www.kitabxana.net
Milli Virtual Kitabxananın təqdimatında
“Tarix”
Bu elektron nəşr
http://www.kitabxana.net
- Milli Virtual
Kitabxananın
“Tarix”
Kulturoloji-
elmi layihəsi çərçivəsində nəşrə
hazırlanıb və yayılır.
Elektron Kitab N 16 (01-02 - 2014)
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
YYSQ və Azərbaycan Yazıçılar
Birliyi
-
http://www.azyb.net
Kitab YYSQ t
ə
r
ə
find
ə
n e-n
əşrə
hazırlanıb.
YYSQ -
Milli Virtual Kitabxananın e
-n
əşri N
16 (01-02 - 2014)
Virtual redaktoru v
ə
e-n
əşrə
hazırlayanı:
Aydın Xan (Əbilov), yazar
-
kulturoloq.
www.kitabxana.net
Milli Virtual Kitabxananın təqdimatında
“
Elmi irs
”
Bu elektron nəşr
http://www.kitabxana.net
- Milli
Virtual Kitabxananın
“
Elmi irs
”
Kulturoloji-elmi
layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Elektron Kitab N 18 (02-22 - 2014)
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən
qurum:
YYSQ və Azərbaycan Yazıçılar Birliyi
-
http://www.azyb.net
Şirvani Ədilli
"Milli ideologiyamız: türklük, çağdaşlıq, islam"
Kitab YYSQ t
ə
r
ə
find
ə
n e-n
əşrə
hazırlanıb.
YYSQ -
Milli Virtual Kitabxananın e
-n
əşri
N 18 (02-22 - 2014)
Virtual redaktoru v
ə
e-n
əşrə
hazırlayanı:
Aydın Xan (Əbilov), yazar
-kulturoloq.
2014
09.04.2014
ÖN SÖZ
Azərbaycan xalqının milli ideologiyası ilə bağlı bir sıra
tədqiqat əsərləri yazılsa da, hələlik ideoloji məsələlərdə möv-
cud olan boşluqlar tam doldurulmadığından məsələnin tədqiqi
öz aktuallığını qoruyub saxlamaqdadır. İndiyə qədər bu prob-
lemin həlli ilə bağlı edilən cəhdlər demək olar ki, öz məntiqi
sonluğuna tam çatmamışdır. Əksinə, bununla bağlı cəmiyyətin
müxtəlif təbəqələrində daha geniş şəkildə muzakirələr aparılır,
problemin həlli istiqamətində yeni-yeni mülahizələr, fikirlər
irəli sürülür, yeni-yeni tədqiqat əsərləri yazılıb çap edilir.
İndiyə qədər milli ideologiya probleminə həsr olunmuş əsər-
lərdə bu problemə kompleks şəkildə yanaşılmamış, yalnız
problemin bəzi aspektləri məhdud və ya ziddiyyətli şəkildə təd-
qiqat obyektinə çevrilmişdir. Bu mövzuya həsr edilmiş əsər-
lərdən biri də Şirvani Ədillinin “Milli ideologiyamız: Türklük,
Çağdaşlıq, İslam” adlı tədqiqat əsəridir.
Müəllif özünəqədərki tədqiqatlardan
fərqli olaraq məsələyə
hərtərəfli yanaşmış, öz məqsədini qısa şəkildə şərh etdikdən
sonra ideologiya anlayışından, indiyəqədərki mövcud ideo-
logiyaların təsnifatından, tarixən yaranmış iqtisadi, hüquqi,
dini, milli, qarışıq və ümumi təmayüllü ideologiyalardan, on-
ların məqsəd və vəzifələrindən qısa şəkildə söz açmış,
Qacar və
Osmanlı dövlətlərində milli ideyaların formalaşmasından,
Atatürkün başçılığı altında Türkiyədə aparılmış milli istiqlal
hərəkatından, Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-
1920-ci illər) aparılan milli-demokratik islahatlardan, Sovet
hakimiyyəti dövründə Quzey Azərbaycanda başlanmış milli
hərəkatdan, müstəqillikdən sonra Azərbaycan Respublikasında
millətçilik və Bütöv Azərbaycan ideyasından, türk millət-
çiliyində üçlü (Türklük, Müasirlik, İslam) sistemdən, türk
millətçiliyinin hazırkı səviyyəsindən ətraflı bəhs etmiş və belə
bir məntiqi nəticəyə gəlmişdir ki, ideologiya – ictimai prob-
lemlərin həllinə və inkişafa yönəldiyi əsaslandırılan fəlsəfi,
iqtisadi, siyasi, hüquqi, dini, əxlaqi və s. görüşlərin və ideya-