30
xorasanlı şiə, özü də mərd bir adam idi. Mənimlə öz
oğlu kimi davranırdı. Onun yanında olduğum
müddətdə fürsətdən istifadə edib fars dilini öyrənməyə
başladım. Hər gün əsr namazından sonra iranlı şiələr
onun yanına toplaşaraq siyasətdən, iqtisadiyyatdan
danışar və bir çox mövzularda söhbətlər edərdilər.
Onlar həm öz hökumətlərini, həm də İstambuldakı
xəlifəni çox tənqid edərdilər. İçəri yad bir adam daxil
olan kimi tez söhbəti dəyişərdilər. Lakin mənə çox
e`timad bəsləyirdilər. Sonradan anladım ki, türk dilini
bildiyim üçün mənim azərbaycanlı olduğumu zənn
edirmişlər.
Bizim baqqal dükanına bir dəliqanlı cavan gəlib-
getməyə başladı. O, dini dərs oxuyan tələbə qiyafəsində
idi. Ərəb, fars və türk dilini bilirdi. Adı Məhəmməd ibn
Əbdülvəhhab Nəcdi idi. Bu gənc son dərəcə çılğın,
yüksəkdən danışan və əsəbi bir adam idi. Osmanlı
hökumətini pislədiyi halda, İran hökumətinin əleyhinə
danışmazdı. Onun Abdürriza ilə dostluğunun bir neçə
səbəbi var idi. Birincisi, onların hər ikisi İstambul
xəlifəsinə müxalif idilər. Lakin sünni Əbdülvəhhabın
şiə Abdürriza ilə necə dostluq etməsi mənim üçün çox
maraqlı idi. Sonradan gördüm ki, bu şəhərin şiələri
sünnilərlə zahirdə mehriban davranırlar. Bu şəhərin
əhalisinin əksəriyyəti həm ərəb, həm də fars dillərini
bilirdi. Türk dilini bilənlər də az deyildi. Əbdülvəhhab
Nəcdi zahirən sünni idi. Sünnilərin çoxu bir yerə
yığışdıqda, şiələrin arxasınca danışardılar. O isə
öyrəndiyimə görə, heç vaxt şiələr haqda pis söz
deməzdi. Hətta sünnilərə qarşı idi. O, əhli sünnətin
31
dörd məzhəbdən ibarət olmasını qəbul etmirdi və
deyirdi ki, Allahın kitabında məzhəblər haqda heç bir
dəlil yoxdur; o, həqiqətdə hədislərə də heç bir
əhəmiyyət vermirdi.
Dörd məzhəb məsələsinə gəlincə, sünnilər arasında
Məhəmməd peyğəmbərin vəfatından bir əsr sonra bu
dörd alim - Əbu Hənifə, Əhməd ibn Həmbəl, Malik ibn
Ənəs və Məhəmməd ibni İdris Əş-Şafei meydana çıxdı.
Bə`zi xəlifələr də bu dörd alimdən birinə təqlid etməyi
vacib bilmişdilər. Sünni məzhəbinə görə bu dörd
alimdən başqa heç bir şəxs Qur`ani-Kərimdə ictihad
edə bilməz. Yə`ni, onun ümumi qanunlarından
faydalanmaqla xüsusi hökmlər çıxara bilməz. Bu
fərman müsəlmanların elm və düşüncə qapılarının
bağlanmasına səbəb olmuşdur. İctihada qoyulan
qadağa İslamın durğunlaşması səbəbi kimi göstərilir.
Lakin şiələr öz məzhəblərini yaymaq üçün bu
vasitədən (ictihaddan) çox gözəl istifadə etmişlər. Bir
zamanlar şiələrin sayı sünnilərin onda biri qədər
deyildi. Lakin indi onlar da çoxalmış və sünnilər qədər
olmuşlar. Bu təbii bir məsələdir; Həqiqətən, ictihad bir
silaha bənzəyir ki, İslam fiqhini, yə`ni şəriət elmini
inkişaf etdirir, Qur`ani–Kərim və Peyğəmbərin
sünnətində olan hökmləri aşkarlayır. İctihada qoyulan
qadağa isə onu dar bir çərçivədə saxlayır və düşüncə
qapılarını onların üzünə bağlayır. İctihad olmadıqda
İslam qanunları zamanın tələblərinə cavab verməz.
Sənin
silahın
çürük,
düşmənin
təchizatı
isə
mükəmməldirsə, məğlubiyyət talehinə məhkumsan.
Zənn edirəm yaxın gələcəkdə sünni mütəfəkkirləri də
32
ictihad qapısını açacaqlar, əks təqdirdə, bir əsirdən
sonra onlar azalacaq, şiələr isə əksəriyyət təşkil
edəcəklər. Dörd sünni məzhəbinin iman və inancları
bir-biri ilə eynidir. Onların arasında olan fərq yalnız
ibadətlərin incəliklərindədir.
Məhəmməd Nəcdi özünə hədsiz dərəcədə qürrələnən
bir gənc idi. Qur`anı və sünnəni anlamaqda hissə
qapılırdı. Təkcə öz zamanındakı şəxsiyyətlərin deyil,
dörd məzhəb alimlərinin baxışlarını və hətta Əbu Bəkr
və Ömər kimi səhabələrin nəzərlərini də qəbul etməzdi.
Onun dəlili bu idi ki, Peyğəmbər demişdir: “Mən sizin
aranızda Qur`anı və sünnəni əmanət qoyub gedirəm”.
Deməmişdir ki, mən sizin aranızda Qur`anı, sünnəni,
səhabə və məzhəb alimlərini əmanət qoyub gedirəm. O,
hər kəs mövcud olan məzhəbi baxışlara, səhabə və
alimlərin söylədiklərinə nə qədər müxalif olsa da,
Qur`ana və sünnəyə tabe olmalıdır! -deyirdi.
Əbdürrizanın evində Məhəmməd Nəcdi ilə orada
qonaq olan Şeyx Cavad adlı qumlu bir şiə aliminin
arasında mübahisə oldu. Şeyx Cavad dedi:
Əlinin müctehid olduğunu qəbul etdiyin halda, niyə
ona tabe olmursan? Həqiqətən, Əli də Ömər və başqa
səhabələr kimidir. Məhəmməd Nəcdi:
Onların sözü höccət ola bilməz. Yalnız Qur`an və
sünnət höccətdir.
Şeyx Cavad:
Peyğəmbərimiz, mən elmin şəhəri, Əli isə qapısıdır, -
dediyinə görə Əli ilə digər səhabələr arasında fərq
qoymaq lazım deyilmi?
Məhəmməd Nəcdi:
33
Əlinin sözü höccət olsaydı, Peyğəmbər - mən sizin
aranızda Qur`anı, sünnəni və Əlini əmanət qoyub
gedirəm - deyərdi.
Şeyx Cavad:
Bəli, məşhur bir hədisdə Peyğəmbər (s) - Allahın
kitabını və əhli-beyti əmanət qoyub gedirəm – deyə
buyurmuşdur. Əli isə əhli-beytin ən böyüyüdür.
Məhəmməd Nəcdi Peyğəmbərin bu kimi bir hədis
buyurduğunu inkar etdi. Şeyx Cavad da onu əsaslı
dəlillərlə susdurdu. Lakin Məhəmməd Nəcdi e`tiraz
edərək:
Siz Peyğəmbərin - mən sizin aranızda Allahın kitabını
və əhli beytimi əmanət qoyub gedirəm, - dediyini iddia
edirsiniz. Bəs, o həzrətin sünnəsi harada qaldı?
Peyğəmbərin sünnəsi Qur`anın izahıdır. O həzrət -
Allahın kitabını və əhli-beyti əmanət qoyuram –deyə
buyurmuşdur. Allahın kitabı dedikdə, Peyğəmbərin
sünnəsi də nəzərdə tutulur.
Əgər əhli-beytin sözləri Qur`anın izahıdırsa, onda
hədislərin izahına nə ehtiyac vardır?
Həzrəti Peyğəmbər vəfat etdiyi zaman onun ümməti
zamanın ehtiyaclarına cavab verəcək bir Qur`an
təfsirinə ehtiyac duyurdular. Buna görə də, Həzrəti
Peyğəmbər ümmətinə lazım olan Qur`anın əsl mə`nada
təfsir edən əhli beytə tabe olmağı əmr etmişdir.
Bu mübahisə mənim çox xoşuma gəldi. Məhəmməd
Nəcdi Şeyx Cavadın qarşısında aciz qalaraq susdu.
Mən axtardığımı Məhəmməd Nəcdidə tapmışdım.
Həqiqətən onun alimlərə hörmətsizliyi, dörd xəlifəyə
əhəmiyyət verməməsi, Qur`anı və sünnəni anlamaq
Dostları ilə paylaş: |