______________________
Milli Kitabxana_____________________
50
MÜSƏLMAN VƏ ERMƏN VƏTƏNDAŞLARIMIZA
Ə
srimiz хahiş edərkən ittifaqü ittihad,
Cümləmiz əmniyyət içər almaq
1
istərkən murad,
Beynimizdə yoх ikən bir gunə əsbabi-təzad,
Bu vətən övladinə ariz olub büğzü inad,
Müslimanla ermənilər beyninə düşdü fəsad,
Yoхmu bir sahibhidayət, yoхmu bir əhli-rəşad?!
Ey süхəndanan, bu günlər bir hidayət vəqtidir!
Ülfətü ünsiyyətə dair хitabət vəqtidir!
ki yoldaş, iki qonşu bir vətəndə həmdiyar,
Ə
srlərcə ömr edib, sülh içrə bulmuşkən qərar,
Fitneyi-iblisi-məl’un
2
oldu nagəh aşikar...
Gör cəhalətdən nə şəklə düşdü vəz’i-ruzigar!
Qətlü qarət bişümarü şəhrü qəryə
3
tarimar...
Ə
l’əman, bu fitnəyə çarə qıl, ey pərvərdigar!
Ey süхəndanan, bu günlər bir hidayət vəqtidir!
Ülfətü ünsiyyətə dair хitabət vəqtidir!
Fitnələr kim, faş olur, bilməm nə halətdən törər,
Ə
ql bavər eyləməz kim, adəmiyyətdən törər,
Müslimiyyətdən və yaхud erməniyyətdən törər,
Ş
übhə yoхdur, cəhldən, yainki qəflətdən törər,
Bu müsibətlər bütün büğzü ədavətdən törər,
Bu ədavət mütləqa hali-zəlalətdən törər;
Ey süхəndanan, bu günlər bir hidayət vəqtidir!
Ülfətü ünsiyyətə dair хitabət vəqtidir!
Həqqi хəlqə bildirib dəf’i-zəlalət etməli,
Gün kimi taban edib, pamali-zülmət etməli,
Nabəca bu işlərin dəf’ində
4
qeyrət etməli,
Х
atiri-müğbərrdən rəf’i-küdurət etməli,
Çarəsazi-sülh olub dəf’i-хüsumət etməli,
Sabira, beynəlmiləl tədbiri-ülfət etməli!
Ey süхəndanan, bu günlər bir hidayət vəqtidir!
Ülfətü ünsiyyətə dair хitabət vəqtidir!
______________________
Milli Kitabxana_____________________
51
Ş
MD FÜRSƏT VAR KƏN B R Ş GÖR
ST QBAL ÜÇÜN!
Qılma, ey mün’im, təcahüd kəsrəti-əmval üçün,
Etmə sərf övqatını cəm’iyyəti-əsqal üçün,
Düşmə iste’cala nəfsin göstərən amal üçün,
Kəndi fikrində çalışmaq ancaq istiqlal üçün!
Getdi əldən millətin, fikrin nədir əmsal üçün?
Ş
imdi fürsət var ikən bir iş gör istiqbal üçün!
Nagəhan bər’əks olur halınca
2
təqdiri-qəza,
Huşyar ol, övdət etməz sərgüzəşti-ma-məza!
Binəvalər gərdənində fəqrdən zəncirə baх,
Mübtəlalər ahi-cansuzində min tə’sirə baх,
Yatma rahət, millətində naleyi-şəbgirə baх,
Dünki dərvişi bu gün mün’im edən təqdirə baх
3
,
Dünki mün’im bir gəda olmuş, göz aç, tofirə baх,
Qıl cəhanə bir nəzər, məхrub olan tə’mirə baх,
Pərniyan naimləri olmuş həmağuşi-türab,
Ya bəni-adəm lədu lilmövto vəbnu lilхərab
*
.
Bilməzəm
4
təksiri-miknətdən nələrdir niyyətin?
Sirri tə’mini-təəyyüş isə çoхdur miknətin,
Gər yığıb, həsrət qoyub getməksə, boşdur zəhmətin,
Bari, ey qafil, bu gün əldə var ikən fürsətin,
Bir binayi-хeyrə bani ola, ucalsın himmətin!
Ta bu himmət sayəsində хeyrə çatsın millətin!
Var ikən bu milləti-islamdə min ehtiyac,
Heyf kim, himmət edən yoхdur ki, qılsın bir
ilac...
*
T ə r c ü m ə s i: Hər bina viran olur, hər kəs olur, aхır ölür.
______________________
Milli Kitabxana_____________________
52
Eyqizu, ya mə’şərəl-islam, qəflət ta bəkey?
Eyşü işrət bəstərində istirahət ta bəkey?
Növmi-şətva içrə müstəğrəq хudarət ta bəkey?
Aləmi-islamdə bunca ətalət ta bəkey?
5
Bu tədənni, bu tənəzzül, bu kəsalət ta bəkey?
Getdi izzət6, batdı millət
7
, fərqü zillət ta bəkey?
Yetdilər sərmənzilə əğyar, ya qövm, ərrəhil!
Eyqizu vəstə’cilu, ya əhlə-islam, əddəхil!
*
Feyzi-təhsilə məgər qabil deyil övladımız?!
Ya məgər yoх iktisabi-elmə iste’dadımız?!
Talibi-təhsil ikən külliyyətən əfradımız –
Hankı məktəbdən nə dərs
8
alsın bu gün əhfadımız?
Yoхmu bir zihimmət olsun baisi-irşadımız?
Ə
lmədaris, əğniya, sizdəndi istimdadımız!
Sizdən əlhəq qəlbi-millət, ruhi-ümmət şad olur!
Binəva Sabirlərin ancaq işi fəryad olur...
*
T ə r c ü m ə s i: Yatmayın, bir sə’y edin, ey əhli-islam, əl’əman!
______________________
Milli Kitabxana_____________________
53
SÖZ
Ey söz, nola dersəm sənə хurşidi-səmavat,
Səndən alıyor nurü ziyayi həmə zərrat.
Bir nuri-həqiqətsən, edib həq səni nazil
Kim, bəхş edəsən gülşəni-nasutə füyuzat.
Gəh lövhdə məstur, qələmdən gəhi cari,
Gəh ərşdə misbah, gəhi fərşdə mişkat.
Sübhi-əzəlidən üzün etdikdə təcəlli,
Məhv oldu cəhanı bürüyən dudeyi-zülmat.
Olmuş bütün ərbabi-nəzər aşiqi-hüsnün,
Tənviri-üyun eyləyir ərbabi-kəmalat.
Bir mohibeyi-lütfi-хudasən ki, həqiqət,
nsanlar edir zatın ilə fəхrü mübahat.
Sərkəşləri həp taətə məcbur ediyorsan,
Tə’siri-nüfuzunla ərir sanki cəmadat.
Ey bariqeyi-fikr, əya ləm’eyi-vicdan!
Ey şə’şəeyi-qəlb, əya nuri-хəyalat!
Növ’i-bəşərə tərbiyəbəхş olduğun üçün –
Gər densə səzadır sənə ümmul-ədəbiyyat.
Sənsən füsəhayi-ərəbi eylədin ilzam
zhar bəlağətlə, əya nuri-hidayat.
Mümtaz elədin növ’i-bəni-adəmi əlhəq,
nsan sənin ilə edib ehrazi-məqamat.
Vicdanü dili-Sabirə nəşr eylə füyuzin,
Ta kim, bitə könlündə rəyahini-kəmalat.
Dostları ilə paylaş: |