AZЯRBAYCAN RESPUBLИKASI TЯHSИL NAZИRLИYИ
AZЯRBAYCAN DÖVLЯT ИQTИSAD UNИVERSИTETИ
«MAGИSTRАТУРА MЯRKЯZИ»
DÜNYAMALIYEV ELNUR Ə
L RZA oğ
lu
(MAGИSTRANTIN A.S.A.)
«AZƏ
RBAYCANIN QEYR
-NEFT SEKTORUNDA XRAC
POTENS ALINDAN ST FADƏ
N N TƏ
NZ MLƏ
NMƏ
S
PROBLEM
» mюvzusunda
MAGИSTR DИSSERTASИYASI
Иstiqamяtin шifri vя adы
060401- Dünya iqtisadiyyatı
Иxtisasыn шifri vя adы
Beynəlxalq ticarət
Elmi rяhbяr
Magistr proqramыnыn rяhbяri
(A.S.A., elmi dяrяcя vя elmi ad)
A.S.A., elmi dяrяcя vя elmi ad)
i.e.n.M.M.Məmmədli ____ и.е.н.М.М.Асланова___________
Kafedra mцdiri _____________ prof.A.Ş.Şəkərəliyev________________
(A.S.A., elmi dяrяcя вя elmi ad)
BAKI - 2015
2
MÜNDƏR CAT
G R Ş
I Fə
sil. Qeyri-neft sektorunun ixrac potensialının tə
nzimlə
nmə
sinin nə
zə
ri-
metodoloji ə
sasları
1
.1. Qeyri-neft sektorunun ixrac potensialının tənzimlənməsinin nəzəri əsasları
1.2. Milli iqtisadiyyatın inkişafında qeyri-neft sektorunun ixrac potensialından
səmərəli istifadənin rolunun artması
II Fəsil. Azərbaycanda qeyri-neft sektorunda ixrac potensialından istifadənin
mövcud vəziyyəti və onun qiymətləndirilməsi
2.1. Ölkə iqtisadiyyatının inkişaf tendensiyaları və diversifikasiyalaşdırılması
problemləri
2.2. Qeyri-neft sektorunun mövcud vəziyyəti və əsas göstəricilərinin təhlili
III Fəsil. Azərbaycanda qeyri-neft sektorunda ixrac potensialından istifadənin
tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri
3.1. Qeyri-neft sektorunun ixrac potensialının tənzimlənməsinin qanunvericilik bazası
və onun təkmilləşdirilməsi
3.2. Qloballaşma şəraitində qeyri-neft sektorunun ixrac potensialından istifadənin
yüksəldilməsi yolları
NƏT CƏ
ƏDƏB YYAT S YAHISI
3
G R Ş
Mövzunun aktuallığ
ı
.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan
iqtisadiyyatı bir çox ciddi problemlərlə üzləşmişdir. Ölkə iqtisadiyyatının müxtəlif
sektorları iflic halına qədər proseslər yaşamışdır. 1994-cü ildən başlayaraq,
Azərbaycanda milli karbohidrogen ehtiyatlarından səmərəli istifadənin təşkili
istiqamətində, yəni neft strategiyasının reallaşdırılması sahəsində aparılan tarixi işlər
ölkə iqtisadiyyatının dirçəldilməsi tədbirlərinin genişləndirilməsinə əlavə stimullar
vermişdir. Artıq 2000-ci ilə qədər olan dövrdə Azərbaycan iqtisadiyatının müxtəlif
sektorlarında islahatlar dərinləşdirilmiş, qanunvericilik bazası formalaşdırılmış, bir
çox istiqamətlər üzrə strateji iqtisadi hədəflər müəyyənləşdirilmiş və milli
iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması məqsədilə ilk addımlar atılmışdır.
Ölkənin
iqtisadi
prioritetlərinin
milli
iqtisadi
maraqlar
əsasında
formalaşdırılması prosesləri 2000-ci illərin əvvəllərindən başlayaraq, xeyli
intensivləşmişdir. Azərbaycan bu dövrdə özünün iqtisadi inkişaf modelini
formalaşdıra bilmiş, iri regional layihələrin təşəbbüskarı və həlledici tərəfdaşı kimi
çıxış etməyə başlamışdır. Ölkəyə neft gəlirlərinin axını ilə əlaqədar olaraq, milli
iqtisadiyyatın infrastrukturunun yenilənməsi, ayrı-ayrı sahələrin modernizasiyası
prosesləri intensivləşdirilmiş, neft sektorunun inkişafı onu ölkə iqtisadiyyatının
lokomotivinə çevirmiş və bu imkandan bəhrələnməklə, Azərbaycanda iqtisadi
siyasətin daha iri miqyaslı hədəfləri özündə birləşdirən modeli işlənib hazırlanmış,
ölkənin xarici ticarət siyasəti əhəmiyyətli səviyyədə güclənmişdir. Bu proseslərlə
yanaşı, artıq milli və dünya ekspertlərinin yekdil fikirlərinə görə, Azərbaycan
iqtisadiyyatı neft amilərindən asılı vəziyyətə düşmüşdür və ölkənin məlum “Holland
sindromu”nun fəsadlarına məruz qalmaması üçün adekvat tədbirlərin görülməsinə
çağırışların səslənməsi intensivləşmişdir. 2008-ci ildən başlayaraq genişlənən dünya
maliyyə böhranı və iqtisadi tənəzzül prosesləri Azərbaycan iqtisadiyyatının neftdən
asılılığını əyani nümayiş etdirdi. Belə ki, Azərbaycan 2008-ci ildə 54,9 mlrd. dollar
həcmində xarici ticarət dövriyyəsinə malik olmuşdur və bunun 47,76 mlrd. dolları
ixracın payına düşmüşdür. Şübhəsiz ixracın rekord həcmi birbaşa xam neft ixracı və
onun qiymətinin rekord həddə çatması ilə bağlı idi (147 $/ barrel). Bununla bərabər,