www.cafarcabbarli.org
ASLAN VƏ FƏRHAD
Böyük bir şəhərin ən qaranlıq və tənha küçələrindən birində olan kiçik, birmərtəbəli evdə iki
qardaş, bir bacı yaşayırdı. Qardaşlardan biri on altı yaşında Fərhad, o birisi iyirmi altı yaşında
Aslan idi. Bacıları isə on beş yaşında Züleyxa adında bir qız idi. Bu kiçik ailədə baş verən və
vaxtılə mənə söylənilən olduqca mütəəssir bir hadisə mənim qəlbimi sıxdığı üçün bu hadisəni
möhtərəm oxuculara söyləməklə onları da öz dərdimə şərik etmək fikrindəyəm.
Zənnimcə, xilqətdən daha əvvəl ədalətsizlik və vicdansızlıq yaranmışdır. Zira, istər tarixə,
istər indiki həyata baxılarsa, çox az insan tapılar ki, ədalətsizlikdən uzaq olsun. Az adam tapılar
ki, bir pis iş etdikdə onu vicdan ilə müqayisə etsin, yaxud fikir eləsin ki, əcəba, bu əmrə ki, mən
iqdam edirəm, bu rəvamıdır?.. Nəinki insanlar arasında, hətta xilqət və təbiətdə daha böyük
qanunsuzluq müşahidə olunur. Görürsən, bir nəfər nifrətə şayan olan zalımı ucaldıb bütün
arzuların fövqünə yetirdi, amma digər əhli vicdan, pak və müqəddəs bir şəxsi xar edib ayaqlar
altına saldı, hər tərəfdən onu fəlakət buludları çuğladı, o qədər o biçarəni əzdi ki, axırda onu ya
intihara, ya qeyri bir tövrlə canını həyatın əzablarından qurtarıb qara torpaq altına girməyə
məcbur etdi.
Ola bilsin ki, siz buna etiraz edəsiniz, möhtərəm oxucularım! Amma səhv edirsiniz. Hər
addımda milyonlarla buna sübut tapılar. Onlardan biri də yuxarıda söylənilən ailədə baş verən
hadisə ola bilər.
Fərhad, Aslan və Züleyxanın ata-anası kiçik bir kənddən olub, güzəranın ağırlığından köçüb
şəhərə gəlmişdilər. Bunlar da hər üçü şəhərdə doğulmuşdur. İllərlə qürbət vilayətdə zəhmət və
məşəqqətlə ailəsini dolandıran Aslanın atası, Aslan on altı yaşına yetdikdə vəfat etdi. Bir yandan
Aslan nökər durub, o biri tərəfdən də anası qulluqçuluq edib, altı yaşında olan Fərhadı və beş
yaşında olan Züleyxanı saxlayırdılar. Altı ay keçmədi ki, biçarə övrət də canından artıq sevdiyi
kiçik balalarına həmişəlik əlvida etməyə məcbur oldu. Biçarə ana ölümünə deyil, əziz və hənuz
səbavət badəsi ilə bihuş olan balalarının taleyinin necə olacağını fikir edib ağlayırdı. Amma əcəl
heç bir məzluma rəhm eləyib aman verməz, bərəks, hamısını dünyadan intizar köçürməyə səy
edir.
Qışın soyuq, məşəqqətli bir gecəsi idi. Nə bir işıq görünür, nə də bir zihəyat səsi eşidilirdi.
Ancaq Aslangilin evindən zəif bir işıq gəlirdi.
Balaca daxmacığın küncündə biçarə ana uzanıb, axırıncı dəfə olaraq, dövrəsinə yığılan əziz
balalarının rəngi solmuş sifətlərinə baxırdı. Onlar isə analarının halını görüb: "Anacan, bəs biz?”
- deyib səs-səsə verib ağlayırdılar. Külək vəhşi və qorxunc vıyıltılarla qapıları tərpədirdi. Şaxta
evə girib xırda uşaqları payız yarpağı kimi titrədirdi. Fərhad və Züleyxa özlərini analarının
üstünə yıxıb ağlayırdılar. Aslan bir qədər böyük olduğu üçün onları ovundurmağa çalışır, gah da
ürəyi davam etməyib zar-zar ağlayırdı. Bu şəhərdə bir nəfər əqrəbaları yox idi ki, bu
fəlakətzadələrə təsəlli verəydi, onları sakit edəydi. Hava daha da sərtləşir, külək daha da
gücləşirdi, onsuz da sınıq olan qapını tamamilə sındırmağa səy edir kimi çırpınırdı. Lampamn
ziyası yavaş-yavaş sarımtıl bir rəng alırdı. Bu işıq uşaqların solğun üzünü daha da
qəmginləşdirirdi. Uşaqlar ürəkyandırıcı bir səslə ağlayır, "Anacan, ölmə!” - deyib çığırırdılar.
Ana biixtiyar balalarının üzünə baxıb ağlamaq istəyirdisə də, taqəti yetmirdi. Yavaş-yavaş
gücdən düşürdü. Axır nəfəsdə biçarə ana tamam gücünü yığıb, qollarını açdı, balalarını
qucaqlayıb öpdü və zəif bir səslə dedi: "Balalarını mən ölürəm. Bir-birinizdən muğayat olun. Bir
elə adam yoxdur ki, sizi ona tapşmm. Aslan, sən onlardan yenə bir az böyüksən, bir ümidim sənə
gəlir. Aslan, oğlum, barı sən balalarıma kiçik pasibarı ol. Ilahi, üç nəfər yetim balamı sənə
tapşırıb gedirəm... Can balalarım!”.
Ana gəlinlikdən bir örpək saxlayırdı. Aslana tapşırdı ki, onu Züleyxaya versin. Ondan başqa
heç bir şeyə gümanı gəlmirdi. Ana bir də balalarını öpüb, yaşla dolu gözlərini yumdu...
Üç nəfər fəlakətzədə, pasibansız dünya üzündə qaldı. Soyuq qış günləri... dolanacaq yox...
tanış yox... bəs bunların halına kim yanacaq? Yenə biçarə Aslan... Axırıncı ümid o idi. Hərçənd
o da uşaq idi, ancaq o birilərdən böyük olduğu üçün hər zəhmətə o qatlaşmalı idi.
Doğrudan da Aslan qayət-qəyur, çalışqan bir uşaq idi. Bütün günü küçələri gəzdi ki, özünə
bir is tapsın, mümkün olmadı. Son qəpiklərini də xərcləyib qurtardı. Nökər durmaq istədi, uşaq
olduğu üçün heç kəs ona beş manatdan artıq vermədi. Utandığından da heç kəsə dərdini açib
www.cafarcabbarli.org
deyə bilmirdi. Yenə axşam oldu. Evə qayıtdı. Pul yox... çörək yox... Yetimlər məlul-məlul
Aslanın əlinə baxdılar. Aslan onların üzünə baxmağa utanırdı. Hərdən qaşını qaldırıb nəzəri
uşaqların solğun üzünə düşəndə bütün əzasi inildəyirdi; nəhayət, o tab gətirməyib gizli-gizli
ağlamağa başladı. Bu yaşda bir uşağın üstünə bu qədər əzab düşəndə, əlbət ki, özünü itirər.
Uşaqlar: "mən acmışam", - deyə zırıldayırdı. Uşağa hər möhnət üz versə, anasına gümanı gələr;
onlar da "ana" deyib ağlayırdılar. Aslan uşaqların başını dizi üstündə qoyub ovundurmağa
çalışırdı; "Ağlamayın, Fərhad, Züleyxa... Sabah sizin üçün çoxlu-çoxlu şey alacağam". Uşaqlar
bir-iki saniyə sakit olur, sonra yenə ağlayırdılar.
Ayazlı qış gecəsi idi. Daxmada çıraq yanmırdı. Ayın solğun işığı pəncərədən uşaqların tutqun
üzünü daha da kədərləndirirdi. Uşaqlar, ağlamaqdan yorulmuş kimi, başlarını Aslanın dizi üstə
qoyub uzandılar. Ayın solğun işığı hərdən buludla pərdələnib uşaqları qaranhğa qərq edirdi.
Aslan daha məhzun bir halda qardaşına və bacısına baxır, gah da onların halına çarə arayirmiş
kimi məlul-məlul ətrafim süzürdü. Onun qəmgin gözlərində sayeyi-küdurət və kədərdən başqa
heç bir şey görünmürdü.
Bəli, təbiət gərdişi-insaniyyətlə elə bir düşmən deyil ki, fəlakət günündə onlara bir çarə arasm;
bərəks, həmişə onların fəlakətindən istifadə edib, onların daha da sərnigun olmasına səy edir.
Biçarə insanlar, bir seydi-məzlum və qafil deyillərmi ki, anadan olan gündən təbiət səyyadinin
sənginə düşür, bir də dünyanı tərk etməklə ondan xilas olurlar?! Təbiətin İnsanları dünyaya
gətirməkdə məqsədi, onlara əzab vermək deiyilmi? İnsanm düşməni qüvvətli və mərd olarsa, elə
qorxulu olmaz, nə qədər ki, bu düşmən hiyləgər ola. İnsan dünyaya gəlir, təbiətin xain dayələri
əlində qərəzgarana məqsədlə nəvaziş olunur, bəslənilir, bununla məxluqu minnətdar edir ki, sizə
həyat verdim. Amma neçə illik həyatın hər dəqiqəsi bir sirri-maeyi-əzab deyilmi? Hələ insan bir
qədər mətanətli olarsa, onun üçün qurulan torpaqlann bir qədərindən özünü xilas edə bilər. Amma
vay o şəxsin halına ki, aciz ola! Hər dəqiqədə, hər qədəmdə onun qarşısında bir fəlakət uçurumu
açılacaq. Amma təbiət əvvəlincilərin də asudə olmamasına çarə tapmış... Cəmi məxluqat cəm olub
təbiətin torunu birdəfəlik qırmağa qəsd etsələr, yenə də onların qarşısında bir ahənin sədd, bir
vəhşi və müdhiş düşmən qalır ki, onu heç bir qüvvət, heç bir mədəniyyət silahı ilə rəf etməyə
qadir olmazlar; necə böyük bir qüvvət olursa, onun qarşısında payız yarpağı kimi titrər, nə qədər
insan xoşbəxt olursa, onun qorxusundan asudə olmaz; o da... ölümdür!.. Bir dəqiqə öz seydinə fürsət
və azadəlik verməz; hara getsə, kölgə kimi onu təqib edər. Hər saniyədə, hər nəfəsdə insan onu
gözləyir. Bu intizar isə ölümün özündən daha müdhiş deyilmi? İnsanların bu qədər şirin
saydıqları və məhəbbətlə adını yad etdikləri həyata bircə kəlmə ilə "əzab" adı versəydilər, daha da
gözəl olmazdımı?!
Kiçik daxmada üç nəfər fəlakətzadə, xəyalat içində huşà gedib, bir-birinə sarılmışdı. Yavaş-
yavaş sübh açılırdı. Aslan tez qalxıb, "uşaqlar oynmasın", - deyə bir tək olan köhnə yorğanları ilə
üstlərini bərk örtdü, bayıra çıxdı. Küçədə belə tezdən heç kəs yox idi. Aslan xəyalat içində yol
yeriyir, hara gedəcəyini özü də bilmirdi.
Budur, uzaqdan bir qaraltı gəlir. Aslan yavaş-yavaş ora gedir ki, nə olduğunu görsün. Burada
bir nəfər Hacı ticarətdən gəlib vaqondan düşmüş, səhər erkən faytonla gəlirkən faytonun çarxı
yolda sınıb, Hacı piyada qalmışdı, iki böyük çamadanı əlinə götürüb gedirdi. Aslan utandığından
yavaşca Hacıya baxaraq, kəmal-ədəblə dedi:
-Hacı əmi, sənin üçün ağırdır, ver, birini mən aparım, sənə kömək edim.
Doğrudan da Hacı elə gözləri ilə bir adam axtarırdı ki, çamadanları ona apartdırsın. Amma o
vaxt küçədə heç kəs yox idi. Hacı diqqətlə Aslanın məhzun və sarımtıl üzünə baxıb çamadanın
birini ona verdi. Yolla gəldikcə Hacı diqqətlə Aslana baxırdı. Aslanın qızmış gözlərində olan
məhzunluq və zəbunluq əlaməti Hacını da qəmgin edirdi. Axırda Hacı ondan:
- Oğlum, sən kimin oğlusan? Haralısan? Nə üçün belə məhzunsan?- deyə sual etdi.
Aslan utana-utana öz macəralarını ona söylədi. Hacının isə ona ürəyi yanıb dedi:
- Gəl mən səni nökər saxlayım.
Aslan məmnuniyyətlə razı olub Hacıdan xahiş elədi ki, pulsuz da xidmət eləməyə hazırdır.
Ancaq belə olsun ki, iki nəfər yetim qardaş və bacısının dolanmasına da Hacı etina etsin.
Hacı həyətdə olan kiçik daxmanı Aslana verdi ki, orada öz qardaş və bacısını sakin eləsin.
Hacı həmişə də xörəkdən artıq qalanları və bəzi bu tövr şeylərlə onları saxlayırdı. Aslan isə can-
dildən Hacıya xidmət edirdi. Yeməklərindən əlavə ayda beş manat da Aslana verirdi ki, özü üçün