25
Dəzgahda
remizlər
sayı
müxtəlifolur.
Remizlərin
sayından
və
onlarınqaldırılıb-endirilməsi
qanunauyğunluğundan
asılı
olaraq
toxucu
dəzgahlarında müxtəlif toxunmalı parçalara istehsal edilir.
Parçanın əmələ gəlməsi prosesində əriş saplarının dəzgahda uzununa
istiqamətdə yerləşdirməsi zəif sürətlə baş verdiyindən onlar çoxqat qüvvələr
təsirinə məruz qalırlar. əriş sapları ən böyük qüvvə təsirinə arğac saplarının parça
başlığına vurulması anında məruz qalır. Ona görə də əriş sapları yüksək
möhkəmliyə, elastikliyə malik olmaqla, surtunməyə və çoxqat əyilmələrə davamlı
olmalıdır.
Bununla yanaşı saplar kifayət qədər hamar və bərabərölçülü (qalınlığı
boyunca) olmalıdır.
Arğac sapları parçanın əmlə gəlməsi prosesində əriş saplarına nisbətən
böyük qüvvələr təsirlərinə məruz qalmırlar. Ona görə də ağac saplarına möhkəmlik
tələbi qoyulmur. Bunlar yalnız kifayət qədər elastiki olmalıdırlar.
Toxucu fabriklərinə daxil olan saplar müəyyən miqdarda nəmliyə malık
olmalıdırlar. Çünki nəmlikdən asılı olaraq sapların kütləsi, xətti sıxlığı və bəzi
fiziki xassələri dəyişir.
Toxucu dəzgahlarında tətbiq olunan bağlamaların forma və ölçüləri onun
məhsuldarlığına təsir göstərir. Bağlamalar elə formaya malik olmalıdırlar ki,
toxunma zamanı onlardan sapın açılması sərbəstvə maneəsiz olsun. Bağlamanın
ölçüləri ondakı sapların uzunluğunu və kütləsini təyin etməklə,eyni zamanda bir
bağlama ilə dəzgahın işləmə müddətini də müəyyən edir.
Toxuculuqda əsas etaplar və texnoloji proseslər
Əriş və arğac saplarının toxuculuğa hazırlanması ayrılıqda həyata keçirilir.
Əriş saplarının toxuçuluğuna hazırlanması zamanı təkcə uyğun folma və ölçülərə
malik bağlamaların alınması deyil, eyni zamanda sapların fiziki xassələri də
yüksəldilir. Arğac sapları (xüsusilə kiçik xətti sıxlığa malik) ələvə olaraq
nəmləşdirmə və emulsiyalaşdırma əməliyyatlarına uğradılır. Belə emaldan sonra
26
toxunma prosesində arğac saplarının qırılması halları azaldılmaqla daha yüksək
keyfiyyətliparça istehsalı təmin olunur.
Toxuculuq istehsalatındakı əsas etaplar və proseslər cədvəl 9.1-də
verilmişdir.
Üzüklü əyrixi maşınlarından alınan əriş saplarını təkrar sarıma şöbəsində
silindrik və konus şəkilli bağlamalara sayıyırlar. Sonra iplik ərişsarıma prosesinə
uğradılır. Pnevmomexaniki əyrici maşınlarından alınan iplik təkrar sarınmır,
birbaşa ərişsarıma prosesinə uğradılır. ərişsarıma zamanı müəyyən uzunluğa malik
müvafiq sayda əriş sapları paralel sarınma ilə əriş valına yaxud navoya sarınır. Bu
məqsədlə müxtəlif ərişsarıma maşınları tətbiq edilir. ərişsarimadan sonra saplar
şlixlənir, başga sözlə əriş saplarınınsəht yapışqanlı məhlulla-şlixtlə örtülür və
yenidən toxucu navoyuna sarınır. Şlıxtləmə məqsədilə maxtəlif tip şlixtləyici
maşınlar tətbiq edilir.
Şlixtlənmədən sonra əriş sapları lamel və rəmiz gözlüklərindən və daraq
dişlərindən keçirilir. Əgər dəzgahda istehsalı davam edəcək parça üçün yeni əriş
tətbiq edilərsə, bu zaman sapkeçirmə əvəzinə ucdüyünləmə əməliyyatı aparılır.
Cədvəl 1.
ETAP
Əyirici maşınlarından alınan iplikdən toxuculuq istehsalatlarında parça istehsalı
prosesləri
Üzüklü
Pnevmomexaniki
Ərişin
hazırlanması
Açılma, təmizləmə və sarınma
Açılma və ərişsarıma
Açılma, şlixtləmə və sarıma
Sapkeçirmə,yaxud ucdüyünləmə
Açılma və ərişsarıma
Açılma, şlixtləmə və sarıma
Sapkeçirmə, yaxud ucdüyünləmə
Arğacın
hazırlanması
Açılma və sarıma (bəzi hallarda)
Nəmləşdirmə,
yaxud
emulsiyalaşdırma
Nəmləşdirmə, yaxud emulsiyalaşdırma
Toxuculuq
Parçanın formalaşması
27
5.SAPLARIN TOXUCULUĞA HAZIRLANMASI.
ƏRİŞ SAPLARININ TƏKRAR SARINMASI
Təkral sarılma maşınlarında təkral sarıma zamanı üç proses həyata keçirilir.
Hər hansı bağlama növündən sapların açılması, təmizləmə vəsapların yenə
bağlama üzərinə sarınması.
Təkral sarıma prosesinin mahiyyəti böyük uzunluğa malik sapların babinə
formalaşması, sapların səthindəki kənar qarışıqları təmizlənməsi habelə sapların
uzunluğu boyunca nazik (zəif) və qadın yerlərin aradan qaldırılmasından ibarətdir.
Əriş saplarının təkral sarınması ərişsarımanın məhsuldarlığını artırmaqla əriş
saplarının keyfiyyətini xeyli dərəcədə yüksəldir.
Əriş saplarının təkrar sarınması zamanı aşağıdakılar təmin edilməlidir:
ərişsarıma zamanı sapların sürətlə açılmasını təmin etmək üçün alınan
bağlamanın düzgün quruluşa malik olması;
bağlamanın nisbətən böyük tutulma malık olması (sapalrın mümkün qədər
böyük uzunluğa malık olması);
sap uclarının yüksək keyfiyyətlə düyün edilməsi;
bağlamanın düzgün quruluşunu təmin edən bərabər gerilmə əldə etmək;
tullantıların minimum miqdarına nail olmaq;
maşının yüksək məhsuldarlığını təmin etmək.
Təkrar sarıma zamanı əriş saplarının mexaniki xassələrinin (elastikliyi,
uzanma və möhkəmliyi) pozulmasına yol verilməməlidir.
Şəkil 2-də əriş ipliyinin təkrar sarınması sxemi göstərilmişdir. Iplik
tərpənməz şpulsaxlayıcı 7 üzərinə bərkidilmiş yönəldici çübüq 5 üzərindən
əyilməklə tarımlayıcı cihazdan 4 keçərək nəzarət təmizləyici qurğuya 3, oradan isə
sapgəzdirici 2 vasitəsilə sarıyıcı bağlamaya 1 sarınır.
Dostları ilə paylaş: |