətbuatında belə siyasi qüvvələrə tutarlı cavablar verilirdi.
Naxçıvanın muxtariyyətinin ləğvini birtərəfli qaydada müqaviləni imzalayan heç bir dövlət ləğv edə bilməz.
Muxtariyyətin ləğvi beynəlxalq Moskva və Qars müqavilələrinin ləğvi deməkdir. Onda bu, Naxçıvanın siyasi
vəziyyətini pisləşdirər və diyarın gələcəyini təhlükə altına alardı. Məkrli düşmənlərimiz də həmin müqavilələrin
ləğvinə çalışırlar. Müasir dövrdə Naxçıvan Muxtar Respublikasına ermənilərin ərazi iddialarının əvvəlki kimi
qalması muxtar respublikaya verilən statusun vacibliyinə bu gün daha çox ehtiyac olduğunu göstərir.
Ulu öndər Heydər Əliyevin qədim diyarda yaşayıb işlədiyi illər (1990-1993), həm də Azərbaycana
rəhbərlik etdiyi dövr Naxçıvanın muxtariyyətinin möhkəmləndirilməsində, onun erməni hücumlarından
qorunmasında mühüm mərhələ təşkil edir. Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə erməni təcavüzü
olarkən, diyarın ərazi bütövlüyü pozularkən 1991-ci il yanvar ayının 11-də Heydər Əliyevin təşəbbüsü ilə
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Moskva və Qars müqaviləsini imzalayan dövlətlərə bəyanat verərək
bu hadisəyə münasibət bildirməyə çağırdı. Bir qədər sonra isə, 1992-ci ilin may ayında Naxçıvana erməni
təcavüzü artarkən Heydər Əliyev oranın siyasi-diplomatik yollarla müdafiəsinin təşkili işinə böyük diqqət yetirdi.
Ulu öndər Türkiyə Cümhuriyyətinin rəhbərləri ilə danışıqlar apardı, nəticədə Türkiyənin Nazirlər Kabineti
11.3.2014
Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılması Azərbaycanın tarixi nailiyyətidir
http://anl.az/down/meqale/azerbaycan/azerbaycan_iyul2009/86846.htm
3/5
Naxçıvana təcavüzlə bağlı bəyanatla çıxış etdi. Heydər Əliyevin apardığı diplomatik mübarizənin ən böyük uğuru
dünyanın 57 ölkəsinin Naxçıvana erməni təcavüzünü rəsmi şəkildə pisləməsi ilə nəticələndi.
Görkəmli dövlət xadimi Heydər Əliyevin fəaliyyəti muxtar respublikanı blokadadan çıxarmağa, qonşu
dövlətlərlə sosial-iqtisadi və mədəni əlaqələri inkişaf etdirməyə, onun ərazi bütövlüyünü qorumağa yönəldilmişdi.
Bunun üçün Heydər Əliyev Türkiyə və İrana səfərlər etmiş (1992, mart və avqustunda), danışıqlar aparmış,
müqavilələr bağlamış və Naxçıvana bu ölkələrdən kredit və enerji verilməsinə nail olmuşdur. 1992-ci il mayın 28-
də Türkiyə ilə Azərbaycan arasında Sədərək-Dilucu körpüsünün açılışı isə diyarın sosial-iqtisadi blokadadan
çıxarılmasını təmin etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev ABŞ Konqresinin bədnam 907-ci
maddəni qəbul etməsinə baxmayaraq, prezident B.Klintonun Naxçıvana humanitar yardım göstərməsinə nail
olmuşdu. Naxçıvan Muxtar Respublikasının statusunun dəyişdirilməsi ilə bağlı bəzi qüvvələrin siyasətləri erməni
daşnaklarının fəaliyyətləri ilə üst-üstə düşürdü. Ulu öndər Heydər Əliyev 1992-ci il iyun ayının 17-də Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin iclasında çıxış edərək bu məsələyə öz kəskin münasibətini
bildirdi: "Naxçıvanın statusunun dəyişdirilməsinə yönəldilən hər hansı cəhdin, onun ərazisinə edilən hər cür qəsdin
qarşısı qətiyyətlə alınacaqdır". Həqiqətən də, AXC hakimiyyətinin Naxçıvandakı nümayəndələri diyarın
muxtariyyət statusunu ləğv etmək, onun qanuni hakimiyyətini devirmək məqsədilə 24 oktyabrda (1992) çevriliş
cəhdi etsələr də, Heydər Əliyevin naxçıvanlıların mütləq əksəriyyəti tərəfindən müdafiə olunan prinsipial mövqeyi
bu cəhdin qarşısını aldı.
Keçən əsrin 90-cı illərinin əvvəllərində AXC-Müsavat iqtidarı Azərbaycanı çətin vəziyyətə saldı, ölkə
siyasi, iqtisadi, hərbi böhrana düşdü. Bir vaxtlar Heydər Əliyevin kölgəsini "qılınclayan" səriştəsiz "rəhbərlər" ulu
öndəri hakimiyyətə dəvət etməyə məcbur oldular.
Mövcud siyasi rejimin mahiyyətindən və yürütdüyü səriştəsiz siyasətdən yaranan hərbi-siyasi hadisələr
AXC-Müsavat cütlüyünün hakimiyyətdən getməsi ilə nəticələndi. Ulu öndərin siyasi hakimiyyətə gəlməsi ölkənin,
xalqın və müstəqil dövlətçiliyin xilasını və möhkəmləndirilməsini təmin etdi. Heydər Əliyev Azərbaycanda
yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafını daim
diqqət mərkəzində saxladı, blokada şəraitində olan qədim diyarın dirçəlişi və inkişafı üçün qüvvə və bacarığını
əsirgəmədi.
Doxsanıncı illərin ikinci yarısı Naxçıvanın muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi
baxımından diqqəti cəlb edir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) ilə qəbul olunmuş
Azərbaycan Respublikası Konstitusiyasının VIII fəsli "Naxçıvan Muxtar Respublikası" adlanır. Konstitusiyanın
134-cü maddəsinin ilk bəndində deyilir: "Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində
muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir.
Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir".
Naxçıvanın muxtariyyət statusunun zəruriliyini əsaslandıran Azərbaycan Prezidenti Heydər Əliyev deyirdi:
"Naxçıvanın muxtariyyəti mühüm hadisədir. Bu çətin bir dövrdə, böyük bir mübarizənin nəticəsi olubdur.
Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük
əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə, Naxçıvanın bütövlüyünü,
təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox
böyük, əvəzi olmayan bir sənəddir. Belə ağır şəraitdə Naxçıvanın yaşamasının, inkişaf etməsinin əsas
şərtlərindən biri də odur ki, Naxçıvana o vaxt muxtariyyət hüququ veriblər. Bu muxtariyyət hüququ çətin
vəziyyətdə yaşamaqda, inkişaf etməkdə olan Naxçıvana böyük şərait yaradıbdır. Amma Naxçıvanın bundan
sonra da buna ehtiyacı vardır, müstəqil Azərbaycan dövlətinin içində buna ehtiyacı vardır".
Azərbaycan Respublikasının Konstitusiyası əsasında Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası
hazırlandı. 1998-ci il yanvarın 14-də Prezident Heydər Əliyevin sədrliyi ilə keçirilən Azərbaycan Respublikası
Konstitusiya Komissiyasının iclasında muxtar respublikanın Konstitusiya layihəsi geniş müzakirə olundu. Bu
iclasda ölkə başçısı qəbul olunacaq konstitusiyanın muxtar respublikanın həyatında, onun ərazisinin və
muxtariyyətinin qorunmasında, tarixi taleyində böyük əhəmiyyətə malik olacağını nəzərə alaraq demişdir:
Naxçıvanın statusunun dəyişdirilməsinə yönəldilən hər hansı cəhdin, onun ərazisinə edilən hər cür qəsdin
qarşısı qətiyyətlə alınacaqdır... Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq.
Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox
böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq".
Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası Ali Məclisin 1998-ci il aprelin 28-də keçirilən
sessiyasında qəbul olundu və həmin il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq
edildi.
11.3.2014
Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılması Azərbaycanın tarixi nailiyyətidir
http://anl.az/down/meqale/azerbaycan/azerbaycan_iyul2009/86846.htm
4/5
Konstitusiyanın ilk maddəsində göstərilir: "Naxçıvan muxtar dövləti Azərbaycan Respublikası tərkibində
demokratik, hüquqi, dünyəvi muxtar respublikadır. Naxçıvan Muxtar Respublikasının statusu Azərbaycan
Respublikasının Konstitusiyası, 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri
müəyyən edir".
Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri nəticəsində Naxçıvanın muxtariyyət statusu müstəqil
Azərbaycan Respublikasının Konstitusiyasında və Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyasında öz
əksini tapdı.
Prezident Heydər Əliyevin "Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi haqqında" fərmanına
uyğun olaraq tədbirlər həyata keçirilmişdir. Əslində həmin fərman bu diyarın tarixinin öyrənilməsi, ərazi
bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanması, möhkəmləndirilməsi və beynəlxalq ictimaiyyətin
diqqətinin bu problemə cəlb edilməsi üçün çox böyük tarixi, siyasi əhəmiyyət daşımışdır.
Həmin fərmanda Naxçıvanın muxtariyyətini şərtləndirən başlıca tarixi-coğrafi amil göstərilirdi: "İlk olaraq
Azərbaycan torpağı Zəngəzur mahalı Ermənistan SSR-in tərkibinə qatıldı. Əslində isə ermənilərin planları daha
geniş idi və onların torpaq iddialarının əsas hədəfi məhz Naxçıvan idi. Onlar Zəngəzurun Ermənistana ilhaq
edilməsini bu yolda atılmış mühüm addım hesab edirdilər. Beləliklə də, Naxçıvanı Azərbaycandan ayıran
Azərbaycan torpaqlarının - Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri
etdi".
Erməni daşnakları Naxçıvana qarşı ərazi iddialarını keçən əsrin əvvəllərində olduğu kimi, 90-cı illərində də
gerçəkləşdirmək istəyirdilər. Lakin Heydər Əliyevin Naxçıvanda yaşayıb, fəaliyyət göstərməsi onların arzularını
gözlərində qoydu. Bu məsələdən bəhs edən Ermənistandakı "Qarabağ Komitəsi"nin üzvü, Milli Müqəddərat
Birliyinin sədri Parnur Hayrikyan təəssüf hissi ilə bildirmişdir: 90-cı illərin əvvəllərində Heydər Əliyevin
Naxçıvanda olması bizə bu bölgəni ələ keçirməyə imkan vermədi. Əgər biz heç nəyə baxmayıb, Dağlıq
Qarabağla yanaşı Naxçıvanı da ələ keçirmiş olsaydıq, indi beynəlxalq təzyiq qarşısında Dağlıq Qarabağı
qaytarsaydıq belə, Naxçıvan bizə qalardı. Heydər Əliyev bizim planlarımızı alt-üst etdi.
Göründüyü kimi, XX əsrin 20-ci illərində yaranmış şərait, Naxçıvan diyarı əhalisinin inadlı müqaviməti və
iki mühüm beynəlxalq müqavilə Naxçıvanın ermənilər tərəfindən işğal edilməsinə mane oldu və diyara
Azərbaycanın tərkibində muxtariyyət statusu verildi. Ermənilər Naxçıvanı ələ keçirmək üçün ötən əsrin 90-cı
illərində yenidən fəaliyyətə, silahlı basqınlara başladılar. Heydər Əliyevin Naxçıvana gəlməsi, muxtar respublikanı
başı üzərinə almış təhlükədən, bu qədim diyarı erməni işğalından, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən
xilas etdi. Çox ağır bir vəziyyətdə Heydər Əliyev misilsiz siyasi dühası, böyük diplomat peşəkarlığı, müdrikliyi
sayəsində Naxçıvan əhalisinin mübarizliyinə, əzmkarlığına arxalanaraq muxtar respublikanı ən ağır sınaqlardan
çıxartdı.
O dövrdə baş verən prosesləri xatırlayan Prezident İlham Əliyev həmin illərdən bəhs edərək demişdir:
"1990-cı ildə Heydər Əliyev Naxçıvana qayıtdı. O, burada naxçıvanlılarla birlikdə çox ağır və çətin şəraitdə
yaşadı, işlədi. Həmin illər Naxçıvan üçün çox çətin, muxtar respublikanın gələcəyi üçün həlledici dövr idi. Heydər
Əliyevin nüfuzu, təcrübəsi, iradəsi həmin illər Naxçıvanı qorudu. Heç kəs üçün sirr deyil ki, Ermənistan təcavüzü
Naxçıvana da istiqamətlənmişdi. Onların planlarında buranın da işğalı var idi. Ermənilər Naxçıvana hücumlar
etmişdilər. Amma naxçıvanlılar Heydər Əliyevin rəhbərliyi altında bütün bu hücumların qarşısını aldılar. Naxçıvan
yaşadı, burada sülh və əmin-amanlıq təmin olundu".
Qüdrətli dövlət xadiminin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu
diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi
cəhətdən möhkəmləndirilməsi və həlli vacib olan digər məsələlərin həyata keçirilməsi Naxçıvanın hərtərəfli
inkişafını təmin etmiş və bölgəni çiçəklənən diyara çevirmişdir.
Naxçıvanın muxtar respublika statusu bu bölgənin 85 illik tarixi taleyində, onun ərazisinin qorunub
saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malik olmuşdur. Bu illərdə Naxçıvan
Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfəsini
vermişdir. Ölkə Prezidentinin qeyd etdiyimiz sərəncamında göstərildiyi kimi, "Milli istiqlaliyyət yolunda
Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada
cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar
Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması
və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir".
İsmayıl HACIYEV,
11.3.2014
Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılması Azərbaycanın tarixi nailiyyətidir
http://anl.az/down/meqale/azerbaycan/azerbaycan_iyul2009/86846.htm
5/5
AMEA Naxçıvan Bölməsinin sədri,
akademik, Milli Məclisin deputatı
Azərbaycan.- 2009.- 21 iyul.- S. 4.
Dostları ilə paylaş: |