Bununla bağlı bir məsələ də, seçicilərin əminliklə tələb etmələri və siyasətçilərin onları buna
inandırmasıdır. Siyasətçilər deyirlər ki, onların müxtəlif sosial problemlərin həllinə yönəlik
atdığı addımlar işləkdir və onların opponentlərinin fikirləri məzəmmətə layiqdir. Lakin bu
iddialar aldadıcı və azdırıcıdır. Bir şeyin işlək olmasına görə isə zəmanət yoxdur.
İnsanlıq tarixinə baxanda bu gün baş verən dəyşikliklər daha da sürətlə yaranır və proqressiv
olaraq baş verir. Problemlər də öz miqyasına görə yaranır və bəzi hallarda bu tamamilə
spiralvari şəkildə əyilərək nəzarətdən çıxır. Misal üçün, qlobal istiləşmə haqda bu gün real
olaraq inamsızlıq mövcuddur (yox əgər bu varsa, onda niyə pis təsirini göstərmir).
Qabaqcadan yer planetinin nə qədər qızacağını demək mümkünsüzdür. Yer planetində olan
bütün buzlaqların hamsının tam əriməsinın nə ilə nəticələnməsi təsvir olunmazdır.
Bu gün biz dəyşikliyə həmişəkindən daha çox məruz qalırıq. Biz indi könüllü olaraq risqlər
edən və bunun nəticəsi haqda mühakimələr yürüdən, yeni-yeni davranışlar və liderlərin
olmasını tələb edirik. Bunun əvəzinə biz, yenilikdən qaçan seçilmiş rəsmilər və bizi saymayan
elektorat tərəfindən bataqlığa cəlb olunuruq.
Əminsizlik dinlə olan mütəşəkkil əlaqəsinə görə də demokratiya və dövlət üçün ikinci əsas
əhəmiyyətə malikdir. Dinlər isə yuxarıdakı fikri qəti şəkildə inkar edirlər. Onlar ən nəhayyət öz
hesab etdikləri kimi həyatda ən vacib olan məsələlər haqda danışırlar ki, (məqsədlərinin nə
olduğunu və biz ölərkən nələrin baş verəcəyini) bu da qətiyyətsizlik kimi başa düşülmür və bu
iddialar apokalips və nağıllardan yaranmış etiqada əsaslanır. Heç bir sübut da yoxdur.
İnsanlar istədiklərinə inanmaq hüququna malikdirlər. Buna görə də din azadlığı deyilən bir
məqam da var ki, burada demokratiya mütləq şəkildə qorunub saxlanmalıdır. Lakin bu o
demək deyil ki, din hüquqları ona olunan etiqadın üzrəinə düşməlidir. Dövlətdə bu baş verirsə
və ölkə xüsusi din tərəfindən idarə olunursa onda buna teokratiya deyilir.
Teokratiya tələb edir ki, dominant dinin əsaslandığı xüsusi möcüzələrə sən də
inanasan. Misal üçün isam teokratiyalarnda vətəndaşların Məhəmməd Peyğəmbərin yaşadığı
əfsanələrə inanması tələb olunur. Bundan başqa hazırkı İslam liderləri inanırlar ki, onlar “ilahi
səlahiyyətə” malikdirlər, buna görə də onlar öz nəsillərini Peyğəmbərin ailəsindən olması ilə
əlaqələndirirlər. Məlumata görə Məhəmməd Allahla danışıbmış (və ya onun arzu-istəyi Cəbrail
mələyi tərəfindən çatdırılırdı) və bununla da belə bir səlahiyyətə malik olur və müsəlmanlar da
inanırlar ki, bu səlahiyyət gələcək nəsillərə ötürülüb.
İlahi səlahiyyət qeyri-legitimdir. Müsəlmanlar öz etiqadlarını etməkdə azaddırlar. Lakin
onlar bunu öz yaşadığı cəmiyyətlərindən tutmuş eləcə də, hər yerdə, kimə gəldi, məcbur edə
bilməzlər. Digər sözlə dövlət demokratik və “dünyəvi” olmalıdır. Dünyəvi olmaq da o demək
deyil ki, hökümət allahsızdır, amma cəmiyyət üzvüləri həyatda dini məsələlər haqda
istədiklərinə inanmaqda azaddırlar.
Demokratiya prinsipləri nöqteyi-nəzərincə baxsaq teokratiyada insanlar bərabərdir.
Ancaq gərək onlar bunu tam mənada icra etsinlər. Bu zaman şəxsi azadlıq çox ciddi olaraq
məhdudlaşdırılmış olur. Bura məsuliyyət də aid edilir yəni bu, sadəcə izləmək üçün
seçilməmişdir.
-11-
Biz bir çox müəmalarla əhatə olunmuşuq. Həyat etibarsızdır, buna görə də biz seçim
etməliyik. Burada bir sual meydana gəlir: Biz seçimimizi hansı əsasa görə aparmalıyıq? Öz
azad istəyimizi necə ifadə etməliyik?
Buna cavab fikrin dəyərləndirilməsindən başlayır. Biz dünyaya nəzər salaraq nəyin vacib
olduğunu və məhz nəyi dəyərləndirmək barədə qərara gələ bilərik.
Bizim planetdə son 3.5 milyard il ərzində həyatın bütün tərzləri və təbii olaraq vərdişləri
formalaşıb. Bu arada xüsusi bir növ kimi inkişaf edən Homo sapnis son dərəcə fövqəladə
olaraq bəşəriyyət mədəniyyətlərinın əsasını qoyub. Bu növ müxtəlifliyi Yer planetinin
doğurdan da necə bənzərsiz və gözəl olmasını göstərir. Bu bizim dünyanın əsil dəyərinin nə
olduğunu müəyyən edir.
Növ müxtəlifliyi getdikcə sıradan çıxır, təbii yaşayış mühitləri azalır, hər zaman təbii bəşəriyyət
mədəniyyətləri müasir dünya tərəfindən “assimlyasiya” olunur və belə olduğu təqdirdə bu
dəyərin bir hissəsi əbədi olaraq itirilir.
Dəyər anlamını insanların qrup və ya fərd halında hansısa etdikləri fəaliyyət kimi də
qiymətləndirmək olar. Əgər belə fəaliyyətlər ətraf mühitin növ müxtəlifliyini, eləcə də,
mədəniyyətin müxtəlifliyinin qorunmasına və bunların inkişaf etdirilməsi üçün mühit
yaradılmasına yönəlik olursa, onda bunlar qəbul ediləndir. Əgər bu fəaliyyət bir başa və ya
dolayı da olsa növ müxtəlifliyinə bundan sonrakı inkişafı ləngidərək pis təsir edirsə onda bu,
qəbul edilən deyil.
Bu o demək deyil ki, müasir dünyamızda dəyər veriləsi heç bir şey yoxdur. Yaxın son on il
ərzində həm öz-özlüyündə, həm də praktiki nəticəsinə görə (xüsusilə ekonomik həyatda) idrak
partlayışları baş vermişdi, hansı ki, əlbətdə dəyərli hesab olunur. Lakin bütün müasir
məziyyətlərin bu cür oxşar dəyərləri olmur. Əksər müasir məziyyətlərin nəticəsi bunu yeni
başa düşənlər üçün bir tərəfli olur və ya dünyanın inkişaf etdirilməsində korporativ axtarışlar
pul qazanmaq üçün olunur. Burada sonuncu ətraf mühit və mədəni növ müxtəlifliyinə və
həmçinin bizim bərabərliyimizin əsas prinsiplərinə hücum etdiyinə görə tez-tez dərin, pis
aqibətlə üzləşir.
5. ETIKA
Əgər biz seçimimizdə azadıqsa və yaxşı seçim etmək üçün məsuliyyət daşıyırıqsa bu o
deməkdir ki, onda bizə həyatımızı yaşadığımız müddətə də, təsəvvürümüzdən kənarda olsa
da belə, ona hörmət etmək, qorumaq və onu hərtərəfli inkişaf etdirmək üçün buna bir əsas
olmalıdır. Bu əsas - etika adlanır. Sadəcə nəzər salmaqla bilinən etika - davranışın
güzgüsüdür. Bütün mümkün olan situasiyalarda bizim davranışımızın idarə edilməsində bir
çox prinsiplər mövuddur.
Etikanın əsası əvvəlcədən edəcəyin aktın nə ilə nəticələnəcəyini nəzərə almaqla başlayır. Hər
dəfə davranışın digər insanlara, ətraf mühitə eləcə də mədəniyyətinə və millətinə zərər verirmi
deyə özün-özündən soruşmalısan. Sən bu barədə narahat olmağa başlayanda bu hər zaman
özünə bəraət qazandımaqla başa çatmamalıdır (eləcə də, həyatınızı dolğun, mənalı yaşamaq
üçün şəxsi etika mövcuddur). Beləliklə etikanın funksiyası bizim təbii insani eqoizmimizə qarşı
-12-