10
Quba-
Xaçmaz
Şə
ki-
Zaqatala
Daqlıq
Ş
irvan
7,00
8,80
6,90
8,1
10,2
8,0
407,3
499,0
233,3
5,4
6,7
3,1
129,1
129,8
66,5
31,7
26,0
28,5
278,2
369,2
166,8
-1,2
-2.4
-0,8
58
57
34
qtisadi rayon ölkənin şərqində, Xəzər dənizinin sahillərində, çox əlverişli CM-
də yerləşir. Respublikanın müstəqillik əldə etməsi, Xəzərin Azərbaycana aid olan
hissələrində olan yeni neft yataqlarının istismarı bu regionun strateji mövqeyini
gücləndirmiş və dünya təsərrüfatında əhəmiyyətini artırmışdır.
Şəhər əhalisinin xüsusi çəkisinə, şəhər yaşayış məntəqələrinin sayına (burada
olan 50 ş.t.q. hesabına), ərazinin mənimsənilməsinə, əhalinin sıxlığına, istehsalın
təmərgüzləşməsinə, infrastruktur sahələrinin inkişaf səviyyəsinə və s. Digər sosial-
iqtisadi və demoqrafik göstəricilərə görə Abşeron başqa iqtisadi rayonlardan irəlidə
durur.
Ərazinin təpəlik relyefi, burada sürüşmələr baş verməsi onun
mənimsənilməsində müəyyən problemlər yaradır. Neft, təbii qaz, mişar daşı,
ə
həngdaşı, sement xammalı, kvars və tikinti qumları Abşeron əsas yeraltı
sərvətləridir. Burada olan aqroiqlim şəraiti quru subtropik meyvələr, üzüm, bostan
məhsullarını yetişdirilməsi üçün əlverişlidir. qlim-balneoloji şərait Xəzərin
sahilləri boyu çimərliklər, kurort-sanotoriya zonalarının yaradılmasına imkan verir.
Yayda isti və tozlu tropik hava axınlarının regiona daxil olması ilə əlaqədar
havalar həddən artıq qızır və quru olur. l boyu şimal-şərqdən xəzri əsməsi burada
yaşayışı çətinləşdirən amillərdən biridir. qlimin quraqlığı və şirin suyun
çatışmaması ilə əlaqədar Bakının ətraf sahələrinin, xüsusilə Qobustanın
mənimsənilməsi və bu sahələrdə şəhərətraflı təsərrüfatın yaradılması mümkün
olmur.
1917-ci ildə Şollar düzündən Bakıya ilk su kəməri çəkilmişdir. 1932-ildən Samur
çayının suyu regiona Samur-Abşeron kanalı ilə gətirilir. 1970-ci ildə isə Kür
çayından Bakıya yeni su kəməri çəkilib. Bir neçə istiqamətdən Abşerona su xətti
çəkilsədə hələlik burada çirin su ilə təminat problemi həll edilməmişdir.
qtisadi rayonda olan palçıq vulkanları, mineral bulaqlar və şorsulu göllərin
müalıcə əhəmiyyəti böyükdür.
Neft-qaz hasilatı, onların emalı, neft-kimya, kimya, elektroenergitika,
metallurgiya, maşınqayirma (xüsusi ilə neft maşınqayirması və elektrotexnika)
Abşeron iqtisadi rayonunda ağır sənayenin əsas sahələridir. Bunlardan başqa
Abşeronda kənardan gətirilən xeyli miqdarda qara və əlvan metal, ağac, tikinti
materialları, yüngül və yeyinti sənayesi xammalları emaldan keçirilir. Ölkənin
sənaye müəssisələrinin 2/5-si burada cəmlənir.
Abşeron iqtisadi rayonunda kənd təsərrüfatının əsasını şəhərətrafı təsərrüfat
kompleksinə daxil olan südlük-ətlik maldarlıq, quşçuluq, tərəvəzçilik, bostançılıq,
11
üzümçülük və quru subtropik meyvəçilik təşkil edir. Zeytun, zərəfan, badam,
püstə, əncir, ağ və qara şanı üzüm sortları, qarpız burada becerilən mühüm kənd
təsərrüfat məhsulları sırasına daxildir.
qtisadi rayonda olan sənaye müəssisələrinin əsas hissəsi Bakı-Sumqayıt sənaye
qovşağında yerləşir.
Bakı – Azərbaycanın paytaxtıdır. Bakı təkcə iqtisadi rayonun yox, həmdə
respublikanın mühüm sosial-iqtisadi, mədəni, ticarət-paylayıcı mərkəzi və
nəqliyyat qovşağıdır. VIII əsrdən şəhər sayılan Bakının əhalisi hazırda qəsəbələrlə
birlikdə 2 milyon 354 min nəfərdir (2011-ci ilin məlumatı).
lkin dövrlərdə qala kimi salınmış şəhər bu gün təbii sərvətlərin, xüsusilə quruda
və dənizdə olan neft-qaz ehtiyatlarının istismarı və emalı əsasında inkişaf edir.
XIX əsrin 70-ci illərindən neftin sənaye üsulu ilə hasilatı, XX əsrin 20-30-cu
illərindəki sənayeləşmə dövründə və sonrakı illərdə burada güclü neft
maşınqayirması, elm, tədris müəssisələrinin yaradılması, kənardan gətirilən
xammalların emal edilməsi üçün yeni istehsal obyektlərinin tikilməsi şəhərin
büyüyüb-inkişaf etməsində xüsusi rol oynamışdır. Respublikada əhəmiyyətli sosial
infrastruktur obyektləri, dövləti idarəetmə orqanları, xarici ölkələrin və şirkətlərin
numayəndəlikləri burada cəmlənir.
Azərbaycanın Xəzər dənizi hövzəsində olan ölkələrlə dəniz əlaqələri, dünyanın
ə
ksər ölkələri ilə hava əlaqələri Bakı nəqliyyat qovşağı vasitəsilə həyata keçirilir.
Respublika daxilində olan dəmir və avtomobil yolu əlaqələri də bu nəqliyyat
qovşağı vasitəsilə mümkün olur.
Şəhərdə 1967-ci ildən metro fəaliyyət föstərir. Bakının ətrafındakı Binə
qəsəbəsində yerləşən beynəlxalq təyyarə limanı Azərbaycanın xarici ölkələrlə hava
nəqliyyatı əlaqələrini təmin edir.
Sumqayıt – Bakıdan 35 km aralıda yerləşir.Şəhərin əhalisinin sayı 325.237min
(2013-cü ilin məlumatı) nəfərdir. Bakı kimi iri sənaye mərkəzinə yaxınlıq onun
inkşafına kömək edir. Sumqayıta 1949-cu ildə şəhər statusu verilmişdir. Sumqayıt
Bakıda istehsal müəssisələrinin həddən artıq təmərgüzləşməsinin qarşısını alır,
paytaxtın neftqayırma zavodlarından alınan xammalları tam emal etməklə regionda
kimya və neft-kimya kompleksini formalaşdırır. Sumqayıtda neft sənayesinə
xidmər edən boru-prokat zavodu, alüminium zavodu, yüngül və yeyinti sənayesi
müəssisələri, həmçinin sosial infrastruktur obyektləri vardır.
qtisadi rayona daxil olan Abşeron rayonun mərkəzi Xırdalan şəhər tipli
qəsəbəsi, Xızı rayonunun mərkəzi eyni adlı şəhər tipli qəsəbədir. Xızı rayonunun
yaradılması ilə (1990-cı il) burada Altıağac, Giləzi, Şurabad kimi məntəqələrə
şə
hər tipli qəsəbə statusu verilmişdir. Böyük Qafqazın təbii-iqtisadi zonasında olan
şə
hər yaşayış məntəqələri cədvəl 2-də verilmişdir.
Cədvəl 2
qtisadi r-nlar,
məntəqələr
Ə
halisi
min nəfər
Status
aldığı tarix
qtisadi r-nlar,
məntəqələr
Əhalisi
min nəfər
Status
aldığı tarix
Abş
eron
Bakı
Sumqayıt
Xırdalanş.t.q.*
2mln354
325,237
94,6
VIII əsr
1949
1936
Şə
ki-
Zaqatala
Şə
ki
Zaqatala
177.487
121.394
1940
1940