rəngli birləşmə və ya qaz halında maddənin alınması prinsipinə əsaslanır. Vəsfi analizin kim-
yəvi üsulunda analiz ediləcək maddəni əmələ gətirən hər hansı element və ya ionu təyin etmək
üçün həmin maddəni xassələri və tərkibi yaxşı məlum olan başqa birləşməyə çevirmək lazım
ödəyə bilmirlər. Məsələn, hafniumun çox cüzi miqdarı qatılmış sirkoniumu atom reaktorunda
2
işlətmək olmaz. Germanium yaxşı yarımkeçirici maddə hesab olunur. Lakin onun 10 milyon
atomuna fosfor, arsen və ya stibiumun bir atomu qarışmış olarsa, onu yarımkeçirici kimi tətbiq
etmək olmaz. Metalların tərkibində 10
-5
-10
-7
% qarışıq olduqda xassələri xeyli dəyişir. Məsə-
lən, kövrək volfram və sirkonium plastik hala keçir. Ona görə də son zamanlar analizin fiziki
və fiziki-kimyəvi üsullarına daha çox üstünlük verilir. Bu üsullara
instrumental üsullar
deyilir.
Belə ki, onlar adətən müəyyən cihazların tətbiqini tələb edir.
Dostları ilə paylaş: