3
Elmi redaktorları:
Afət Güləliyeva
siyasi elmlər üzrə fəlsəfə doktoru;
Cavid İsmayıl (Cabbaroğlu)
tarix üzrə fəlsəfə doktoru
Rəyçilər:
Kərəm Məmmədov
siyasi elmlər üzrə fəlsəfə doktoru, dossent;
Pərvanə İbrahimova
siyasi elmlər üzrə fəlsəfə doktoru
E.M.Nəsibov. Gələcək dünya düzəni və geosiyasi mənzərə. Siyasi proqnozların
ə
sasları. Ümumi hissə. I kitab. Bakı, “Elm və təhsil ” nəşriyyatı, 2013, 544 səh.
Kitabda dövlətlər daxilində mövcud olan sosial və siyasi tərəflər, bu baxımdan subyektlər
arasında münasibətlərin tənzimlənməsi və beynəlxalq münasibətlər sferasında –dünyada siyasi
düzənin ( siyasi nizamın) mövcud və gələcək əsasları şərh edilir. Düzən anlayışının idarəçiliklə
asılılığının əsasları təhlil olunur. Mövcud dünya düzəninin formalaşmasında böyük güc
mərkəzlərinin rolu göstərilir. Belə qənaətə gəlinir ki, dünya düzəninin formalaşması realizm və
idealizm prinsiplərinin qovuşmasından meydana gələn vəhdətlik məzmunu ilə müəyyən edilir.
Böyük dövlətlərin strategiyasında kiçik dövlətlərin özlərinin maraqlarının mövcudluğu amili də
nəzərə alınır. Ümumiyyətlə, dünya siyasəti strategiyasının müəyyən edilməsi başlıca olaraq qlobal
və regional maraqlara, daxili və beynəlxalq mənafeyə söykənir. Kitabda gələcək dünya düzəni ilə
bağlı ehtimallar əsasında bəzi fikirlər irəli sürülür. Belə qənaətə gəlinir ki, mövcud dünya
düzənində olduğu kimi, XXI-XXII əsrlər dünya düzəninin əsas istiqamətlərinin təmin edilməsi də
böyük dövlətlərin, böyük xalqların baza maraqlarına bağlı olacaqdır. Böyük dövlətlər realizm-
idealizm baxışları əsasında dünyada ayrı-ayrı coğrafi-siyasi nüfuz dairələri yaradacaqlar. Çox
güman ki, bu nüfuz dairələri daha çox humanist əsaslı inteqrasiya məkanları kimi əhəmiyyət kəsb
edəcəkdir. Gələcək dünya düzəni və siyasi mənzərə yenə də “siyasi heliosentrizm” prinsipləri ilə
formalaşacaqdır. Lakin “insanlıq” ideologiyasının güclənməsindən irəli gələrək, dövlətlər
arasında mübarizə zamanı siyasi konfrontasiya daha çox gizli olacaq və cəmiyyətlərdə hiss
olunmayacaqdır və bu nöqteyi-nəzərdən də mədəni-siyasi rəngarənglik dünya siyasətinin
mahiyyətində geniş yer alacaqdır. Bütün dünya sürətli inteqrasiya şəraitində inkişaf edəcəkdir ki,
bu da dünyanın bütövlüyü prinsiplərini qoruyub saxlayacaqdır. Böyük dövlətlərin maraqlarının
kəsişdiyi zonalarda-düzənin geosiyasi “çatlarında” müəyyən müddətlərdə böhranlar,
münaqişələr, eləcə də müharibə risqləri ortaya çıxacaqdır. Çox güman ki, çalışılacaqdır ki,
“çatlar” hesab edilə bilən ərazilər dostlaşmaq məkanlarına, xətlərinə, qurşaqlarına çevrilsin.
Buna görə də XXI-XXII əsrlərdə qlobal müharibələrin baş verməsi ehtimalları minimum
səviyyədə olacaqdır.
Kitab elmi və publisistik əsaslarla şərh edilən müddəalardan ibarətdir. Bu baxımdan da
beynəlxalq münasibətlər, ölkəşünaslıq, regionşünaslıq üzrə çalışan mütəxəssislər, tədqiqatçılar,
publisist jurnalistlər, siyasətçilər, müəllim və tələbələr, dövlət məmurları üçün faydalı ola
bilər.
2012
098
93
3701000000
−
−
N
qrifli nəşr
978- 9952- 8176- 5- 2
978-9952-8176-5-2
@ Nəsibov E.M., 2013