4
və çətinliklərlə dolu xatırlayıramsa, mənə
əsgərlik doğrudan da qiymətli insanlar bəxş
etdi. Onlardan bir də Turaldı. Və ən birinci
olaraq onun ailəsinə təşəkkürümü bildirirəm
ki, bu cürə çətin bir zəmanədə belə bir insan
yetişdirə biliblər. Bilmirəm Tural həyata ge-
cikib ya yox.. Amma,
mənim dar günlərimdə,
onun köməyinə ehtiyacım olan günlərdə bir
dəfədə olsun gecikmədi.
Kitabının çıxması münasibəti ilə səni
təbrik edirəm və gələcək həyatında sənə
uğurlar arzulayıram.
Hörmət və sevgilərlə-Qaraqan (Elxan Zeynallı)
(Milli kitab mükafatının qalibi)
6
HƏR ŞEYİN ƏVVƏLİ…
Dərd içmişəm, qəm yemişəm,
Zaman ötüb dəyişmişəm,
Hələ indi anlayıram,
Mən həyata gecikmişəm..
Günəş yavaş-yavaş oyanırdı, buludların
içində sağa-sola fırlanırdı. Dağa dırmaşaraq
görünməyə başlayan günəş öz şüalarını pən-
cərənin camından Nihadın yumulu gözlərinə
salaraq onu oyatmağa başladı. Yenə yadın-
dan çıxmışdı yeni aldığı pərdəni qarnizə vur-
maq. Özünü söyərək ayağa qalxdı və telefo-
nuna yarı qapalı gözləriylə nəzər salaraq
saata baxdı. Saat 7-idi. Paltarlarını geyindi,
həmişəki kimi pəncərənin qarşısında
duraraq
alışqanı işə saldı, siqareti yandırıb təbiətə sa-
lam verdi. O həmişə səhərlər yaşadığı mən-
zilin bu pəncərəsindən həyətə baxmağı xoş-
layardı. Çünki, həm təbiətə baxaraq həzz
alar, həm də xeyli gülərdi. Qonşu Abbasın
arvadına bağıraraq:
“
Az yetim!, işə yubandım axı, tez ol şal-
7
varımı ütülə gətir, corabımı da o yetimin ağ-
zından çıxart”-deməsi ya da aşağıda hardasa
işə tələsən eyni insanların eyni şeyi gündə
dəfələrlə təkrarlaması kimi. “
Sanki həyat bir
qafiyədi və təkrirlər baş verir. ”Nihad heç
özüdə bilmirdi niyə gülür, axı onun özüdə
bir azdan tələsərək işə gedəcək. Bəlkə də
onun da haqqında yuxarıdan baxanlar belə
fikirləşəcək. Elə bu anda qapı döyüldü, Ni-
had donub qalmışdı, axırıncı dəfə onun qapı-
sını kim, nə vaxt döymüşdü, xatırlamırdı be-
lə. Siqareti kül qabına basaraq, astaca qapıya
yaxınlaşdı. Qapını açdı, yerdə balaca
bir qutu
gördü. Qutunu aldı, evə qoyaraq tələsik liftə
yaxınlaşdı, amma, gec idi. Pilləkənləri fikir-
ləşdi, amma, bunun üçün də gec idi. “Mən
onsuzda həyata gecikmişəm”-deyərək evə
keçdi. Pəncərələrdən həyətə nəzər salsa da,
gözəbatan fərqli bir şey görmədi. O, kim idi
və bu qutunun içində nə vardı?
Nihad Naxçıvan şəhərində anadan ol-
muşdu. Təxmini 23 yaşı vardı. Ortaboylu,
qara qaş, qara göz, yaraşıqlı bir oğlan idi.