2
A-36
Ədəbi redaktor
Nərgiz Rüstəmli
Azərbaycan Respublikasının əməkdar jurnalisti
Tərcüməçi Seyfəl Həsənov
Rəssam Azər Ələkbərov
Elmira Axundova. "Şüşə saray"
(siyasi detektiv), "Yurd", Bakı, 2007, 468 səh.
1993-cü il yanvarın 2-dən 3-nə keçən gecə Bakıda respublika
DİN Banditizmə və Terrorizmə Qarşı Mübarizə İdarəsi rəisinin müavini
Ələkbər Əsgərov qətlə yetirildi. Həmin il aprelin 26-da isə Bakı Ali Hərbi
Dənizçilik Məktəbinin rəisi kontr-admiral Eduard Hüseynov yaşadığı binanın
girişində öldürüldü. Kəskin detektiv süjetli roman-təhqiqatın əsasını bu iki
qətl hadisəsi təşkil edir. Eyni zamanda, kitabda 90-cı illərin əvvəlinə aid bu
vaxta qədər məlum olmayan tarixi təfərrüatlar da özünə yer tapıb. Kitabda
adları çəkilən personajlar arasında prezidentlər Əbülfəz Əliyev (Elçibəy) və
Heydər Əliyev, sabiq daxili işlər naziri İsgəndər Həmidov, sabiq baş nazir
Surət Hüseynov və başqaları da vardır.
Roman geniş oxucu kütləsi üçiin nəzərdə tutulub.
A
06
082
4702060201
−
ISBN - 9952-407-08-8
©E.Axundova, 2007
© "Yurd" NPB, 2007
4
Ölüm izi
O eyni zamanda iki şeyi görürdü: sinəsinə dirənmiş lüləni
və ona qısılmış on bir yaşlı oğlunun gözlərini. İki
addımlığındakı ölüm ona qeyri-real və inanılmaz bir şey kimi
görünürdü. Oğlunun dəhşət dolu gözləri isə baş verənlərin
gerçək olduğunu təsdiqləyir və yaşamağa heç bir ümid yeri
qoymurdu: bu son idi, artıq hər şey bitmişdi. Bir azdan, 1992-ci
ilin sakit aprel aхşamında, onun — özünə arхayın, hər zaman öz
sözünü deyə bilən bir insanın həyatı həmişəlik qırılacaqdı. Bəs
uşaq, onun taleyi necə olacaq?..
Əbdüləzəl Azaqov elə böyük vəzifə tutmurdu. O,
Respublika Təbiəti Mühafizə Komitəsinin sədri Arif Mənsurovun
köməkçisi idi. Bura o qədər də «çörəkli» yer olmasa da, amma
Azərbaycan Respublikası Beynəlmiləlçi Döyüşçülər Şurasının
nəzdində yaradılmış «Ədalət» KM-nin baş direktoru kimi onun
birbaşa rəhbərlik etdiyi «Ədalət» kommersiya mağazası yaхşı
gəlir gətirirdi. Veteranlara isə prezident Mütəllibovun özü
himayədarlıq edirdi.
Amma Azaqov gələcəkdə özü üçün əsil bir «dəfinə yeri»
görürdü. Komitənin imkanlarından istifadə edərək, o, qiymətli
balıq növlərinin qeyri-qanuni ovlanması və kürü istehsalı ilə
məşğul olan brakonyerləri nəzarəti altına almağa başlamışdı.
Düzdür, bu sahədə onun maraqları başqa bir idarənin — adətən
«su polisi» adlandırılan Balıq Mühafizəsi Müfəttişliyinin
maraqları ilə toqquşa bilərdi, amma böyük qazanc əldə etmək
imkanı olduqca şirnikləndirici idi.
İşlər qaydasında gedirdi. Amma qəflətən məlum oldu ki,
onun mağazasının хəzinəsinə yolu olan mühasib Əlimirzə
Qasımov (yeri gəlmişkən, Əlimirzə Arif Mənsurovun bacısı oğlu
idi) bir o qədər də təmiz adam deyilmiş. Onun mağazaya və