T ü rk D ü n ya sı tn c e le m e le r i D e rg isi / J o u rn a l o f T u rkish W o rld Studies,
Cilt: VIII, S a yı 1, Sayfa: 95-105, İZ M İR 2008.
TÜRK EPOS ƏNƏNƏSİNDƏ ƏCDAD KULTU
The A ncestor Cult in T urk Epos Tradition
Rövşən ƏLIZADƏ*
Özet
Bu çalışma, Türk söylence geleneğinde ata kültü olgusunun yeniden oluşturulmasını
ele almaktadır. Çalışmada, etnogonik Türk mitlerini yansıtan efsanelerde ata kültü olgusunun
izlerinin çok önemli bir yer tuttuğunu göstermektedir. Türk epik mitoloji geleneğinin ana
figürlerinden olan Kurt (Boz kurt) kültünün Azerbaycan halk folkloründe de izlerine
rastlandığı ortaya konmaktadır.
Aynı izlerin restore edilmesi çalışması, kurt figürünün ilk yaratılış efsanesinden
dönüştürürülmesi işleminin ve semantik modelinin açıklanmasına olanak sağlamaktadır.
Çalışmanın bir sonucu olarak, geleneksel yapıyı koruyan kutsal bir kişi ve ata kültü olarak
bilinen Korkut Ata’nın (Dede Korkut) izlerine Oğuzname’de rastlandığı görülmektedir. Korkut
Ata’nın bu özelliği, atalarının ruhuna ve Şamanizmde kutsal sayılan kişinin davranış
kalıplarının bir sentezi olarak ifade edilmektedir.
Summary
The article dedicates to the reconstruction of the ancestor cult in Turk epos tradition.
The investigation shows that having the extraordinary place in Turk ethnic-cultured tradition
the traces of the ancestor cult are often met in the epoces which Turk ethnogonic myths are
reflected. It is cleared up that the functions of wolf (Boz Qurd - Grey Wolf) being the main
character of Turk epic-mythological tradition acted as an ancestor saved itself in trace form in
Azerbaijan epic folklore. The restoration work carried according to the same traces give
opportunity to clear up the semantic model and transformative creators of the wolf character
which take place in the beginning creation. As a result of the investigation it was clear that
Gorgud Ata which saved the archaic structure found its reflection in oghuznames as a sacred
person and an old cult. This specification of Gorgud Ata was expressed behavior code
belonging to its ancestor spirit and shamanism-sacred person sythesis in mythic essence.
Türk etnik-mədəni ənənəsində müstəsna yer tutmuş əcdad kultunun izlərinə türk etnoqonik
miflərinin əks olunduğu dastanlarda rast gəlmək mümkündür. Bilavasitə Oğuz etnosunun soy-kökə sıx
bağlılığı, əcdadlarına pərəstiş və tapınmaları bu toplumun yüksək mənəvi yaşam tərzini, eləcə də siyasi
baxımdan mövcudluğunu şərtləndirən ciddi aktlardan biri idi.
Türk epos ənənəsindəki əcdadlar düzümündə özünəməxsus şəkildə yer almış və Ulu Türk adı ilə
kodlaşmış ilkin obrazın, dünyarnn yaradılması aktı ilə bağlılığı və bütövlükdə xaos-kosmos
qarşıdurmasından törəməsi kosmogenez haqqındakı təsəvvür sistemini bəlli edir. Bu baxımdan Ulu Türk
obrazı mədəni qəhrəmana aid cizgilərə sahib olmaqla, həm də Boz Qurd, Oğuz, Qorqud Ata və başqaları
ilə yanaşı türk dünya modelinin qurucularından ilkinidir.
Türk mifoloji görüşlərində qabarıq olan bir ənənəyə görə, ilkin sudan lil yaradılır, sonra
qurudulub torpaq edilir, bu torpaqdan bitkilər cücərdilir, sonra həmin torpaqdan palçıq düzəldilib insanlar
yaradılır. Bu proses, sonrakı mərhələdə davam edərək təbiətin digər canlı və cansız obyektlərini üzə
çıxarır. Qədim türk epos ənənəsində yüksək dəyər qazanmış dastanlardan biri «Yaradılış» dastamdır. V.
Radlovun Altaydan yazıya aldığı bu dastan mətnində ilkin əcdada uyğun gələn paralellər vardır.
*
A M E A F o lk lo r İn stitu tu A zərb a yca n , ro vse n a li@ ya n d ex.ru
95
Rövşən Əlizadə
Dastanda deyilir: «Bir zamanlar yalniz Tanri Qara xan və su vardi. Qara xandan başqa görən,
sudan başqa görünən yox idi. «Ağ Ana» göründü. O, Qara xana «yarat» deyib yenidən suya daldi.
Bunu eşidən Qara xan bir kişi yaratdi. Qara xanla kişi intəhasiz suyun üstü ilə iki qara qaz kimi
uçurdular. Lakin halindan məmnun olmayan kişi, Qara xandan daha yüksəkdə uçmaq istəyirdi. Onun nə
istədiyini bilən Qara xan kişidən uçmaq qabiliyyətini aldi. Kişi dibsiz suya yuvarlandi. Boğulurdu.
Elədiyinə peşman olub Tanri Qara xandan bağişlanmasini xahiş etdi.
Tanri Qara xanin göstərişi ilə sudan bir ulduz çixdi. Kişi həmin ulduzun üstünə çixib xilas
oldusa da, Qara xan onun bir daha uçmayacağini nəzərə alib dünyani yaratmaq qərarina gəldi. Kişiyə
buyurdu ki, suyun dibinə dalaraq torpaq çixarsin. Şər düşüncədən əl çəkməmiş kişi torpaq gətirərkən
fikirləşdi ki, özü üçün gizli bir dünya da yaratsin, ona görə də torpağin bir hissəsini ağzinda saxladi. Elə
ki ovcundaki torpaği su üzərinə səpdi, Tanri Qara xan torpağa «böyü!» deyə buyurdu. Torpaq böyüyüb
dünya oldu. Lakin kişinin ağzinda saxladiği torpaq da böyüyüb onu boğmağa başladi. Qara xan ona
«tüpür!» deməsəydi, boğulub öləcəkdi.
Tanri Qara xan dümdüz bir dünya yaratmişdi, lakin kişi tüpürəndə ağzindan çixan torpaq
bataqliqlar, təpələr əmələ gətirdi. Hirslənən Qara xan itaətsiz kişiyə «Erlik» (şeytan) adini verib özünün
işiqli dünyasindan qovdu. Sonra yerdə doqquz budaqli bir ağac bitirdi, hər budağin altinda bir adam
yaratdi ki,bunlar doqquz insan irqinin atalari oldular.
Erlik insanlarin gözəlliyini, xoş həyatini görüb Tanri Qara xandan xahiş etdi ki, həmin insanlari
onun ixtiyarina versin. Qara xan vermədi. Lakin Erlik istəyindən dönmədi, insanlari öz tərəfinə çəkməyə
başladi. Qara xan insanlarin ağilsizliğini, Erliyə aldanmalarini görüb aciqlandi və onlari öz başlarina
buraxdi. Erliyi isə yer altindaki qaranliq dünyanin üçüncü qatina qovdu. Özü isə göyün on yeddinci qatini
yaradib oraya çəkildi. Mələklərindən birini insanlari qorumaq üçün yer üzünə göndərdi.
Erlik Tanri Qara xanin qərar tutduğu gözəl göyü görüb ondan icazə istədi ki, özü üçün bir göy
yaratsin. İcazə alib yaratdi və aldatdiği şər ruhlari öz göyündə yerləşdirdi. Lakin Qara xan görəndə ki,
Erliyin təbəəsi onunkundan daha yaxşi yaşayir, mələklərindən birini göndərib həmin göyü dağitdirdi. Göy
yixilib dünyaya düşdü, dağlar, dərələr, ormanlar meydana gəldi. Və aciqlanmiş Tanri Qara xan Erliyi
yerin ən aşaği qatina sürdü. Buyurdu ki, bu günəşsiz, aysiz, ulduzsuz yerdə dünyanin sonuna qədər qalsin.
Tanri Qara xan göyün on yeddinci qatinda oturub kainati idarə etməkdədir. Ondan biq qat
aşağida Bay Ülgen Altun dağda qizil bir taxt üstündə oturub. Göyün yeddinci qatinda Gün Ana, altinci
qatinda Ay ata oturmuşdur»1
Göründüyü kimi, Tanri Qara xanin ilkinliyi, yaradici funksiyasi qədim türk epos ənənəsinin
təməl daşi kimi mövcuddur və bu təşəkkül sistemi insan-materiya, əcdad-torpaq paralelləri ilə bağlidir.
Xaosla birgə mövcud olmasi Tanri Qara xani ilk əcdad müstəvisində göstərə bilir və Tanri epiteti onun
əcdadliq funksiyasini kölgədə qoymur. Tanri olan Qara xan kosmosu yaratmaqla fövqəladə qüdrət
sahibini, ilkin varliq olaraq ən ulu əcdadi şərtləndirir.
1.
Qeyd edək ki, «Oğuz Kağan» dastaninda Oğuz xanin ilkin əcdad prizmasinda görünüşü,2
onun türk qövmünü himayə etməsi, ayri-ayri türk birliklərinə ad verməsi və türk dövlətini bəladan
qurtarmasi ilə izah olunur. İlk diqqəti cəlb edən budur ki, Oğuzun doğuluşu möcüzəli yolla baş verir, o,
göy üzündən enən şua ilə birgə doğulur. Bu fakt isə, yəni Oğuzun göy mənşəli olmasi məhz əcdad
kultunu ehtiva edən elementdir. Bu baximdan paremioloq alim A.Xəlilin fikri göstərdiyimiz arqumenti
tamamlayir.
Tədqiqatçiya görə «ağaca, dağa və göyə Tanri deyilməsi yayvari gəlişmə ilə Tanriçiliğa
qovuşmuş və onunla çulğaşmiş əski əcdad kultunun elementləridir».3 Aydin olur ki, epik ənənədə işiq,
şüa şəklində yerə enən mifik obrazlar göy oğlu adina sahib ola bilirlər. «Koroğlu» eposunun özbək
variantinda Koroğlunun özünü «göy elçisi» adlandirmasi da bu qəbildəndir. Bununla bağli C.Bəydili
yazir ki, gün işiğindan anasinin boyuna düşməyi də onun əslinin göylərdə olduğunun bir nişani kmi
1 N. Atsiz, Türk Edebiyati Tarihi, İstanbul 1943, s.43.
2 Oğuznamələr, Tərtibçilər və ön sözün müəllifləri: K. Vəliyev, F. Uğurlu, Baki 1993, s. 10.
3 Ağaverdi Xəlil, Mahmud Kaşqarlının «Türk dillərinin divanı kitabı»nda ədəbi mətnlər, Baki 2001, s. 153.
96
Türk Epos Ənənəsində Əcdad Kultu
yozula bilər.4 «Oğuz» dastanından bəlli olur ki, Oğuzun altı oğlundan üçü göymənşəlidir və bütövlükdə
onun altı oğlu (Gün, Ay, Ulduz, Göy, Dağ, Dəniz) nizamlı kainat (dünya) yaradır və Oğuz xarnn bölgüsü
ilə bozoklar və üçoklar adı altında böyük türk elinin idarəçilərinə çevrilirlər. Bu təyinatda Oğuz xarnn
hami ruh qismində iştirakı türklərdəki patriarxal ailə münasibətlərini göstərməklə yanaşı, sonradan
kultlaşacaq Gün, Ay, Ulduz və başqa varlıqların ilkin mənşəyini də müəyyənləşdirir. Kainatı, dünyanı
yaradan obrazların ulu, ilkin əcdadı kimi Oğuz xan göy qızı və yer qızına evlənməklə türk dünya
modelinin qurucusu olur.
Oğuzu ilkin əcdad müstəvisində təqdim edən əsas mifoloji element buynuzdur. Oğuzun orta çağ
miniatürlərində buynuzlu təsvir edilməsi də əcdad, hökmdar obrazırnn mifik variantım səciyyələndirir.
İkibuynuzlu əcdad - Oğuz, bu baxımdan özünün göy oğlu və ilkin şaman kimi rolunu büruzə verir. F.
Bayat yazır ki, türk mədəniyyətində İslamın qəbulundan sonra mədəniyyətin bir sıra məsələləri islam-türk
mədəniyyəti amilinə çevrildiyindən buynuz da alınıb şərq, həm də türk folklorunun mərkəzi obrazlarından
biri olan İsgəndərə verildi.5 Bizim fikrimizcə, nəzərdən qaçırmaq olmaz ki, Göy oğlunun başlıca
atributlarından biri olan buynuzun İsgəndərə transformasiyasından öncə bu ənənə Umay, Erlik, jalmauz,
div, dağ ruhu və digər mifoloji varlıqların timsalında mövcud idi. Buryat, hun, oğuz mənbələri buynuzlu
əcdadların mənşəyini, missiyasını əhatəli kontekstdə göstərir. Buryatların öz əcdadlarım Bukanoyon
adlandırıb onu Tanrı oğlu hesab etmələri,6 qədim şumerlərin möhürlərindəki öküz-adam7 təsvirinin
olması da buynuzlu əcdadların qədim türk etnik mədəniyyətində hansı yerə sahib olduqlarına işıq salır.
Bu radiusdan görünür ki, əski türk etnik mədəniyyətindəki buynuzlu əcdadların aparcı rolu tam fərqli bir
əcdad xarakterini formalaşdırmış, bu xarakterin ilk variantı türk mifologiyasında mövcud olmuş və
sonradan qeyri-türk mənşəli xalqlar bu əcdad obrazına sahib çıxmışlar.
İlkin əcdad və mədəni qəhrəman sferasında görünün mifik varlıqlardan biri də Ər Soqotohdur.
Yakut miflərində göy oğlu kimi səciyyə daşıyan bu varlıq Elley adı ilə də bilinir. Yakut olonxoları ehtiva
edir ki, Ər Soqotoh sadəcə bir qəhrəman, qımız içmə mərasiminin (ısıax) təsisçisi, icraçısı deyil, yer
üzündəki ilk insan olmuşdur.8 İlk insan müəyyən mifik zaman daxilində ilkin əcdadla eyniləşir ki, bu da
mikrokosmla makrokosm arasında yaranan uyğunluqla bağlıdır. Belə bir inanc var: ilkin əcdadlar
öldükdən sonra hansısa təbii varlığa, yaxud hami ruha çevrilə bilirlər. Görünür ki, ilkin əcdadların ölümü
inisiasiya aktındakı simvolik ölümdür
və bu prosesin iştirakçısı həm cismən təzələnir, həm də ruhən
yenidən qurulur.
Bir daha Oğuz dastanına nəzər yetirərək qeyd edək ki, Oğuzun əcdad kompleksində təqdimi
onun qaranlıq dünyaya səfəri zamanı əhatəli və mifik radiusda görünür. Bu müstəvidə Oğuzun xaosla
bağlılığı vardır: «Bədəninin hər yeri sıx tüklə örtülmüşdü».9 Oğuz obrazırnn bu tüklülüyü ilkin əcdadlıq
funksiyasından gəlməklə Oğuzu mifoloji varlıq statusunda göstərən faktdır. Ümumiyyətlə, tüklülüyün
mifoloji açımı ilkinlik və qeyri-adi güc ilə bağlıdır.
«Bilqamıs» dastarnnda Bilqamıs və Enkidunun, yakutların hami meşə ruhu-əcdadı sayılan Baay
Bayanayın, Altay mətnlərində Erlikin bədənlərinin sıx tüklə örtülü olması da ilkinliyin rəmzi idi. Bu
tüklülüyü həm də «Koroğlu» dastanımn «Paris nüsxəsi»ndə Koroğlunun şəxsində görürük. Koroğludakı
tüklülük elementi Oğuzun görkəminə adekvat olan xtonik keyfiyyətdir. Oğuz kimi Koroğlu da xilaskar
status daşıyır, hifzedici obrazdır. Və ilkin əcdada uyğun gələn atributların epos ənənəsində Koroğluda
bərpası mif dünyasından qaynaqlanmış cizgilərdir. Bunu Koroğlunun mifik zamanla bağlı olan Goroğlu
variantı təsdiqləyir.
Türkmən «Goroğlu»sunda Koroğlunun ilkin əcdadlığı və onun dağ ruhundan doğuluşuna aid
işarələrin olması10 dastarnn Orta Asiya variantlarında geniş şəkildə əksini tapıb. Bu variantların bəzisində
obrazın mənşəyi ata-baba ruhuna bağlamr ki, bu təzahür şəkli Azərbaycan variantında vardır. Türkmən
4 Cəlal Bəydili, Türk mifoloji sözlüyü, Bakı 2003, s. 138.
5 F. Bayat, Oğuz Epik ənənəsi və «Oğuz Kağan» dastanı, Bakı 1993, s. 76.
6 Q. B. Ksenofontov, Xrestes. Şamanizm i Xristianstvo, İrkutsk 1929, s. 113.
7 V. K. Afanaseva, Qilqames i Enkidu, Epiçeskie obrazı v iskusstve, Moskva 1979, s. 25
8 N. Yemelyanov, Sujeti olonxo o rodonaçalnikax plemeni, Moskva 1990, s. 35.
9 Bayat, age, s. 124.
10 Qor-oqlı. Turkmenskiy Qeroiçeskiy Epos, Moskva 1983, s. 35.
97
Rövşən Əlizadə
«Koroğlu»sunda Koroğlunun gorda doğulması, övliya Xızırın qoca görkəmində gəlib əlini üç dəfə uşağın
kürəyinə çəkməsi sonrakı mərhələdə Koroğlunu inisiasiya aktından keçirmək üçün başlanğıc sayılır.
Qəhrəmarnn «Goroğlu» adlanması isə o biri dünyadan, yeraltı ölülər səltənətindən (əcdadlar aləmindən)
gəlməsi ilə əlaqəlidir. Koroğlunun gorda doğulmağı onun inisiasiya aktında yenidən dirilməsi hadisəsini
şərtləndirir. «Koroğlu»nın Azərbaycan variantında Koroğlu özünü qurda bənzədir. Bu iki obraz etnik-
mədəni sistemin qədim laylarında funksional yaxınlıq baxımından bir-birini əvəz edə bilirlər. Semantik
ölçüləri hədsiz olan Koroğlu bir epos qəhrəmam olaraq özündə Boz Qurd, şaman, mədəni qəhrəman,
trikster, dönərgə və başqa obrazları birləşdirir.
Əcdad kultu ilə bağlı elementlər digər bir türk dastarnnda - «Alp Ər Tonqa»da mövcuddur.
Dastan qəhrəmanı Alp Ər Tonqa haqqında tutarlı bilgini əsasən iki mənbədən - M.Kaşqarlının «Divani-
Lüğati-it-Türk» və Y.Balasaqunlunun «Qutadqu Bilig» əsərindən alırıq. M.Kaşqarlının divarnndakı 9-10
bəndlik ağı Alp Ər Tonqanı (yaxud Əfrasiyabı) mifik ulu əcdad kimi göstərir. Eləcə də Y.Balasaqunlunun
«Qutadqu Bilig» əsərində taciklərin onu Tonqa Alp Ər adlandırması, Ö.Xəyyamın «Novruznamə»sində
türklərin xeyli sayda hikmətli kəlam və öyüdlərinin Əfrasiyaba aid edilməsi ilə bağlı məlumatlar Alp Ər
Tonqanı əcdad müstəvisində səciyyələndirir. Sözügedən mənbələrdən Alp Ər Tonqa ilə bağlı bərpa
etdiyimiz dastan mətnini aşağıdakı kimi təqdim edirik:
Miladdan əvvəl VII yüzillikdə bütün türklərin fövqəladə gücə malik olan tək atası Alp Ər Tonqa
idi. Həmin zaman kəsiyində öz öndərliyi ilə saka türklərini (iskitləri) qəhrəman döyüşçülər halına gətirən
Alp Ər Tonqanın atası Reşenq Xaqan da İran hökmdarları ilə uzun müddət müharibələr aparmış və
farsların törətdikləri əməllər müqabilində müəyyən qənaətə gələrək belə qərar vermişdir: «Bu iranlıların
bizə etmədiyi pislik yoxdur. İndi Türkün öc almaq zamanı gəlmişdir!» Reşenq Xaqan öldükdən sonra
Turan taxtına çıxan Alp Ər Tonqa «Aslanlarla belə çarpışacaq qədər gücüm var və İrandan öc alacağam»
deyə savaşa başlayır. Farsların genişlənmək, yayılmaq istəklərini önləməyi bacaran Alp Ər Tonqanın
yüksək zəkası, yenilməz gücü farsları çıxılmaz duruma düşürür. Alp Ər Tonqarnn ordusu İran üzərinə
yürüyərək Dehistan bölgəsində farslara ağır zərbə vurur. Meydan ölən farsların cəsədləri ilə doludur və
farsların padşahı geri çəkilib Dehistan qalasına sığınır. Ancaq Alp Ər Tonqa qalanı mühasirəyə alıb İran
padşahını əsir edir. Bundan sonra İrana bağlı Kabil ölkəsinin qəhrəmanlığı ilə məşhur olan padşahı Zal
farsların köməyinə gəlir. Alp Ər Tonqa çox qəzəblənir və əsir İran padşahını öldürtdürür. Alp Ər Tonqa
yenə qalibdir və Rey şəhərinə gedərək İran tacını taxmışdır. Farslar ölən padşahlarırnn yerinə Zevi
hakimiyyətə gətirirlər. İki ordu yenə üz-üzə gəlir. Bu dəfəki müharibə dönəmində hər iki ölkədə ərzaq
qıtlığı olur. «Savaş və qıtlıq insanlığı məhv etməsin» deyə onlar barışırlar. İranın şimal əyalətləri Turanın
olur. İran padşahı Zev ölüncə barış yenə pozulur və Alp Ər Tonqa təkrar hücuma keçir. Qanlı
müharibədən sonra yenə barış imzalandı. İran padşahı indi Keykavusdur. Alp Ər Tonqa farslara heç bir
nəfəs aldırmır. Farslar bu böyük türk xarnndan qurtarmağın yollarım düşünməyə başladılar. Bütün
müharibələrdə məğlub olmaları buna gətirib çıxarmışdı. Beləliklə, türkün bütün çağlarda fəlakətinə səbəb
olan fitnə, tələ və hiylə bu dəfə də farsların əlində vasitəyə çevrilir. Onlar Alp Ər Tonqanı miladdan öncə
624-cü ildə hiylə ilə öldürürlər. 100 il sonra saka türklərinin içərisində Tomris (Dəmir iz) Xatun bir günəş
kimi doğur. Bu günəş Alp Ər Tonqanın soyundan idi. Buyruğu altındakı sakalarla türkün ədəbi həyatında
bir fırtına kimi əsən Tomris Xatın babasının qanını yerdə qoymur və farsların şahı Keyxosrovu döyüş
meydanında türkə yaraşan bir igidliklə öldürür. Türk xalqları isə Ajun (Dünya) kağanı Alp Ər Tonqarnn
xatirəsini dastanlaşdırıb ölmünün acısını unutmurlar.
Alp Ər Tonqa öldimü
İciz ajun qaldımu
Özlək öçin aldımu
Emdi yürək yırtılur.11
Tarixi mənbələrin verdiyi informasiyalardan aydın olur ki, Qaraxanlılar və Səlcuqilər də
özlərinin soyunu Alp Ər Tonqarnn adına bağlamışlar. Y.Balasaqunlu «Qutadqu Bilig»ndə yazır ki, Alp
11 B. Atalay, Divanü Luqati it-Türk, Ankara 1992, s. 41.
98
Türk Epos Ənənəsində Əcdad Kultu
Ər Tonqaya Əfrasiyab da deyirdilər. «Türk bəyləri arasında adı bilgəli Tonqa Alp Ər idi. O biligi ilə
tanımrdı, biligi güclü, hünərləri çox, ağılı ilə dünyada tək idi. Taciklər ona Əfrasiyab deyirdilər. Bu
Əfrasiyab ellərini zənginləşdirdi».12 Qeyd edək ki, fars mənşəli taciklər təsadüfi olaraq Alp Ər Tonqanı
Əfrasiyab adlandırmamışlar. Qədim farslar, şər, pişik ilahələrinə belə müraciət edirdilər. Farslar Alp Ər
Tonqadan çox qorxduqları üçün onu şər tanrısına bənzətmişdilər. Əfrasiyabın türk əsilli olmasım bir çox
erkən qaynaqlar təsdiqləyir. Ət-Təbəridə, əl-Birunidə, İdn Xəldunda onun genealogiyası məhz Yafəs oğlu
Türkün adı ilə bağlanmışdır.13
«Kitabi-Dədə Qorqud» eposunda əcdad kultu. «Dədə Qorqud» eposunun əcdad kultu
kompleksində ilk diqqəti cəlb edən obrazı Qorqud Atadır. Arxaik strukturunu qoruyub saxlamış obraz kimi
Qorqud Ata eposun müqəddimə və boylarında həm bir övliya, həm də ulu əcdad olaraq əksini tapıb. Eposun
oxunuşu zamanı aydın görünür ki, Qorqud Ata funksional baxımdan bir çox mifoloji varlıqlara (Boz qurd,
Xızır, Uluq Türük, Domrul və s.) yaxınlaşmış, mərasim hamisinə xas özəllikləri daşımış və eyni zamanda
mədəni qəhrəmana aid edilən cizgilərə də sahib olmuşdur. Diqqəti cəlb edən başlıca elementlərdən biri budur
ki, Qorqud Ata mərasim hamisi obrazında çıxış edərək əcdadlar dünyasına, yaxud axirət aləminə bağlanır. Bu
bağlantı Qorqudun möcüzəli yolla dünyaya gəlişini, yaşamını və ölümünü açıq şəkildə təqdim edir. Eposun
müqəddimə hissəsindən oxuyuruq: «Rəsul əleyhissəlam zamanına yaqın Bayat boyından, Qorqut ata deyərlər,
bir ər qopdı. Oğuzun ol kişi tamam bilicisiydi. Nə dersə, olurdu. Qayibdən dürlü xəbər söylərdi. Haq Taala
anın könlünə ilham edərdi».14 Qorqud Atanın «Kitab»da bu cür təqdimatı əcdad ruhuna məxsus abstrakt kodu
və şamanlıq-övliyalıq sintezindəki mifik mahiyyəti üzə çıxarır. Bu prizmadan baxdığımızda Qorqudun «Ata»
kimi funksiyasını, «Ata» adının «o dünya» ilə əlaqəsini və əcdad haqda təsəvvürləri də müəyyənləşdirmək
mümkün olur. Nəzər yetirdiyimiz mifoloji qəlibdən aydınlaşır ki, Atanın qoruyucu ruh kimi daşıdığı dəyər
inisiasiya aktında iştirak edən əcdad ruhunun funksiyasına adekvatdır. Və mərasim hamisi, ulu əcdad, mədəni
qəhrəman timsalında görünün Qorqud Ata, ümumtürk xarakterini özündə əks etdirən digər obrazlarla (Qırğız
Ata, İrkıl Ata və s.) eyni semantik cərgədə dayanır.
Qeyd edək ki, qoruyucu ruh sferasında qəbul edilmiş Karlıq Ata da qaraimlərin dini-mifoloji
görüşlərinə uyğun gələn mifoloji varlıq statusunu daşıyırdı. Eləcə də xarəzmlərin axırıncı şiə imamını
Qaib Ata, teleutların yeraltı dünya hamisi Krliki «Atam» deyə adlandırmaları əcdad məfhumunun qeyd
aləmi ilə bağlantısım təsbit edir. Qeyd edək ki, qədim türklərin qohumluq əlaqələri heç də mürəkkəb
deyildi. Nəslin bütün üzvləri, buraya daxil olan hər fərd, bilvasitə ata mülkiyyətini qoruyub saxlamağa
borclu idi. Əcdad kultu qeyri-türk mənşəli xalqlarda da geniş şəkildə yayılmışdır. Yunanlarda bazilevslər,
yaponlarda sintoist səcdəgahlar bu qəbildəndir. Yapon mifologiyasını geniş şəkildə tədqiq etmiş
Meşeryakov yazır ki, VI-VIII əsrlərdə Yaponiyada əcdadların kult olaraq qorunması faktı mövcud idi.
Hər nəslin əcdadı var idi. Nəslin icraçısı sayılan əcdada böyük hörmət bəslənilirdi.15 Səcdəgah adlarının
analizi təsdiq edir ki, keçmişdə onlar mühüm vəzifə daşıyıcıları hesab olunurdular. Nəsillərin arasında
gedən daimi rəqabət dövlətin formalaşma və inkişaf etmə prosesini müşayiət edərkən, nəsillərin səcdəgahı
- himayəçilərin funksiyaları yaddan çıxıb, ikinci plana keçirdi. Bu səbəbdən nəslin əmin-amanlığını
qoruyan sintoist səcdəgahların böyük əksəriyyətinin çoxfunksiyalılığı yaranmışdır. Əgər nəsil öz irsi işini
icra etmirdisə, onun səcdəgahı öz əhəmiyyətini itirmirdi və onun fəaliyyətində heç bir mühüm dəyişiklik
nəzərə çarpmırdı. Bu səbəbdən bizi maraqlandıran sintoizm səcdəgahlarının təsnifi «dövrü səcdəgahların
funksiyaları ilə deyil, onlara sitayiş edənlərlə təyin edilməlidir» fikri ilə üst-üstə düşür.
Qazaxlar arasında dolaşan mifik rəvayətlərdən birində deyilir ki, Qorqud pəri qızından, digər bir
variantda yer altından çıxmış divdən doğulub. Prof. Mirəli Seyidov bu rəvayətlə bağlı yazır ki, Qorqutun
anasırnn alagözlü div qızı olduğu qənaətinə gələn əski insan bununla həm də Qorqutun əcdadım böyük
tanrıya - Ulu Toyuna, div onqonuna bağlamışdır.16 Qorqudun «alagözlü div qızından» doğulduğuna dair
işarənin tədqiqatçının elmi təhlillərində yer alması Qorqud Atanı Göy mənşəli obraz biçimində də təqdim
etmiş olur. Buradan görünür ki, Qorqud Atarnn təsəvvürlərdə real varlıq və mistik güc kimi iz salması
12 R. R. Arat, Yusif Has Hacib Kutadqu Bilig, Ankara 1959, s. 31.
13 X. Koroqlı, “Alp Er Tonqa i Afrasiyab po Y.Balasaqini, M.Kaşqari i druqim avtoram”, Sovetskaya turkoloqiya, S. 4, 1970, s.
28.
14 Kitabi-Dədə Qorqud, Əsil və sadələşdirilmiş mətnlər, Bakı, 2004, s. 19.
15 A. N. Meşerəkov, Drevnyaya Japoniya. Buddizm i sintoizm, Moskva 1987, s. 45.
16 Mirəli Seyidov, Azərbaycan mifik təfəkkürünün qaynaqları, Bakı 1983, s. 177.
99
Rövşən Əlizadə
onun şəcərə və əfsanələrdə müxtəlif şəkillərdə təsvirinə gətirib çixarmişdir. Prof. Füzuli Bayat yazir ki,
Azərbaycandan toplanmiş bir əfsanədə diqqət çəkən yön, Qorqudun atasinin, Nuh peyğəmbərin oğlu
Yafəsin oğlu Türk olduğu qeydinin tapilmasidir. Onun fikrincə, Qorqudun Nuhun nəvəsi olmasi, bu
mifoloji tipi əcdad kultu ilə bağlayir.17 Ümumiyyətlə, Nuh soyundan gələn Türkün adi əksər mətnlərdə ilk
əcdad kimi qeyd edilir. A.Acalov yazir ki, türk kosmosunun formalaşmasinda önəmli rol oynayan Oğuz
xan, Qorqud ata, Boz Qurd, Koroğlu, Elley, Ulu Türk, Xidir və başqalari bəzən mifoloji prosesin fəal
iştirakçisi, bəzən də mədəni qəhrəman statusunda təqdim edilir.18 Vurğulamağa gərək var ki, başqurdlar
öz mərasim nəğmələrində Qorqudu bir sehrkar kimi tərənnüm etmiş, onun yaman ruhlari qovmaq gücünə
sahib olduğuna diqqət çəkmişlər. Qorqud Atanin fəlakətlərdən hifzetmə qüdrətinə inanmiş baxişlar isə
«ölü desəm, ölü eməs, tiri desəm, tiri eməs, Ata Qorqud övliya» deyir19 və bu ulu varliği əcdad ruhunun
daşiyicisi kimi görürdülər. Qorqud Atani «böyük ilham sahibi» deyə yad etmiş Ə.Nəvai türk xalqi
arasinda məşhur olan bu atanin, olacaqlari öncədən xəbər verdiyinə işarə edərək Qorqud Ata adli bir
övliyanin varliğindan bəhs etmişdir. Ümumiyyətlə, «qədim türklərin ikinci inanc sistemi Atalar kultu»20
ciddi fakt olaraq «Dədə Qorqud» eposunda əks edilmiş əcdad tipi ilə üzvi bir şəkildə bağlanir. Və bu
kontekstdə əcdada aid paradiqmatik məlumatlar problemin incələnməsinə imkan verir.
Qorqud Atanin «Kitab»da əksini tapmiş qeybdən xəbər verməsi, ad qoymasi, boy boylayib, soy
soylamasi onu Oğuz elinin başbiləni statusunda səciyyələndirir. Digər tərəfdən Qorqudun eposda övliya və
təbib funksiyasini yerinə yetirməsi (Dəli Qarcarin əlini qurudub sonra sağaltmasi), darda qalan Oğuz elinin
imdadina çatmasi (Təpəgözü müəyyən qədər ram etməsi) kimi icraçiliği əcdad ruhunun yardimçi
semantikasina uyğun gələn cəhətlərdir. Qeyd edək ki, Qorqud Atanin eposda Dədə adi ilə işarələnməsi yenə də
əcdad ruhunu və övliya məzmununu daşiyan hadisə qavraminda görünür. Folklorşünas alim M. Cəfərli
Qorqud adina qoşulmuş sözlərlə bağli yazir ki, qorqud adini müşayiət edən hər iki söz - ad (Dədə - Ata) eyni
məzmunlu olub, Dədə Qorqudun hami funksiyasini açiq şəkildə büruzə verir. tədqiqatçinin sözlərinə görə,
ataliq, yaxud dədəlik əcdadlarla, əcdad ruhlarla bağliliq deməkdir.21 Məsələyə bu cür yanaşma müqəddəs
hesab edilən övliyalarin, ozanlann, qamlarin «ata» adi ilə təqdim edilməsinə tam aydinliq gətirir. Məsələn,
türklər arasinda sufiliyin geniş yayilmasi ilə şeyxlərə, hikmət və kəramət sahibi övliya dərvişlərə də «Ata» adi
verilmişdir. Mənsur Ata, Zəngi Ata, Hakim Süleyman Ata, Çoban Ata, Seyid Ata, Dana Ata və s. tipli adlar bu
siradandir.
Qorqud Atanin ölümdənqaçma motivi ilə bağli olmasina dair yetərli qədər mifoloji fakt var.
Əfsanələrin dəyişik variantlarinda Qorqud ağsaqqal, qopuzu yaradan şaman olaraq göstərilir. Belə bir
təyinat Qorqudu həm mədəni qəhrəman, demiurq qismində təqdim edir, həm də onu Altay miflərindəki
şaman Erliklə eyni funksiyanin (qopuzu şeytanlarin yardimi ilə düzəltməsi) daşiyicisi kimi göstərir. Qeyd
edək ki, «Dədə Qorqud» eposunda şaman tipində funksiya yerinə yetirən digər bir obraz Bayindir xandir.
Bunu onun adindaki «bay» sözü və atasinin Qam (şaman) olmasi da təsdiqləyir.22 Bu baximdan Bayindir
xanin sakral rituallari yönləndirməsi, Qalin Oğuz elinə nəzarət etməsi, eləcə də eposda əksini tapmiş
«Bayindir xanin ağ meydaninda», «Bayindir xanin yağisini basan» tipli formullar hakim-şaman
funksiyasina uyğun detallardir. Və Qorqud Ata ilə Bayindir xanin ata-qam laylarinda işarələnməsi bu
obrazlarin eposdan görünən əcdadliq statusundan qaynaqlanir. Folklorşünas alim Hüseyn İsmayilov ata
adinin mahiyyətinə dair yazir: «Öncə bu ad əcdad kultunun işarəsidir. İcma başçisidir. Sonra şaman-
kahindir: qam ata».23 Məsələ burasindadir ki, gələcəkdən xəbərvermə, təbiblik, nəsil artimini təmin
etmək, kahinlik kimi keyfiyyətlərin Qorqud Atanin və Bayindir xanin icraçiliğinda cəmləşməsi bu iki
obrazi özəl biçimdə - əcdadlar kompleksində büruzə verir. Mifoloq alim Seyfəddin Rzasoy eposda fəal
obraz kimi yer tutmuş Beyrəyi də Qorqudla eyni sirada görərək yazir ki, qam-şamanliq Beyrəyi Dədə
Qorqudla eyni funksional siraya qoymuş olur. Beyrək sonuncu boy süjetində Qorqudun Qalin Oğuz
kosmosu kontekstində yerinə yetirdiyi işi görür.24 Göründüyü kimi, tədqiqatçilarin çox hissəsi şamanlarin
17 Füzuli Bayat, Korkut Ata Mifolojiden gerçəkliye Dedi Korkut, Ankara 2003, s. 7.
18 Arif Acalov, Mifologiya. Azərbaycan ədəbiyyatı tarixi, Baki 2004, s. 58.
19 V.V. Radlov, Obrazı narodnoy literature turkskix plemen, T. III, Sp, 1870, s. 47.
20 Rəfik Özdək, Türkün qızıl kitabı, Baki 1992, s. 12.
21 Məhərrəm Cəfərli, Dastan və mif, Baki 2001, s. 80.
22 Seyidov, age, s. 57.
23 Hüseyn İsmayilov, Aşıq yaradıcılığı: mənşəyi və inkişaf mərhələləri, Baki 2002, s. 16.
24 Seyfəddin Rzasoy, Oğuz mifinin paradiqmaları, Baki 2004, s. 76.
100
Türk Epos Ənənəsində Əcdad Kultu
fərqli xüsusiyyətlər daşıdığım qeyd edirlər. Şamanların adi bir tərzdə fəaliyyətinə önəm verən
araşdırıcıların bir qismi əfsanələrə istinadən bildirirlər ki, onlar dəli-cinli olan adamları acıqlı ruhların
cəngindən qurtara bilir. C.Bəydili qeyd edir ki, qədim türk çağında «şaman» anlamında həm «ilvici», həm
də «kam» adırnn varlığı burada şamanların dəyişik səciyyəli olduğunu göstərir. Tədqiqatçı alim daha
sonra yazır: «Tanrıçılıq mərasimini icra eləyən tayfa ağsaqqallarından da onu fərqləndirərdilər. Belə ki,
Tanrıya verilən kütləvi qurban mərasimlərinə şamanlary axın burazılmırdılar. Çünki ruhlar aləmi ilə
bağlı olan şaman eləcə də
xtonik aləmin gücləri ilə əlaqələndirilirdi».25 Bu fikirlər şamarnn türk
sosiumunda hansı yeri tutduğuna dair yazılıb. Qeyd etməyə gərək var ki, qədim türklərin qohumluq
əlaqələrinin mürəkkəb olmaması şaman-kahin paralellərinin məhz bu yönümlü təhlil müstəvilərindən yer
almasım şərtləndirmişdir.
Eposda ulu əcdad statusunda görünən və yol göstərici, hami funksiyalarını icra edən obrazlardan
biri də Boz Qurddur.
Məlumdur ki, qədim türklərin inam sistemində Boz qurd öncül rəmz kimi dəyər qazanıb və epik-
mifoloji düşüncədə türklərin atası (əcdad kultunun daşıyıcısı) olaraq şifrələnibdir. Araşdırmalar nəticəsində o də
aydın olub ki, hunlann və göytürklərin sakral əcdadı sayılan Boz qurd oğuz türklərimn də qoruyucusu və hamisi
statusunu daşımışdır. Eposun ikinci boyunda Boz Qurdun Qazanla rastlaşması hadisəsi bu obrazın əcdad-xilaskar
semantikasının olduğunu bəlli edir. Qazan xanın Boz Qurddan yurdunu xəbər alması, ona əcdadı kimi üz tutması
bu baxımdan fikrimizə əsaslı sübut sayıla bilər:
Ordumun xəbərin bilürmisin, degil mana!
Qara başım qurban olsun, qurdum, sana!26
Boz Qurda ünvanlanmış bu müraciət Qazan xanın öz əcdadına bütün varlığı ilə tapındığım, Boz
qurdu bəlalardan qurtaran güc olaraq gördüyünü təsdiqləyir.
Qeyd edilən kontekstdə yanaşma «Dədə Qorqud kitabındakı» Boz qurd obrazının müxtəlif
funksiyalarını aşkarlamağa imkan verir. eposun zaman arealı və funksional missiyası ilə bağlı konkret
qənaətlərə gəlməyə şərait yaradır. Sözügedən boyda Salur Qazanın qurda müraciətində «Qaranqu axşam
olanda güni doğan»27 formulu (ifadəsi) qurdun mifoloji obraz kimi funksional hərəkət sxemi və həmin
hərəkətin zaman strukturu ilə bağlı dəyərli bilgi kimi diqqəti cəlb edir. Məhz bu zaman kəsiyi Boz qurdun
hərəkət fəallığının zaman işarəsi kimi üzə çıxır. Eyni zamanda, Boz qurdun göy işıqla əlaqəsini aydınlaşdıran
detaldan da eposun bu boyunda bəhs olunmuşdur: işıq içində göy üzündən enmiş qurd, parlaq şəkildə yalnız
axşam vaxtı, qaranlıq çökən zaman gözə görünə bilər.
Eposda qurdun funksional strukturunun Salur Qazan tərəfindən bəyanlanması onun qurda
müraciətində xüsusi təhkiyə formulu üzrə davam edir:
Qar ilə yağmur yaqanda ər kimi duran.. ,28
Qazanın qurda ikinci müraciəti Boz qurd-Oğuz münasibətlərinin mifoloji semantikasını üzə çıxarır.
Məhz Oğuz-qurd münasibətlərinin arxaik semantikasının araşdırılması Oğuzun obrazında qurd obrazına
məxsus mifoloji cizgiləri təsdiqləyir. «Dədə Qorqud kitabı»ndakı qurdun Salur Qazan tərəfindən «ər»
adlanması faktı Oğuzun funksiyasının qurdun funksiyasından fərqlənmədiyini göstərir. Hər iki obraz «Ər»
semantemində birləşir. Bu halda «Ər» semantemi Oğuz və Bozqurd obrazlarının törəmə başlanğıcı kimi də
çıxış edir. Qeyd edilən məqam digər mifik qatlara da işıq salır.
Bəlli olduğu kimi, «Oğuz Kağan» dastarnnda qurdu yalnız Oğuz görür. Və bu detal da dolayı
yolla «Dədə Qorqud kitabı»na transformasiya olunub. Eposdakı ərənlər içərisində yalnız Qazarnn qurdla
rastlaşması Oğuz-qurd təmasından gəlməklə sözügedən əlaqənin ilkin semantikasını ortaya qoymuşdur:
Oğuz-Boz qurd mifik münasibətləri Qazan-qurd epik münasibətlərində paradiqmalaşmışdır. Bu halda
25 Xəlil, age, s. 332.
26 Kitabi-Dədə Qorqud, s. 41.
27 Age, s. 41.
28 Age, s. 41.
101
Rövşən Əlizadə
Qazan-qurd epik münasibətləri bizə Oğuz-Bozqurd mifik münasibətlərinin «detallarını» aşkarlamaq üçün
etibarlı material verir.
Qazarnn qurda üçüncü müraciəti də mifik təfəkkürdəki elementləri qabardır:
Qaraquç atları gördügində kişnəşdirən...29
Bu müraciət variantı da türk xalqlarının inamlarındakı epizodları xatırladır. Əski türklər
inanırdılar ki, qəhrəmanların atları Günəşdən gəlir30 və «Dədə Qorqud kitabı»nda qurdun atla qarşı-
qarşıya qoyulması göy üzündən enmiş varlıqların (atın və qurdun) mifik-kosmik bağlantılarım əks etdirir.
Eposda Salur Qazarnn qurda müraciətində onu «Ağca qoyun gördügində quyruq çırpub
qamçulayan»31 deyimi ilə səciyyələndirməsi də mifoloji semantikaya malikdir. Qeyd edək ki, «Dədə
Qorqud kitabı»nda Salur Qazarnn qurdla rastlaşması faktı təsadüfi motiv deyil, həm də böhranlı zaman
kontekstində baş verən hadisədir. Salur Qazarnn evinin yağılar tərəfindən talanması, ailəsinin əsir
düşməsi bir növ qurdun peyda olmasına zəmin hazırlayır və qurd Salur Qazana rast gəlir. Sonrakı
mərhələdə Qazarnn oğuzlarla birgə düşmən üzərində qələbə çalması məhz Boz qurdu uğur müjdəçisi kimi
yada salır.
Bəllidir ki, Boz qurdun qiyamət günü türkləri xilas edəcəyi ilə bağlı əski bir inam möscuddur və bu
inam türk qəhrəmanlannın dastan obrazlannda variasiya olunub. Bu baxımdan, «Dədə Qorqud kitabı»nda öz
əksini tapmış qurdun xilaskarlıq missiyası da onun digər funksiyalan qədər qabanq görünür.
Mifoloji antalogiyalara müraciət edək. Yakut şamanlara tanrı oğlu olan qurdu hörmətlə
«Tanqara yola» (Tanrı oğlu), bəzi variantlarda «ayin yola» (bu da «Tanrı oğlu» deməkdir), bəzən də
«tanqara ıta» (Tanrı iti) - deyə çağırırdılar. Buryatlar ağ qurdu göy - səma itləri adlandırırdılar.
Buryatlara görə, ağ qurdlar ancaq Tanrırnn göstərişi ilə hərəkət edirlər. Onlar başlarım göyə qaldırıb
ulayanda Tanrıdan özlərinə yemək istəyirlər. Tanrı da onlara yeməyin yerini, rəngini və qədərini bildirir.
Buryatlar qoyuna qurd soxulanda bunu yaxşı əlamət kimi yozurdular.32
Azərbaycanda da qurdun parçaladığı heyvanın murdar hesab edilməməsi yuxarıdakı mifik cizgiləri
təsdiqləyən faktdır. Bu, bilavasitə qurdun xilaskar obrazının xalq yaddaşında bərqərar olması ilə bağlıdır. Saka
türklərinin dövründə Oğuz-qurd xilaskar obrazının türk dövlətini qurmaqda rolu məlumdur. Şübhəsiz, bu,
Oğuzu dövlətin, hərbi və inzibati bölgünün yaradıcısı kimi görmək cəhdindən meydana çıxırdı. Füzuli Bayat
bu barədə yazır: «Türk tayfalarında Boz qurd, əsasən, əcdaddır (məsələn, ciğil, yağma, karluq tayfalannda).
Göy Türklərdə əcdadlıq xilaskarlıq funksiyası ilə birləşib: əcdad-xilaskar şəklində rəsmiləşdirilib».33 Z. Toğan
isə yazır ki, oğuzlarda, qıpçaqlarda qurd xilaskardır.34 Bahaeddin Ögel də «türklərin öz simvolları olan
müqəddəs qurda «Kök-Börü», yəni Göy Kurt demələrinin səbəbi var. Kök, yəni göy, göyün rəngi olan mavilik
idi», - deyə bu məsələyə diqqət çəkmişdir.35 Tədqiqatçının bu təyinatı qurdun rəng simvolikası ilə üzvi
bağlılığını göstərir. Bəlli olur ki, göy rəngin Tanrı simvolu olması Boz qurdun yer üzündəki təmsilçilik
missiyası ilə çarpazlaşan faktdır. Bununla bağlı «Köç» dastanında da epizodlar mövcuddur: «Müqəddəs
buyruğa əməl edən xalq böyük bir yurdu tərk edərək köçə hazırlaşdı. Yolu düzəltdilər. Durub dayanmadan,
yorulmaq bilmədən getdilər, getdilər. Hara getdiklərini, harda dayanacaqlarını bilmirdilər. Bu zaman onların
qarşısına göy tüklü, göy yallı bir qurd çıxdı və onların qabağına düşdü. Uyğurlar da qurdu tanrının
göndərdiyini başa düşüb onun dalınca getdilər. Qurd gətirib onları dümdüz ovalıq bir yerə çıxardı. Uyğurlar
burada yerləşib yurd saldılar».36 B.Ögel daha sonra Ramstedtə istinadən qeyd edir ki, monqollar qurda Çina,
yaxud Çinu deyirdilər. Çingiz xanın ilk ataları erkək qurdla dişi maraldır. «Monqollann gizli tarixi»ndə bu ata
qurda Börte - Çinu adı verilmişdir. Börte və ya Berte monqolca bir rəng adıdır. Kök baxımından bizim boz
rənglə də bir əlaqəsi var.37 Bu təyinatla bağlı Yean-Paul Roux da qeyd edir ki, qurdla dişi keyikin
29 Age, s. 41.
30 A. Şükürov, Mifologiya, Bakı 1997, s. 93.
31 Kitabi-Dədə Qorqud, s. 41.
32 Q.P. Qaldanova, Dolamantskie verovaniya buryat, Novosibirsk 1987, s. 36.
33 Bayat, age, s. 47.
34 Z. V. Toğan, Oğuz destanı. Reşideddin Oğuznamesi, tercüme ve tahlili, İstanbul 1972, s. 134.
35 Ö. Bahaeddin, Türk mifolojisi, Ankara 1998, s. 42.
36 Bozqurd, Azadlıq nəş. Bakı 1992, s. 37.
37 Bahaeddin, age, s. 43.
102
Türk Epos Ənənəsində Əcdad Kultu
birləşməsindən böyük bir soyağacinin gövdəsini təşkil edəcək şəxs doğulmuşdur. Bu soyağaci Çingiz xan
öncəsi Monqol dönəmindən, (onun - R.Ə.) fateh Dobun Mergen adli yaxin tarixli atasina qədər bütün
nüanslari əhatə etməkdədir.38 Daha sonra Çingiz xanin soy əfsanəsindən bəhs edən tədqiqatçi yazir: «Çingiz
xanin soy əfsanəsini anladan ikinci mətn olan Altan Tobci, təməl ünsürləri qorumaqla birlikdə Gizli Tarixdən
uzaqlaşmiş görülür. İlk soyağaci üç oğlanin atasina aparir: Bozocu, Sibağaci və Börteçine. Bunlar dava edincə,
Börteçine (Bozqurd) qəzeyə getdi və dənizi aşdi, Monqol xalqinin torpağina yetişdi. Burada əri olmayan Toa
Maral adli gənc bir qizla evləndi və bu xalqin torpağina yerləşib Monqol boyu oldu».39 Deməli, qurdun
sonradan təyin ediləcək «qutsal» özəlliklərə daha o zamandan sahib olduğu qətidir. Həqiqətən də, türklər (ti-
kiular) özlərinə «mavi türklər», yəni «göksəl türklər» anlamina gələn Gök Türk (ya da Kök Türük) adini
vermişdilər. Yean-Paul Roux tarixi faktlara istinad edərək yazir ki, türklərdən qalan və daha öncə qurd
əfsanəsinə əsaslanmayan kitabələr, Bumin və İsteminin üzərində hökm sürdükləri insan oğullarinin Göy ilə
Dünya arasinda ortaya çixişini bəlli edir və göydən gələn hökmdarin göyə bənzədiyini, göydən gəldiyini
(tenqri Teq, Tenqride bölmüş) isbatlayir.40 Boz qurd «Dədə Qorqud kitabi»nda mübarək sayilir və Qazan
xanin ona müraciət etməsi, ondan kömək istəməsi Boz qurdun yol göstərməsini, sonraki davranişlarinda
rəhbərlik etməsini istəməsidir.41
Bundan başqa, Qazanin eposda: «Azvay qurd əniyi erkəgində bir köküm var» - deməsi onun
soyunun (salurlarin) qurdla bağlantisini üzə çixarir. Prof. M. Seyidovun yazdiği kimi, qurd vaxti ilə geniş
yayilmiş onqon olmuşdur. Çünki çox məşhur onqonu soyun kökü sayirmişlar. Bəlkə də, həmin qurd
toteminin Qazanla əlaqədar əfsanəsi də mövcud imiş.42 «Dədə Qorqud kitabi»nda qurdun yalniz Qazanla
bağli xatirlanmasi da qeyd olunan məsələyə bağlanir. Hazirda Azərbaycanin bir sira bölgələrində «Qurdu
söymək olmaz», «Qurdu görəndə salavat çevir» kimi deyimlərin mövcudluğu qurdun əcdad funksiyasini
özündə yaşadir. Eposda Qazanin öz soyunu erkək qurdla bağlamasi qurdun başlica onqonlardan
(totemlərdən) biri olduğunu təsdiqləyir.
Tədqiqatçilar qurdu Günəşin bəlgəsi, yəni Günəşlə bağli mifik obrazlar kimi də təsdiqləmişlər:
«...Qurd Günəşin bəlgəsidir... Salur Qazan xanin kökünün qaplanla, aslanla (bu zoomorfik onqon da
Günəşin bəlgəsi sayilmişdir), sunqur quşu ilə ilişgilənməsi onun uzaq keçmişlərlə, mifik dünya ilə bağli
olduğunu ehtimal etməyə imkan verir».43
Boz qurdun eposda əcdad-xilaskar kimi dəyər qazanmasindan əlavə, onun mediator səciyyəsi də
qorunub qalmişdir. Belə ki, qurdun ritual-mifoloji səciyyəsi onun arxaik strukturunu bərpa etməyə kömək
edir.44 Yəni qurdun yaman ruhlara qarşi dayanmasi, təhlükəli məqamlarda gözə görünməsi eposda
təsadüfi xarakter daşimir. Altaylarin Umayi, Yakutlarin Ayiisiti, demək olar ki, oğuzlarin Boz qurduna
bənzəyir. Məsələn, Qaqauz türkləri yenə də «canavar bayrami» keçirir və bu ritualla yaman ruhlardan
qorunduqlarini zənn edirlər. Eposda «qurd üzü mübarəkdir» deyimi də qurdun xeyir-dua verməsi, uğur
bəxş etməsi deməkdir. «Mübarək» ərəb sözü olub, «bərəkət» sözü ilə eyni köklüdür. Qurdun üzünün
mübarək sayilmasi onun bərəkət verməsi deməkdir. Bu da qurdun Oğuz etnosunun inkişafi ilə bağli hami
statusunu bərpa etməyə imkan verir, yəni qurdun üzü əski əcdadlarin hami obrazinin inikasi olaraq
eposda təzahür edir. Nəzərə alsaq ki, Boz qurd türk etnik mədəniyyətində bir çox funksiyalari yerinə
yetirir, o zaman onun həmin mədəniyyətdəki yerini müəyyənləşdirmək çətin olmaz. Məsələn, bəzi
faktlara əsaslanaraq qeyd etmək olar ki, turduşlar öz əcdadlarini qurd başli təsəvvür edirdilər.45 Türk
tayfalarindan kimandinlər də qurdu dağ ruhu hesab edirdilər. Belə dağ ruhunun sarişin saçli, göy gözlü,
qizi isə it şəklində təsəvvür olunurdu.46 Füzuli Bayat yazir ki, geniş semantik dairədə Boz qurd, Öküz və
Oğuz Tanri oğludurlar. Tanri oğlu motivinin transformasiya, variasiya olunmuş şəkildə türk epik
ənənəsində sistem yaratmasi Boz qurd mifoloji obrazindan da görünür. İslami yayan müsəlmanlara
38 R. Jean-Paul, Orta Asyada kutsal bitkiler ve hayvanlar, 2005, s. 310.
39 Jean-Paul, age, s. 312.
40 Age, s. 307.
41 H. Cavad, Türklerin tarix və mədəniyyətinə bir baxış, 1993, s. 78.
42 M. Seyidov, Yar bayramı, Baki 1990, s. 31.
43 Age, s. 78.
4
445 Age, s. 48.
45 N. P. Şastina, Sledı primitivnıx reliqiy v şamanskoy misterii, Moskva 1974, s. 312.
46 N.P. Direnkova, Oxotniçiy leqendı kimandinsev. Sb. Muzeya antropoloqii i etnoqrafii. T. XI, M-L, 1949, s. 131.
103
Rövşən Əlizadə
kömək edən qurd obrazı, əslində, heç də dəyişmədən müsəlman tarixlərinə də düşürdü.47 Füzuli Bayat
B.Ögələ istinadən qeyd edir ki, belə bir qurd müsəlman dinini qorumaq üçün türklərə: «qalxın - deyə,
onları Şərqdən qərbə doğru aparır və türklərin önündə gedir».48
Deməli, «Dədə Qorqud» eposunda əksini tapmış qurdu adi bir zoomorf obraz kimi yox, etnik-
mədəni sistemdə yer almış sakral biçimli Boz Qurd olaraq dəyərləndirmək gərəkdir. Qazarnn eposda
«Azvay qurd əniyi erkəgində bir köküm var» deməsi də onun kökünün ilkin əcdada - Boz Qurda
bağlandığına aid işarədir. M.Seyidov qeyd edir ki, Qazan xan «vaxtilə əsatir aləminin «vətəndaşı»
olduğuna görə onun kökü zoomorfik totemlərlə, o cümlədən qurdla bağlıdır».49
«Dədə Qorqud» eposunda Salur Qazanın qurda müraciət etməsi kimi hadisə, əslində qədim bir
ritualın - Oğuz türklərinin savaşdan öncə ulu əcdada, Boz Qurda tapınmalarının izi olaraq diqqəti cəlb edir. Bu
isə onu göstərir ki, Boz qurd savaş ruhunun daşıyıcısı rolunda əcdad kultuna daxil olan güc, hərbi və sosial
nizamı qoruyan hamidir. Eposda əcdad kimi funksiyalar yerinə yetirən Boz qurd, bilavasitə kosmoqonik aktın
iştirakçısı qismində təqdim edilir. Oğuznamə motivlərində şəkillənmiş Boz qurdun göy oğlu səciyyəsi, əski
qatlardan «Dədə Qorqud»a transformasiya olunaraq ilkin və ulu əcdad paralellərində status qazanmış və dağ,
torpaq, vətən hamisinə çevrilmişdir. Boz qurdun əcdadlıq missiyasını sübut edən ən əski mənbələrdən biri də
Göytürklərin yadigarı olan Buqut abidəsidir. Bu abidə üzərində Boz qurddan süd əmən qolları kəsik türk
uşağının təsvir edilməsi sonrakı epos yaradıcılığında əcdad, xilaskar obrazının (Boz qurdun) təcəssümünə
səbəb olmuşdur.Beləliklə, türk etnik-mədəni ənənəsində fəal yer tutmuş Boz qurdun, ulu əcdad timsalında icra
etdiyi funksiyalar müəyyən qədər üzə çıxmış oldu. Aydın oldu ki, bütövlükdə əcdadlar iyerarxiyasındakı
sakral varlıqların (Qorqud Ata, Boz qurd və s.) fəaliyyəti mifik zamanla bağlıdır. Və deməli, bu varlıqlar
demiurqlar, mədəni qəhrəmanlar kimi dünyanın yaradılması aktında iştirak edə bilirlər.
Ədəbiyyat
Ш ACALOV A., Mifologiya. Azərbaycan ədəbiyyatı tarixi, Bakı 2004.
Ш AFANASEVA V.K., Qilqames i Enkidu. Epiçeskie obrazı v iskusstve, Moskva 1979.
Ш ATALAY B., Divanü Luqati it-Türk. Ankara 1992.
Ш ATSIZ N., Türk edebiyatı tarihi, İrfan Yayınevi İstanbul 1943.
Ш BAHAEDDIN Ö., Türk mifolojisi, Ankara 1998.
Ш BAYAT F., Oğuz Epik ənənəsi və «Oğuz Kağan» dastanı, Bakı 1993.
Ш -----------, Korkut Ata. Mitolojiden Gerçekliğe Dede Korkut. Ankara 2003.
Ш BƏYDILI C., Türk mifoloji sözlüyü, Bakı 2003.
Ш Bozqurd, Azadlıq nəş, Bakı 1992.
Ш CAVAD H, Türklerin tarix və mədəniyyətinə bir baxış, CƏFƏRLI M (2001); Dastan və mif. Bakı 1993.
Ш DIRENKOVA N.P., Oxotniçiye leqendı kimandinsev. Sb. Muzeya antropoloqii i etnoqrafii. T. XI, M-L 1949.
Ш XƏLIL A., Mahmud Kaşqarlının «Türk dillərinin divanı kitabı»nda ədəbi mətnlər, Bakı 2001.
Ш İSMAYILOV H., Aşıq yaradıcılığı: mənşəyi və inkişaf mərhələləri, Bakı 2002.
Ш JEAN-PAUL R., Orta Asyada kutsal bitkiler ve hayvanlar, 2005.
Ш Kitabi-Dədə Qorqud, Əsil və sadələşdirilmiş mətnlər, Bakı 2004.
Ш KSENOFONTOV Q. B., Xrestes. Şamanizm i Xristianstvo, İrkutsk 1929.
Ш KOROQLI. X., “Alp Er Tonqa i Afrasiyab po Y. Balasaqini, M.Kaşqari i druqim avtoram”, Sovetskaya Turkoloqiya
Dergisi №4, 1970.
Ш MEŞERƏKOV A.N., Drevnyaya Japoniya. Buddizm i sintoizm, Moskva 1987.
Ш ÖZDƏK R., Türkün qızıl kitabı, Bakı 1992.
47 Füzuli Bayat, Oğuz Epik ənənəsi və «Oğuz Kağan» dastanı, Bakı, 1993, s. 51.
48 Age, s. 52.
49
Seyidov, age, s. 36.
104
Türk Epos Ənənəsində Əcdad Kultu
Ш RADLOF V.V., Obrazı narodnoy literature turkskix plemen. T. III, Sp. 1870.
Ш RZASOY S., Oğuz mifinin paradiqmaları, Bakı 2004.
Ш SEYIDOV M., Yar bayramı, Bakı 1990.
Ш -------- Bözi-qurt, Bakı 2006.
ш --- — Azərbaycan mifik təfəkkürünün qaynaqları, Bakı 1983.
ш ŞASTINA N.P., Sledı primitivnıx reliqiy v şamanskoy misterii, Moskva 1974.
Ш ŞÜKÜROV A., Mifologiya, Bakı 1997.
Ш TOĞAN Z. V., Oğuz destanı. Reşideddin Oğuznamesi, tercüme ve tahlili, İstanbul 1972.
Ш VƏLIYEV K., UĞURLU F., Oğuznamələr. Tərtibçilər və ön sözün müəllifləri, Bakı 1993.
Ш YEMELYANOV N., Sujeti olonxo o rodonaçalnikax plemeni, Moskva 1990.
ш Yusif Has Hacib. Kutadqu Bilig, Ankara 1959.
ш QALDANOVA Q.P., Dolamantskie verovaniya buryat, Novosibirsk 1987.
Ш QOR-OQLI, Turkmenskiy Qeroiçeskiy Epos, Moskva 1983.
105
Dostları ilə paylaş: |