381
DASTAN MÜƏLLİFLƏRİ HAQQINDA
1. Şair Nəbi Borçalı. 1873-cü ildə Borçalı mahalının Fax-
ralı kəndində anadan olub. Körpə yaşlarından möhkəm yaddaşı,
hazırcavablığı ilə həmyaşıdlarından seçilən Nəbi Oruc oğlu
yeniyetmə vaxtlarından şeir söyləməyə başlayıb. Ailədə çətinlik
və ağır güzəran görən balaca Nəbi 12-13 yaşlarından mülkədar
malikanələrində nökər, çoban, mis mədənində fəhlə işləyərək
ailəsinin gün-güzəranının yaxşılaşmasına çalışmışdır. Şair Nəbi
çox gənc yaşlarından tanınmağa başlamışdır. Onun 14-15 yaşla-
rında Borçalının Quşçu kəndində nökər olduğu vaxtlarda Aşıq
İsmayılla, Molla Abbasla deyişib qalib gəlməsi bu gənc şairin az
bir zamanda bütün Borçalı mahalında məşhurlaşmasına səbəb
olmuşdur. Onun sonrakı illərdə Ağstafada şair Abdulla, Tiflisdə
Cənubi Azərbaycan aşıq Heyli, Borçalıda Çıldırlı aşıq Şenliklə
deyişmələri bu gün də el şənlikdə aşıqlar tərəfindən ifa olun-
maqdadır. Şair Nəbi Borçalı saz çala bilməsə də, o bir ustad və
yaradıcı aşıq kimi yüksək səviyyədə məclislər aparmağı, zəngin
xalq dastanlarımızı məharətlə söyləyib ifa etməyi bacarmışdır.
Məlahətli səsi, şirin təhkiyyəsi ilə məclisdəkiləri feyziyab edən
ustad sənətkar zaman-zaman Faxralı aşıq Həsən, Hüseyn Saraclı
və Sarvan Bayramın müşayəti ilə məclisləri idarə etmişdir. Zən-
gin poetik yaradıcılığa malik olan Şair Nəbinin şeirləri ötən
yüzilliyin 50-ci illərindən başlayaraq vaxtilə Faxralı orta məktə-
binin direktoru vəzifəsində çalışmış mərhum tədqiqatçı-alim
Hüseynqulu Məmmədli tərəfindən toplanmışdır. Onun kitabları
1991, 2003 və son olaraq 2013-cü ildə nəşr olunmuşdur.
Şair Nəbi Borçalı dastan yaradıcısı kimi də öz istedan və
bacarığını göstərə bilmiş “Mehdi bəy” kimi klassik dastan
ənənəsinə uyğun gözəl bir sənət əsəri ərsiyə gətirmişdir. Şairin
anadan olmasının 130 illiyi 2003-cü ildə Azərbaycan yazarlar
birliyində və ustadın doğulduğu Faxralı kəndində yüksək səviy-
yədə qeyd edilmişdir.
382
Şair Nəbi Borçalı 1945-ci ildə anadan olduğu kənddə dün-
yasını dəyişmişdir.
2. El şairi Ağacan Cabbar oğlu Cabbarlı 1876-cı ildə Şo-
rayıl mahalında (indiki Ermənistanda – E.M.) anadan olmuşdur.
Şair Ağacan repressiya qurbanlarından biridir. Onu ilk dəfə
1943-cü ildə həbs etmişdilər. Həbsxanadan xalq şairi Səməd
Vurğuna məktub yazıb imdad istəyən şair Ağacanı şairin xahişi
ilə azad edirlər.
Lakin repressiya maşını altı ildən sonra yenə də Ağacanı
Sovet hökuməti əleyhinə şeir yazdığına görə yenidən həbs edib
Sibirə sürgün etmişdilər. Xoşbəxtlikdən şair-aşığın Sibirdə yaz-
dığı şeir və dastanlarının əlyazmalarını qızı Göyçək xanım sax-
layıb günümüzə çatdıra bilmişdir. Şair Ağacan 1951-ci ildə
Sibirdə vəfat etmişdir. Şairin nəşi beş il sonra övladları tərə-
findən bir qutuya yığılaraq Borçalıya gətirilmiş və el adəti ilə
Qaçağan kənd qəbiristanlığında dəfn edilmişdir.
Zəngin poetik yaradıcılığa malik olan sənətkar, həm də öz
yaratdığı dastan və deyişmələri ilə də məşhurdur.
Kitaba daxil etdiyimiz “Cahangir Mələksuma” dastanını
1981-ci ildə Borçalı mahalının Axıl-Mahmudlu kəndində yaşa-
yan, çağdaş aşıq sənətinin, xüsusən də saz ifaçılığının inkişa-
fında böyük xidmətləri olan, mərhum aşıq Əmrah Gülməmmə-
dovdan yazıya almışıq.
Dastanın əsli Folklor İnstitutunun arxivində qorunmaq-
dadır.
3. Təhləli şair Novruz. 1912-ci ildə martın 22-də keşmiş
Qarayazının (indiki Qardabani – E.M.) Qaratəhlə kəndində ana-
dan olub. Atası Şahismayıl Məşədicəfər oğlu 1937-ci ildə “qolço-
maq” damğası ilə Rusiyanın Orenburq şəhərinə sürgünə göndə-
rilir və orada güllələnir. Yeddi il sonra, 1944-cü ildə şairin özünə
də böhtan atılaraq “xalq düşməninin oğlu” kimi aldığı on illik
cəzasının doqquz ilini qazamatda qalmışdır. Stalinin ölümündən
sonra aministiyaya düşərək doğma el-obasına qayıtmışdır.
383
Şair Novruz yaradıcılığa gənc yaşalarından başlamışdır.
Klassik aşıq şeirinin əksər forma və şəkillərində mükəmməl
əsərlər yaratmışdır. Dövrünün adlı-sanlı sənətkarları ilə deyişib.
Novruz Təhləli zəngin yaradıcılığında dastanlara da xüsusi yer
ayırmışdır. Onun yaratdığı “Şam Şahzadə” dastanı AMEA
“Elm” nəşriyyatında 5 cildlik “Azərbaycan Dastanları”-da 1965-
ci ildə çap olunmuşdur. Sənətkarın digər dastanı “Zərqam şah”
adlanır. Həmin dastanı şairin tədqiqatçısı və naşiri, istedadlı şair
Allahverdi Təhləlidən əldən etdik. Həmin dastanı ilk dəfə “Bor-
çalı folklor örnəkləri” kitabının 1-ci cildində nəşr etmişik. Das-
tanı geniş oxucu kütləsinin marağını nəzərə alıb bu kitabımıza
da daxil etməyi məsləhət bildik.
Şair Novruz Təhləli 1960-cı ildə vəfat edib. Şairin şeirlərini
Allahverdi Təhləli “Dağlar, əyil, yar görünsün” adı ilə 2003-cü
ildə nəşr etdirmişdir.
4. İsmayıl Güllər (İsmayıl Hüseyn oğlu). 1914-cü ildə
Borçalı mahalının Faxralı kəndində anadan olub. İkiillik Müəl-
limlər İnstitutunu bitirmişdir. Ömrünün əlli ilini gənc nəslin
təlim-tərbiyəsinə həsr edib. Borçalı mahalında tanınmış el şairi
kimi böyük hörməti var idi. Xalq dastanlarımızın mükəmməl
bilicilərindən biri idi. Məclislərdə onu həmişə başa çəkər, hör-
mət qoyardılar. Aşıq yaradıcılığını, klassik aşıqların külliyyatını,
xüsusən də Şair Nəbi Borçalının (həm də qohumluq əlaqələri
vardı) yaradıcılığını əzbər bilərdi. İsmayıl Güllərin yaratdığı bir
çox şeirləri, deyişmə və dastanları bu gün də dillərdə əzbərdir.
İsmayıl Güllərin kitaba daxil etdiyimiz “İsmayıl-Qızyetər”
dastanını onun dilindən 1983-cü ildə yazıya almış və ilk dəfə
tərəfimizdən (E.M.) “Qobustan” incəsənət toplusunun №4 (64)
1984-cü il sayında dərc edilmişdir.
Şairin geniş yaradıcılığı “Faxralının torpağıdır bu yerlər”
kitabında təqdim edilmişdir (Bakı: “Nurlan” nəşriyyatı, 1996).
Unudulmaz el şairi ismayıl Güllər 2002-ci ildə öz doğma
kəndində vəfat etmişdir.
384
5. Aşıq Mose Narini. Milliyyətcə yunandır. Azərbaycan
aşıq sənətinin mükəmməl bilicilərindən və təbliğatçılarından
olub. Gürcüstanın Başkeçid (Dmanisi rayonu) rayonunda – Sarı-
gineti kəndində yaşayıb-yaradıb. Əsasən Başkeçidin kəndlərində
toylar yola salıb. Deyilənə görə böyük nüfuz və hörmət sahibi
olub. Bu günəcən heç yerdə nəşr olunmamış “Səlim bəy” dasta-
nını gözəl nasir, şair və publisist Şamil Şəfəqli 1995-ci ildə aşı-
ğın dilindən yazıya alıb və 1997-ci ildə Folklor İnstitutunun
arxivinə təhvil verib. Hazırda həmin dastan İnstitutun arxivində
saxlanılmaqdadır. Təəssüflər olsun ki, toplayıcının (Şamil
Şəfəqlinin) Bakı şəhərinə köçməsi ilə əlaqədar olaraq aşığın ana-
dan olduğu və vəfat etdiyi barədə əlimizdə məlumat olmadı.
Ancaq Şamil Şəfəqlinin dediyinə görə o, dastanı yazıya alan
zaman aşığın 70-dən çox yaşı varmış.
6. Aşıq Sona. Borçalı mahalının Bşakeçid (Dmanisi rayonu)
rayonunun Hamamlı kəndində anadan olub.Onu tanıyanların de-
diyinə görə təxminən 1920-ci ildə anadan olub. Gənclik illərində
uğursuz bir məhəbbətə ürcah olub. Qovuşa bilməyib. Ömrünün
sonuna qədər heç kəslə ailə həyatı qurmayıb. Ömrünü-gününü tel-
li saza bağlayıb. İlk dəfə ötən yüzilliyin 80-ci illərinin əvvəllə-
rində “Aşıq Pəri” saz-söz məclisinin Başkeçidə səfəri zamanı
istedadlı şairə Səadət Butanın bələdçiliyi ilə Aşıq Sona tanınmağa
başlayıb. Onun varlığından mərhum xalq şairimiz Hüseyn Arif,
Narınc Xatun və başqaları xəbər tutaraq tez-tez bu nakam
sənətkar haqqında söz açıblar. Şairə Səadət Buta ilə mütəmadi
yaradıcılıq əlaqələri olub. Belə yaradıcılıq ünsiyyətindən “Hürü
və Piri” dastanı meydana çıxıb. Olmuş bir tarixi hadisədən bəhs
edən “Piri və Hürü” dastanı həqiqətən də klassik dastan ənənəsinə
sadiq olaraq son dərəcə oxunaqlı və maraqlı bir dastandır.
“Hürü və Piri” dastanı Aşıq Sona ilə şairə Səadət Butanın
müştərək yaradıcılıq məhsulu kimi 1985-ci ildə araya-ərsəyə
gəlmiş və Səadət Buta tərəfindən 1996-cı ildə Folklor İnstitu-
tunun arxivinə təhvil verilmişdir.
385
7. Aşıq Alxan Qarayazılı (Alxan Qurban oğlu Ömərov)
1905-ci ildə Gürcüstanın Qarayazı bölgəsinin Kosalı kəndində
anadan olmuşdur. Kiçik yaşlarında mollaxanada, mədrəsədə dini
təhsil almışdı. Ancaq aşıq sənətinə dərin rəğbəti olduğundan bu
sənətin dalınca getməyi qarşısına məqsəd qoymuşdur. Aşıq Alxan
ötən əsrin 20-ci illərindən sənətin sirlərini öyrənməyə başlamışdır.
Bu arzu ilə gənc Alxan Borçalının Kürüstü Kəpənəkçi kəndində
yaşayan ustad sənətkar Aşıq Paşa Gülməmməd oğlunun yanında,
onun oğlu – sonralar bu sənətdə böyük şöhrət qazanmış Əmrah
Gülməmmədovla birlikdə 13 ildən artıq şəyirdlik etmişdir.
Aşıq Alxan yaradıcı aşıq idi. Onun zəngin poetik yaradı-
cılığı, böyük həvəs və şövqlə araya-ərsəyə gətirdiyi dastanlar bu
gün də oxunmaqdadır.
Aşıq Alxan “Yetim oğlu Məhəmməd”, “Qul Əhməd”, “Ərəb
qızı”, “İsfəndiyar”, “Canpolad-Fatma”, “Gövhər” kimi dastan-
ların müəllifidir. Adı çəkilən dastanlar vaxtilə aşığın dilindən
1989-1993-cü illərə qədər tərəfimizdən (E.M.) yazıya alınmış və
redaktoru (həm də çapa hazırlayanı) olduğum “Təbiət Alxanı bir
də yaratmaz” kitabına daxil etmişik (Bax: “Təbiət Alxanı bir də
yaratmaz”, “Çaşıoğlu” nəşriyyatı, Bakı: 2010, səh. 169-240).
Alxan Qarayazılı 1998-ci ildə – 93 yaşında doğulduğu
kənddə vəfat etmişdir.
8. Aşıq Aslan Kosalı. 1929-cu il avqustun 15-də qədim Qa-
rayazının Kosalı kəndində anadan olmuşdur. 13 yaşından aşıq
sənətinə meyl göstərib. Elə həmin yaşlardan tez-tez aşıq məclis-
lərinə gedər, saz çalıb-oxumağı öyrənər, daim öz üzərində
çalışardı. Güclü hafizəsi, mükəmməl yaddaşı ilə hamını heyran
qoyarmış (bu gün də belədir – E.M.). Onun sənətə gəlişi xoş-
bəxtlikdən Borçalıda sənətin intibah dövrünə təsadüf etmişdi və
kimdənsə öyrənmək, kimdəsnsə nümunə götürmək baxımından
onun bəxti gətirmişdi. Yeniyetmə Aslan Musa oğlu sənətə qə-
dəm qoyanda özündən əvvəl aşıqlıqda dünya şöhrəti qazanmış
Aşıq Sadığı, Aşıq Məmmədi, Xındı Məmmədi, Aşıq Əmrah
386
Gülməmmədovu, Aşıq Hüseyn Saraçlını görürdü, onları tez-tez
məclislərdə müşahidə edirdi. Öyrənirdi, mənimsəyirdi, sənət
yükünü artırırdı. Adını çəkdiyim ustadlardan heç də geri qal-
mayan Alxan Ömər oğlu isə lap elə qonşuluqlarında yaşayırdı.
Az keçmədi gənc Aslan qərara gəldi ki, özünün də sevib bəyən-
diyi, sənətinə pərəstiş etdiyi Alxan kişiyə qulluq etsə daha yaxşı
olar. Elə də oldu. Ötən əsrin 50-ci illərinin əvvəllərindən 1998-ci
ilə qədər bir yerdə oldular. Aşıq Aslan ustaddan öyrəndi,
məclislər dolaşdı, hər yerdə ustadına dua eləyə-eləyə özü də
ustad oldu. Bu gün onun 84 yaşı var. Yenə də sənətin qulpundan
əl götürməyib. Bir yaradıcı aşıq kimi yazır, yaradır.
Kitaba Aşıq Aslanın dilindən yazdığımız, geniş oxucu küt-
ləsinə az məlum olan “Koroğlu” dastanından “Ağcaquzu” qolu-
nu daxil etmişik. Onu da qeyd etmək istərdim ki, Aşıq Aslandan
həmin qolu 3 dəfə yazıya almışıq. Bu gün əlimizdə ustadın
təhkiyəsində qolun üç variantı var. İlk dəfə 1989-cu ildə yazıya
aldığımız variantı 1991-ci ildə “Qobustan” incəsənət toplusunda
və “Azərbaycan folkloru külliyyatı”nın XXX cildində nəşr
etmişik (Bax: “Azərbaycan folklor külliyyatı”. XXX cild. Bakı:
“Elm və təhsil”, 2012, səh. 380-411). Qeyd edək ki, həmin qol (I
variant) 2003-cü ildən bu yana həm rus, həm də Azərbaycan
dilində nəşr olunan “Koroğlu” kitablarına daxil edilmişdir.
Qolun II variantını 2006-cı ildə yazıya almış və “Borçalı
folklor örnəkləri” kitabında II variant kimi təqdim etmişik (Bax:
“Borçalı folklor örnəkləri”. Bakı: Elm və təhsil” nəşriyyatı,
2013, səh. 209-238).
Nəhayət, III variantı da aşığın öz xahişi ilə 2012-ci ildə
iyun ayında yenidən yazıya almış və bu kitaba daxil etmişik.
Qeyd edək ki, təqdim etdiyimiz hər üç variantda eyni aşıqdan
yazıya almağımıza baxmayaraq, istər poetik nümunələrdə, istər
süjet xəttində, istərsə də təhkiyə üslubunda müəyyən fərqlər
mövcuddur. Bu da gələcək tədqiqatçıların maraq dairəsindən
387
asılı olaraq diqqəti çəkə bilər. Aslan Kosalı hazırda öz kəndində
fəaliyyət göstərməkdədir.
9. Məhəmməd Tanrıverdi oğlu Məmmədov Sadaxlı
1930-cu ildə Gürcüstanın Marneuli rayonunun Mollaoğlu kən-
dində anadan olub. Orta təhsillidir. 1951-54-cü illərdə ordu sıra-
sında olub. 1955-ci ildən başlayaraq Aşıq Xındı Məmmədə
şəyirdik edib. 1968-ci ilə qədər Xındı Məmməddən sənətin sir-
lərini mükəmməl şəkildə mənimsəməyə çalışıb. Ustadından 20-
dən çox xalq dastanlarımızı, zəngin saz havalarımızı, qədim
aşıqlarımızın yaradıcılıq irsini qədərincə öyrənə bilib. Zəngin
xalq ədəbiyyatını, dastanları, rəvayət və deyişmələri tamaşaçı və
dinləyicilərə böyük həvəs və şövqlə təqdim edə bilən aşıq
Məhəmməd özü də yaradıcı aşıq kimi məhsuldar fəaliyyət gös-
tərmişdir. Onun fərdi yaradıcılığı bu gün də davam etməkdədir.
Son 15-20 ildə aşığın dörd şeirlər kitabı “Fərman-Nəriman”,
“Rüstəm-Zöhrab”, “Duman xan”, “Aşıq Calalın Ceyrançöl
səfəri” və “ Mehralı bəy” və s. dastanları işıq üzü görmüşdü.
Aşıq Məhəmməd Sadaxlı 60 ildir ki, aşıq sənətini təbliq
edir, yazır yaradır. Bu illər ərzində o, Aşıq Hüseyn Saraclı,
Əmirah Gülməmmədov, Əhmıd Sadaxlı, Nürəddin Qasımlı ilə
sənət dostluğu etmiş, birlikdə məclislər keşirmişdir. Aşıq sənə-
tinin inkişafında və təbliğində göstərdiyi xidmətlərə görə Gür-
cüstanın sabiq prezidenti E.Şverdanzenin fərmanı ilə Şöhrət
ordeninə layiq görülmüşdür. Hazırda öz doğma kəndində ya-
şayır və şəyirdlər yetirməklə məşğuldur. Kitaba daxil etdiyimiz
“Mehralı bəy” dastanı aşığın yaratdığı sayca 7-ci dastandır.
Dastanı ilk dəfə mərhum folklorşünas professor Valeh Hacılar
yazıya almış və Folklor İnstitutunun “Borçalı-Qarapapaq folklor
örnəkləri” kitabına daxil etmişdir.
10. Zahid Mirzə oğlu Ələmpaşalı. 1935-ci ildə Qarayazı
(indiki Qardabani rayonu) elinin Kosalı kəndində anadan olub.
Uşaqlıq illəri ağır müharibə illərinə düşüb, əziyyətlə böyüyüb.
388
Gənclik çağlarında da güzəranı istədiyi kimi olmayıb. Həyatda
çox haqsızlıqlarla üzləşib, əziyyət çəkib.
Erkən yaşlarında zamanın haqsızlıqlarını, qarşılaşdığı əda-
lətsizlikləri şeirin dili ilə kağıza köçürüb. Uzun illərdən bəri
yazıb-yaratdıqlarının bir qismini Gürcüstanda nəşr olunan qəzet
və jurnallarda dərc etdirib. Sevindirici haldır ki, şair Zahid
Ələmpaşalı bu illər ərzində öz yazdıqlarını kitab şəklində Bakı
şəhərində nəşr etdirə biliub. “Qarayazı çiçəkləri” (şeirlər və das-
tan. Bakı: “Yazıçı”, 1991), “Ellərə yadigar sözüm, söhbətim”
(şeirlər. Bakı: “Əbilov, Zeynalov və oğulları” nəşriyyatı, 2004)
və “Qaçaq İsaxan” (Bakı: Xəzər Universiteti nəşriyyatı, 2009),
“Qaçaq Mahmud” (Bakı: Xəzər Universiteti nəşriyyatı, 2009)
kimi kitabları dərin oxucu rəğbəti qazanmış və adı çəkilən kitab-
lar haqqında dövrü mətbuatda məqalə və rəylər dərc edilmişdir.
Şair Zahid Ələmpaşalı doğma kəndi Kosalıda bu gün də
yazıb-yaradır və onun yazdığı gözəl şeirləri el aşıqları həvəslə
ifa edirlər.
389
BAŞLIQLAR
Tərtibçidən .................................................................. 3
Redaktordan ............................................................... 5
Mehdi bəy .................................................................... 14
Cahangir-Mələksuma .................................................... 41
Sam Şahzadə ................................................................ 66
Zərqam şah ................................................................... 100
İsmayıl-Qızyetər ........................................................... 126
Səlim bəy...................................................................... 141
Pəri-Hürü ...................................................................... 171
Qul Əhməd ................................................................... 188
Yetim oğlu Məhəmməd ................................................ 203
“Koroğlu” dastanından “Ağcaquzu” qolu ...................... 240
Mehralı bəy .................................................................. 281
Qaçaq İsaxan ................................................................ 328
Qaçaq Mahmud ............................................................ 366
Dastan müəllifləri haqqında ....................................... 381
390
Borчalı ôîëêëîð юrnəkləri,
2-ci kitab (Dastanlar),
Áàêû, “Elm və təhsil“ íяøðèjjàòû, 2013.
Íÿøðèййàò äèðåêòîðó:
Проф. Íàäèð Ìÿììÿäëè
Êîìïйуòåðäÿ йû‹äû:
Вцсал Abiyev
Êîððåêòîðу:
Validə Bədəlova
Êîìïйуòåð òÿðòèá÷èñè âÿ
òåõíèêè ðåäàêòîðó:
Рамин Абдуллайев
Êà‹ûз ôîðìàòû: 60/84 1/16
Ìÿòáÿÿ êà‹ûзû: ¹1
Ùÿ‡ìè: 390 сящ.
Òèðàжû: 350
Êèòàá ÀÌÅÀ Ôîëêëîð Èíñòèòóòóíóí
Ðåäàêñèéà-Íÿøðèééàò øþáÿñèíäÿ éûьûëìûø, ñÿùèôÿëÿíìèø,
“Elm və təhsil“ íÿøðèййàòûíäà ùàзûð äèàïîзèòèâëÿðäÿí
îôñåò цñóëó èëÿ ÷àï îëóíìóøäóð.
Dostları ilə paylaş: |