Urbanizasiya və onun
yaratdığı ekoloji problemlər
Urbanizasiya dar mənada şəhərlərini sayının və şəhərlərdə yaşayan əhalinin sayının
artması prosesidir. Bu mənada urbanizasiya demoqrafik xüsusiyyətə malikdir. Lakin
urbanizasiya sadəcə olaraq əhali artımı prosesi olmayıb, eyni zamanda cəmiyyətin
iqtisadi və ictimai quruluşunda baş verən dəyişiklikləri də özündə əks etdirir. Beləliklə,
geniş mənada urbanizasiya sənayeləşmə və iqtisadi tərəqqiyə paralel olaraq, şəhərlərin
kəmiyyətcə artması və böyüməsi nəticəsində, cəmiyyətdə sürətli təşkilatlanma, əmək
bölgüsü və ixtisaslaşma yaratmaqla, insanların davranış və münasibətlərində şəhərə
xas olan dəyişikliklərə yol açan bir əhali artımı prosesidir. Planetimizdə ilk şəhərlər
5000 il bundan əvvəl yaranmışdır. Bu insanların ümumi təlabatını ödəyə bilən insan
qrupları idi. Bu kompakt qruplarda insanlar birgə qidalanır, birgə qorunur və
yaşayırdılar. Bu yaşayış yerləri adətən bir-birinə yaxın məsafələrdə yerləşirdi.
Müəyyən müddət keçdikdən sonra həyat şəraiti dəyişdi, yaşayış məskənləri ərazi və
say baxımından böyüdü. Bu şəhərlər insanların müasirləşməsinə şərait yaratdı.
Mədəniyyət,
hərb,
din,
şə
hər
qanunları
və
s.
formalaşmağa
başladı.
Şəhərlərin
formalaşma
prosesini
şə
rti
olaraq 3
dövrə
ayırmaq
olar.
1. İlk urbanizasiya XVI -XVII əsrlər. Bu dövrdə yerli qidalanma, əl əməyi, külək və
sudan alınan enerji və s. mövcud idi. Kifayət qədər inkişafın olmaması ilk ekoloji
problemlərin
yaranmasına
gətirib
çıxarmışdı.
2. Urbanizasiyanın ikinci mərhələsi su və quru nəqliyyatın yaranması, yolların
çəkilməsi,
istilik
yanacağından
istifadə
ilə
müşahidə
olunmuşdur.
3. Üçüncü mərhələ urbanizasiya XIX əsrdən etibarən başlamışdır.
1900-cu ildə müasir anlamda ilk urbanizasiyanın baş verdiyi ölkə Böyük Britaniya
olmuşdur.
Son XX- XXI əsrlərdə BMT –nin verdiyi məlumata görə 6 mlrd. insan bir yerdən
başqa
yerə
köçmüşdür.
Urbanizasiya latın sözü olub, urbanus- şəhər deməkdir.1) şəhərlərin artım və inkişafı;
2) şəhər əhalisinin regionlarda, ölkələrdə sayının artması; 3) kənd ərazilərinə xarakter
olan xarici görkəmin şəhərlərə tətbiq olunması; 4) cəmiyyətin inkişafı ilə əlaqədar
olaraq
şə
hərlərin
genişlənməsi.
Urbanizasiya demoqrafik xüsusiyyətə malik olub, şəhərlərin sayının və şəhərlərdə
yaşayan əhalinin sayının artması prosesidir. Geniş mənada urbanizasiya sənayeləşmə
www.behruzmelikov.com
və iqtisadi tərəqqiyə paralel olaraq, şəhərlərin kəmiyyətcə artması və böyüməsi
nəticəsində, cəmiyyətdə sürətli təşkilatlanma, əmək bölgüsü və ixtisaslaşma
yaratmaqla, insanların davranış və münasibətlərində şəhərə xas olan dəyişikliklərə yol
açan
bir
ə
hali
artımı
prosesidir.
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə urbanizasiya fərqli xüsusiyyətlərə
malikdir.
Urbanizasiyanın intensivliyi həmin ölkənin sənayesinin inkişaf səviyyəsindən
bilavasitə asılıdır. Zəif inkişaf etmiş ölkələrdə urbanizasiya səviyyəsi 10%, nisbətən
inkişaf
etmiş
ölkələrdə
isə
60-70%
müşahidə
olunur.
Bəzi proqnozlara görə planetin hamısı şəhərlərə axın edəcək, lakin bununla belə, bir
sıra sıx əhailsi olan şəhərlərdə artım elə intensiv getmişdir ki, şəhər kənarına axın
müşahidə edilməkdədir
Sənaye inqlabından sonra dünya şəhərlərin istər iqtisadi, istərsə də siyasi
strukturunda bir çox dəyişiklər baş verdi. İngiltərədə başlayan sənaye inqlabı, müəyyən
fasilələrlə Almaniya, Fransa, İsveçrə və Belçika kimi digər Avropa ölkələrinə
yayılmışdır. Qərbdə bu tərəqqi ümumiyyətlə təxminən 200 il davam etmiş, və burada
artıq şəhər cəmiyyəti formalaşmışdır. Bütün sənaye sahələri köhnə şəhərlərdən, enerji
mənbələrinin, nəqliyyat vasitələrinin, xammal ehtiyatlarının və işçi qüvvəsinin ucuz və
ə
lverişli olduğu yerlərə axın etməyə başladı. Məhz sənaye inqlabından sonra,
urbanizasiya prosesi başlamış və get gedə vüsət almışdır. Başqa söz lə sənayeləşmə
urbanizasiyanı
şə
rtləndirən
başlıca
amil
olmuşdur.
Urbanizasiya XX ci əsrin ən böyük fenomenlərindəndir. İnkişaf etmiş, inkişaf edən
ölkələr, bir sözlə bütün cəmiyyətlər bu fenomenlə qarşılaşmışlar. Müasir dövrdə
şə
hərlərin sürətli artımı daha çox inkişaf etmiş və ya inkişaf edən ölkələrdə müşahidə
olunmuşdur. Nataraz urbanizasiya bir mənada ölkənin az inkişaf etmiş olmasının
göstəricisi olsa da, öz təbii qanunauyğunluğu içində müntəzəm urbanizasiya prosesi,
eyni zamanda ölkənin gələcək tərəqqisi üçün də ümid mənbəyi olmuşdur. İnkişaf etmə
mərhləsində olan ölkələrdə şəhərlər get- gedə daha çox əhalini özünə cəlb etməklə,
milli gəlirdə daha çox pay sahibi olmaqla, daha çox əmtəə və xidmət istehsal etməklə
ölkənin dominant regionu olmağa can atırlar. Bu şəhərələrin idarəsi xüsusilə
ə
həmiyyətli,
lakin
çox
çətin
məsələyə
çevrilmişdir.
2.
URBANİZASİYANIN
YARANMA
SƏBƏBLƏRİ
Urbanizasiya prosesinin yaranmasında iqtisadi, texnoloji, siyasi və sosioloji
www.behruzmelikov.com
amillərin böyük rolu vardır. İqtisadi amillərdən birincisi kəndliləri yaşadıqları
kəndlərdən şəhərlərə sarı istiqamətləndirən miqrasiya amilidir. Kənd təsərrüfatında
müasir texnoloji avadanlıqların tətbiqi ilə ibtidai üsulların aradan çıxması, bir sözlə
kapitalist sənayenin kənd təsərrüfatına sirayət etməsi, bu sahədə işçi qüvvəsinə tələbatı
xeyli azaltmışdır. Digər tərəfdən, xüsusilə az inkişaf etmiş ölkələrdə kənd
təsərrüfatının məhsuldarlığı aşağıdır və sahədəki istehsaldan əldə olunan gəlirin fərd
başına düşən gəliri də azdır. Torpağın qeyri- bərabər bölünməsi, iqlim dəyişikliyi,
torpaqların
eroziyası
da
bu
amili
gücləndirir.
Urbanizasiyanın sürətlənməsinə təkan verən amillərdən digəri isə müsbət miqrasıya
adlandıra biləcəyimiz, kəndlilərin firavan və təminatlı həyat tərzi əldə etmək və şəhərin
yüksək mədəni, sosial, iqtisadi mühitindən istifadə etmək ümidi ilə kəndlərdən şəhərə
axınıdır. Belə ki, sənayeləşən ölkələrdə şəhərlərin iş imkanları daha genişdir.
İ
qtisadiyyatın inkişafı ilə birlikdə, fərd başına düşən gəlir artdıqca, şəhərlərdə istehsal
olunan əmtəə və xidmətlərə tələbat da, kənd təsərrüfatı mallarına olan tələbatı
üstələyir.
Urbanizasiyanın texnoloji səbəbləri bilavasitə XVII əsrin sonunda buxar qatarının
icadı ilə bağlıdır. Buxar “gücü” bir çox sənaye sahəsinin sürətli inkişafına təkan
verməlkə yanaşı, bir çox insanın şəhərlərdə yerləşən sənaye obyektlərinin ətrafında
məskunlaşması ilə nəticələnmişdir. Buxar “gücünün” əhalini sıxlaşdırıcı təsirinə əlavə
olaraq, elektrik enerjisinin də sənayedə istifadə edilməyə başlanması həm sənayenin,
həm də əhalinin müəyyəm mərkəşlər ətrafında toplanmasına səbəb olmuşdur. Quru,
dəniz və hava nəqliyyatı vasitələrinin inkişafı da urbanizasiyaya təkan verən
nailiyyətlərdəndir. əsrimizin son nailiyyətlərindən olan kommunikasiya və
texnologiyalarının
urbanizasiyaya
təsirini
isə
zaman
göstərəcək.
Müxtəlif səviyyələrdə verilən siyasi qərarlar, idarəetmə quruluşunun xüsusiyyətləri,
hüquqi təsislatlar, beynəlxalq münasibətlər, səyahət, məskunlaşma və ticarət
sərbəstliyini qadağan edən qanunların ləğvi, torpaq üzərində mülkiyyətlə əlaqəli
qanunlar, sənayeləşməni dəstəkləyən sosial – iqtisadi inkişaf proqramları və torpaq
islahatları
da
urbanizasiyanı
sürətləndirən
amillərdir.
Sosial – psixoloji amillər isə kənd yaşayış tərzi və səviyyəsi ilə şəhər həyatı
arasındakı mühüm fərqlərdir. Həqiqətən də, şəhərin ictimai – sosial bazası kəndə
nəsbətdə xeyli yüksəkdir. İnkişaf edən ölkələrdə, kənd təsərrüfatı sahəsində marjinal
məhsuldarlığı azaltmış artıq işçi qüvvəsinin, kənd təsərrüfatı xaricində yaradılmış iş
imkanlarına yönəldilməsi bir qayda olaraq iş gücünün qüvvəsini artıra bilər. Sürətli
www.behruzmelikov.com
inkişafın tələb etdiyi investisiyalar şəhərlərdə cəmləşdiyi üçün, sənaye və xidmət
sektorunun tələb etdiyi inkişaf mühiti şəhərdə olduğu üçün, urbanizasiya prosesi
ölkənin tərəqqisinə də xidmət edə bilər. Xülasə etsək, urbanizasiyanı şərtləndirən
mənfi
amilləri
belə
sıralaya
bilərik:
-
ə
hali
artımının
təyziqi;
-
torpaq
çatışmazlığı
və
torpaq
bölgüsündə
ə
dalətsizlik;
-
gizli
işsizlik,
yetərsiz
iş
təminatı;
-
aşağı
məhsuldarlıq;
kənd
təsərrüfatında
makinalaşma;
-
bəzi
mövsümlərdə
iqtisadi
fəaliyyətin
yetərsizliyi;
-
təbii
fəlakətlər;
-
kənd
təsərrüfatı
icraatları;
kənd
təsərrüfatı
ə
razilərinin
xüsusiyyətləri;
-
iqlim
şə
raiti
və
eroziya;
Urbanizasiyanı
doğuran
müsbət
amillər
isə
bunlardır;
-
kənd
və
şə
hər
arasındakı
gəlir
müxtəlifliyi;
-
daha
yaxşı
və
mütərəqqi
təhsil
imkanı;
-
şə
hər
həyatının
cazibəsi,
daha
yüksək
həyat
standartı;
-
iş
imkanları,
nəqliyyat
imkanları;
-
müasir
səhiyyə
xidmətləri.
3.
TARAZ
VƏ
NATARAZ
URBANİZASİYA
PROSESİ
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə urbanizasiya fərqli xüsusiyyətlərə
malikdir. Belə ki, inkişaf etrmiş ölkələrdə urbanizasiya prosesi sənayeləşmə ilə
qovuşmuşdur. Sənaye urbanizasiyanı doğurmuşdur. İnkişaf edən və ya az inkişaf etmiş
ölkələrdə isə bunun əksinə sənayeləşmədən daha sürətli urbanizasiya prosesi sezilir.
Birinci qrup ölkələrdə, yəni urbanizasiyanın sənayeləşmənin nəticəsi olduğu ölkələrdə
cərəyan edən urbanizasiya prosesi tarazlı, ikinci qrupdaki urbanizasiya isə nataraz
urbanizasiya adlanır. Inkişaf edən ölkələrin şəhərləşmə dinamikasını inkişaf etmiş
ölkələrin urbanizasiya prosesindən ayıran xüsusiyyətlərdə biri də, XX əsrin bir əhali
partlayışına şahidlik etməsidir. Bunun nəticəsində inkişaf etməkdə olan ölkələrdə
urbanizasiyanin sürətlənməsi demoqrafik xüsusiyyətə malik olmuşdur. II Dünya
müharibəsindən sonra tibbdəki nailiyyətlərin də təsiri ilə, doğum nisbəti xeyli
artmışdır. Bu nisbət inkişaf edən ölkələrdə daha yüksək olmuşdur. Başqa tərəfdən
ölüm nisbətinin də kəndlərə nisbətdə şəhərlərdə daha aşağı olması şəhərlərdə təbii
ə
hali artımının tempini yüksəltmişdir. Tarazlı və nataraz urbanizasiyanı bir-birindən
www.behruzmelikov.com
ayıran mühüm iqtisadi amillər də var. Tarazlı urbanizasiya prosesindən keçən
ölkələrdə bu proses daha əvvəl də vurğulandığı kimi, sənayeləşməyə paralel olaraq
kənd təsərrüfatının artıq iş qüvvəsinin şəhər sənayesində işə cəlb olunması nəticəsində
baş verir. Lakin inkişaf edən ölkələrdə bu proses sənayeləşmədən daha sürətli
olmuşdur.
Urbanizasiyanın xüsusiyyətlərindən biri də, cəmiyyətin ictimai həyatında, onun ictimai
quruluşunda dəyişikliklərə səbəb olmasıdır. Şəhərdə meydana gələn yeniliklər sürətlə
ə
trafa yayılır və beləliklə şəhər yenilik mərkəzi halını alır. Lakin eyni şeyi inkişaf
etməkdə olan ölkələr üçün söyləmək çətindir. Bu ölkələrdə urbanizasiya ictimai
dəyişikliklərə yol açan bir faktor deyil. Burada böyük və çox böyük şəhərlər, orta və
kiçik şəhərlərə nisbətdə daha sürətlə böyüyür və burada regional bərabərsizliklər hökm
sürür. Şəhərləşmə prosesi bəzi regionlarda çox güclü, bəzilərində isə çox zəyif tempdə
olur. Şəhər infrastrukturun səviyyəsi çox aşağı olduğundan, xidmətlər tam yerinə
yetirilə və tələbat tam ödənə bilmir. Xüsusilə, artan əhalinin mənzillə təmin edilə
bilməməsi, gecəqondulaşma prosesini sürətləndirir. Nəqliyyat infrastrukturunun
yetərsizliyi də böyük problem yaradır. Bu ölkələrdə urbanizasiyanın sənayeləşmədən
daha sürətli olması nəticəsində yaranan artıq işçi qüvvəsinin işlə təmin edilə
bilməməsi, onların marjinal sektora yayılmasına səbəb olur ki, bu da iqtisadi rifaha
xidmət etmir. Nataraz urbanizasiyanın ortaya çıxardığı iqtisadi problemlər özünü daha
çox işsizlik və işsizlərin marjinal sektorda cəmləşməsi, sektorlararası bərabərsizlik,
infrastruktur xidmətlərinin keyfiyyətsizliyi, gecəqonduların sürətli artımı şəklində
büruza verir. İctimai müşküllərə gəldikdə isə, ətraf mühitin təhrif oluması, fiziki
plansızlıq və plansız məskunlaşma, gəlirlərin ədalətsiz bölüşdürülməsi, ictimai
sinifləşmənin artması, mədəni fərqliləşmə və mədəniyyət boşluğu nümunə verilə bilər.
Müasir dövrün ən aktual olan məsələlərindən olan urbanizasiyanın ümumilikdə həm
müsbət, həm də mənfi cəhətlərini sadalamaq olar. Şəhərlərin böyüməsi nəticəsində
şə
hər həyatının müxtəlif sahələrində yaranan çətinliklərlə şəhər həyatının yaşanmaz
hala gəlməsi insalarda psixoloji gərginliyə səbəb olur. Dört bir tərəfdən hündür və
nəhəng binaların əhatəsində sıxılaraq təbiətdən və hər növ təbii mühitdən ayrı qalan
insanlar estetik zövqdən, təbiilikdən uzaqlaşır. Tibbi təminatın yetərsizliyi nəticəsində
xəstəliklərin artma ehtimalı çoxalmaqla yanaşı işsizlik problemi də yoxsulluq
dərəcəsini artıra bilər ki, bu da ölüm nisbətinin yüksəlməsinə səbəb ola bilər. Xüsusilə
mənzil ehtiyacının tam ödənə bilməməsi nəticəsində yaranan gecəqonduların
yerləşdiyi ərazilərdə torpaq spekulyasiyası arta bilər. Lakin planlı və nəzarət altında,
www.behruzmelikov.com
düzgün siyasətə əsaslanacaq urbanizasiyanın bir çox müsbət cəhətləri də vardır.
Məsələn elm və texnikanın səviyyəsi yüksəlir, icadların sayı artır, mədəniyyət və
incəsənətin səviyyəsi yüksəlir, ticarət və nəqliyyatın inkişaf edir, istehsal edilən əmtəə
və xidmətlərin keyfiyyəti artır, fikir mübadilərərində axıcılıq və canlanma yaranır, fikir
müxtəlifliyinin inkişafı ilə məhsuldar bir təbəqə yaranır
URBANİZASİYA
PROSESİ
VƏ
YERLİ
İ
DARƏETMƏ
Çox təbiidir ki, urbanizasiyanın ortaya çıxardığı problemləri böyük əksəriyyəti
idarəetmə orqanlarının xüsusilə də yerli özünü idarəetmənin üzərinə düşür. Şəhərlərdə
artan əhalinin minimal həyat standartlarının təminatı, başqa sözlə yaşayış yerlərinin
təşkili, su, qaz, enerji, nəqliyyat, kanalizasiya sistemləri kimi kommunal ehtiyacların
təmini vəzifəsi bilavasitə yerli idarəetmənin üzərinə düşür. Funksional mənada da yerli
idarəetmə, müəyyən bir coğrafi ərazidə yaşayan (kənd, şəhər, qəsəbə) əhalinin özü
tərəfindən bu ərazinin ümumi ehtiyaclarını təmin etmək üçün seçilən, xalqa ən yaxın
olan
quruluşlardır.
Deməli şəhərləşmə prosesi genişləndikcə, əhalinin sayı artdıqca onların ehtiyac
duyduqları ortaq tələbat da artır, bu da öz növbəsində yerli idarə etmənin üzərinə düşən
vəzifələrin və məsuliyyətin artmasına gətirib çıxarır. Buradan da göründüyü kimi yerli
idarəetmə və şəhərləşmə problemləri bir çox yöndən ortaqdır. Yerli idarəetmə və
şə
hərləşmə dünya gündəmini uzun zamandır işğal etmişdir. 1970-ci illərdən etibarən
sürətlə artan dünya əhalisinin məhdud olan təbii sərvətləri sürətlə istehlak etməsi
nəticəsində xüsusilə şəhər və kənd yerlərində, yaşayışın keyfiyyətinin sürətlə aşağı
düşməsi nəticəsini vermişdir. Hətta bu mövzuda iş birliyini inkişaf etdirmək və təcili
tədbirlər planı hazırlamaq məqsədilə BMT HABİTAT 3-cü iclasını dünya şəhər
sammiti adı altında 1996-cı ildə İstanbulda keçirmişdir. Bununla bərabər BMT
nəzdində fəaliyyət göstərən Avropa İqtisadiyyat Komissiyası İnsan Yerləşmələri
Komitəsinin son zamanlardaki gündəmində davamlı və yaşayışa əlverişli şəhərlər
mövzusu durur. Beynəlxalq təşkilatların bu diqqətinə baxmayaraq hal-hazırda
urbanizasiya problemləri artan tempdə davam edir. Dünya miqyasında şəhər əhalisinin
1/6-i, kənd əhalisinin isə ½-si gecəqondularda yaşayır. BMT`nin məlumatına görə hal
hazırda dünyada təxminən bir milyard olan və yoxsul təbəqəni təşkil edən gecəqondu
sakinlərinin sayı lazımi tədbirlər görülməzsə 2030-cu ildə iki milyard ola bilər. Qitələr
arası müqayisələrdə ən çox gecəqondu Asiya qitəsinin payına düşür. Asiya ölkələri,
Latın Amerikası ölkələri və inkişaf etməkdə olan digər ölkələrdə şəhər əhalisinin 60%i
www.behruzmelikov.com
gecəqondularda yaşayır. Bütün bunların nəticəsində yerli idarəetmə orqanlarının işi
təbii ki, mürəkkəbləşir. Hər şeydən əvvəl şəhərə cəmləşən əhalinin yaşayış yeri ilə
təmin oluna bilməməsi, bu əhalinin alternativ yaşayış məskənləri tapmağa sövq edir ki,
bunun da ən asan yolu gecəqondulardır. Gecəqondular şəhərin baş inkişaf planına
uyğun olmayan ərazilərdə, dövlət əhəmiyyətli ərazilərdə, yüksək gərginlikli elektrik
xəttlərinin atında, qaz, su və neft kəmərlərinin, su anbarlarının yaxınlığında
yerləşmələri həm şəhərin ümumi görünüşü həm də, əhalinin sağlam mühitdə yaşaması
baxımından təhlükəlidir. Bu problem eyni zamanda torpaq spekulasiyasının
yüksəlməsinə səbəb olur. Buna görə də yerli idarəetmə bu məsələyə ciddi
yanaşmalıdır.
Yerli idarəetmənin urbanizasiya nəticəsində qarşılaşdığı başqa bir problemdə sosial-
mədəni problemlərdir. Belə ki, meydana gələbiləcək yoxsulluq, işsizlik, əhalinin
şə
hərlə bütünləşməsini çətinləşdirməklə cinayət işləmə dərəcəsini artıra bilər.
Urbanizasiya zonalarında mərkəzi idarəetmə ilə yerli idarə etmənin, xüsusilə yerli
idarəetmə orqanları ilə yerli özünüidarəetmə orqanlarının sıx əməkdaşlığı tələb olunur.
Çünki bütün bu problemləri nəzərə almaqla bu orqanlar şəhərin gələcəyini
müəyyənləşdirəcək
stratejik
qərarlar
almalıdırlar.
Maliyyə
problemləri
də
urbanizasiyanın sürətlənməsi ilə yerli idarəetmə üçün artan problemdir. Çünki, artan
şə
hər əhalisinə daha çox xidmət göstərilməli, daha çox çox infrastruktur təmin
edilməlidir ki, bu da külli vəsait tələb edir. Burada yerli idarəetmə bazasında olan
ehtiyatlardan
ə
n
səmərəli
və
israfsız
istəfadə
yolları
araşdırılmalıdır.
Müasir dövrdə izdihamdan boğulan və natarız şəkildə böyüyən şəhərləri optimal
xidmət səviyyəsinə çatdırmaq üçün yerli idarəetmə orqanları qoruyucu və
yaxşılaşdırıcı tədbirlər həyata keçirirlər. Qoruyucu tədbirlərdən məqsəd şəhərin
böyüməsinin qarşısını almaq, yaxşılaşdırıcı tədbirlərdən məqsəd isə sıxlığı azaltmaqla
şə
həri optimal ölçüyə çatdırmaqdır. Böyümənin səbəbləri kəndlilərin şəhəri ən
səmərəli əmək bazarı kimi görmələridir. Kəndlilər daim şəhərin üstün imkanlarından
faydalanmağa can atmışlar ki bu hallar onları şəhərə köçməyə meyl etdirir. Bunun
mənfi cəhətlərini aradan qaldırmaq üçün xüsusilə bu tədbirlər həyata keçirilir.
- daha əvvəl şəhərlərin mərkəzində inşa edilmiş və yeni qurulan sənaye obyektlərini
xüsusi
sənaye
bölgəsi
quraraq
buraya
köçürmək.
- yeni şəhərlərin salınması. Yəni, böyük şəhərlərin əhalisinin müəyyən bir qisminin
köçürüləcəyi və böyük şəhərlərin ətrafında yeni salınacaq şəhərlər. Bunun ən bariz
nümunəsi olaraq Fransada Parisi əhalinin sıxlığından xilas etmək üçün görülən
www.behruzmelikov.com
tədbirlərlər, İngiltərədə bu istiqamətdə aparılan bəzi işləri göstərmək olar.
Əhalinin sıxlığının azaldılması tədbirləri isə urbanizasiyaya qarşı yerli idarə etmə
orqanlarının apardığı başqa bir siyasətdir. Şəhəri “boğulmaqdan” xilas etməyin bir
yolu şəhərdə təmərküzləşmə meyllərinin sosial və iqtisadi faktorlarını öyrənmək və
onları aradan qaldırmaqdır. Məsələn, ölkə qanunvericiliyinin yol verdiyi dərəcədə əhali
məskunlaşan şəhərlərdə, başqa şəhərlərə nisbətən daha ağır məskunlaşma vergisi tətbiq
oluna bilər, yerli satış vergiləri ağırlaşdırıla bilər. Yeni inşaat üçün icazə verilməməsi,
sənaye təsislərinin şəhər kənarına köçürməyi könüllü qəbul edən sənayedarlara ucuz
torpaq verilməsi, aşağı vergi tətbiq edilməsi və aşağı faizli kreditlərin təqdim olunması,
şə
hər kənarında yeni yaşayış massivlərinin salınması, bu işlə məşğul olan özəl sektora
vergi endirimlərinin tətbiqi, və s.görülə biləcək tədbirlərdəndir. Əhalisi az olan kiçik
yaşayış yerlərinin də, müxtəlif fəaliyyətlərlə canlandıraraq iqtisadi və sosial baxımdan
inkişaf etdirmək və yaşayış üçün əlverişli mərkəzlərə çevrilməsi də mühüm əhəmiyyət
kəsb edir. Ermənistan tərəfindən Azərbaycana aparılan təcavüz siyasəti minlərlə
insanın ölümü ilə bərabər, onun xalq təssərüfatına və təbiətinə güclü zərbə vurmuşdur.
Bu baxımdan “ekosid” anlayışı - təbiətin məhvinə yönəldilmiş ekoloji müharibə
anlayışı xüsusilə diqqəti cəlb edir. Çünkü Qarabağın misilsiz təbiətinə qarşı xüsusi
amansızlıq, bu işğalçı müharibəni, eyni zamanda ekoloji müharibə adlandırmağa tam
ə
sas verir. Bu barədə Azərbaycan Respublikası ətraf mühiti və təbiəti mühafizə
komitəsinin dünya birliyi təşkilatlarına, qabaqcıl elm xadimlərinin, ziyalıların dünya
ictimaiyyətinə müraciəti çox aktualdır. Azərbaycan BMT-nin tamhüquqlu üzvü olduğu
üçün onun təbiətini dağıdan, ekoloji fəlakətə sürükləyən bu müharibəyə qarşı dünya
ölkələri, beynəlxalq təşkilatlar öz sözünü deməlidir. Belə müharibə yalnız
Azərbaycana qarşı deyil, bütün bəşəriyyətə qarşı cinayət hesab edilməlidir. Çünkü
Azərbaycana qarşı aparılan ekoloji müharibənin əks-sədası dünyanın istənilən
nöqtəsində öz acı nəticələrini göstərə bilər.
Hazırda Ermənistan-Azərbaycan müharibəsindən məğlub çıxmış Azərbaycan
ə
razisinin 20 faizindən çoxu (17min kv.m) işğal altında, bir milyon Azərbaycan
vətəndaşı öz torpaqlarında qaçqın vəziyyətindədir.
Məlumdur ki, qaçqın və məcburi köçkünlərin məcburiyyət qarşısında tərk etdikləri
daimi yaşayış yerləri onların formalaşmasında, təşəkkül tapmasında bilavasitə həlledici
təsirə malik olmuşdur. Bu təsir özünü əmək alətlərində, məişət predmetlərində,
www.behruzmelikov.com
özünəməxsus adət və ənənələrində göstərmişdi. Təbii mühit geyimin və mənzilin
xüsusiyyətlərini müəyyənləşdirmiş, bu və ya digər məhsulların istehsalını
şə
rtləndirmişdi. Yaşadıqları torpaqların əsasın daşlıq zonalarından ibarət olması
onların əmək fəaliyyətində əks olunmuşdur. Yaşadıqları dədə-baba torpaqlarının
coğrafi mühiti onların mənəvi mədəniyyətlərində, düşüncə tərzlərində silinməyən
dərin, xarakterik iz buraxmış, müəyyən vərdiş, adət və ənənələri qərarlaşdırmışdır.
Eyni zamanda bu təbii mühit formalaşmış sosial davranış üsullarını inkişaf etdirmişdir.
Bu xüsusda qaçqınların əsas məşğuliyyəti üçün kənd təsərrüfatı, əkinçilik, maldarlıq
səciyyəvi olmuşdur. Son dövrlərdə onların həyat tərzi istər forma, istərsə də məzmunca
dəyişməlidir. Təbii mühitə, torpağa bağlı insanlar, əsasən, şəhərlərdə, şəhər tipli
qəsəbələrdə yerləşdikləri üçün kənd təsərrüfatından uzaqlaşmışlar.
Şə
hər yerlərində məskunlaşmış müvəqqəti məcburi köçkünlər yuxarıda göstərdiyimiz
çoxlu sayda faktorların təzyiqinə məruz qalaraq sosial-ictimai həyat tərzini dəyişməli
oldular. C.Dorstun sözlərilə desək: “İnsan təbii kompleksin ayrılmaz hissəsi olmaqla
mühitə qarşı münasibətdə müəyyən mənada rəqib rolunu oynasa da, o, mühitin
tələblərinə tabe olaraq məskunlaşdığı ərazinin iqliminə və şəraitinə uyğun şəkildə öz
həyat tərzini dəyişir”.
Qaçqınların böyük hissəsinin iri şəhərlərdə mərkəzləşməsi ilə bağlı urbanizasiya
problemləri, elmi texniki tərəqqinin doğurduğu sosial-mənəvi nəticələr ictimai həyatın
bütün sahələrində kəskin şəkildə özünü büruzə verdi. Bu proseslə bağlı mənzil,
işsizlik, xidmət, ekologiya və s. sahələrdə həlli çox mürəkkəb problemlər yarandı. Bu
problemlər isə öz növbəsində əhalinin demoqrafik vəziyyətinin əsas göstəriciləri kimi
doğum təbii artım səviyyəsinin tədricən aşağı düşməsinə, bir yaşınadək və bir yaşından
yuxarı uşaqlar arasında ölüm səviyyəsinin artmasına səbəb olmuşdur.
Ə
halinin sağlamlığı sahəsində, milli genefondumuz sahəsində narahatçılıq doğuran
digər səbəb 1990-1996-cı illərdə hər 1000 min nəfərdən diri doğulan uşağa düşən ana
ölümünün 9 nəfərdən 44 nəfərə və ya 4,9 faizə qədər artması tendensiyasıdır.
Demoqrafik vəziyyətin inkişaf meyllərini səciyyələndirən ən mühüm göstəricilərdən
digəri əhalinin nikah və boşanma səviyyəsindən asılıdır. Bu sahədə mövcud olan
problemlərin, belə demək mümkündürsə, ən yenisi Azərbaycan mentalitetinə xas
www.behruzmelikov.com
olmayan belə bir haldır ki, hazırda 25-29 yaşlı gənclərin arasında subayların sayına
görə respublikamız MDB ölkələri arasında ilk yerlərdən birini tutur.
Bütün bunlar erməni təcavüzünün demoqrafik duruma göstərdiyi acınacaqlı
nəticələrdir, hazırda demoqrafik vəziyyətin göstəriciləri sayıla bilən ən mühüm
amillərdən biri də əhalinin miqrasiyasıdır. Bu qaçqınlar və kənd əhalisinin miqrasiyası,
yəni urbanizasiyanın ekstensiv inkişafı prosesi hesabına baş vermişdir. Ermənistan
silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində hər şeyi sıfırdan başlamağa məcbur
olan, psixoloji sarsıntı keçirən insan axını miqrasiya prosesini tənzimləməyə imkan
vermədi. Nəticədə bu prosesin kortəbii inkişaf şəklində davam etməsi təbiətimizi və
iqtisadiyyatımızı acınacaqlı hala saldı. Vəziyyət elə bir dərəcəyə çatmışdır ki, son
illərdə miqrasiya edən əhalinin miqdarı, respublikamızdakı artımın miqdarından çox
olmuşdur. Hazırda respublikanın sosial-mədəni fondunun 70 faizinin və iqtisadi
imkanlarının yarıdan çoxunun Abşeron iqtisadi rayonunda yerləşməsi vəziyyəti daha
da çətinləşdirmişdir. Bu prosesə təsir edən başlıca səbəb urbanizasiya səviyyəsinin
yüksəlməsidir. Məsələn: Bakı, Sumqayıt və Abşeron rayonunda xidmət sahələri bu gün
təqribən iki milyon adama xidmət etmək gücünə malikdir. Hazırda isə bu regionlarda
dörd milyona yaxın adam cəmləşmişdir. Bu isə istər demoqrafik, istərsə də ekoloji
cəhətdən qətiyyən məqsədə müvafiq deyil. Bu cür intensiv axınlar həmin rayonlarda
onsuz da dözülməz olan ekoloji şəraiti son həddə çatdırmaqla, bu rayonları yeni sosial
münaqişə və partlayışı mənbəyinə çevirir. Bunun da əsas amilləri çox yüksək əhali
sıxlığı fonunda, əmək ehtiyatlarının və iş yerlərinin qıtlığı, dünya görüşü və psixoloji
fərqlər və s. problemlərdir. Bütün bunlar insanların mənəvi-psixoloji həyatını
zəhərləyir, onların ağır sosial, iqtisadi və ekoloji stresslər şəraitində yaşamasını
şə
rtləndirir.
Məcburi köçkünlərin müəyyən bir hissəsi respublikamızın bəzi rayonlarında xarici
ölkə və beynəlxalq təşkilatların köməyi ilə salınmış çadır şəhərciklərində
məskunlaşmışdılar. Onlar Beyləqan, İmişli, Biləsuvar, Bərdə, Saatlı, Sabirabad,
Ağcabədi rayonlarında yerləşən bu çadır şəhərciklərində insanlar yayın qızmarında,
qışın şaxtasında normal insan həyatından çox uzaq bir vəziyyətdə yaşamağa
məcburdurlar. Elementar məişət şəraitinin minimum həddi, sanitar-gigiyena şəraiti,
içməli suyun və ərzağın aşağı keyfiyyəti və eyni zamanda qıtlığı bəzi yaşayış
məskənlərində nəfəs yollarının yoluxucu xəstəlikləri, kəskin bağırsaq infeksiyaları,
www.behruzmelikov.com
difteriya, vəba, malyariya, vərəm və sair xəstəliklərin yayılması və daha da böyük
zonaları əhatə etməsinə səbəb olmuşdur. Əhali sıxlığının artması ilə epidemioloji
nəzarətin zəifləməsi, hər sahədə olduğu kimi, bu sahədə də özünün gücsüzlüyünü
göstərmiş oldu.
Bütün bunlar erməni təcavüzünün cəmiyyətimizə və təbiətimizə vurduğu ağır yaraların
nəticəsidir. Erməni işğalı bir milyona qədər soydaşımızı həyatın dəhşətləri qarşısında
gücsüzlüklərini dərk etmələrinə, həyatları boyu qazandıqları hər şeyi bir anın içərisində
itirib, xilas olmaq üçün dərbədər olmağa vadar etdi. Öz xəstə millətçiliyinin əsiri olan
Ermənistan Azərbaycana olan torpaq iddiası ilə milyondan artıq insanın həyatını
cəhənnəmə çevirdi.
Doğrudur, həyatın bu problemləri aradan qaldırmaq üçün respublikamızda Qaçqınlar
və Məcburu Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Bundan başqa,
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının respublikamızdakı nümayəndəliyi də
müəyyən işlər görür. Beynəlxalq təşkilatların digər nümayəndələri, xarici ölkələrin
müxtəlif firma və assosiasiyaları, ayrı-ayrı xeyriyyəçilər qaçqın və məcburi köçkünlərə
müəyyən humanitar yardımlar göstərirlər. Lakin problemin həlli uzandıqca bu
təşkilatlar donorluq funksiyasını olduqca könülsüz yerinə yetirirlər. Nəticədə, həyatın
çətinliklərindən doğan sadə bir məntiq problemdən çıxış yolunu yalnız və yalnız
torpaqlarımızın geri qaytarılmasında tapır.
www.behruzmelikov.com
Dostları ilə paylaş: |