10
MRMG №21
Human Rights Monitoring Group of Ethnic Minorities
M
üvəkkil
“AVROPANIN BİZƏ EHTİYACI VAR”
li Babayev: “Həm Azərbaycan, həm də
Gürcüstan mühüm geostrateji bölgədə
yerləşir”
“Azərbaycan dili getdikcə passiv dilə
çevrilir, bu sahədə kadrlarımız azdır”
Gürcüstanda baş verən proseslər həmişə
Azərbaycan üçün maraq kəsb edib və medi-
amızın diqqət mərkəzində olub. Çünki oarada
500 mindən artıq soydaşımız yaşayır, eyni
zamanda Gürcüstan Azərbaycanın strateji
tərəfdaşıdır. Gürcüstan Azərbaycanlıları Milli
Konqresinin sədri Əli Babayev BayMediaya
müsahibəsində baş verən proseslərdən, yaxın
və uzaq perspektiv üçün gözlıəntilərdən da-
nışdı.
- Hazırda Qafqaz regionunda qarışıq geoso-
yasi durum hökm sürür. Ermənistan Rusiyaya
yaxındır, Gürcüstan isə Avropaya inteqrasiya
yolunu seçib və NATO-nün üzvü olmağa çalı-
şır. Azərbaycan isə bölgədə həmişə müstəqil
siyasət yürüdüb. İşğalçı ölkə istisna olmaqla
bütün qonşuları ilə normal münasibəti var ki,
bu da uğurun bir parçasıdır. Təbii ki, biz istəyi-
rik ki, Gürcüstan inkişaf etsin, Avropaya inteq-
rasiya olunsun, eyni zamanda MDB ölkələri ilə
əlaqərini davam etdirsin. Amma gəlin görək
Avropa Gürcüstana nə verib? Bu siyasi kurs
nəticəsində Gürcüstan torpaqlarının 20 faizini
itirib. Avropa yalnız kağız üzərində Gürcüstanı
müdafiə edib, bəyanat verməklə kifayətlənib
və maddi dəstək verib. Bir addım da olsun
belə praktiki dəstək verməyib. Saakaşvilinin
hakimiyyətdə olduğu dönəmi təhlil edək: Onu
Qərb hakimiyyət gətirdi. Saakaşvili hakimiy-
yətdə olduğu dönəmdə sadəcə Avropa parla-
mentində öz hakimiyyəti üçün lobbi qazandı.
Onun dönəmində olan bütün seçkilər saxta idi.
Bunu gürcü ictimaiyyəti və Gürcüstanda yaşa-
yan hər bir millət bunu yaxşı bilir. Gürcüstanda
prezident və ya parlament seçkilərinin 90 fai-
zində saxtakarlıq halları olurdu. Amma Avropa
parlamenti və digər təşkilatlar buna müsbət
rəy verir və seçkinin demokrtatik keçirildiyini
bildirirdilər.
- Belə çıxır ki, Saakaşvilinin Gürcüstana de-
mokratiya gətirməsi yalnız görüntü idi?
- Saakaşvil dönəmində seçkilər polis, güc
strukturlarının təzyiqi ilə baş tutur, deputatlar
seçilmir, təyin olunurdular. Eləcə də azərbay-
canlı deputatlar saxta yolla seçilirdilər. Azər-
baycanlıların böyük əksəriyyəti onlara səs
verməsə də saxta yolla parlamentə düşə bi-
lirdilər. Hakimiyyət onlar deputat təyin edirdi.
Fikir verin, onlar parlamentin iclaslarında bir
dəfə çıxış ediblərmi, azərbaycanlıları müdafiə
ediblərmi? Əlbəttə ki, yox.
Sakaşvili hakimiyyəti zamanı Avropa və di-
gər ölkələrdən Gürcüstan hakimiyyətinə 21
milyard dolardan artıq qrantlar ayrılıb. Gəlin
görək 21 milyardlıq Gürcüstanda nə iş görü-
lüb? Heç nə. Məhkəmələr, prokurorluq və polis
idarələri inşa olunub, vəssalam. Gürcüstanda
yarım milyondan artıq qaçqın pis vəziyyətdə
idi. Həmin qaçqınlarla bağlı da qrant alırdılar.
Həbsdə olan 30 min dustaqla bağlı da qrant
alırdılar. Guya Avropa qurumları bilmirdilər ki,
Gürcüstan həbsxanalarında hansı proseslər
getdiyini?
Saakaşvilinin guya demokratik inqilab etdiyi,
guya demokratik islahatlar keçirməsi yalnız
görüntü xaraklteri daşıyırdı və bunu da reklam
edən Avropa Parlamenti idi. Əksinə, Sakkaş-
vili dönəmində antidemokratik siyasi mühit
hökm sürür, bunlar azmış kimi əhalinin sosial
rifah halı da pisləşirdi. Avropa Parlamenti və
digər beynəlxalq təşkilatlar Gürcüstanda ge-
dən antidemokratik hallara göz yumurdular.
- Yeri gəlmişkən Avropa Parlamentinin Azər-
baycanla bağlı qəbul etdiyi qətnaməyə müna-
sibətiniz necədir?
- Mən tərəfdarıyam ki, Avropa və digər ölkələr-
dən elmi texniki tərəqqini və digər keyfiyyət-
ləri götürək, eyni zamanda onlar da bizdən
götürsünlər. Çünki bizim də böyük tariximiz
və inkişaf yolumuz var. Avropadan Qafqaza
çoxsaylı adlı-sanlı insanlar gəliblər və onlar
öz xatirələrində azərbaycanlıların və gürcülə-
rin yüksək mədəniyyətə malik olduğunu qeyd
ediblər.
Bu gün Azərbaycanın Dağlıq Qarabağ kimi
problemi, 1 milyondan artıq qaçqını var. İn-
diyə qədər Avropa Parlamenti və yaxud Minsk
qrupu tərəfindən effektiv, praktiki bir addım
atılıbmı? Əksinə biz ikili standart görmüşük,
işğalçı ilə işğala məruz qalana eyni prinsiplə
yanşıblar, hətta bizi təslimçi sülhə getməyə də
məcbur etmək istəyiblər. Bu cür riyakar, iküz-
lü siysət yürüdən Avropa Parlamentinin Azər-
baycanla bağlı nəsə deməyə haqqı çatırmı?
Bunlar azmış kimi sanksiyalarla hədələyirlər.
Niyə görə işğalçı, terroçu dövlətə sanskiya
tətbiq etmirsiniz, hətta onu öz adı ilə - işğalçı
deyə çağırmırsınız?
Azərbaycanın 1 milyon, Gürcüstanın isə ya-
rım milyon qaçqını var. Məgər onlar insan de-
yil? Onların hüquqları yoxdur? Niyə sizə sərf
etməyəndə, çıxarlarınız olmayanda onları
görməzdən gəlirsiz?
Bu gün Avropa Azərbaycana yox, Azərbaycan
Avropaya laızmdır. Həm Azərbaycan, həm də
Gürcüstan mühüm geostrateji bölgədə yerlə-
şir. O üzdən də Avropanın bizə ehtiyacı var.
- Azərbaycan parlament seçkiləri ərəfəsində-
dir. Gözləntiləriniz nədir?
- Azərbaycanda indiyə qədər normal seçkilər
baş tutub. Amma mənim böyük ümidim var
ki, bu dəfə parlamentə Azərbaycanda nüfuzlu
ziyalılar daha çox düşəcəklər. Politoloqlar, si-
yasətçilər namizədliklərini irəli sürüblər. Gələ-
cək üçün dəyişiklik, islahatlar vacibdir. O üz-
dən də hesab edirəm ki, bu dəfə parlamentə
daha gənc, intellektual, enerjili insanlar se-
çiləcəklər. Yaşlı nəsilə heç bir iradım yoxdur.
Onlar da bu dövlət üçün xidmət göstəriblər.
Amma gəncləşmə mütləq lazımdır.
- Gələn il həmçinin Gürcüstanda da parla-
ment seçkilkəri keçiriləcək. Qatılmaq fikriniz
varmı və nə qədər iddialısınız?
- 20102-ci ilin oktyabrından sonra Gürcüs-
tanda baş tutan seçkilərdən sonra dünyaya
sübut olundu ki, demokratik seçki keçirmək
mümkündür. Arzu edirik ki, gələcəkdə Gür-
cüstan parlamentində layilqi insanlar olsun.
Gürcüstan vətəndaşı olmayan və gürcü dili-
ni bilməyən insanların parlamentə düşmələri
normal hal deyil.
Təbii ki, gələn il seçkilərə qatılacağam. He-
sab edirəm ki, Gürcüstan parlamenitndə
azərbaycanlıları təmsil edən deputatlar gürcü
dilini bilməli, intellektual, əlaqələri geniş olan
şəxslər olmalıdırlar ki, öz xalqlarına yardımçı
ola bilsinlər, onların hüquqularını yüksək sə-
viyyəsdə qorumağa nail olsunlar. Bu üzdən
gələn seçkilərə qatılmaqda qərarlıyam və qa-
lib gələcəyimə əminəm.
- Hazırda Gürcüstanın iqtisadi inkişafını necə
dəyərləndirirsiniz?
- Rayonlarda böyük layihələr reallaşdırlır, in-
vestisiya yatırımları artır. Amma buna rəğmən
dolların kursu stabil deyil. Onu da nəzərinizə
çatdırıram ki, Saakaşvili dönəmində məhbus-
ların sayı 35 min idisə, indi bu rəqəm 7 minə
enib. Yeni məktəblər, uşaq baxçaları inşa olu-
nur. Ömrü boyu su çəkilməyən kəndlərə su
çəkilir. Təhsil, səhiyyə sahəsində ciddi irəlilə-
yişlər var. Tibbi sığorta kasıb təbəqə üçün bö-
yük əhəmiyyət kəsb edir. Dövlət vətəndaşın
səhhət ilə bağlı xərclərinin 70 faizni öz üzə-
rinə götürür. İnsan hüquqları tapdanmır, krimi-
nal hadisələrin, eyni zamanda “qanuni oğru”-
ların sayı azalıb. Hər bir insan özünü müstəqil
sayır. Kənd təsərrüfatı ikişaf edir. Gürcüstana
energetika sahəsində də böyük investisiya
yatırılır. Bu də gələcəklə bağlı ümidli danış-
mağa əsas verir.
İqtisadi layihələrin reallaşdırılması da Gürcüs-
tanla Azərbaycan əlaqələrinə böyük töhfələr
verir. Bu yaxınlarda biz, Bakı-Tiflis-Qars də-
miryolu xəttinin açılışının şahidi olacağıq. Əl-
bəttə problemlərimiz də var. Azərbaycan dili
getdikcə passiv dilə çevrilir, bu sahədə kad-
rlarımız azdır. Ona görə də mən sizin mətbu
orqan vasitəsilə Azərbaycan rəhbərliyinə, cə-
nab prezidentə müraciət etmək istəyirəm bu
işdə öz köməkliyini göstərsin. Azərbaycan dili
ixtisasıl üzrə Gürcüstandan hər il müəyyən
qədər abituriyent gəlib Azərbaycanda oxusun
ki, orada da ana dili inkişaf etsin.
İRƏVANDA TEATR
Azərbaycan mətbuatında daim Bakı və Tiflis-
də təşkil olunan tamaşalarla bağlı məlumat-
ların yer alması teatr sənətinin İrəvanda da
inkişafına təkan olur. XX əsrin əvvəllərində
İrəvan teatrının formalaşdırılmasında Yunis
Nuri, Sidqi Ruhulla, Mirzə Mustafa Rəcəbov,
Kərim Əhmədov, Mirabbas Mirbağırzadə,
Cəfər Əhmədov, Əkbər Rzayev və digərləri
böyük rol oynayıblar.
Azərbaycanlı teatrşünas İnqilab Kərimovun
sözlərinə görə, İrəvanda (hazırkı Yerevan) ilk
tamaşa 1881-ci ilin sonlarında səhnələşdiri-
lib. Digər azərbaycanlı tədqiqatçılar İrəvanda
Azərbaycan teatrının 1882-ci ildə yaradıldığı-
nı bildirirlər.
“Erməni dilini bilən tədqiqatçı İ.Məmmədov
“Psaq” (“Çələng”) erməni qəzetinin 1882-ci il
10 aprel tarixli nömrəsində yer almış “Fars te-
atrı” yazısına istinad edir. Məqalədə deyilir: “2
aprel 1882-ci ildə İrəvanın Müqəddəs Qaya-
ne gimnaziyasının salonunda irəvanlı kasıb
müsəlman tələbələrə dəstək məqsədilə tatar
dilində “Acgözlük düşmənçilik yaradır “ pyesi
ikinci dəfə səhnələşdirilib. Məmmədov tama-
şanın ilk dəfə nə zaman nümayiş olunduğunu
göstərmir. Odur ki, məntiqlə İnqilab Kərimo-
vun ilk tamaşanın 1881-ci ildə səhnələşdiril-
diyi haqda fikirlərinin doğru olduğunu düşün-
mək mümkündür”, - deyə E. Vahabova bildirir.
25 mart 1913-cü ildə Molla Nəsrəddinçi, şair
və publisist Əli Məhsun Rəhimzadə və Əsgər
Axundov rəsmi dairələrdən İrəvanda “İslam
dram dəstəsi”nin fəaliyyətə başlaması üçün
icazə alırlar. Bu dəstə özündə gənc aktyor-
ları birləşdirirdi. Qısa zamanda onun aktyor-
ları Canpoladovun teatr binasında bir neçə
tamaşa nümayiş etdirir - “Kimdir müqəssir?”,
“Ac həriflər”, “Pul hərisi”, “İbrahim bəy və ya
despotizmin qurbanı”, “Aldanmışlar”..
TİFLİSDƏ TEATR
1873-cü ildə Tiflisdə yaradılmış Azərbaycan
Dram Teatrının banisi Abdulla Xəlilov olub. Bu
teatr Borçalı azərbaycanlılarının mədəni hə-
yatında böyük rol oynayıb. Teatrda Azərbay-
can klassiklərinin, xarici və rus yazıçılarının
əsərləri səhnələşdirilib. Teatrın səhnəsində
Azərbaycanın tanınmış aktyorları - Haqver-
diyev, Hüseyn Ərəblinski, S.Ruhulla, Ülvi
Rəcəb, İ.İsfahanlı, A.Yüzbaşıyev, A.Vəli, R.
Əfqanlı, M.Sənani, M.Mərdanov və digərləri
çıxış ediblər.
Tiflisdə Azərbaycan teatrı ağır şəraitdə fəa-
liyyət göstərib - uzun illər onun öz binası
olmayıb. Maliyyələşmənin zəif olması teatr
sənətinin peşəkar inkişafına öz təsirini göstə-
rib. Lakin buna rəğmən, teatrın azərbaycanlı
truppası öz missiyasının öhdəsindən şərəflə
gəlib, xalqın mədəniyyətinin təbliği ilə məşğul
olaraq Azərbaycanın, Gürcüstanın, İranın və
Mərkəzi Asiyanın bir sıra şəhərlərində teatrın
inkişafına təkan veriblər.
NAXÇIVAN, DƏRBƏND VƏ GƏNCƏ TE-
ATRLARI
«Naxçıvanda da bu və ya digər dərəcədə
normal teatr həyatı Qori seminariyasının
məzunlarının vasitəsilə başlayıb. 1882-1883-
cü illərdə orada tanınmış yazıçı və publisist
Eynalıbəy Sultanov «Ziyalılar cəmiyyəti»nin
əsasını qoyub. O, özündə, ilk növbədə, müəl-
limləri və tələbələri birləşdirib. 1883-cü ilin
mayında naxçıvanlı ziyalı Hacı Nəcəf Zeyna-
lovun evində cəmiyyətin üzvləri Mirzə Fətəli
Axundovun «Misyö Jordan və dərviş Məstəli
şah» əsərini səhnələşdiriblər. 1883-cü ildə isə
Naxçıvanda onlar «Müsəlman şiə incəsənəti
və dram cəmiyyəti»ni yaradıblar. Bu cəmiy-
yətin formalaşmasında görkəmli ədəbiyyat və
incəsənət xadimləri də iştirak ediblər», - deyə
E. Vahabova bildirir.
Dərbəndə gəlincə, 1880-ci ilin ortalarında
orada həvəskarlardan ibarət Azərbaycan-türk
dram dərnəyi yaradılıb. Dərnəyin yaradıl-
masının təşəbbüskarı yenə də Azərbaycan
ziyalıları olub - müəllimlər və yuxarı sinif şa-
girdləri, həmçinin musiqiçilər və müğənnilər.
Dərnəyin Nizamnaməsi 1904-cü il sentyabrın
22-də təsdiqlənib. Yeni teatrda teatr təhsili
olmayan şəxslər çalışıb. Onlar, sadəcə, bu
sənətə qəlbən bağlı olan insanlar idilər.
Nəhayət, 1906-cı ildə ziyalı Ələsgər bəy
Xasməmmədovun rəhbərliyilə Yelizavetpol-
da (Gəncə) «Yelizavetpol müsəlman dram
cəmiyyəti» fəaliyyətə başlayıb. Cəmiyyətin
teatr truppası (38 nəfər) Nəriman Nərimano-
vun, Namiq Kamalın, Rəşid Əfəndiyevin və
digərlərinin əsərlərini səhnələşdirirdilər. Yeli-
zavetpol real gimnaziyasının türk dili müəllimi
Mirzə Məhəmməd Axundzadənin təşəbbüsü
ilə şəhərdə özfəaliyyət dram dərnəyi də ya-
radılmışdı. Mirzə Məhəmməd onun işində qu-
ruluşçu və aktyor kimi iştirak edirdi. O, həm
teatrın repertuarının müxtəlifliyinin qayğısına
qalır, həm də pyeslər yazırdı. Ən aktual, in-
sanları narahat edən mövzularda səhnə əsər-
ləri məhz onun qələmindən çıxmışdı.
1913-cü ildə Yelizavetpolda «Aktyorlar cə-
miyyəti» də yaradılır. Onun təsisçisi həkim,
ictimai xadim Xudadat Ağa oğlu Rafiqbəyov
idi. Cəmiyyət tamaşaların təşkili, teatr truppa-
larının yaradılması ilə məşğul olur, həmçinin
aktyorlarına maddi dəstək verirdi. Sonradan
Xudadat Rafiqbəyov ADR-in səhiyyə və sosi-
al təminat naziri postunu tutub. «Avropa tipli
Azərbaycan teatrının mənbəyində, bax, bu
cür insanlar durub», - deyə E. Vahabova bil-
dirir.
Teatr sənətinə ciddi maraq yaratmağa nail
olmuş Azərbaycan Dram Teatrı Azərbaycan
Opera Teatrının formalaşdırılması üçün də
əsasa çevrilib. Lakin, bu, başqa söhbətin
mövzusudur.
MÜSƏLMAN ŞƏRQİNDƏ
İLK TEATRLAR
ƏVVƏLİ 2-Cİ SƏHİFƏDƏ