14
vanda, Xaçmazda, Qazaxda, Şəmkirdə, Qobustanda, Urmiya əra-
zisində və b. bölgələrdə tapılmış zəngin materiallar əsasında tədqiq
edilmişdir (8, s.33-34). Yaşayış məskənləri bəzən 3-5 ha çatırdı, çay
kənarında, düşməndən müdafiə olunmaq üçün əlverişli yerlərdə
salınırdı, ətrafına müdafiə divarı çəkilirdi. Bunlar Füzuli rayonunda,
Təbriz yaxınlığında, Urmiya gölü ətrafında öyrənilmişdir. Evlər
dairəvi formada, bünovrəsi daşdan, divarları çiy kərpicdən, bəzi
bölgələrdə çubuqdan hörülüb suvanmış daxmalar və yarımqazma
evlər formasında tikilirdi. Dini ayinlər üçün ibadətgahlar tikilmişdir.
Xaçmaz rayonunda Sərkərtəpə yaşayış məskənində dairəvi planlı
böyük ibadət evi aşkar edilmişdir. Belə ibadət evləri Qazax rayo-
nunda Babadərviş və Naxçıvan yaxınlığında Kültəpə yaşayış yerlə-
rində də vardır. Erkən Tunc dövründə 1-ci böyük ictimai əmək
bölgüsü meydana gəlmiş, əkinçilik maldarlıqdan ayrılmışdır (8,
s. 35). Toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz olunmuşdur. Süni
suvarma yaranmışdır. Şumlama zamanı qoşqu heyvanlarından
istifadə edilirdi. Taxılın biçilməsində daş lövhələrdən hazırlanmış
oraqlarla yanaşı, tunc oraqlardan da istifadə edilirdi. Taxıl xüsusi
quyularda və böyük təsərrüfat küplərində saxlanılır, həvəngdəstələr,
dən daşları (kirkirə) və sürtkəclərin köməyi ilə üyüdülürdü. Mal-
darlığın inkişafında mühüm irəliləyişlər var idi. Davarların (qoyun,
keçi və s.) sayının artması, atdan istifadə nəticəsində maldarlığın
yeni sahəsi-köçmə (yaylaq) maldarlığı meydana gəlmişdi. Maldar
tayfalar əkinçilərə nisbətən daha tez varlanmışlar. Artıq məhsul alış-
verişin genişlənməsinə imkan vermişdi . Əmlak bərabərsizliyi
meydana gəlmişdi (1, s. 114). Azərbaycanın əhalisi sənətkarlığın
dulusçuluq, metalişləmə, toxuculuq və s. sahələr ilə məşğul olmuş-
dur. Saxsı qabların bir qismi xörək və mətbəx qabları idi. Tuncdan
əmək alətləri, silahlar, bəzək əşyaları (muncuq, qolbaq və s.) və
məişət əşyaları (biz, iynə, bıçaq və s.) hazırlanmışdır. Bəziləri qızıl
əşyalar da hazırlamışlar. Qoyunçuluğun inkişafı toxuculuğu geniş-
ləndirmişdir. Axirət dünyasına inam var idi. Tunc dövründə ölülər
yaşayış məskənlərindən kənarda dəfn edilmiş, bəzi qəbirlərin üzə-
rində kurqanlar (torpaq təpələr) qurulmuşdur. Ölüyandırma və kol-
lektiv dəfnetmə adəti meydana gəlmişdir. Ailədə, təsərrüfatda və ic-
15
timai həyatda kişilərin rolu artmağa başlamışdır. Ailəyə və tayfaya
kişilər başçılıq etməyə başlamışlar. Erkən tunc dövründə xış əkin-
çiliyi və köçmə maldarlığının yaranması kişinin təsərrüfatda rolunu
artırmış və anaxaqanlığı (matriarxat) ataxaqanlığı (patriarxat) ilə
əvəz edilmişdir (9, s. 21).
Orta Tunc dövrü e.ə. III minilliyin axırı və II minilliyin əv.
başlamış, II minilliyin ortalarına qədər davam etmişdir. Orta
Tunc dövründə sosial və əmlak bərabərsizliyi artmış, tayfalar
arasında əlaqələr genişlənmiş, iri yaşayış məskənləri yaranmışdır.
İlkin şəhər mərkəzləri də yaranmış və müdafiə divarları ilə əhatə
olunmuşdur: Naxçıvandakı İkinci Kültəpə, Oğlanqala, Urmiya
sahilindəki Göytəpə, Qarabağdakı Üzərliktəpə. Qədim Naxçıvan
şəhəri Orta Tunc dövründə, 3500 il b.ə. tanınmışdır. Artıq təbəqə-
ləşmə gedirdi (2-3 otaqlı evlərin olması bunu sübut edirdi). Bağçılıq
və bostançılıq kimi yeni təsərrüfat sahələri yaranmışdı. Süni su-
varma kanalları yaradılmışdır. Taxılın döyülməsində öküz və ya at
qoşulmuş daş vəllərdən istifadə edilmişdir. Taxıl və un ehtiyatı
saxsı küplərdə, quyularda saxlanırdı. Üzümçülük və şərabçılıq mey-
dana gəlmişdir. Atdan minik vasitəsi və qoşqu qüvvəsi kimi istifadə
edilmişdir. Maldarlığın inkişafı əhalinin ət və süd məhsullarına olan
tələbatını ödəməklə yanaşı, tayfalararası ticarətin artmasına şərait
yaratmışdır. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi nəticəsində
2-ci böyük ictimai əmək bölgüsü-sənətkarlığın başqa istehsal
sahələrindən ayrılması baş vermişdi (8, s. 41). Naxçıvan yaxın-
lığında II Kültəpədə dulusçuluq məhəlləsi və dulus sobaları tapıl-
mışdır. Qablar naxışlarla bəzədilərkən rəngli boyalardan istifadə
edilmişdir. Filizçıxarma işi geniş inkişaf etmişdir. Əridilmiş metalı
xüsusi qəliblərə tökərək müxtəlif
16
dərinləşmişdi. Əhalinin dini inamları, mərasim və ayinləri qəbir abi-
dələrinin quruluşunda (daş qutular, kurqanlar), dəfn adətlərində
(ölülərin yandırılması, onların üzərinə qırmızı boya çəkilməsi və s.)
əks olunmuşdu (1, s. 122). Qaya təsvirlərinin bir çoxu ibtidai ov-
sunla bağlı olmuşdur. Saxsı qabların, metal əşyaların və bəzək şey-
lərinin üzəri həndəsi naxışlar, heyvan və bitki rəsmləri ilə bəzə-
dilmişdir.
Tunc dövrünün sonu. Erkən Dəmir dövrü. İbtidai icma
quruluşu dağılmağa başlayır. Bu dövr e.ə. XIV-XII əsrləri əhatə
edir. Erkən (ilk) Dəmir dövrü e.ə. XI-VIII əsrləri əhatə edir.
Möhkəm keyfiyyətli dəmirin kəşfi, ondan hazırlanan əmək alətləri
və silahlar yeni yüksəlişə səbəb oldu. Tayfa ittifaqları daha da güc-
lənmişdi. Azərbaycanda yaşayış məskənləri, qəbir abidələri (kur-
qanlar, daş qutular, torpaq qəbirlər) və müdafiə tikililəri, siklopik
(siklop-təpəgöz, siklopik-böyük ölçülü tava daşlarından hörülmüş
qalaçalar-təpəgözlər tikmişlər) qalalar tədqiq edilmişdir. Yaşayış və
təsərrüfat binalarının bünövrəsi çay daşları və ya qaya parçalarından
qoyulur, divarları çiy kərpicdən hörülürdü, ətrafına müdafiə divar-
ları çəkilirdi. Bu dövrdə sənətkarlıq daha məhsuldar inkişaf etmiş,
qonşu ölkələrlə mübadilə və ticarət əlaqələri genişlənmişdi. Təd-
ricən ibtidai icma quruluşu dağılmış, sinifli cəmiyyət yaran-
mışdı (1, s. 166). Təsərrüfatda yarımköçəri yaylaq maldarlığı ön
plana keçmişdir. Kurqan abidələr geniş yayılmışdır. Maldar tayfalar
davar və qaramal bəsləyir, öz ehtiyaclarından artıq qalan məhsulu
əkinçilər və sənətkarlarla taxıla, əmək alətlərinə, silah və zinət
əşyalarına dəyişirdilər. Son Tunc dövründə atdan minik və qoşqu
vasitəsi kimi geniş istifadə edilmişdir. Ona sitayiş ayini meydana
gəlmişdir. Kurqanlarda dəvə skeletləri də tapılmışdır. Əmək alətləri
təkmilləşmiş, iri suvarma kanalları çəkilmişdir. Əkinçilikdə buğda,
arpa, darı və s. bitkilər becərilir, taxıl tuncdan və dəmirdən hazır-
lanmış oraqlarla biçilir, taxıl vəllərlə döyülür, dən daşlari ilə üyü-
dülürdü. Üzümçülük və şərabçılıq inkişaf etmişdir. Dulusçuluq
əmək fəaliyyətində xüsusi yer tuturdu. Saxsı qabların istehsalında
ayaqla hərəkətə gətirilən dulus çarxından istifadə olunurdu. Ərzaq
ehtiyatlarını saxlamaq üçün müxtəlif çeşidli saxsı qablar hazırla-
Dostları ilə paylaş: |