45
zamanı uzadır. Bu baxımdan ulduzlar sisteminin zamanları var.
Hər bir ulduz sisteminin (Günəş sisteminin)öz zamanı var.
Həmin zaman sistemin mərkəzində dayanan enerji ilə müəyyən
olunur.
“Sıfır zaman” –“zamansızlıq“ yoxdur”. Yəni, əslində var.
Zaman mütləqdir. (Bir planet daxilində. Ola bilər ki, nisbi
hərəkətdə olmayan bərk materiya üçün “sıfır zamanı” var. Bu
da mütləq deyil. Çünki, hər bir bərk materiya Günəşlə-enerji ilə
təmasda olduğundan zamana malikdir. Bərk materiyanın da
çevrilmələri olur. Məsələn, qaya parçası Günəşin və ətraf
aləmin digər elementlərinin təsirindən dəyişə bilir. Deməli,
qaya üçün zaman var. Tərkib və forma dəyişməsi var). Bərk
materiya üçün sıfır zaman Günəşə yaxınlıqdır və Günəşin
özüdür. Zaman burada çevrilmələr yarada bilir. Deməli, enerji
mənbəyi “sıfır” zamanında olur. Günəş sıfır zamanıdırsa,
deməli, hardasa, zamanları yaradan və yaxınlıq və uzunluğu
birləşdirəndir.
Sıfır zamanı, qeyd etdik ki, materiyanın hərəkətinin nisbi
sonunda olur. Yəni, Günəşdə bir element xassəsini dəyişir və
kosmik fəzaya və planetlərə doğru yönəlir. Bu anda da çevrilir.
Günəşə yaxınlaşdıqca zaman qısalır, Günəşdən uzaqlaşdıqca
zaman uzanır. Onda koordinatlar üzrə (“-”, “+” sıfır “0”
zaman elə Günəşin özüdür. Günəşin sıfır zamanına mütləq
sıfır zaman deyək.
Kainatda, hələlik deyək ki, zamansızlıq “yoxdur”.
Çünki
zaman
elə
elementin
özündədir.
Ancaq
qalaktikaların sərhədləri şübhələr yaradır. Ola bilər ki,
zamansızlıq məhz burada –enerjidən ən sərhədlərdə ola
bilsin. Sərhədlərdə hərəkətin mənfiliyi çox ola bilər. Yəni
zaman olmaya bilər). Çünki hərəkət vardır, mütləq
hərəkətsizlik yoxdur. Məhz qalaktikalar və ulduzlar sistemi
daxilində mütləq hərəkətsizlik yoxdur. Tam zamansızlıq tam
46
hərəkətsizlikdir. Deməli, zaman əslində elementlərin nisbi və
mütləq hərəkətlərində olandır.
İ
kinci aspektdə izah etsək, belə qənaətə gələ bilərik ki,
“sıfır zamanı”nı (riyazi koordinatlarda “qarşı-qarşıya” olan
zaman) hərəkətlə hərəkətsizliyin (tam hərəkətlə nisbi dayanan
hərəkətin qarşılaşması) sükunət halında da şərti olaraq
axtarmaq olar. Məsələn, bir planet Günəşə yaxındır, digəri
uzaqdır, burada zaman da fərqlidir. Yaxın və uzaq planetin
qarşılşmasına şərti sıfır qoya bilərik. Günəşdən başlayaraq (düz
xətt boyunca onun sisteminin sərhədlərinə doğru) başlanğıc
koordinat nöqtəsi qoysaq, onda, belə qərara gələ bilərik ki,
Günəşə doğru zaman qısalır. Yəni, “+”-larda zaman qısalır.
Elementin “ömrünün sonuna” yaxınlaşır. Şərti “0”
nöqtəsindən sola doğru, yəni, “-”-larda isə zaman uzanır.
Yəni, elementin ömrü uzanır. Bu da çevrilmələrdir. (Bizim
insan aşkar olunan Günəşin başqa planetində Yerdəki kimi
mövcud ola bilməz). Bu uzanma Günəş sisteminin müstəvi
üzrə ən son sərhəddinə qədər baş verir. Onda, ehtimalla
belə qənaətə gəlmək olur ki, Günəşdən uzaqda olan
planetlərin ömrü daha uzun, yaxındakı planetlərin ömrü
isə qısa ola bilər.
Məsələn, Yerin zamanı ilə Marsın və digər planetlərin
zamanı eyni deyil. İki planet arasında zaman koordinatında
“sıfıra gəlmə” (uzun zamanla yaxın zamanın müəyyən
koordinatlarda qarşılaşması) var. Deməli, “sıfır zaman” var
və bu nisbidir, koordinata bağlıdır. Mütləq sıfır isə
ümumiyyətlə iki sistemin sərhəddidir. Bu sərhəd varsa, deməli,
həmin sərhəd tamam qaranlıqdır. Mütləq qaranlıq isə mütləq
hərəkətsizlikdir, heçlikdir. Bu da tam məkansızlıqdır.
Mənfi zaman varsa da, o soyuqluqdur. Enerjisizlikdir,
xəyali olaraq “o”-dan xətt üzrə soladır, yaxud da aşağıdır. Uzaq
enerjisizlikdə zaman çox uzundur. Günəşdən uzaq məsafədə
zaman onun yaxınına nisbətən çox uzundur. Bu baxımdan
47
bizim hesab etdiyimiz zaman digər planetlərin zamanı ilə eyni
ola bilməz. Buradan da belə bir nəticə ortaya çxıır ki, zaman
enerjidir və enerji olduğuna görə də elementin sürətinə,
hərəkətinə bağlıdır. Bir daha qeyd etmək olar ki, Günəşə çox
yaxın planetin zamanı daha qısadır, çünki materiya öz xassəsini
çevriməyə daha yaxındır.
Kainatda hərəkət tükənməz olduğundan zaman da tükən-
məzdir. Kainatın mütləq hərəkətsiz yeri varsa, o da onun
mütləq zamansız yerdir ki, bu da mütləq məkansızlığa gətirib
çıxarır.
Kainatda ona görə hərəkətlər tükənmir ki, burada cisimlər
daha çox dairələr üzrə dövr edirlər, təkrar çevrilmələr baş verir.
Bir koordinatdan tez-tez keçirlər. Deməli, zaman sonsuzdur.
Kainat zaman fərqlərindən ibarətdir. Vahid kainat zamanı
içərisində müxtəlif təbiət (planet) zamanları vardır.Bu baxım-
dan makrokosmosda zaman şərti və mütləq koordinatlarda
görünən –ardıcıl-təkrar olaraq görünən- eyni cismin eyni
nöqtədə -məkanda-görünməsinin ədədlə hesablanmasıdır.
Buradan belə çıxır ki, hər bir nöqtə və məkan bir zamandır.
Çünki hər ikisi elementdir. Deməli, zaman əslində elementin
özündədir və təbiətin zamanı elementlərdədir. Belə qəbul
etmək olar ki, kainat yoxdursa, element də yoxdur, məkan
və zaman da yoxdur. Kainat müxtəlif zamanlardan
ibarətdir.
Nəticələr:
-Günəş vahid olaraq mütləq sıfır zamandır-başlanğıc və
son zamandır, zamanı yaradandır. Günəşə yaxın zaman
qısalır, uzaqlaşmaq isə zamanı uzadır ;
-enerji sistemləri sərhədləri mütləq sıfır zamanlarıdır.
Tam enerjisizlik tam zamansızlıqdır, ya bərk, ya da heçlik
fonunda;
Dostları ilə paylaş: |