36
Qoyun, quzu bir-birinə qarışar,
Qulplu qazanlardan qatıqlar daşar.
Böylə həyat içrə yüzdən cox yaşar
Zəhmətkeş dəliqanı bizim dağların.
Bəslədiyi kök quzulardan kəsər,
Bolluq içrə ömür sürər sərbəsər.
Boynun əyib çeşmələrdən su içər
Maralı, ceyranı bizim dağların.
Xırdaca-xırdaca yağar yağışlar,
Xəstə Vurğun bu dövranı alqışlar.
Möhtərəm qarelər
*
məni bağışlar,
Cavandır yazanı bizim dağların.
[1927]
*
Oxucular
37
MÜƏ LL ML K
Müəllimlik - bu bir incə sənətdir,
Bu yolu hər gedən olmalı incə.
Saralmaz bir çəmən o göyərincə,
Həyata pək yaxın bir məhəbbətdir.
Almanlar etmişdir çox kərə təkrar –
Mənimdir gələcək... müəllimim var...
Dinlə vətəndaşım! Belə bir şüar
Hər qəlbə tac verən bir fəzilətdir.
Qələlər, zindanlar, qorxunc diləklər,
Atəşli vicdanlar, çılğın ürəklər,
Üfqündə məbud
*
bir boşluq bəklər,
Baxdım keçmişlərə, bu həqiqətdir...
Ey göylər suları, sən boşalma, dol!
Tutduğun çiçəkli, reyhanlı bu yol
Hər qəlbə sevinclər vəd edər bol-bol...
Bu günün qayəsi çünki zəhmətdir.
1927, iyun
*
Məbud sözü burada sonsuzluq mənasında işlənmişdir.
38
ŞƏ
K
Dünki
*
bir lövhə ki, hər səmti viran,
Dünki bir sinə ki, başdan-başa qan.
Dünki hicranla, səfalətlə gülən,
O gülüşlərlə belindən bükülən
Yeni bir səhnədə cövlan edirəm,
Sisli, yağmurlu sokaklar
†
gedirəm.
Qəlbi yox, duyğusu yox, şir kimi nər
Bu yerin dağları hər gün bəzənər.
Bəzənər, sanki xəyalımla tanış,
Nə qədər fitri, gözəl bir yaranış
Ki, dəyişməm onu heç bir gözələ.
Bir zaman bəlkə də əllərdən ələ
Düşərək ömür eləmiş zillətlə.
Ə
ski, pək əski röya, bidətlə
‡
...
Həələ çaylardakı coşqun cərəyan,
Bana bir başqa xəyalatı bəyan
Ediyor. Böylə deyirlər ki, bu gün
Ucalır göylərə bir şanlı dügün.
Bən də təbrik edirəm iş bu halı,
Artacaq yurdumun əlbət cəlalı.
1927, iyul
*
Dünənki, keçmiş mənasında
†
Küçələr - çətin, əzablı yollar mənasında
‡
Etiqad, inam mənasında
39
ONDAN DA GÖZƏ LD R
Göylər ki, müləvvən
*
o şəfəqlərlə bərabər,
Dəryalara, səhralara min cilvə
†
sərasər-
Ə
rz etmədə, bilməm nə zamandan bəri aləm
Göylər deyə, göylər deyə çalxandı dəmadəm
‡
.
Çalxandı nəhayətsiz olan boşluğa əfkar
§
,
Ə
n sonra təbiətdəki hikmətlərə naçar,
Məruz olaraq enməyə bir cəbr ilə döndü,
Min dürlü ziya parladı, min ah ilə söndü.
Sönmək! O qaranlıq ki, çıxılmaz yolu var, ah!..
Ömrün sonu ad verdi bu mənalara
Allah! Allah! O nədir? Məncə təxəyyül cərəyani,
Görmək dilərəm, varsa görünsün o "əyani".
Atəş, su, bulud bir zaman Allah idi əlbət,
Heyhat! Onu məhv etdi xəyalən bəşəriyyət.
Dönmüş, o da dönmüş və dəyişmiş, bunu bildim,
ndiysə onun eşqini çirkab ilə sildim,
Sildim və inanmam ki, bunun hökmü əzəldir,
Torpaqlara can verməyim ondan da gözəldir.
1927, iyul
*
Rəngarəng, əlvan bəzənmiş, boyanmış mənasında
†
Gözəllik vermək, əlvanlaşdırmaq
‡
Daima, həmişə
§
Fikirlər
40
ORDA...
Uzaq, bu həyatdan uzaq bir yer var
Yaşıl dağlarında sərin bir ruzgar.
Orda nə qəm vardır, nə bəla vardır,
Desəm inanmazlar, etila
*
vardır
Ki, bütün varlığım, həp duyğularım,
Müxtəlif dərdlərim və qayğılarım
Orda, o ilahi çöhrədə gülər,
Qarşımda saraylar, taclar bükülər.
Həm də bidətlərdən
†
, dürlü imandan
Bir əsər görunməz, çünki hər yandan
Hər qəlbə müsavi
‡
məşəllər doğar,
Bütün məsləkləri bir məslək boğar:
Bu isə yaşamaq, həm yaşatmaqdır,
Yarınkı dünyaya bu gün çatmaqdır.
1927, iyul
*
Ucalıq, yüksəklik
†
Etıqad, inam
‡
Bərabər
41
SALYAN GÖZƏ L
Mənə hər gün bu yaxın pəncərədən
Dəli bir gözlə baxırsan, bu nədən?
Yoxsa qəlbimdəki gizlin əməli
Bəlkə bilmişsən, a Salyan gözəli!
ndi bil söyləyirəm mən də açıq,
Səni görmək dilərəm, yollara çıx!
Çıx ki, arxanca mən eyvah eləyim,
Sonra əhvalımı izhar eləyim,
Sən qərib, mən də qərib... yox yananım,
dərd qananım...
Yenə mhum dəli, yurdsuz kələbək
*
Kimi izlər sən torpaqda çiçək.
Mənə dünyada bu cür ənı göyçək,
Ə
n gözəl qüvvə ki, parlar bədənin,
Belə derlər ki, xəyalında sənin
Bir çocuq var... onu at! Ey gözəlim!
Sənə layiq deyil, əlbət, o çocuq.
[1927]
*
Kəpənək
Dostları ilə paylaş: |