19
hesablanması sabit və dəyişkən bölgü üzərində aparılır. Bu formada qruplaşmaların
ə
sas kriteriyaları məhsul buraxılışı həcminin dəyişilməsindən olan asılılığıdır.
202 « stehsalat məsrəfləri» hesabının debetində bilavasitə məhsul buraxılışı,
yerinə yetirilən iş və göstərilən xidmətlərlə əlaqəli birbaşa, digər sözlə desək
müstəqim məsrəflər, köməkçi istehsalatların xərcləri, istehsala xidmət və onun idarə
edilməsi ilə əlaqədar qeyri-müstəqim xərclər və istehsal zayından əmələ gələn itkilər
yazılır.
202 « stehsalat məsrəfləri» hesabının krediti üzrə istehsalı başa çatmış
məhsulun yerinə yetirilmiş iş və xidmətlərin faktiki maya dəyərinin məbləği əks
etdirilir. Bu məbləğlər 202 " stehsalat məsrəfləri" hesabının kreditindən 204 «Hazır
məhsul», 601 «Satış», hesablarının debetinə yazılmaqla silinir.
202 « stehsalat xərcləri» hesabı üzrə hesabat ayının sonuna olan qalıq
bitməmiş istehsalın dəyərini göstərir.
Hazır məhsulun satılması ilə əlaqədar sərf olunan məsrəflərin cəmini təşkil
etməklə, bilavasitə malsatan müəssisə tərəfindən ödənilən xərclər "kommersiya
xərcləri" adlanır. Kommersiya xərcləri istehsal olunmuş məhsulun istehsal maya
dəyəri daxil olmaqla, onun tam maya dəyərini yaradır.
Kommersiya xərclərinə aşağıdakılar aid olunur:
Hazır məhsul satışı zamanı anbarlarda taralaşdırılması və qablaşdırıl-
masına sərf olunan xərclər. Bu xərclərə bilavasitə kənar müəssisələrdən
alınan tara xərcləri, hazır məhsulun qablaşdırılması ilə əlaqədar olaraq
kənar müəssisələrin xidmət xərcləri, özünün tara sexinin hazırladığı
taralara sərf olunan xərclər, qablaşdırma ilə əlaqədar materialların dəyəri
və işçi heyətinə ödənilən əmək haqqı və s. daxildir;
Nəqliyyat xərcləri. Məhsulun daşınması ilə əlaqədar olan xərclərdir
(malların alıcıya yüklənməsi ilə əlaqədar olaraq dəmir yolu stansiyasına,
limana daşınması onların vaqonlara, gəmilərə yüklənməsi və avtonəq-
liyyat-ekspedisiya xərcləri);
20
Marketinq xə rclə ri. Müəssisənin marketinq xidməti ilə əlaqədar
olan xərclər;
Reklam xərcləri (televiziya, radio və kütləvi mətbuatda məhsulun
reklamı ilə əlaqədar xərclər, prospektlərin, kataloqların buraxılması,
yarmarka və digər bu kimi xərclər);
Digər vasitəçi təşkilatlara satışla əlaqədar ödənilən xərclər;
Sair xərclər.
Kommersiya xərclərini hesablar planında uçotda əks etdirmək üçün 711
«Kommersiya xərcləri» hesabı nəzərdə tutulmuşdur. Bu hesab məhsul satışı ilə
ə
laqədar xərclər haqqında məlumatları ümumiləşdirmək üçün istehsal müəssisələri
tərəfindən istifadə edilir. «Kommersiya xərcləri» hesabı aktiv hesabdır. Onun
debetində müəssisənin satışla əlaqədar çəkdiyi xərclər cəmlənir, çəkilmiş xərclərin
növündən asılı olaraq bu hesab debet üzrə aşağıdakı hesabların krediti ilə
müxabirləşir .
Xə rclə rin tə rkibi
Hesabların ş ifrə si və adı
1. Məhsul qablaşdırılması üçün sərf olunan
tara və qablaşdırıcı materialların dəyəri
201 – "Material ehtiyatları"
2. Qablaşdırma, yüklənmə və kommersiya
xidməti işçilərinin əmək haqqı
533 – "Əməyin ödənişi üzrə işçi
heyətinə olan borclar"
3. Müəssisənin öz nəqliyyatı ilə məhsulun da-
ş
ınması xərcləri
202 – " stehsalat məsrəfləri"
4. Məhsulun kənar təşkilatların nəqliyyatı ilə
daşınması xərcləri
431 – "Malsatan və podratçılara
uzunmüddətli kreditor borcları"
531 – "Malsatan və podratçılara
qısamüddətli kreditor borcları"
5. Komisyon rüsumlarına ödəmələr və digər
ticarət-vasitəçi xidmət xərcləri
221 – "Kassa"
223 – "Bank hesablaşma hesabları"
21
1.2 Müə ssisə nin gə lir və xə rclə rinin tanınması qaydaları
Bu zaman onların tədqiqatında bir sıra məsələlərə diqqət yetirilməlidir.
Bildiyimiz kimi gəlirlər müəssisə aktivlərinin əldə olunması zamanı müəssisənin
iqtisadi fayda əldə etməsidir. Sahibkarların müəssisə fəaliyyətində əsas məqsədi gəlir
(mənfəət) əldə etməkdir. Gəlirlər mahiyyət etibarilə aktivlərin artmasına və
öhdəliklərin azalmasına birbaşa təsir edir. Bu zaman kapitalın artımı baş verir və bu
artımın mülkiyyətçilərin paylarına heç bir təsiri yoxdur. Müəssisənin əsas gəlir
mənbəsi məhsul və xidmət satışından gəlirlərdir. Lakin bununla yanaşı valyuta
mübadiləsi, icarə, və s. bunun kimi sahələr də gəlir mənbəsi hesab edilir. Gəlirlər
özlüyündə adi fəaliyyətdən əldə olunan gəlirlərə və sair gəlirlərə bölünməkdədirlər.
Gəlir əməliyyatları hesablama metodunun tətbiqi zamanı nağd daxil olan
gəlirlərə və hesablanmış gəlirlərə bölünür.
Nağd daxil olan gəlir əməliyyatının qeydiyyatı mahiyyət etibarı ilə mal və
xidmətin təqdimatilə ödənişin üst-üstə düşməsi zamanı olan əməliyyatlar hesab
olunur.
Gəlirlərə aid olunan məsələlərdən biri də onların keyfiyyətidir. Gəlirlərin
keyfiyyəti, onun həqiqi, real və normal iqtisadi fəaliyyətinin nəticəsi ilə müəyyən
edilir. Əgər gəlirlər iqtisadi artım, optimal xərclər, səmərəli təsərrüfatçılıq nəticəsində
yaranmışdırsa, onda həmin gəlirlər keyfiyyətli hesab olunur. Lakin əgər gəlirlər
qiymətlərin əsassız səbəblərdən artırılması, müqavilə şərtlərində xətalara yol
verilməsi və s. neqativ hallar nəticəsində əldə edilirsə, onlar əsassız və keyfiyyətsiz
gəlirlər adlandırılır.
Gəlirlərdən danışıldığı zaman diqqət yetiriləcək anlayışlardan biri də gəlirlərin
kapitallaşmasıdır. Gəlirlərin kapitallaşması gəlirin hamısının və yaxud bir hissəsinin
kapitala çevrilməsidir. Gəlirlərin kapitallaşması adətən aşağıdakı istiqamətlər,
ə
məliyyatlar üzrə aparılır:
a)
stehsalın inkişafı ilə əlaqədar xalis mənfəətin kapitallaşması;
Dostları ilə paylaş: |