20
Müəssisə fəaliyyətinin maliyyə nəticəsinin (mənfəətin, zərərin) həcmi
müəyyən dövr ərzində təsərrüfat subyektində həyata keçirilən bütün əməliyyatların
nəticələrini uçota almaq və balanslaşdırmaqla təyin edilir. Hesabat dövründə
aparılan cari uçotda isə alınan gəlirlər və xərclər aşağıdakı qruplara bölünür:
1)
adi fəaliyyət növlərinin maliyyə nəticələri (mənfəət, zərər), yəni məhsul
və malların, yerinə yetirilən işlərin, görüləni xidmətlərin satışından alınan mənfəət
yaxud zərər;
2) ə
sas vəsaitlərin və məhsul və mallardan fərqlənən digər aktivlərin pul
vəsaitindən xarici ölkə valyutasından başqa) satışından mənfəət;
3)
satış prosesi ilə əlaqədar olmayan maliyyə-təsərrüfat əməliyyatlarından
gəlirlər və xərclər;
4)
mənfəətin bölüşdürülməsi qaydasında büdcəyə ödəmələrlə əlaqədar
xərclər.
Yuxarıda sadaladığımız gəlir və xərclərin yekun məlumatı xüsusi kapitalın
artması (azalması) nəticəsini göstərir.
Məhsul (iş və xidmətlər) və digər aktivlər gəlirlərə dair göstərici satışın
nəticələrini qiymətləndirmək üçün istifadə olunan əsas göstəricidir.
Məhsul (mal, iş və xidmətlər) və digər aktivlərin satışından gəliri (pul gəliri)
malalanlardan, sifarişçilərdən daxil olan məbləğdə təyin edilir. Lakin bu göstəricini
müəssisənin (təşkilatın) pul gəliri kimi qəbul etmək olmaz. Bu məbləğə, yəni satış
pulu məbləğinə malalanlarla və sifarişçilərlə hesablaşma sənədlərinə məhsulun
(malın, işin, xidmətin) satış qiyməti ilə yanaşı daxil edilən büdcəyə çatası ƏDV,
aksiz vergisi, vergisi və digər satışla əlaqədar xüsusi vergi və rüsumlar da daxildir.
Buna görə də satışdan gələn gəlirlərin idarə edilməsi sistemində məhsul (iş və
xidmətlər) satışından netto-satışpulu göstəricisi təyin edilir. Bu zaman nəzərə
almaq lazımdır ki, satışdan pul gəlirinin tərkibində daxil olan ƏDV aksiz vergisi və
digər büdcəyə çatan məbləğlərdir. Bu səbəbdən də büdcəyə və digər təşkilatlara
(məsələn, tikinti təşkilatlarında subpodratçılara) çatası məbləğlər maliyyə
nəticələrini (mənfəəti, zərəri) hesablayan zaman müəssisənin pul gəlirlərinə daxil
edilmir. Müəssisənin maliyyə nəticəsini dürüst təyin etmək üçün netto-satış pulu
21
göstəricisi təyin edilir. Xarici iqtisadi əlaqələr fəaliyyətini aparan müəssisə və
təşkilatlar özlərinin pul gəlirlərini təyin edən zaman satışdan gələn gəlirlərdən
sadaladığımız büdcəyə çatası məbləğlərlə yanaşı ödənilən ixrac rüsumları da pul
gəlirinin ümumi həcmindən çıxır.
Məhsul (iş və xidmətlər) satışından netto-satış məbləğini təyin etmək üçün
aşağıdakı düsturdan istifadə edilir:
Sn = S-ƏDV-A-
Burada:
Sn - netto-satış pulu məbləğini;
S - cəmi satış pulu məbləğini;
Ə
DV - Əlavə dəyər vergisi məbləğini;
A - aksiz vergisi məbləğini;
- ixrac rüsumu məbləğini göstərir.
Beynəlxalq praktikada, o cümlədən milli mühasibat uçotu və hesabatı
təcrübəsində adi fəaliyyət növlərindən maliyyə nəticə adlı göstəricidən də istifadə
edilir.
Adi fəaliyyət növlərindən alınan maliyyə nəticə müvafiq gəlirlər və xərclər
arasındakı fərq kimi təyin edilir. Məhsul, iş və xidmətlər, mallar satışından gəlirlər
adi fəaliyyət növlərindən alınan gəlirlər, məhsul, iş və xidmətlər istehsalı və satışı,
malların alınması və satışı ilə əlaqədar xərclər isə adi fəaliyyət növlərinə aid
xərclər hesab olunur.
Məhsul, mal, iş və xidmətlər satışından maliyyə nəticə (mənfəət, zərər)
onların satışından netto-satış məbləği ilə reallaşdırılan (satılan) məhsulun
(malların, iş və xidmətlərin) istehsalına (alınmasına) və satışına çəkilən xərclər
arasındakı fərq kimi hesablanır. Bu halda müsbət maliyyə
kənarlaşma adi fəaliyyətdən alınan mənfəəti, mənfi kənarlaşma isə zərəri
göstərir.
Adi fəaliyyət növlərindən alınan maliyyə nəticə aşağıdakı düsturun köməyi ilə
təyin edilir:
MN = Sn-Mi-Ks
22
Burada:
MN - məhsul (iş və xidmətlər) satışının maliyyə nəticəsi;
Sn - netto satış pulu məbləğini;
Mi - istehsal maya dəyərini;
Ks - satış hesabına silinən kommersiya xərclərini göstərir.
Qeyri-maddi aktivlərin, xammal və materialların, tara və tara materialların,
satın alınmış yarımfabrikat, detal və komplektləşdirici məmulatların, ehtiyat
müəssisələrinin, tikinti materiallarının, sair materialların, azqiymətli və
tezköhnələn əşyaların və digər aktivlərin satışından alınan maliyyə nəticələri də
onların satışından faktiki maya dəyəri (amortizasiya hesablayan əmlak üzrə isə -
qalıq dəyəri) və satışla əlaqədar xərclər arasındakı fərq kimi təyin edilir.
Satışla əlaqədar olmayan əməliyyatlardan gəlirlər (xərclər), fövqəladə gəlirlər
(xərclər), əməliyyat xərcləri müasir idarəetmə sistemində mənfəətin
formalaşmasında az rol oynadığına görə bu qəbildən olan gəlirlər və xərclər barədə
ə
vvəlki sualın cavabında verilən şərhlərlə kifayətlənməyi məsləhət bilirik.
Bazar iqtisadiyyatı şəraitində idarəetmədə ümumi (balans) mənfəəti
göstəricisindən daha çox istifadə edilir. Cari planlaşdırma, perspektiv planlaşdırma
işlərində müəssisə fəaliyyətinin daimliyi və bu daimliyin sahibkar üçün, müəssisə
personalı üçün təsisçilər və investorlar üçün, şəriklər üçün və i.a. effektliyi balans
mənfəəti göstəricisinə istinad etməklə təyin edilir.
Satışdan, habelə satışla əlaqədar olmyan əməliyyatlar üzrə gəlir və xərclərdən
alınan maliyyə nəticəsi (mənfəət, zərər) haqqında məlumat ümumi yaxud balans
mənfəəti (zərəri) göstəricisi ilə müəyyən edilir. Balans mənfəəti ilin əvvəlindən
başlayaraq hesabat dövrünün sonunadək müəssisədə həyata keçirilən bütun
təsərrüfat əməliyyatlarının mühasibat uçotu və balans maddələrinin qəbul edilmiş
qaydalara görə qiymətləndirilməsi barədə informasiyalara istinad etməklə təyin
edilir.
Dövrü hesabatlar (illik hesabat yox) tərtib edən zaman balans mənfəəti
(zərəri) göstəricisi məhsul (iş və xidmət), əsas vəsait və digər aktivlər satışının
maliyyə nəticələrini, həm də satışla əlaqədar olmayan gəlirlərə aid məbləğlərin
Dostları ilə paylaş: |