10
uçqunları, sel və daşğın kimi təbii proseslər başa düşülür. Lakin məkan və zaman
daxilində Azərbaycan Respublikası ərazisində daha çox yayılan DHMH-nin
qruplaşdırılması onların elmi baxımdan öyrənilməsinə və onlara qarşı mübarizə
tədbirlərinin işlənib hazırlanmasına imkan verir. Tədqiqat obyekti kimi
monoqrafiyada Azərbaycanda yayılmış, respublika iqtisadiyyatına fasilələrlə və
bəzən də mütəmadi olaraq iqtisadi zərərlər vuran sel,daşqın, dolu,leysan,güclü
külək, quraqlıq kimi DHMH iqtisadi və sosial coğrafi mövqedən araşdırırlır.
DHMH-nin iqtisadi və sosial coğrafi baxımdan öyrənilməsinə keçən əsrin 80-ci
illərindən başlanmışdır.
Azərbaycanda çoxsaylı hidrometeoroloji hadisələrin son illərdə tək-
rarlanması intensivləşmiş, əhatə arealları genişlənmiş və onların vurduğu zərər
ilbəil artmaqda davam edir. Bəzi təbii proseslər isə lokal və regional həddi aşaraq
qlobal miqyas almışdır. Ona görə də göstərilənləri nəzərə alaraq Azərbaycanda
təhlükəli təbiət hadisələrinə həsr edilmiş elmi-praktik konfrans və simpoziumların
keçirilməsinə maraq artmışdır. Bu sahəyə aid yeni mövzular qoyulmuş, tədqiqat
işləri yerinə yetirilmişdir. Göstərilənlərin davamı olaraq 1995-ci ildə N.Ə.Paşayev
təbii fəlakətlərə dair namizədlik dissertasiyasını müdafiə edir. 2004-cü ildə isə
N.A.Babaxanov və N.Ə.Paşayev tərəfindən "Təbii fəlakətlərin iqtisadi və sosial
coğrafi öyrənilməsi" monoqrafiyası çap olunur. Təbii fəlakətlərin sosial-coğrafi
baxımdan öyrənilməsinin nəzəri və metodoloji əsasları respublika ərazisində baş
verən DHMH-nin tədqiq edilməsi üçün çox mühüm mənbələrdən biri sayılır.
Artıq 10 ildən çoxdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii
Sərvətlər
Nazirliyinin
Milli
Hidrometeorologiya
Departamenti
Hidrometeorologiya Elmi-Tədqiqat nstitutunda c.e.d.,prof. R.Mahmudovun
redaktorluğu ilə təhlükəli hidrometeoroloji hadisələrə və ətraf mühitin ekstremal
çirklənməsinə dair illik (1995-2005-ci illər) xülasələr çap olunur. Xülasələrdə
Azərbaycanda baş verən təhlükəli hidrometeoroloji hadisələr , onları yaradan
səbəblər ümumilikdə şərh edilmiş və hər bir hidrometeoroloji şəraitin yayıldığı
ə
razilər müəyyən olunmuşdur. Xülasədə aylar üzrə meteoroloji şəraitin çoxillik
icmalı, hər il üçün aylar üzrə meteoroloji şərait, baş vermiş təhlükəli dolu,leysan,
11
sel və daşqın hadisələri, kənd təsərrüfatı üçün əlverişsiz və təhlükəli hava şəraiti,
Xəzər dənizinin Azərbaycan akvatoriyasının hidrometeoroloji şəraiti geniş
xarakterizə edilir və hər il Azərbaycan Respublikasında baş verən tyəhlükəli
hidrometeoroloji hadisələrin qısa icmalı ilə yekunlaşır. Göstərilən illik xülasələr
elmi əhəmiyyət kəsb etməklə hidrometeoroloji hadisələrə dair çox lazımlı
məlumatlar toplamağa və sadə sosial- iqtisadi yönümlü məlumatlar əldə etməyə
imkan versə də, bu kimi hadisələrin respublika iqtisadiyyatına vurduğu zərər
haqda məlumatkar verilmir. "Qafqazda təhlükəli hidrometeoroloji hadisələr"
(1983) kitabında təqdim olunan monoqrafiyanın mövzusu və tədqiqat obyekti
kimi seçilmiş DHMH-yə baxılsa da, kitabda əsas diqqət Qafqazda rast gəlinən
hidrometeoroloji hadisələrin təkrarlanması, davamiyyəti, intensivliyi,həmçinin
onların statistik parametrləri ilə bərabər, bəzi qorxulu hidrometeoroloji hadisələrin
rayonlaşdırılmasına yönəlib. Lakin burada, c.e.n. A.A.Kərimovun tədqiqatı istisna
olmaqla,Gürcüstan ərazisində baş verən DHMH-yə daha çox yer ayrılmışdır.
Göstərilən kitabda DHMH-nin səciyyəsində onların sosial-iqtisadi aspektləri,
demək olar ki, araşdırılmışdır.
Geoloqlar bu təbii hadisələri müxtəlif adlar altında, çox vaxt ekzogen-
geoloji proseslər kimi tədqiq edirlər. Əsasən mühəndis-geoloji istiqamətdə
öyrənilən bu sahənin tədqiqi ilə Azərbaycanda çoxsaylı geoloqlar məşğul olurlar.
Onlardan bu sahədə böyük xidmətləri olmuş F.Ş.Əliyevi göstərmək olar. Onun
yazdığı elmi işlər içərisində bizim tədqiq etdiyimiz mövzuya daha yaxın olan
"Təbii fəlakətləri qabaqcadan xəbər vermək olarmı?"(1998), "Ekzogen proses və
hadisə Azərbaycanda fövqəladə hallar doğuran təbii amil kimi"(1998),
"Azərbaycanda fövqəladə hallar yaradan təbii amillərin geoloji əsası"(2001) və
"Azərbaycanda ekzogen geoloji proseslər,onların öyrənilməsi metodu və
proqnozu prinsipləri"(2002) böyük maraq doğurur.
Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi üzrə mütəxəssislər
Assosiasiyasının 2000-2005-ci illərdə Bakı şəhərində keçirdiyi beş beynəlxalq
simpoziumun materiallarında "Təbii xarakterli fövqəladə hallar", "Texnogen
xarakterli fövqəladə hallar","Ekoloji xarakterli fövqəladə hallar", " qtisadi
12
xarakterli fövqəladə hallar" sahələri üzrə müxtəlif istiqamətli çoxsaylı
məqalələrdə praktik əhəmiyyətli mənzərələr və çıxışlar çap olunmuşdur.
Dağıdıcı hidrometeoroloji hadisələrin əsaslandırılmış elmi baxımdan dərk
olunması və müxtəlif istiqamətdə öyrənilməsi, onlara qarşı səmərəli mübarizə
tədbirlərinin görülməsi üçün bir-birindən fərqli təsnifat,qruplaşma və
sistemləşmənin aparılması elmi-praktik əhəmiyyət kəsb edir. DHMH-nin dərk
olunması, öyrənilməsi və proqnozlaşdırılma metodikasının hazırlanması üçün
daha etibarlı vasitə kimi onların sistemləşdirilməsi ola bilər. Bu baxımdan hər bir
elm sahəsi və bu sahə ilə məşğul olan tədqiqatçılar DHMH-ni öyrənərkən
özlərinin elmi maraq dairələrinə və qarşıya qoyulmuş məqsədlərinə uyğun olan
qruplaşma və təsnifat aparırlar. Hidrometeoroloji hadisələr haqda mövcud elmi
istiqamətləri, təsəvvürləri sistemləşdirməklə onlara qarşı mübarizə işlərinin
səmərəliliyini artırmaq üçün bu proseslərin sosial-iqtisadi istiqamətdə öyrənilməsi
çox vacibdir.
Hidrometeoroloji hadisələrin vahid təsnifatı olmasa da, bu sahədə aparılan
hər bir təsnifat son nəticədə istehsalın ərazi təşkilində , əhali
məskunlaşdırılmasında və digər sosial problemlərin həllində nəzərə alınmalıdır.
DHMH-nin digər vacib cəhəti onların fasilələrlə təzahür etməsidir.Rus alimi
V.M.Kotyakov DHMH-ni müxtəlif dövrlər üzrə qiymətləndirərək ,onları ildə bir
neçə dəfə ( qar və daş uçqunları,qar yığımı,güclü daşqınlar), ayrı-ayrı illərdə
çayda buz yığını,daşqın,quraqlıq,sel) və uzun illərdən sonra buzlaqların əriməsi
baş vermələrinə görə təsnif etmişdir. Müəllifin apardığı bu təsnifat Azərbaycan
respublikasınımn ərazisi üçün də tətbiq edilə bilər.
V.M.Kotyakov DHMH-ni miqyasına görə qlobal regional və lokal növlərə
bölür. Qlobal miqyaslı DHMH-yə bütün planeti və ya onun böyük bir hissəsinə
ə
hatə edən ekstremal soyuq qış və ya quraqlığın hökm sürdüyü qızmar yay
mövsümlərini regional təbii hadisələrə materiklərin hüdudları daxilində və ya
onların ayrı-ayrı hissələrində baş verən güclü küləkləri, toz burulğanını; lokal
DHMH-yə isə ağ yel,sel,dolu və daşqın kimi məhdud ərazilərdə yayılmış təbii
hadisələri aid edir.Bu prosesin 2003-cü ildə respublika ərazisində baş verən güclü
Dostları ilə paylaş: |