Beynəlxalq İpək Yolu
24
sərhədləri dağ zirvələri və mühüm məntəqələrlə təsbit edilir, ölkənin Ģərq
sərhədinin Xəzər dənizi, Ġranla sərhədin isə Xəzər sahilindəki Astara Ģəhərindən
Aza mövqeyinə qədər əski Rusiya-Ġran hüdudu olduğu bildirilir.
M.Ə.Rəsulzadə eyni zamanda Azərbaycanın ərazisi və əhalisi, təbii
sərvətləri, habelə ölkədəki ümumi vəziyyətlə bağlı türk və fransız dillərində
ümumi bəyanatla da çıxıĢ etmiĢdi. Bəyanatda yeni yaranan respublika haqqında
ətraflı məlumat verilir və ölkənin ərazisinin 100.6 kv. km., əhalisinin isə 3.4
mln. olduğu bildirilir və ermənilərin ərazi iddiaları dəf edilirdi.
Açar sözlər: Cənubi Qafqazda sərhəd problemi, Ġrəvan
məsələsi,
Naxçıvan məsələsi, Zəngəzur məsələsi, Ġstanbul konfransı
MÜSTƏQĠL AZƏRBAYCAN DÖVLƏTĠNĠN SĠYASƏTĠNDƏ “YUMġAQ
GÜC” AMĠLĠ
MAHĠR HƏMĠDOV
AMEA-nın ġərqĢünaslıq Ġnstitutu
hemidovmahir2025@gmail.com
Əsrlər boyu dünya siyasi sisteminə hakim olan, hərbi və iqtisadi təməllər
üzərində bina edilən ənənəvi siyasi düĢüncə tərzi dövlətlərarası münasibətlərin
tənzimlənməsində baĢlıca struktur olaraq qəbul edilmiĢdir. Lakin XX əsrin II
yarısından etibarən dünya siyasi sistemində ənənəvi strukturlarla yanaĢı yeni
təcrübə metodları ortaya çıxdı. Bu metodlar arasında milli, mənəvi, tarixi,
mədəni qaynaqlara əsaslanan ―yumĢaq güc‖ strukturu dövlətlərarası
münasibətlərin formalaĢmasında mühüm yer tutmağa baĢladı. Siyasi
terminologiya kimi siyasi ədəbiyyata son on illiklərdə daxil olsa da, tarix boyu
bir çox ölkələr dövlətlərarası münasibətlərdə bu vasitələrdən istifadə etmiĢdir.
XX əsrin sonlarında yenidən müstəqilliyini qazanan Azərbaycanda da bu
vasitədən məharətlə istifadə edilməyə baĢlanmıĢdır. 1993-cü ildə ümummilli
lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra zəngin enerji
qaynaqlarından səmərəli istifadə etməklə ölkə iqtisadiyyatının bərpası
istiqamətində uğurlar əldə edilmiĢdir. Sahib olduğu zənginliklərindən düzgün
istifadə nəticəsində dünya arenasında yeni dövlətin tanınması istiqamətində
ciddi addımlar atılmıĢdır. ―YumĢaq güc‖ nümunələrindən məharətlə istifadə
edən dövlət baĢçısı dünya miqyasında yeni dövləti tanıtmıĢ, artıq Azərbaycan
dünyanın öndə gələn ölkələriylə tərəf müqabilinə çevrilərək multukultralizmə
öz töfhəsini vermiĢdir.
Multikultural mədəniyyətə sahib olan ölkəmiz fərqli etnik və dinə
mənsub insanların sülh Ģəraitində, biri-birinin inanc və dəyərlərinə hörmət
göstərməklə bir arada yaĢaya biləcəklərinin ən gözəl nümunəsini sərgiləmiĢdir.
Bu kimi nümunələr Azərbaycanın tarixi keçmiĢində də mövcuddur. Ġnsana
insan olduğu üçün dəyər verən, dinindən, inancından asılı olmayaraq hər kəsə
Tezislər
25
Allahın bəndəsi kimi yanaĢan, sadəcə ölkəmizdə deyil, orta əsrlərdə dünyanın
dörd bir tərəfinə yayılan mütəfəkkir, sufi Seyid Yəhya ġirvani irsi bunun bariz
nümunəsidir. UNESKO 2013-ci ili Azərbaycanın bu böyük mütəfəkkirinin
vəfatının 550 illiyi münasibətilə Seyid Yəhya ġirvani ili elan etmiĢdir.
Dünyanın dörd bir tərəfindən gələn bu irsin tədqiqatçıları ölkəmizin dünya
miqyasında tolerantlığın beĢiyi olduğunun carçısı oldular. Bakı 2015 Avropa
oyunlarının bu il Azərbaycanda keçirilməsi də dövlətimizin ―yumĢaq güc‖
amillərinə nə qədər əhəmiyyət verdiyinin göstəricisidir.
Açar sözlər : ənənəvi siyasət, yumĢaq güc, dövlətlərarası münasibətlər,
multikultralizm
NAXÇIVANDAN DĠASPOR QURUCULUĞUNA DOĞU
YƏHYA BABANLI
Odlar
Yurdu Universiteti
y_babanli@rambler.ru
Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra
xaricdə yaĢayan azərbaycanlılarla əlaqələrin yaradılması, milli diaspor
quruculuğunun
formalaĢdırılması
, inkiĢaf etdirilməsi ən vacib və strateji
məsələlərdən biri olaraq qalırdı. Məhz müstəqilliyimizin ilk illərində də
dünyada yaĢayan azərbaycanlıların birliyi və həmrəyliyi yolunda ulu öndərin
təĢəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan MR Ali Məclisinin
sessiyasında diaspor quruculuğu istiqamətində ilk addım atıldı. Bununla bağlı
qərara 31 dekabrın Milli Həmrəylik günü kimi bayram edilməsini nəzərdə tutan
müddəa ilə yanaĢı, bu günün dövlət səviyyəsində qeyd edilməsi barədə
Azərbaycan Respublikası Ali Sovetinə təklif verilməsinin zəruriliyini bildirən
xüsusi bənd də salındı. Bu tarixi sessiyadan 9 gün sonra dekabr ayının 31-nin
Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan olunması barədə
Azərbaycan Respublikasının Ali Soveti qərar verdi.
Bu məsələlərin geniĢləndirilməsi, dünya ictimaiyyətinə çatdırılması bir
qədər sonra daha miqyaslı və effektiv Ģəkil aldı. Belə ki, ulu öndər Heydər
Əliyevin 1993-cü il iyun ayının 15-də xalqın tələb və təkidi ilə ikinci dəfə
ölkəmizdə siyasi hakimiyyətə gəliĢindən sonra dünyada yaĢayan
azərbaycanlılarla iĢ sahəsində mahiyyət və keyfiyyətcə yeni mərhələ baĢlandı.
Ulu öndər 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təntənə
ilə qeyd olunmasına sərəncam verdi. Bu da ауrı-ауrı ölkələrdə yaĢayan
azərbaycanlıların konsalidasiyası üçün mühüm addımlardan biri olmuĢdur. Bir
daha harada yaĢamasından asılı olmayaraq hər bir azərbaycanlı əmin ola bildi
ki, Azərbaycan Respublikası dünya azərbaycanlılarının tarixi vətəni və öz ata-
baba yurdudur.